Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə12/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   8   9   10   11   12   13   14   15   ...   151

Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

36



vurulmuşdu. 1994-cü ildə idxal-ixrac rüsumlarının həcmi 9,5 mlrd. manat, 

gömrük ödənişləri cəmi 318 min ABŞ dolları  təşkil etmişdi. Təəssüf ki

müstəqilliyin ilk illərində gömrük orqanlarının fəaliyyəti belə qeyri-sağlam 

əsaslar üzərində qurulmuşdu [6, 1995, 19 yanvar; 5, 176-192].  

Kənd təsərrüfatı istehsalındakı  tənəzzül və durğunluq halları  səbə-

bindən daxili bazarda ərzaq mallarına kəskin olan tələbatı yaranmışdı. Bu 

vəziyyət idxal edilən  ərzaq məhsullarının miqdarının artmasına səbəb 

olurdu. Yeyinti məhsullarının istehsal həcmində  kəskin azalma baş verdi, 

ölkəyə xaricdən keyfiyyətsiz  ərzaq məhsullarının idxalı artdı. Bunu həmin 

illərin gömrük sənədləri və hesabatlar da təsdiq edir. İnsan orqanizmində 

müxtəlif fəsadlar yaradan keyfiyyətsiz  ərzaq məhsullarının gətirilməsinin 

qarşısının alınması, normal gömrük ekspertizasının aparılması üçün zəruri 

texniki avadanlıq və cihazlar yox dərəcəsində idi.  

Nazirlər Kabinetinin 1994-cü il 18 fevral tarixli 69 nömrəli qərarı ilə 

“Gömrük Tarif Şurası”nın  Əsasnaməsi təsdiq edildi. Sənədin 1-ci 

maddəsində göstərilirdi: “Azərbaycan Dövlət Gömrük Komitəsi nəzdində 

Gömrük tarif Şurası Azərbaycan Respublikasının mənafeyinə uyğun çevik 

gömrük siyasətinin hazırlanması, gömrük tarifi məsələlərinin tənzimlən-

məsi, dünya bazar konyunkturasına və daxili iqtisadi vəziyyətə uyğun 

gömrük rüsumlarının və digər göstəricilərin vaxtlı-vaxtında müəyyən 

edilməsi və lazım olan hallarda onların dəyişdirilməsinə, habelə idxal və 

ixrac siyasətində daxili bazarın mənafeyini qoruyan tədbirlərin işlənib 

hazırlanması  məqsədilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

qərarı ilə yaradılır”.  Şuranın qəbul etdiyi qərarların icrasını Gömrük 

Komitəsi həyata keçirirdi. Gömrük tarif Şurasının  əsas funksiyaları  aşağı-

dakılar idi: 1) Azərbaycan Respublikasının mənafeyi baxımından gömrük 

siyasətini işləyib hazırlamaq; 2) gömrük tariflərinin gömrük işinin beynəl-

xalq normalarına və prinsiplərinə uyğun müəyyən edilməsi barədə təkliflər 

vermək; 3) idxal və ixrac siyasətində respublikanın daxili bazarının məna-

feyini qoruyan tədbirlər işləyib hazırlamaq; 4) gömrük rüsumlarının həcmini 

müəyyən etmək, dəyişdirmək və ya ləğv etmək, gömrük imtiyazları  və 

güzəştləri tətbiq etmək, eləcə  də, Azərbaycan Respublikası gömrük-tarif 

nomenklaturunun dəyişdirilməsinə dair təkliflər hazırlayıb Nazirlər Kabine-

tinə  təqdim etmək.  Əsasnaməyə görə, Gömrük Tarif Şurasına gömrük 

siyasətinə  və tarif məsələlərinə aid qanun layihələrinin hazırlanmasında 



Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

37



iştirak etmək, gömrük rüsumu tətbiq olunması haqqında məsələ qaldırmaq 

səlahiyyəti verilirdi [12, 52-54 ]. 

Azərbaycan Gömrük Təşkilatının gücləndirilməsi gömrük xidmətində 

struktur islahatlarının aparılması  və kadr potensialının yeniləşdirilməsini 

tələb edirdi. Ulu öndər Heydər Əliyevin gömrük işi ilə bağlı keçirilən 1995-

ci ilin yanvar müşavirəsindəki proqram xarakterli nitqində söylədiyi tövsiyə 

və göstərişlər respublikada gömrük xidmətinin yenidən qurulması  və 

inkişafının əsas istiqamətlərini və prinsiplərini müəyyən etdi. Heydər Əliyev 

həmin müşavirədəki yekun sözündə demişdi: “Ona görə də bu müzakirədən 

çıxarılan əsas nəticə budur ki, biz Azərbaycanda gömrük orqanlarının işini 

kökündən dəyişdirməliyik, sağlam  əsaslar üzərində qurmalıyıq. Həqiqi 

gömrük orqanları qurulmalıdır. Bu bizim bugünkü dövrümüz və müstəqil 

Azərbaycanın gələcəyi üçün ən zəruri vəzifələrdən biridir. Elə bir gömrük 

orqanı yaratmalıyıq ki, o, xarici iqtisadi əlaqələrimizdə öz yerini tutsun, 

iqtisadiyyatımızın inkişafına xidmət etsin, xarici əlaqələrdə, bütün başqa 

əlaqələrdə müstəqil Azərbaycanın nüfuzunu təmin etsin...” [120,1995, 11 

yanvar, №7 (1024)]. 

Ulu öndərin qeyd etdiyi kimi, ilk dəfə idi ki, gömrük xidməti haqqında 

belə geniş müzakirə aparılırdı [100, 164-181; 147, 164-165; 146, 42-46].  

Müstəqillik dövründə Azərbaycan Respublikasının milli iqtisadiyyatın 

inkişaf xüsusiyyətlərinin nəzərə alındığı  və gömrük işi sahəsində bir-birini 

tamamlayan əsas vəzifələr bunlar idi: 

– gömrük sərhədinin tam qurulması  və maddi-texniki təchizatı, 

gömrük sərhədindən keçirilən yüklərin qeydiyyatının təkmilləşdirilməsi; 

– gömrük qanunvericiliyi pozuntularının qarşısının alınması, başqa 

hüquq-mühafizə orqanları ilə birlikdə qaçaqmalçılıq hallarının qarşısının 

alınması  və respublikanın gömrük ərazisi vasitəsilə onların qeyri-qanuni 

keçirilməsinə yol verilməməsi; 

– gömrük ödənişləri texnologiyasının təkmilləşməsi və onların büd-

cəyə daxil olmasına nəzarət, valyuta nəzarətinin gücləndirilməsi; 

– gömrük sənədlərinin beynəlxalq tələblərə uyğunlaşdırılması, göm-

rük proseduralarının sadələşdirilməsi və  rəsmiləşdirmə müddətinin qısal-

dılması, təhvil vermə üsulundan asılı olmayaraq bütün malların gömrük 

rəsmiləşdirilməsinin təmin olunması, yüklər və yük göndərənlər haqqında 

ilkin məlumatların əldə edilməsi; 




Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

38



– gömrük nəzarətində müasir texnologiyaların tətbiqi; 

– tarifdənkənar tənzimləmə tədbirlərinə nəzarət texnologiyasının tək-

milləşdirilməsi, tarif üsulları kompleksində effektivliyin təhlili üzrə  təklif-

lərin hazırlanması; 

– boru kəməri nəqliyyatı  və elektrik enerjisi ötürücü xətləri ilə keçi-

rilən mallara gömrük nəzarətinin təşkili,  əqli mülkiyyət obyektlərinin bir 

yerdən başqa yerə keçməsinə  nəzarətin təşkilati-hüquqi  şərtlərinin yaradıl-

ması; 


– məlumatların düzgünlüyünün və keyfiyyətinin artırılması üzrə işlə-

rin sistemləşdirilməsi və bu əsasda gömrük xidmətinin və onun struktur 

bölmələrinin işinin təhlili və s.  

Heydər Əliyev göstərirdi ki, xarici ölkələrlə mal mübadiləsindən alı-

nan vəsaitin miqdarı nə qədər artıq olarsa, bu, həm maliyyə vəziyyətimizə, 

həm də ümumən iqtisadiyyatımıza kömək edər:  “Ona görə  də gömrük 



bizdən ötrü böyük vasitədir” [120, 1995, 11 yanvar, № 7(1024)].  

Heydər  Əliyev bu strateji vəzifələri həyata keçirmək məqsədi ilə 

gömrük strukturunun daha da inkişaf etdirilməsi, onun hüquqi və maddi-

texniki bazasının möhkəmləndirilməsi, fəaliyyət mexanizminin təkmil-

ləşdirilməsi haqqında bir sıra hüquqi sənədlər imzaladı. Təbii ki, keçmiş 

SSRİ-nin gömrük qanunvericiliyi əsasında fəaliyyət göstərən, xidməti 

strukturlarında dövlət mənafeyinin pozulması  və korrupsiya hallarının kök 

saldığı gömrük təşkilatının işində  əsaslı dönüş yaradılması  tələb olunurdu. 

Məhz 1995-ci ildən başlayaraq gömrük orqanlarının fəaliyyətində  əsaslı 

dəyişikliklər baş verdi. Heydər  Əliyevin gündəlik qayğısı ilə  əhatə olunan 

gömrük sistemi əslində yenidən quruldu. Hər yerdə möhkəm qayda-qanun, 

ciddi nizam-intizam yaradılması,  ədalətin bərqərar edilməsi istiqamətində 

müsbət addımlar atıldı. Sənədlərin məzmunu və xronoloji çərçivəsi 

Ümummilli liderin milli gömrük quruculuğu məsələlərinə  hərtərəfli diqqət 

və qayğı göstərdiyini sübut edir.  

Heydər  Əliyev respublikanın siyasi-iqtisadi həyatında mühüm rol 

oynayan tədbirlərdəki çıxış və nitqlərində digər dövlət strukturları ilə yanaşı 

ölkənin iqtisadi inkişafında gömrük orqanlarının xüsusi yeri olduğunu 

dəfələrlə qeyd etmiş, ölkənin xarici iqtisadi əlaqələrinin möhkəmlənməsi və 

idxal-ixrac  əməliyyatlarının tənzimlənməsində gömrük xidmətinin üzərinə 

düşən vəzifələrin həlli yollarını göstərmişdir. O, Azərbaycan gömrük orqan-



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə