Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə76/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   72   73   74   75   76   77   78   79   ...   151

Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

213



həmsərhəd gömrük orqanlarının  əməliyyat bölmələrinin rəhbərlərinin işçi 

görüşündə Rusiya və Azərbaycan həmsərhəd gömrük orqanları arasında 

mövcud sorğu-məlumat mübadiləsi, narkotik vasitələrin qanunsuz dövriy-

yəsinə qarşı mübarizə sahəsində əməkdaşlıq, iki dövlətin gömrük sərhədində 

əməliyyat  şəraitinin xüsusiyyətləri, tərəflərin nümayəndələrinin Rusiya-

Azərbaycan həmsərhəd gömrük orqanlarının hüquq-mühafizə sahəsində 

əməkdaşlığının cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunmuş və 

görüşün nəticələrinə dair protokol imzalanmışdı. Baş  İdarə  tərəfindən 

Dünya Gömrük Təşkilatının Hüquq Mühafizə  Şəbəkəsi (CEN) ilə  və bu 

Təşkilatın Regional qurumu olan “RİLO-Moskva” ilə  əməkdaşlıq güclən-

dirilmiş, Azərbaycan gömrük orqanları  tərəfindən aşkar edilmiş qaçaq-

malçılıq faktları ilə  əlaqədar 2 istiqamətləndirmə CEN vasitəsilə nümunə 

kimi üzv ölkələrin gömrük xidmətlərinə göndərilmişdi [136, 16 yanvar 

2010-cu il]. 

Bütün dünyada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə 

işində özünü doğruldan vasitə kimi xidməti axtarış itlərinin tətbiqinin 

səmərəliliyi nəzərə alınır. Komitənin nəzdində ən müasir standartlara cavab 

verən və regionda analoqu olmayan, eyni zamanda 100 xidməti itin təlimi və 

baytarlıq müayinəsi üçün hər cür təlim ləvazimatları  və tibbi texniki 

avadanlıqlarla təmin olunmuş Kinoloji Mərkəz yaradılıb. Kinoloji Mərkəz-

dəki 40-a yaxın xüsusi təlim görmüş xidməti itlər narkotik axtarışı üzrə 

gündəlik fəaliyyətdə tətbiq edilir. Bundan əlavə, Mərkəzdə yetişdirilmiş itlər 

Türkiyə, Bolqarıstan və Moldova gömrük xidmətləri tərəfindən də 

müvəffəqiyyətlə  tətbiq olunur. 2009-cu ildən narkotiklərin axtarışı üzrə 

səmərəli vasitə kimi xidməti itlərinin yetişdirilməsində Kinoloji Mərkəzin 

imkanları genişləndirilir. Yaşı və xəstəlik səbəbindən iş qabiliyyətini itirmiş 

itlər yeniləri ilə  əvəzlənir və damazlıq işləri aparılır, kinoloqlar üçün 

mütəmadi təlimlər keçirilir. 

Gömrük statistikasına görə, təkcə 2005-2009-cu illər ərzində gömrük 

orqanları tərəfindən 285 fakt üzrə 972 kq 538 qram narkotik vasitə, habelə 

201272  ədəd (ampul, kapsul və  həb  şəklində) psixotrop maddə qanunsuz 

dövriyyədən çıxarılmışdır. Narkotik vasitələrin 162 kq 076 qramı tiryək, 

509 kq 843 qramı  həşiş, 143 kq 119 qramı heroin, 157 kq 047 qramı 

marixuana olmuşdu. Qanunsuz dövriyyədən götürülmüş narkotik vasitələrin 

əsas hissəsini həşiş, tiryək və heroin təşkil edirdi.  



Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

214



2005-2009-cu illərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə  əlaqədar 

329 nəfər, o cümlədən 191 Azərbaycan, 86 İran, 12 Gürcüstan, 12 Rusiya, 7 

Pakistan, 5 Nigeriya, Qana və digər Afrika ölkələri, 5 Türkiyə, 4 Özbəkis-

tan, 1 Litva, 1 Kamboca vətəndaşı müvafiq məsuliyyətə  cəlb olunub. Son 

illər qadınlardan narkokuryer qismində istifadə hallarının çoxalması müşa-

hidə olunur. 5 ildə məsuliyyətə cəlb olunanların 46 nəfərini, başqa sözlə 14 

faizə yaxınını qadınlar təşkil etmişdir. Təəssüf ki, narkotiklərin keçiril-

məsində  uşaqlardan da istifadə hallarına təsadüf edilir. Qanunsuz dövriy-

yədən götürülmüş narkotiklərin içərisində “güclü təsirli” narkotik olan 

heroinin xüsusi çəkisinin artması ciddi narahatçılıq doğurur. 2005-ci illə 

müqayisədə qanunsuz dövriyyədən götürülən heroinin miqdarında dinamik 

artım müşahidə olunur. Əgər 2005-2006-cı illər ərzində cəmi 1487 qr heroin 

tutulmuşdusa, 2008-2009-cu illər  ərzində bu rəqəm 130125 qram, yəni 

müqayisədə 87,5 dəfə artıq olmuşdu. Bu qədər heroinin törədə biləcəyi 

təhlükənin miqyasını təsəvvür çətin deyildir. Mütəxəssislərin rəyinə görə 1 

kq heroindən 10000 “doza” alınır və 100 qr heroinlə 170 adamı narkotik-

lərdən asılı  vəziyyətə salmaq mümkündür. Əvvəlki illərlə müqayisədə 

tutulan “ağır” narkotik sayılan tiryəkin və həşişin miqdarı da kəskin şəkildə 

artmış, əksinə marixuananın miqdarı 2005-ci ildəki 143,6 kiloqramdan 380 

dəfə azalaraq 2009-cu ildə  cəmi 377 qram təşkil etmişdi. Götürülmüş 

narkotik vasitələrin qanunsuz olaraq Azərbaycan Respublikası  ərazisində 

istehsalı hallarına rast gəlinmir. Bununla yanaşı 2005-2009-cu illər ərzində 

gömrük orqanları  əməkdaşlarının təşəbbüsü ilə digər hüquq-mühafizə 

orqanları ilə keçirilmiş tədbirlər nəticəsində respublikanın sərhədyanı rayon-

larının ərazilərindən 20 min ədəddən çox narkotik xassəli yabanı çətənə kolu 

aşkar edilərək məhv edilmişdi.  

Aşkar olunmuş əməliyyat məlumatlarının təhlili narkoqaçaqmalçıların 

narkotikləri  ən çox İrandan Azərbaycana gətirdiklərini və daha sonra 

Rusiyaya apardıqlarını  təsdiq edir. Bundan əlavə  İran-Azərbaycan-Çin 

marşrutu üzrə  də xeyli miqdarda narkotik, əsasən də heroin tutulmuşdur. 

Narkokuryerlərin  İrandan Azərbaycana gətirdikləri heroin Bakı-Moskva-

Şanxay, Bakı-İstanbul-Şanxay, Bakı-Tbilisi-İstanbul-Şanxay aviareyslərin-

dən istifadə etməklə daşınmasına cəhd göstərirlər. Azərbaycana gətirilmiş 

narkotiklərin birbaşa və ya Gürcüstan vasitəsilə Avropaya (əsasən İtaliyaya) 

daşınması haqqında da məlumatlar vardır. Xüsusi narahatçılıq doğuran 



Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

215



məsələlərdən biri də son illər narkoqaçaqmalçılığın transmilli mütəşəkkil 

cinayətkar dəstələr və narkoqruplar tərəfindən törədilməsi faktlarının çoxal-

ması idi. Bu faktlar üzrə daşınma marşrutunun və digər halların təhlili, 

tutulan  şəxslərin vətəndaşlığı bu cinayətlərin bir neçə dövlətin  ərazisini 

əhatə etməklə transmilli xarakterə malik olduğunu və onlara qarşı mübarizə-

də beynəlxalq səylərin birləşdirilməsinin vacibliyini göstərir [148, 30-32].  

Son illər narkoqrupların üzvləri arasında ciddi vəzifə bölgüsünün 

aparılması, fəaliyyətlərində mütəşəkkilliyin və  nəzarətin olması, qabaqcıl 

texnologiyadan, müasir maliyyə  və ödəmə sistemlərindən istifadə onların 

təhlükəliliyini daha da artırır və mübarizə işini çətinləşdirir. Belə ki, həyata 

keçirilən kompleks əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 2009-

cu ilin may-iyun aylarında 6 transmilli mütəşəkkil cinayətkar dəstə ifşa 

olunmuş, onlardan 50 kq-dan artıq güclü təsirli narkotik vasitə olan heroin 

götürülmüşdü. Bu tədbirlər zamanı Pakistan və Nigeriya narkotik maddə-

lərin yayılması ilə  məşğul olan işbazların yaratdığı Pakistan-İran-Azərbay-

can, daha sonra isə Çin və  İtaliyaya narkotik maddələr daşınan marşrut 

aşkara çıxarılmışdı. Xüsusi düzəldilmiş gizli saxlanc yerlərində narkotik 

keçirməyə  cəhd göstərən 15 nəfər, o cümlədən 7 nəfər Pakistan, 3 nəfər 

Özbəkistan, 1 nəfər Nigeriya, 2 nəfər Azərbaycan, 1 nəfər Litva, 1 nəfər 

Kamboca vətəndaşı (9 kişi, 6 qadın) tutularaq məsuliyyətə cəlb olunmuşdu. 

Narkotik maddələr daşınmasında istifadə edilən 12 ədəd xüsusi düzəldilmiş 

və gizli saxlanc yerləri olan, üzərində “BLESS” sözləri yazılmış çamadanlar 

götürülmüşdü.  

Azərbaycan gömrükçüləri tərəfindən 2007-ci ildə  də analoji faktlar 

qeydə alınmışdı. Belə ki, 30 iyul 2007-ci ildə Bakı-Urumçi aviareysinin 

sərnişini, Ukrayna vətəndaşı İ.Krasnyuka məxsus çamadana gömrük baxışı 

keçirilərkən onun içərisində gizlədilmiş 3115 qram heroin, 5 dekabr 2007-ci 

ildə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin  əməkdaşları  tərəfindən 

Bakı-Moskva-Şanxay aviareysi ilə uçmaq istəyən Azərbaycan vətəndaşı 

N.Quliyevə məxsus çamadana gömrük baxışı keçirilərkən 2622 qram heroin 

aşkar edilmişdi. Sonuncu faktla əlaqədar keçirilmiş  təxirəsalınmaz  əməliy-

yat-axtarış  tədbirləri nəticəsində Bakı  şəhərində müxtəlif mənzillərdə 

yaşayan Mali, Qana, Nigeriya vətəndaşlarına məxsus ümumi çəkisi 2500 

qram olan heroin aşkar edilmişdi. 

2011-ci il oktyabrın 17-18-də Bakıda “Narkotik vasitələrin qanunsuz 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə