Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə15/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   11   12   13   14   15   16   17   18   ...   151

Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

43



rəisləri, həmçinin Naxçıvan MR Gömrük Komitəsinin sədri və Bakı Baş 

Gömrük  İdarəsinin rəisi kollegiyanın tərkibinə daxil edildi [9, 1995, №7, 

maddə 187]. 

1995-2005-ci illər  ərzində K.F.Heydərovun rəhbərliyi və ciddi nəza-

rəti altında gömrük işini tənzimləyən hüquqi-normativ sənədlər hazırlandı, 

xidmətin maddi-texniki resursları  və informasiya təminatı gücləndirildi, 

xidmətinin iqtisadi göstəriciləri və dövlət büdcəsinin formalaşmasında rolu 

xeyli artırıldı. Gömrük işinin təşkili, gömrük hüququ və ekspertizası 

haqqında milli dərsliklər və tədris-metodiki vəsaitlər hazırlandı. Azərbaycan 

gömrük xidmətinin beynəlxalq təşkilatlarla  əlaqəsinin möhkəmləndirilməsi 

və təcrübə mübadiləsi aparılması sahəsində səylər geniş xarakter aldı. 

Ulu öndər Heydər  Əliyev iqtisadi məsələlərə dair müşavirə  və 

yığıncaqlardakı  çıxışlarında gömrük orqanlarının 1995-1996-cı illərdəki 

fəaliyyətini yüksək qiymətləndirməklə yanaşı, buraxılan qüsur və çatış-

mazlıqları da göstərir, xüsusən qaçaqmalçılıq hallarına qarşı mübarizəni 

gücləndirməyə, vergi və rüsumlardan yayınma hallarının qarşısını qətiyyətlə 

almağa, gömrük işinin təşkilində  şəffaflığı  təmin etməyə, gömrük xidməti 

mədəniyyətini yüksəltməyə çağırırdı. O, gömrük proseduralarının sadələş-

dirilməsini, idxal-ixrac əməliyyatları üzrə dövlət büdcəsinə  cəlb olunan 

gömrük vergi və rüsumlarının artırılması üçün mövcud ehtiyat mənbələ-

rindən daha səmərəli və dolğun  şəkildə istifadə etməyin zəruri olduğunu 

tövsiyə edirdi. Bu tövsiyə  və tapşırıqlar gömrük xidməti  əməkdaşlarını 

dövlətin qanunlarına riayət etməyə, mənəvi saflığa, peşəsinə sadiq olmağa 

və peşə hazırlıqlarını daim artırmağa səsləyir, bu kimi prinsiplərin gömrük 

xidmətinin hər bir özəyində bərqərar olmasını gömrük orqanı rəhbərlərindən 

tələb edirdi. Böyük Britaniyanın nüfuzlu “Deyli Nyus” qəzeti 1997-ci il 

sentyabr nömrələrinin birində Azərbaycan Respublikasında müasir gömrük 

sisteminin qurulmasında qazanılan müsbət təcrübə haqqında geniş material 

vermişdi [43, 1997, 24 sentyabr]. 

Heydər Əliyevin dövlət idarəçiliyi nəzəriyyəsi və praktikası əsasında 

məktəbin yaranmasını qeyd edən akademik Ramiz Mehdiyev yazır: “Hansı 

vəzifədə  işləməsindən asılı olmayaraq, onun iş  təcrübəsi, təşəbbüsləri bu 

məktəbin dərslərini səylə öyrənən çoxlu ardıclıların, şagirdlərin yetişməsinə 

səbəb olur. İstənilən sahə mütəxəssisləri ilə Heydər Əliyevin görüşləri, onun 

çıxışları, dediyi fikirlər geniş  əks-səda doğurur, yeni ideyaların və 



Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

44



layihələrin yaranmasına təkan verir” [103, 570]. 

Heydər  Əliyev gömrük sisteminin yenidən təşkili və  təkmilləş-

dirilməsi üçün dünyanın qabaqcıl ölkələrinin gömrük təşkilatları ilə  sıx 

əməkdaşlıq  şəraitində  işləməyi nəzərdə tuturdu. O, Azərbaycan dövlət-

çiliyinin möhkəmləndirilməsi vəzifələrini yerinə yetirilməsində, Respub-

likamızın beynəlxalq aləmdə demokratik, hüquqi dövlət və yüksək mənəvi 

dəyərlərə malik bir ölkə kimi tanımasında gömrük xidmətini ön cərgədə 

görmək istədiyini bildirirdi. Prezidentin sərəncamına  əsasən, 1997-ci ildən 

etibarən hər il yanvarın 30-nun gömrükçülərin peşə bayramı günü kimi qeyd 

edilməsi Heydər  Əliyevin bu orqanın fəaliyyətini çox yüksək qiymətlən-

dirdiyini sübut edir. 

Maddi-texniki resursların artırılması istiqamətində əsaslı işlər görüldü. 

Gömrük xidmətinin avadanlıq və texniki vasitələrinin dəyəri 1993-cü ildəki 

3,5 mln. manatdan 1999-cu ildə 35,3 mlrd. manata çatdırılmışdı. Bir sıra 

gömrük postları və gömrük-keçid məntəqələri təmir edilmiş və ya yenidən 

qurulmuşdu. Bakı Baş Gömrük İdarəsində “Qaradağ”, “Bərə” və “Güzdək”, 

Sumqayıt gömrükxanasında “H.Z.Tağıyev”, Tovuz gömrükxanasının 

“Poylu”, Balakən gömrükxanasının “Muğanlı” gömrük postlarının inzibati 

binaları tikildi. Bütün gömrükxanaların  ərazilərində, o cümlədən Xaçmaz 

gömrükxanasının “Samur” postunda, “Xanoba” keçid məntəqəsində, Tovuz 

gömrükxanasının “Sınıq körpü” keçid məntəqəsində  təmir və abadlıq-

quruculuq işləri aparıldı. 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası 

Dövlət Gömrük Komitəsinin strukturunun və Əsasnaməsinin təsdiq edilməsi 

haqqında” 1998-ci il 27 oktyabr tarixli Fərmanı ilə Azərbaycan Respub-

likası Dövlət Gömrük Komitəsinin yeni Əsasnaməsi və  təşkilati strukturu 

təsdiq edildi. Gömrük Komitəsi yeni Əsasnamənin 1-ci bəndinə  əsasən 

mərkəzi icra orqanına çevrildi, yəni onun statusu nazirlik statusuna bərabər 

oldu. Bundan əlavə, yeni Əsasnamədə Gömrük Komitəsinin vəzifə, hüquq 

və funksiyalarını daha aydın və  əhatəli  şəkildə  təsvir edilirdi. Azərbaycan 

Respublikası Dövlət Gömrük Komitəsinin əsas funksiyaları aşağıdakılar idi: 

– Azərbaycan Respublikasında gömrük işini təşkil etmək və onu 

təkmilləşdirmək;  

– Azərbaycan Respublikasının gömrük siyasətini həyata keçirmək;  

– öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının iqtisadi 



Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

45



mənafeyini və təhlükəsizliyini qorumaq;  

– öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının gömrük 

ərazisinin vahidliyini təmin etmək; 

– Azərbaycan Respublikasında qabaqcıl gömrük tənzimlənməsi 

vasitələrinin tətbiqini təşkil etmək;  

– icrasına nəzarət gömrük orqanlarına həvalə olunmuş gömrük işinə 

dair və digər qanunvericiliyinə əməl olunmasını təmin etmək. 

 Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ona həvalə 

edilmiş funksiyalara əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə 

uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:  

– Azərbaycan Respublikasının gömrük siyasətinin həyata keçirilməsi 

üçün hüquqi, iqtisadi, təşkilati mexanizmlər hazırlayır və onların həyata 

keçirilməsini təmin edir;  

– Azərbaycan Respublikasında gömrük işinin inkişafı proqramını 

hazırlayır və həyata keçirir;  

– gömrük nəzarətinin həyata keçirilməsini və  təkmilləşdirilməsini 

təşkil edir, bu cür nəzarətin səmərəliliyinə  zərər vurmadan onun sadələş-

dirilməsi və təkmilləşdirilməsi üçün tədbirlər görür;  

– Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar 

barəsində, qiymətlərin tənzimlənməsi və digər qeyri-tarif tədbirləri də daxil 

olmaqla, iqtisadi proqramların işlənib hazırlanmasında iştirak edir və öz 

səlahiyyətləri daxilində onların həyata keçirilməsini təşkil edir;  

– Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mal-

lardan vergilərin, gömrük rüsumlarının, aksizlərin, habelə digər gömrük 

ödənişlərinin alınmasını, beynəlxalq avtomobil daşımalarını yerinə yetirən 

xarici ölkələrin nəqliyyat vasitələrinə  sərhəddə “icazə” blanklarının veril-

məsinə görə dövlət rüsumunun tutulmasını təşkil edir; 

– malların gömrük dəyərinin düzgün müəyyən olunması üzərində 

nəzarət sistemini təşkil edir; 

– gömrük rüsumlarının, müvafiq dövlət rüsumlarının, vergilərin 

vaxtında və tam həcmdə dövlət büdcəsinə köçürülməsini təmin edir; 

– Azərbaycan Respublikasının qanunvericiliyində  nəzərdə tutulmuş 

hallarda lisenziya və ya ixtisas attestatları verir, onları ləğv edir, yaxud geri 

alır, reyestrinin aparılmasını təmin edir; 

– mallar və  nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə