Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə73/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   69   70   71   72   73   74   75   76   ...   151

Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

204



Komissiyasının işçi qrupu ilə birgə konkret tədbirlər görülmüş, Komitə 

əməkdaşları bir sıra beynəlxalq tədbirlərdə  iştirak etmişdi. Gömrük 

orqanları tərəfindən aşkar edilmiş 2645 gömrük qaydaları əleyhinə inzibati 

xəta faktları törətmiş şəxslərə 230 milyondan artıq cərimə tətbiq edilməklə 

100 milyon manat dəyərində qaçaq mallar müsadirə edilmişdi. Nəqliyyat 

vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı  həyata keçirilən “Avto-

mobil-1”, “Avtomobil-3” əməliyyatlarında Tovuz, Gəncə, və Xaçmaz 

gömrükxanalarının fəaliyyət zonasında gömrük rəsmiləşdirilməsindən gizlə-

dilmiş 211 avtomaşın aşkar olunmuşdu. Bakı Baş Gömrük İdarəsi, Sumqayıt 

və Tovuz gömrükxanaları üzrə daimi yaşayış yerinə  gələnlərin adına 

rəsmiləşdirilən 300-dən çox avtonəqliyyat vasitəsilə  əlaqədar araşdırma 

aparılmış, həmin fakt üzrə 210 min ABŞ dollarından çox gömrük 

ödənişlərinin ödənilməsi təmin edilmişdi [69, 2002, 18 aprel]. 

Statistik məlumatlar göstərir ki, narkotiklər adətən kiçik həcmlərdə 

nəql edilsə  də, onun aşkar edilməsi gömrük nəzarətinə  çətinlik yarada 

bilmir. Məsələn, 1996-1999-cu illərdə gömrük orqanları tərəfindən narkotik 

vasitələr 110 halda Azərbaycan Respublikasına daşınarkən, 64 halda isə 

ölkədən daşınarkən tutulub saxlanılmışdı. 42 nəfər Azərbaycan vətəndaşı, 

105 nəfər isə xarici ölkə  vətəndaşları hüquqi məsuliyyətə  cəlb edilmişdi. 

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin  əməliyyat məlumatında gös-

tərilirdi ki, 2003-cü ilin dekabr ayında 6622 saylı Bakı-London aviareysinin 

sərnişini, İngiltərə vətəndaşı Vord Endryu Cona gömrük baxışı zamanı gizli 

yolla aparmaq istədiyi 4,50 qram həşiş, respublikamızın  ərazisində 

dövriyyəsi qadağan edilmiş narkotik maddələrin 3-cü siyahısına daxil edilən 

12 ədəd “Diazepam” ampulaları və 27 ədəd “Codeine” həbi aşkar edilərək 

götürülmüşdü.  

Azərbaycan gömrükçülərinin sayıqlığı sayəsində 2000-ci ildə “Bərə 

keçidi” gömrük postunda Əfqanıstandan Hindistana göndərilən və ümumi 

çəkisi 48 ton 600 kq xaş-xaş toxumu saxlanılmış, xarici ölkə  səfirlikləri, 

beynəlxalq təşkilatlar və  mətbuat nümayəndələrinin müşahidəsi ilə  məhv 

edilmişdi. Respublikanın bütün ərazisində müntəzəm olaraq keçirilən “Xaş-

xaş” adlı kompleks əməliyyat-axtarış  və profilaktik tədbirlərdə gömrük 

xidməti fəal iştirak edirdi. Təkcə 1999-2004-cü illərdə gömrük əməliyyatları 

zamanı sərhədyanı rayonlarda 222 tondan artıq çətənə kolu və xaş-xaş kolu 

aşkar edilərək məhv edilmişdi. Gündəlik gömrük nəzarəti prosesində DGK-



Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

205



nın nəzdində  fəaliyyət göstərən Kinoloji Xidmət Mərkəzi mühüm rol 

oynayırdı [70, 2005, №1, 28]. 

2003-cü il dekabrın 3-4-də Bakıda “Narkotiklərə nəzarət üzrə regio-

nal əməkdaşlığa dair Anlaşma Memorandumu”nun üzvü olan dövlətlərin 5-

ci görüşü keçirildi. Beynəlxalq tədbirdə BMT Baş katibinin müavini, 

təşkilatın Narkotiklər və Cinayətkarlıq üzrə  İdarəsinin icraçı direktoru 

Antonio Mariya Kostanın məruzəsində gömrük xidməti orqanlarının 

fəaliyyətinin nəticələri təhlil edilmişdi. 

Gömrük orqanlarında Kinoloji xidmətin yaradılması ilə əlaqədar DGK 

rəhbərliyinin göstərişi  əsasında “Kinoloji şöbə” haqqında  Əsasnamə hazır-

lanmış, xidməti itlərin saxlanılması üçün yerlərin hazırlanması, təlim 

məşqlərinin keçirilməsi məsələləri həll edilmişdi. Yerli gömrük orqanları 

tərəfindən hüquqpozmalara qarşı mübarizə  işinin təkmilləşdirilməsi 

məqsədilə “Azərbaycan Respublikası gömrük orqanlarında gömrük qayda-

larının pozulması haqqında işlərin uçotu və qeydiyyatı qaydaları barədə 

Əsasnamə”, “Gömrük qaydalarının pozulması haqqında işlərin icraatı  və 

onlara baxılmanın bəzi məsələləri haqqında” metodik məktub, “Şəxsi 

yoxlama aparılması haqqında Protokol” forması hazırlanmışdı. Bununla 

yanaşı, “Tənbehetmə haqqında akt” və onun tətbiqinə dair metodiki tövsiyə, 

“Qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına qarşı mübarizə üzrə 

bölmələr haqqında Əsasnamə”, “Narkotik vasitələri və psixotrop maddələrin 

təsnifatı, kimyəvi tərkibləri, sintezi və ilkin təyinetmə metodları haqqında” 

xidməti istifadə üçün təlimatlar hazırlanmışdı. Bakı Baş Gömrük İdarəsi, 

Tovuz, Astara, Biləsuvar, Binə, Bala, Xaçmaz, Əli Bayramlı, Yevlax, 

Gəncə, Sumqayıt, Culfa, Sədərək və digər gömrükxanaların fəaliyyət 

zonalarında  əməliyyat tədbirləri keçirilərək hüquqpozmaların aşkar edil-

məsi, onları törədən səbəblərin, o cümlədən rüsumdan yayınma hallarının 

aradan qaldırılması istiqamətində profilaktik tədbirlər aparılmışdı. Aparılan 

təhqiqat işləri ilə bağlı yerli gömrük orqanlarının əməkdaşlarına metodiki və 

əməli köməklik göstərilmişdi. Qaçaqmalçılıq və gömrük qaydalarının 

pozulmasına qarşı keçirilmiş profilaktik tədbirlər nəticəsində yüz milyon-

larla manat dəyərində olan gömrük ödənişlərinin dövlət büdcəsinə keçiril-

məsi təmin edilmişdi. 

2002-ci il iyunun 18-də SCAD proqramı çərçivəsində Bakı beynəlxalq 

Dəniz Limanının mühafizəsi ilə bağlı Avropa Birliyinin tövsiyəsi  əsasında 




Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

206



tenderin qalibi olmuş AREMPA-LTD şirkətindən müasir nəzarət endos-

kopik cihazına malik laboratoriya Azərbaycan gömrükçülərinin istifadəsinə 

verildi [69, 2003, 5 dekabr]. 

2002-ci il yanvar ayının 3-da ÜGT Baş Katibi Mişel Dane və DGK-

nın sədri Kəmaləddin Heydərov “Azərbaycan Respublikasının Bakı 

şəhərində Ümumdünya Gömrük Təşkilatının Regional Tədris Mərkəzinin 

təsis edilməsi haqqında” anlaşma memorandumu imzaladılar. Tədris Mərkə-

zində regional tədris, texniki yardıma dair görüşlərin və gömrük işi ilə bağlı 

müxtəlif tədbirlərin keçiriləcəyi, DGK-nın onun sahibi və istifadəçisi 

olacağı özünün milli və beynəlxalq proqramlar üçün də istifadə edəcəyi 

nəzərə alınmışdı. 

 

Dünya Gömrük Təşkilatının 2003-cü ilin oktyabrında Bakıda 



istifadəyə verilən Regional Tədris Mərkəzi nəinki Azərbaycan, eləcə  də 

regionun gömrük əməkdaşlarının ixtisas səviyyəsinin yüksəldilməsi, narko-

tiklərə  və qaçaqmalçılığın digər növlərinə qarşı mübarizə sahəsində  nəzəri 

və təcrübi biliklərinin artırılmasında mühüm yer tutur. Mərkəzdə müntəzəm 

olaraq SCAD proqramı  çərçivəsində  təcrübəli mütəxəssislərin “Qara dəniz 

və Xəzər dənizi bölgələrində dəniz limanlarının informasiya mübadiləsinin 

hüquqi mümkünlüyünün müəyyən edilməsi və narkotiklərin qanunsuz 

dövriyyəsi, qaçaqmalçılığın qarşısının alınması ilə mübarizədə əməkdaşlığın 

gücləndirilməsi” mövzusunda treninq və seminarları keçirilir. 

Narkotiklərə qarşı mübarizədə bütün dövlətlərin müvafiq qurumlarının 

səfərbər olmasını, səylərinin birləşdirilməsini tələb edir. Respublikamızın 

BMT, Avropa Birliyi, İƏT, TRASEKA və DGT kimi beynəlxalq təşkilatlar, 

eyni zamanda MDB və GUAM üzv dövlətləri çərçivəsində və dünyanın bir 

çox gömrük təşkilatları ilə bağladığı çoxtərəfli və ikitərəfli müqavilə, saziş  

və memorandumlar beynəlxalq təcrübədən və qabaqcıl texnologiyalardan 

faydalanmağa imkan verir. Bu mənada, Azərbaycan, Türkiyə və Gürcüstan 

arasında imzalanmış üçtərəfli Trabzon sazişi (2002-ci il), ABŞ, Almaniya, 

Birləşmiş Krallıq, Misir və bir sıra Fars körfəzi ölkələrinin gömrük təşki-

latları ilə bağlanan ikitərəfli sazişlər narkotik vasitələrin qanunsuz nəqlinə 

qarşı birgə  tədbirlərin aparılmasını  nəzərdə tuturdu. Polşa və  İtaliya ilə 

gömrük işi sahəsində imzalanan sazişlərdə (mart, 2005-ci il) gömrük 

qanunvericiliyinin düzgün tətbiq edilməsi, hüquqpozmalara, habelə narko-

tiklərin qanunsuz dövriyyəsinə qarşı ardıcıl mübarizənin aparılması istiqa-



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə