Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə13/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   9   10   11   12   13   14   15   16   ...   151

Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

39



larının fəaliyyətini son dərəcədə  dəqiqliklə  təhlil edərək, bu sistemdə 

yaranmış problemlərin həllinə ciddi tələbkarlıq və yüksək nizam-intizam, 

peşəkarlıq mühitinin formalaşdırılması, kadrlarla işin yenidən qurulması, 

gömrük əməkdaşları tərəfindən qanunçuluğa sözsüz riayət edilməsində, hər 

bir gömrük işçisinin öz peşəsinə  və xalqına sadiqliyi və s. prinsipləri  əsas 

meyara kimi qəbul etdiyini bildirirdi. “Biz dünyada müstəqil Azərbaycanın 



nüfuzunun qaldırılmasına, iqtisadi inkişafına böyük yardım edən, xarici 

iqtisadi əlaqələrdə layiqli yer tuta bilən bir gömrük sistemi yaratmalıyıq” – 

deyərkən Heydər  Əliyev gömrük sisteminin yenidən təşkili və  təkmil-

ləşdirilməsi üçün dünyanın qabaqcıl ölkələrinin gömrük təşkilatları ilə 

təcrübə mübadiləsinin aparılmasını, ikitərəfli əlaqələrin qurulmasını, beynəl-

xalq təşkilatlarla sıx  əməkdaşlıq  şəraitində  işləməyi nəzərdə tuturdu. O, 

Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi vəzifələrinin yerinə yetiril-

məsində, respublikanın beynəlxalq aləmdə demokratik, hüquqi və yüksək 

mənəvi dəyərlərə malik bir ölkə kimi tanınması işində gömrük xidmətini ön 

cərgədə görmək istəyirdi. Ulu öndər respublikamıza sərhəddən və gömrük 

nəzarətindən gizli həyata keçirilən qaçaqmalçılıq hallarına qarşı mübarizəni 

sərhəd xidməti və gömrük təşkilatının əsas vəzifəsi hesab edərək göstərirdi 

ki,  “qaçaqmalçılıq adi bir cinayət deyil. O, Azərbaycanın müstəqilliyinə 



iqtisadi cəhətdən zərbə vuran hallardan biridir... Qeyri-qanuni, yəni 

qaçaqmalçılıq yolu ilə baş vermiş hər bir hadisə birinci növbədə Azərbay-

canın iqtisadiyyatına zərbə vurur...bizim ölkəmiz Cənubla  Şimal,  Şərqlə 

Qərb arasında olan bir ölkədir. Ona görə  də bizim sərhədlərimizdən, 

ölkəmizin  ərazisindən keçən yollar təkcə Azərbaycanın idxal-ixracı deyil. 

Ölkəmizin  ərazisindən  Şərqdən Qərbə, Cənubdan  Şimala və  əks istiqamət-

lərdə  də mallar keçirilir. Biz burada da qaçaqmalçılığın bütün növlərinin 

qarşısını almalıyıq, xüsusən, narkotik maddələrin, silah-sursatın və cinayət 

törətmək üçün istifadə olunan başqa malların, ləvazimatların tranzit 

vasitəsilə Azərbaycandan keçirilməsinin qarşısını almalıyıq”.  

1995-ci ilin yanvarın 9-da Azərbaycan Respublikası Prezidentinin 

yanında keçirilən müşavirənin materialları  və  qəbul edilmiş  qərarlar

Azərbaycan gömrük xidmətinin təşəkkülü və formalaşması tarixinin öyrənil-

məsində mühüm mənbələrdən biridir. Ümummilli lider Heydər  Əliyevin 

Dövlət Gömrük Komitəsinin fəaliyyətini geniş müzakirəyə  çıxarması  və 

həmin məsələyə  həsr olunmuş müşavirədə söylədiyi tövsiyə  və göstərişlər 



Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

40



Respublika gömrük xidmətinin inkişafının  əsas istiqamətlərini və prin-

siplərini müəyyən etdi. Müşavirədə etdiyi nitqində Heydər Əliyev Gömrük 

Komitəsinin fəaliyyətini təhlil edərkən demişdi:  “Gömrük orqanları 

Azərbaycan öz müstəqilliyini elan edəndən sonra yaranmışdır. Onlar 

fəaliyyət göstərir, ancaq mən ümumən deyə bilərəm ki, müstəqillik dövründə 

əldə etdiyimiz nailiyyətlərlə yanaşı, böyük nöqsanlarımız, çatışmazlıqlar da 

var. Bunların başlıcası iqtisadiyyatın belə  vəziyyətə düşməsi, xarici 

ölkələrlə iqtisadi əlaqələrin sağlam, düzgün əsasda qurulmasıdır. Bu 

çatışmazlıqların mövcud olmasının  əsas səbəblərindən biri gömrük orqan-

larının işindəki nöqsanlardır” [120, 1995, 11 yanvar]. 

Milli gömrük xidmətinin təşkilati əsaslarının möhkəmləndirilməsində, 

gömrük işinə dövlətçilik mövqeyindən yanaşılmasında Azərbaycan Respub-

likası Prezidentinin “Azərbaycan Respublikası Gömrük Komitəsinin işi 



haqqında” 1995-ci il 9 yanvar tarixli 257 nömrəli Fərmanının mühüm 

əhəmiyyəti oldu. Fərmanda göstərilirdi:  “Gömrük sistemində yaranmış 



böhranlı vəziyyət Azərbaycanın iqtisadi əsaslarına son dərəcə sarsıdıcı təsir 

göstərir, bazar iqtisadiyyatına keçid dövründə mövcud çətinlikləri daha da 

dərinləşdirir, xarici iqtisadi əlaqələrin inkişafına ciddi maneçilik törədir. 

Bunlar gömrük işinin lazımi səviyyədə  təşkil edilməməsindən, korrup-

siyanın, rüşvətxorluğun və digər  şəxsi maraqların geniş yayılmasından, 

Gömrük Komitəsində qanun pozuntularının kütləvi hal almasından irəli 

gəlir. Bu faktlar Azərbaycanın iqtisadi nüfuzuna xələl gətirməklə  vətən-

daşlarda haqlı narazılıq doğurur, respublikaya xarici sərmayə qoyuluşunu 

çətinləşdirir”.  Fərmanda göstərilirdi ki, Gömrük Komitəsinin sədri 

T.Y.Əliyev gömrük işinin təşkilində buraxdığı ciddi nöqsanlara və işçilərin 

seçilib yerləşdirilməsində yol verdiyi kobud səhvlərə görə tutduğu vəzifədən 

azad edilməklə Gömrük Komitəsinin işi qeyri-qənaətbəxş hesab olunsun. 

Nazirlər Kabinetinə tapşırılırdı ki, bir ay müddətində Azərbaycan Respub-

likasının vahid gömrük siyasətinin iqtisadi, təşkilati və hüquqi mexaniz-

minin hazırlanması ilə bağlı təklifləri və Nazirlər Kabinetinin səlahiyyətinə 

aid normativ aktları hazırlayıb Azərbaycan Respublikası Prezidentinə 

təqdim etsin [9, 31 yanvar 1995-ci il, № 1-2, maddə 29]. 

Heydər  Əliyev həmin müşavirəyə yekun vurarkən demişdi:  “Güman 



edirəm ilk dəfədir ki, gömrük xidməti haqqında belə geniş müzakirə gedir. 

Təəssüflər olsun ki, Azərbaycan Respublikasında gömrük xidməti yaranan-


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə