Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə11/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   7   8   9   10   11   12   13   14   ...   151

Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

33



təcrübəsində  sınaqdan çıxmış, müsbət nəticələri sübut olunmuş iqtisadi 

inkişaf kursunun Azərbaycan reallığına tam uyğunlaşdırılmış adekvat 

modelini müəyyənləşdirdi. Bu, birinci növbədə azad sahibkarlıq, müxtəlif 

mülkiyyət və  təsərrüfatçılıq formalarının inkişafına bərabər  şərait yaradan, 

azad iqtisadi rəqabət mübarizəsinə meydan açan sosial istiqamətli bazar 

iqtisadiyyatı modelidir. Akademik Ramiz Mehdiyev yazır: “Heydər Əliyev 

hər bir dövlətin varlığının  əsasını  təşkil edən iqtisadi inkişafı dövlət həya-

tının ən vacib vəzifəsi hesab edirdi. O öyrədirdi ki, dövlət qurarkən cəmiy-

yətin yaşam tərzini, ictimai həyat normalarını, idarəçiliyi, qanunçuluğu, 

sabitliyi, vətəndaş birliyini, milli həmrəyliyi və s. vəzifələri o zaman dolğun 

və davamlı  təmin etmək olar ki, dövlətin iqtisadiyyatı normal vəziyyətdə 

olsun və qarşıya qoyulmuş vəzifələrə cavab versin” [101, 2013, 13 iyul].  

Ulu öndər Heydər  Əliyev 1993-cü il noyabrın 19-da Prezident sara-

yında bank-maliyyə, tədiyyə sistemlərinin və idxal-ixrac əməliyyatlarının 

yaxşılaşdırılması sahəsində vəzifələrə həsr olunmuş ümumrespublika müşa-

virəsində vəziyyəti dərindən təhlil edərək iqtisadi əlaqələrimizin təşkilində, 

qurulmasında qüsurlar, səhvlər olduğunu göstərmişdi. Respublikada istehsal 

olunan bir sıra məhsulların xaricə satılması,  əvəzində ölkəmizin ehtiyac-

larının təmin olunması üçün lazımi malların  əsas məsələlərdən biri idi. 

Ancaq bu sahədə  də qarışıqlıq, qanun pozuntuları vardır. Bəzən ayrı-ayrı 

qrupların, dairələrin mənafeyi milli maraqlardan üstün tutulurdu. Bütün 

bunlar ölkədə sosial gərginliyi artırır, həyat səviyyəsinin aşağı düşməsinə 

səbəb olur, iqtisadi və maliyyə imkanlarını xeyli məhdudlaşdırırdı. Sözsüz 

ki, xarici iqtisadi fəaliyyətin yenidən qurulması gömrük işi və gömrük 

qanunvericiliyi sahəsini də əhatə etməli idi [97, 77-85]. 

Təəssüf ki, 1993-1994-cü illərdə iqtisadi quruculuq, yaradıcılıq işlə-

rinə başlamaq bir müddət mümkün olmadı, başlıca səbəb xaricdən idarə 

olunan qüvvələr tərəfindən dövlət çevrilişləri, siyasi və iqtisadi həyatda xaos 

yaratmaq cəhdləri idi. Ulu öndər Heydər  Əliyev birinci növbədə  vətəndaş 

müharibəsi həddinə çatmış, insan tələfatı ilə  nəticələnən tayfa, əyalət 

separatçılığı cəhdlərinin qarşısını alan, bütövlüdə ölkədə sosial-siyasi sabit-

liyi təmin edən tədbirləri görmək zərurəti qarşısında qaldı. Cəbhədə 

uzunmüddətli atəşkəs  əldə edildi. Neft strategiyasının reallaşdırılmasında 

hər bir müvafiq dövlət orqanının, o cümlədən respublika gömrük orqan-

larının yeri və  vəzifələri dəqiq müəyyən olundu. Bu vəzifələrin yerinə 



Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

34



yetirilməsi üçün gömrük orqanlarının normativ-hüquqi, təşkilati və praktiki 

fəaliyyət tədbirləri uğurla həyata keçirildi. Qeyd etmək lazımdır ki, xarici 

iqtisadi fəaliyyətin zəifləməsi ilə yanaşı olaraq, iqtisadi sahədə cinayətkarlıq 

və qaçaqmalçılıq hallarının miqyası da xeyli artmışdı. Bu hallara qarşı 

mübarizənin  əsas ağırlığı yeni formalaşmaqda olan gömrük orqanlarının 

üzərinə düşürdü. Lakin müstəqilliyin ilk illərində gömrük xidmətinin qarşı-

sında duran mühüm vəzifələr tələb olunan səviyyədə  həyata keçirilmir, 

əksinə bu sistemdə özbaşınalıq, rüşvətxorluq, qaçaqmalçılıq halları baş alıb 

gedirdi. Azərbaycan Respublikasının 1993-cü il dövlət büdcəsinin mədaxil 

hissəsində “gömrükxana vergisi” bəndi üzrə  həmin dövrün qiymətləri ilə 

vur-tut 600 mln. manat (büdcə  gəlirlərinin cəmi 1,7 faizi-?) vəsait daxil 

olması proqnozlaşdırılmışdı. 

Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra sosial-iqtisadi həya-

tın bütün sahələrində, o cümlədən gömrük sistemində  də köklü islahatlar 

aparıldı. İslahatlar gömrük işinin bütün sahələrini: qanunvericilik bazasının 

hazırlanmasını, infrastrukturun gücləndirilməsini, gömrük əməkdaşlarının 

düzgün seçilib yerləşdirilməsini, beynəlxalq təşkilatlarla və digər ölkələrin 

gömrük orqanları ilə  əməkdaşlıq  əlaqələrinin genişləndirilməsini və s. 

məsələləri  əhatə etdi. Gömrük xidmətinin hüquq-mühafizə orqanı kimi 

ölkənin iqtisadi mənafeyi və  təhlükəsizliyinin qorunması, gömrük işi 

sahəsində cinayətlərə və digər hüquqpozmalara qarşı mübarizəyə başladı. 

Gömrük-tarif siyasətini ölkədə gedən ictimai-siyasi proseslərdən və 

iqtisadi siyasətdən kənarda təsəvvür etmək olmaz. Bu siyasət iqtisadi 

siyasətin tərkib hissəsidir və gömrük orqanları onun işlənilib hazırlan-

masında bilavasitə  iştirak edir və bu siyasəti həyata keçirir. Ulu öndər 

xəbərdarlıq edirdi ki, Azərbaycanın iqtisadiyyatı, maliyyə-kredit vəziyyəti 

çox ağır haldadır və əgər ciddi tədbirlər, konkret əməli iş görülməsə, ciddi 

addımlar atılmasa, iqtisadi-sosial böhran dərinləşəcək və bizdən ötrü daha 

ağır problemlər yaranacaqdır. Heydər  Əliyev idxal-ixrac məsələlərini 

nəzərdə tutaraq deyirdi: “Mən uzun müddətdir ki, bu barədə düşünürəm... 



Gömrük Komitəsinin sədrinə suallar verməyim də  təsadüfi deyildir. O, 

mənim suallarımı  dərhal tutmadı. Bir də deyirəm,  əgər bu fikrim qəbul 

olunursa, onu həyata keçirərək xaricdən daxil olan malların ola bilər ki, bir 

qisminə mütləq müəyyən vergilər qoyulsun, bir qismi isə vergilərdən 

tamamilə azad olunsun. Xahiş edirəm, bu barədə  həm Gömrük Komitəsi, 


Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

35



həmdə xarici iqtisadi əlaqələr və iqtisadiyyat nazirlikləri təkliflərini hazır-

layıb bizə təqdim etsinlər. Maliyyə nazirliyi də bu işlə məşğul olsun. 

İxrac olunan mallara qoyulan vergilərə baxmaq lazımdır. Ümumiy-

yətlə isə bizim gömrük siyasətimiz olmalıdır.  Əgər Gömrük Komitəsi 

bacarırsa, gömrük siyasəti haqqında layihə hazırlayıb qısa müddətdə 

təqdim etsin” [61, 257, 262]. 

Müstəqillik dövründə yeni formalaşan xidmətin zəruri hüquqi-norma-

tiv bazaya, maddi-texniki resurslara malik və normal nəzarət funksiyaları 

həyata keçirməyə qabil olması üçün müvafiq işlər görülməli idi. Lakin 

Dövlət Gömrük Komitəsinin keçmiş  rəhbərliyinin səriştəsiz fəaliyyəti 

nəticəsində bir müddət milli gömrük xidmətinin maddi-texniki və hüquqi-

normativ bazasının yaradılması üçün kompleks tədbirlər planı hazırlan-

mamışdı. Beynəlxalq tələblərə cavab verməyən sovet gömrük qanunveri-

ciliyi və hüquqi-normativ qaydaları  nəzarət sistemində  hələ  də  tətbiq 

olunmaqda idi. Yaranmış vəziyyət öz işini günün tələbləri səviyyəsində qura 

bilməyən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəhbər-

liyinin gücləndirilməsi və gömrük orqanlarında köklü struktur islahatlarının 

aparılmasını, eyni zamanda maddi-texniki resurslarının yenilənməsini tələb 

edirdi. Bir sıra subyektiv amillər hesabına gömrük xidmətinin fəaliyyətində 

nöqsanlar baş alıb gedirdi və bütün bu neqativ hallara son qoymaq vaxtı 

gəlib çatmışdı. Heydər  Əliyev 1993-cü il noyabrın 19-da keçirilən ümum-

respublika müşavirəsindəki çıxışında bu problemi nəzərdə tutaraq deyirdi: 

“Gömrük idarələrində qanun pozuntuları var, öz vəzifələrindən sui-istifadə 

edirlər, gömrük işçilərinin rüşvətxorluqla məşğul olması barədə çoxlu 

siqnal alınır. Rüşvət almamış mal buraxmırlar. Ona görə  də biz gərək biz 

bir tərəfdən gömrük siyasətimizi tənzimləyə, digər tərəfdən elə edək ki, 

gömrük qanunları günün tələblərinə uyğun olsun, üçüncü tərəfdən isə 

Gömrük Komitəsinin sədri Tahir Əliyevə tapşırıram ki, əməkdaşlar ara-

sında geniş  iş aparsın, onları rüşvətxorluqdan çəkindirsin”. Lakin hadi-

sələrin sonrakı gedişi göstərdi ki, T.Əliyev bu yüksək etimadı  nəinki 

doğrultmadı,  əksinə gömrük xidmətində dövlətçiliyimizə  ağır zərbə vuran 

hallar daha da artdı [61, 262]. 

Gömrük Komitəsinin bir sıra rəhbər işçilərinin qulluq mövqelərindən 

öz  şəxsi maraqları üçün istifadə etmələri nəticəsində, təkcə 1994-cü ildə 

dövlətə 3 mlrd. 792 mln. manatdan çox (həmin dövrün qiymətləri ilə) ziyan 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə