Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə10/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   6   7   8   9   10   11   12   13   ...   151

Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

30



gömrük orqanları  və mövcud olanları genişləndirməkdən ötrü əlavə olaraq 

200  ştat vahidi nəzərdə tutulurdu. Gömrük rüsumları  və vergiləri, habelə 

başqa məcburi ödənişlərin yığılması və dövlət büdcəsinə keçirilməsi qaydası 

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilməli idi. 

Milli gömrük işinin təşkili ilə bağlı iqtisad və hüquq elmi sahəsində 

araşdırmalar aparılmadığından zəruri tövsiyə  və  təkliflər hazırlanmırdı. 

Xarici iqtisadi-ticarət  əlaqələrinin düzgün əsaslar üzərində qurulması üçün 

zəruri konsepsiya yox idi. Məhz buna görə də “Azərbaycan Respublikasında 

əmtəə mübadiləsi (barter) sövdələşmələrini qaydaya salmaq tədbirləri 

haqqında” Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 31 mart tarixli 

626 nömrəli Fərmanı  və ona aid Azərbaycan Respublikası Prezidentinin 

1992-ci il 11 aprel tarixli 673 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnamə 

az müddət sonra qüvvədən düşmüş hesab edildi.  

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 



gömrük nəzarətinin təmin edilməsi tədbirləri haqqında”  1992-ci il 4 

sentyabr tarixli 167 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının göm-

rük sərhədi və gömrük ərazisi müəyyən edildi. Fərman ölkəmizin öz üzərinə 

götürdüyü beynəlxalq öhdəliklərə riayət olunmasını təmin etmək və iqtisadi 

mənafeyinin qorunmasını gücləndirmək məqsədi daşıyırdı. Gömrük Komi-

təsi 15 gün müddətində bütün gömrük sərhədi boyu gömrükxana və gömrük 

məntəqələri təşkil etməli, 1992-ci ilin oktyabrın 1-dən başlayaraq, bütün 

xarici dövlətlər, o cümlədən MDB-yə daxil olan dövlətlərə ixrac olunan 

yüklərin gömrük yük bəyannaməsi ilə sənədləşdirilməsini təmin etməli idi. 

Fərmanda, həmçinin bəyan edilirdi ki, gömrük nəzarəti Azərbaycan 

Respublikasının gömrük sərhədindən yüklərin (mallar və digər  əşyaların) 

keçirilməsi yeni qanunlar qəbul edilənə qədər Azərbaycan Respublikasının 

qüvvədə olan qanunvericiliyinə, keçmiş SSRİ-nin gömrük məsələlərinə dair 

qanunvericiliyinin Azərbaycan Respublikasının qanunvericiliyinə zidd 

olmayan müddəalarına uyğun olaraq həyata keçirilsin [9, 15 sentyabr 1992, 

№ 17(870), maddə 750]. 



“Azərbaycan Respublikasının  ərazisində hüquqi qüvvəsini müvəqqəti 

olaraq saxlayan keçmiş SSRİ qanunları və onların tətbiqi haqqında” 1992-

ci 28 oktyabr il tarixli 359 nömrəli Qanunu əsasında Azərbaycan Respub-

likasında keçmiş SSRİ qanunvericiliyi, o cümlədən 1991-ci il 26 mart tarixli 

SSRİ “Gömrük məcəlləsi” və SSRİ  “Gömrük tarifi haqqında”  Qanunun 




Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

31



tətbiqi bir neçə il ərzində davam etdirildi. “Gömrük tarifi haqqında” 1995-

ci il 20 iyun tarixli 1064 nömrəli və  “Azərbaycan Respublikası Gömrük 



Məcəlləsinin təsdiq edilməsi haqqında”  1997-ci il 10 iyun tarixli 311-IQ 

nömrəli Qanunların qəbul edilməsindən sonra keçmiş sovet gömrük 

qanunlarının tətbiq edilməsi dayandırıldı [24, 1995, №22, maddə 352]. 

Lakin ölkənin gömrük xidmətinin 1991-1993-cü illərdə müstəqil idarə 

edilən dövlət qurumu olmasına baxmayaraq, xidmətin funksiyaları faktiki 

olaraq əvvəlki illərdə olduğu kimi saxlanılmış, idxal-ixrac əməliyyatlarının 

qaydalarında heç bir dəyişiklik aparılmamışdı. Dövlətin iqtisadi-siyasəti 

ayrı-ayrı strukturlara başçılıq edən vəzifə sahiblərinin korporativ maraq-

larına tabe edilmişdi. Sözsüz ki, bir-birini təkzib edən bəyanat və  qərarlar 

üzərində qurulan “dövlət siyasəti” Azərbaycanın beynəlxalq aləmdə nüfu-

zuna və maraqlarına ağır zərbələr vururdu. Hakimiyyətdə olan siyasi 

qüvvələr tərəfindən qonşu dövlətlərə - Rusiyaya və İrana qarşı səsləndirilən 

məsuliyyətsiz bəyanatlar müstəqil Azərbaycan dövlətinin ali məqsədləri, 

vəzifələri, prinsipləri və onların reallaşma üsulları haqqında beynəlxalq 

aləmdə yanlış təsəvvür yaradırdı. Bu “islahatlar” nəticəsində 1991-1993-cü 

illərdə respublika sənayesində orta illik geriləmə 20-24, kənd təsərrüfatında 

15-20, tikintiyə kapital qoyuluşunda isə 40 faizə çatmışdı. Mövcud ictimai-

siyasi və sosial-iqtisadi sabitsizliyin başlıca səbəblərindən biri də büdcə-

vergi, pul-kredit, qiymət-tarif siyasətinin uğursuzluğu idi [99, 132-133].  

Akademik Ramiz Mehdiyev 2001-ci il may ayının 8-də “Azərbaycan 

1993. Anarxiyadan sabitliyə” kitabının Gülüstan sarayında keçirilən təqdi-

mat mərasimində  məhz bu şəraiti nəzərə alaraq demişdir:  “Qeyd etmək 



lazımdır ki, müstəqilliyin ilk iki ilində dövlət quruculuğu istiqamətində heç 

bir əməli iş görülməmiş, əksinə, sovetlər dövründən miras qalmış hakimiyyət 

strukturları  və idarəçilik potensialı getdikcə  zəifləmiş, maddi-mənəvi 

sərvətlər dağıdılmışdır. Bunun səbəbi o dövrdə hakimiyyətdə olan qüvvə-

lərin həm milli-mənəvi, həm siyasi, həm də peşəkarlıq baxımından müstəqil 

idarəçiliyə hazır olmaması idi” [102, 108]. 

Məlum olduğu kimi, keçmiş SSRİ dövründə digər müttəfiq respub-

likalar kimi Azərbaycanın da müstəqil gömrük xidməti olmamışdır. Bununla 

yanaşı, ölkə  ərazisində SSRİ-yə  məxsus gömrük xidməti orqanları (Bakı, 

Astara və Culfa gömrükxanaları) fəaliyyət göstərir, idxal-ixrac əməliy-

yatlarına nəzarət isə  mərkəzi ittifaq orqanları  tərəfindən həyata keçirilirdi. 




Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

32



1992-ci ilin yanvar ayında yaradılan müstəqil gömrük xidməti orqanı bir 

sıra subyektiv səbəblərə görə ümumdövlət  əhəmiyyətli vəzifələrin həyata 

keçirilməsi prosesindən kənarda qalmışdı. Qısa müddətdə DGK-nın sədri 

vəzifəsinə  təyin edilən bir neçə  şəxs: Maqsud Məmmədov (Respublika 

Prezidentinin 30 yanvar 1992-ci il, 562 saylı  fərmanı ilə), Tofiq Kərimov 

(Respublika Prezidentinin 4 iyun 1992-ci il, 825 saylı fərmanı ilə), İbrahim 

Vəliyev (Respublika Prezidentinin 5 oktyabr 1992-ci il, 692 saylı  fərmanı 

ilə) və Tahir Əliyev (Respublika Prezidentinin 30 iyul 1993-cü il tarixli 693 

saylı fərmanı ilə) onlara tapşırılan məsul vəzifənin öhdəsindən gələ bilmə-

dilər. 


 Azərbaycan Respublikası ikinci dəfə öz müstəqilliyini bərpa etdik-

dən sonra özünün sərbəst gömrük siyasətini yürütməyə başlasa da, bir sıra 

çətinliklər mövcud idi. Birincisi, Azərbaycan Respublikasında ölkənin bütün 

sərhədlərini əhatə edə bilən gömrük şəbəkəsi yox idi. İkincisi, milli gömrük 

siyasəti və bu əsasda qanunvericilik bazası  işlənilib hazırlanmamışdı. 

Üçüncüsü, milli gömrük kadrları azlıq təşkil edirdi və bu kadrların 

hazırlanması üçün baza, tədris işinin təşkili üçün dərsliklər və dərs vəsaitləri 

yox idi. Elmi ədəbiyyatda mövzu ilə bağlı iqtisadi, hüquqi və tarixi səpkidə 

araşdırmalar aparılmırdı. 

Əslində, keçmiş SSRİ-dən xarici ölkələrlə iqtisadi əlaqələrin düzgün 

əsaslar üzərində qurulmayan bir sistemi miras qalmışdı. Respublika on illər 

ərzində ixrac potensialının Moskvadan milli maraqlarımıza tamamilə zidd 

idarə edilməsindən ziyan çəkmişdi. 1992-ci ildən başlayaraq, Azərbaycan 

müstəqil xarici iqtisadi-ticarət  əlaqələrini  əsasən iki istiqamətdə  həyata 

keçirirdi: xarici iqtisadi fəaliyyətin məzmun və forma etibarilə yeni siste-

minin yaradılması  və keçmiş SSRİ-nin xarici iqtisadi əlaqələrində  mənfi 

tendensiyaların və əngəllərin aradan qaldırılması.  

Azərbaycan ikinci dəfə müstəqillik  əldə etdikdən sonra, bir iqtisadi 

sistemindən digərinə keçidin ən az məsrəflə transformasiyanı  təmin edən 

iqtisadi strategiyanın hazırlanması həyati zərurətə çevrildi. Bu cür taleyüklü 

strateji xəttin hazırlanmasının məsuliyyət yükünü yalnız hərtərəfli elmi 

biliklərə, geniş dünyagörüşünə, qətiyyət və cəsarətə malik müdrik şəxsiyyət 

öz üzərinə götürə bilərdi. Ümummilli lider Heydər  Əliyev bu tarixi 

missiyanı öz üzərinə götürərək ölkənin iqtisadi inkişafını müəyyən edəcək 

strategiyanın başlıca konturlarını, dünyanın sivil dövlətlərinin inkişaf 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə