Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə75/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   71   72   73   74   75   76   77   78   ...   151

Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

210



əlaqədar 44 fakt aşkar edilmiş, 13 kq. 322,56 qram narkotik maddə 

tutulmuşdu. Gömrük qaydaları əleyhinə 5145 inzibati xəta faktları üzrə 877 

hüquqi  şəxs (o cümlədən, 234 xarici hüquqi şəxs) və 4268 fiziki şəxs (o 

cümlədən 673 xarici fiziki şəxs) məsuliyyətə cəlb edilmişdi. Bu faktlar üzrə 

569747 manat cərimə  tətbiq edilmiş  və 467711 manat dəyərində mallar 

müsadirə edilmişdi. Təkcə 2006-cı ildə cinayət və inzibati xəta faktları üzrə 

169,6 kq. qara kürü, 33,7 kq. qırmızı kürü, 3427 litr neft məhsulları, 16,5 kq 

Ermənistan istehsalı olan zərərli qəhvə, 13477 ədəd qadağan edilmiş dini 

kitab, 314890 ədəd pirotexnika, 265 ədəd bıçaq, 82 ədəd elektroşok, 12 ədəd 

əl qandalı, 1 ədəd ov tüfəngi, 2 ədəd qaz tapançası, 1185 ədəd müxtəlif 

patronlar, 50 ədəd optik nişangah və digər  əşyalar tutulmuşdu. Qanunsuz 

keçirilməsinə  cəhd edilən 9 mln. 431 min ədəd xaricdə istehsal edilmiş 

siqaret, 42 litr spirt, 1825 ədəd spirtli içki aşkar edilmişdi [92, 2006, №12 

(33), 63-67]. 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hüquq-

mühafizə  fəaliyyətinin  əsas vəzifələrindən biri narkotik vasitələrin gömrük 

sərhədindən qanunsuz keçirilməsi, ölkə ərazisindən “ötürücü məntəqə” kimi 

istifadə edilməsinin qarşısını almaqdır. Azərbaycan Respublikası Prezi-

dentinin 28 iyun 2007-ci il tarixli 2271 saylı  Fərmanı ilə  təsdiq edilmiş 

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 

qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram 

(2007-2012-ci illər)”da irəli sürülən vəzifələrin yerinə yetirilməsi məqsədi 

ilə gömrük orqanlarının maddi-texniki bazası  və  əməliyyat-axtarış  fəaliy-

yətinin gücləndirilmiş, gömrük nəzarətinin beynəlxalq təcrübədə özünü 

doğrultmuş səmərəli metodların və riskin idarə olunması sisteminin tətbiqi 

istiqamətində bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmişdi. Gömrük 

orqanları müasir tələblərə cavab verən bina və qurğularla, texniki nəzarət 

vasitələri və monitorlarla, narkotestlər, endoskoplar, narkodetektorlar, nəq-

liyyat və rabitə vasitələri ilə, kompüterlər, habelə digər avadanlıqlarla təchiz 

edilmişdi. Gömrük buraxılış  məntəqələrinə iri qabaritli yüklərə baxış 

keçirmək imkanı verən 4 ədəd mobil skaner alınmışdı.  

Gömrük Komitəsinin, Avropa Birliyi və BMT İnkişaf Proqramının 

Azərbaycan nümayəndəliyinin birgə  həyata keçirdiyi “Azərbaycan Res-

publikası DGK-nın potensialının gücləndirilməsi və  məlumatların ötürül-

məsi  şəbəkəsinin yaradılması”, “Cənubi Qafqazda Narkotiklərə  Nəzarət” 




Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

211



(SCAD) və digər layihələr üzrə kompüterlər dəsti, avadanlıqlar, avto-

mobillər, rabitə vasitələri və s. alınaraq bütün gömrük orqanlarının nark-

otiklərlə mübarizə üzrə operativ bölmələrinə paylanmış, gömrük orqan-

larında hüquqpozmaların uçotu və  nəzarəti sistemi yaradılmış, həmçinin 

tanınmış yerli və xarici mütəxəssislərin iştirak etdiyi treninqlər və semi-

narlar narkotiklərlə mübarizənin müxtəlif məsələlərinə həsr olunurdu.  

Narkotik vasitələrin qaçaqmalçılığına qarşı mübarizə  tədbirlərinin 

daha da gücləndirilməsi və  səmərəliliyinin artırılması  məqsədi ilə digər 

dövlətlərin, xüsusilə  də  həmsərhəd dövlətlər olan Rusiya və Türkiyənin 

gömrük xidmətləri ilə qarşılıqlı  əməkdaşlıq və  məlumat mübadiləsi 

aparılırdı. DGK əməkdaşları narkotik vasitələrin dövriyyəsi ilə bağlı 

normativ hüquqi bazanın hazırlanması  və  təkmilləşdirilməsi işində, 

Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz 

Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının formalaşdırdığı 

məhvetmə komissiyasının tərkibində respublika üzrə müsadirə edilmiş 

narkotik vasitələrin məhv edilməsi tədbirlərinin təşkilində, habelə Dövlət 

Komissiyasının İşçi qrupu ilə birlikdə yeniyetmə gənclərin və ictimaiyyətin 

geniş kütlələrinin narkomaniya və onun fəsadları barədə maarifləndirilməsi 

ilə bağlı “Gənclər narkotiklərə yox deyir” mövzusunda keçirilən elmi-

praktik konfranslarda, Demokratiya və  İqtisadi  İnkişaf Uğrunda Təşkilat - 

GUAM-ın narkotiklərin yayılması, terrorizm, mütəşəkkil cinayətkarlıq və 

digər təhlükəli növ cinayətlərlə mübarizə üzrə keçirilən tədbirlərində  fəal 

iştirak edirdi. Azərbaycan Respublikası gömrük orqanları  tərəfindən aşkar 

edilmiş narkotik vasitələrin qanunsuz dövriyyəsi faktları haqqında aylıq 

məlumatların müntəzəm olaraq respublika üzrə ümumiləşdirilməsi və 

xidməti istifadə  məqsədi ilə Azərbaycan Respublikası Narkomanlığa və 

Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət 

Komissiyasının  İşçi Qrupuna verilməsi təmin edilmişdi. Antinarkotik 

təbliğatın  əsas mübarizə üsullarından biri olması  nəzərə alınmaqla 

Komitənin “Gömrük xəbərləri” qəzeti və “Gömrükçü” jurnalında, xüsusi 

televiziya verilişlərində, internet səhifəsində maarifləndirmə xarakterli 

materiallar dərc olunurdu. 

Dövlət Gömrük Komitəsi ümumbəşəri bəla olan narkotiklərin 

qanunsuz dövriyyəsinə qarşı mübarizədə beynəlxalq  əməkdaşlığın vacib-

liyini nəzərə alır. Əlbir fəaliyyət göstərilməsi üçün DGT, İnterpol, Avropa 



Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

212



Birliyi, MDB, İƏT, GUAM, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə 

İdarəsi, Cənubi  Şərqi Avropada Əməkdaşlıq Təşəbbüsü Təşkilatı (SECİ) 

kimi mövcud beynəlxalq təşkilatlar, qurum və birliklərlə  sıx  əməkdaşlıq 

edilir. Bu istiqamətdə Rusiya, İran, Türkiyə, Qazaxıstan, Türkmənistan

Gürcüstan, Avstriya, ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Estoniya, 

Fransa, Litva, Livan, Moldova, Niderland, Özbəkistan, Pakistan, Qırğızıs-

tan, Ukrayna, Yunanıstan,  İtaliya, Çin, Polşa və digər dövlətlərin gömrük 

xidmətləri ilə ikitərəfli və çoxtərəfli müqavilələr, sazişlər, memorandumlar, 

habelə  işçi protokollar imzalanmış  və birgə  tədbirlər həyata keçirilir. 

Komitənin  əməkdaşları BMT-nin İqtisadi və Sosial Şurasının Narkotik 

Vasitələr Üzrə Komitəsinin sessiyalarında, Asiya və Sakit Okean Regionu 

(HONLEA) ölkələrinin narkotiklərə qarşı mübarizə üzrə Milli hüquq-

mühafizə agentliklərinin yığıncaqlarında, narkotik vasitələrin və psixotrop 

maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə  məqsədilə yaradılmış 

Mərkəzi Asiya Regional İnformasiya  Əlaqələndirmə  Mərkəzinin 

(MARİƏM) keçirdiyi tədbirlərdə yaxından iştirak edir. Dövlət Gömrük 

Komitəsinin  əməkdaşları  iştirak etdikləri bütün beynəlxalq tədbirlərdə 

Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ  və  ətraf rayonların 

nəzarətdən kənar  ərazilərində narkotiklərin becərilməsi, istehsalı  və digər 

ölkələrə ixrac edilməsi barədə  məlumatları  iştirakçıların diqqətinə çatdırır. 

MARİƏM tərəfindən göndərilmiş məlumat və icmallar gündəlik fəaliyyətdə 

istifadə üçün gömrük orqanlarına göndərilir. 

Dünya Gömrük Təşkilatı  tərəfindən 2008-ci il narkotik vasitələrə  və 

psixotrop maddələrə qarşı mübarizə ili elan edildi. Bu təşəbbüsə qoşulan 

Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən görülmüş tədbirlər 

nəticəsində il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 

64 fakt üzrə 356 kq 338 qram narkotik, o cümlədən 68 kq 255 qram heroin, 

62 kq 732 qram tiryək, 221 kq 406 qram həşiş, 3 kq 945 qram marixuana, 

4202  ədəd psixotrop maddə (ampul, kapsul və  həb  şəklində) və 242 qram 

Metamfetamin maddəsi tutulmuşdu. Azərbaycan gömrük orqanlarının 

göstərdiyi səylər diqqətdən kənarda qalmamış, Dünya Gömrük Təşkilatının 

Baş Katibi K.Mikuria tərəfindən narkotiklərə qarşı mübarizədə fərqlənən 10 

nəfər Azərbaycan gömrükçüsü müvafiq sertifikatlarla təltif olunmuşdu. 

 2009-cu il dekabrın 15-də Xaçmaz Gömrük İdarəsinin “Samur” 

gömrük postunda Rusiya Federasiyası  və Azərbaycan Respublikası 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə