Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə56/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   52   53   54   55   56   57   58   59   ...   151

Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

156



gömrük rüsumlarının, 41,5 faizi isə  ƏDV-nin payına düşürdüsə, 2003-cü 

ildə bu nisbət ikincinin xeyrinə dəyişmiş, müvafiq olaraq, 28,0 faiz və 67,6 

faiz təşkil etdi [85, 2005, №6, 35-37]. 

Son illər  ərzində toplanan təcrübə göstərir ki, Respublikanın idxalçı 

ölkədən ixracatçı ölkəyə çevrilməsi gömrük-tarif sistemi ilə qırılmaz surətdə 

bağlıdır. Buna görə də, gömrük rüsum dərəcələri hazırlanıb tətbiq edilərkən 

güclü iqtisadi təhlil aparılmalı, iqtisadi sahələrin inkişaf səviyyəsi, daxili 

bazar qiymətlərinin hədləri,  əhalinin sosial vəziyyəti nəzərə alınmalı  və 

dövlətin iqtisadi siyasətinin əsas prinsiplərinə əsaslanmalıdır. Əgər 1995-ci 

ildə dövlət büdcəsinə 13154,5 min manat gömrük vergi və rüsumu 

köçürülmüşdüsə, 10 il sonra, 2005-ci ildə 376172,4 min manat, 2010-cu ildə 

isə 1101772,5 min manat gömrük vergi və rüsumları toplanmışdı ki, bu da 

müqayisə olunan illərdə olduğundan müvafiq olaraq 83,7 və 2,9 dəfə çox 

oldu.  


Azərbaycan Respublikası DGK üzrə dövlət büdcəsinə köçürülən 

gömrük ödənişlərinin dinamikasını  aşağıdakı  cədvəldən aydın müşahidə 

etmək olur: 

 

Cədvəl 3.2 



 

Azərbaycan Respublikası DGK üzrə dövlət büdcəsinə köçürülən 

gömrük ödənişlərinin strukturu (1994-2010-cu illər, min manatla) 

 

İllər 

İdxal 

Rüsumu 

ƏDV Aksiz-

lər 

digər 

gömrük 

rüsumları 

Yol 

vergisi 

İxrac 

rüsumu

Cəmi 

1994 

- - -  -  - 

3479,8 


1995 

4490,0 4576,9 

2933,7 


-  1203,9

13154,5 


1996 

12376,4 30449,0  1710,9  7810,6 

2165,1


54512,0 

1997 

36295,6 34506,6  2955,5  10468,8  1604,8  73,7  85409,9 



1998 

49489,6 46574,5  6434,6  7905,1  1921,9  4,9  112330,6 



1999 

53949,6 59867,1  7972,2  9123,8  2166,5 

133079,2 



2000 

54265,7 76976,6  2396,4  8549,5  1733,1 

143921,3 



2001 

47469,7 104310,3

6339,9 

4599,4 


1653,5  69,1  164441,6 

2002 

51897,4 120414,2

7184,3 

3453,4 


1418,9  0.4 

184368,7 



2003 

58532,7 143526,2

8663,9 

124,5 


1070,6  309,1  212246,9 


Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

157



İllər 

İdxal 

Rüsumu 

ƏDV Aksiz-

lər 

digər 

gömrük 

rüsumları 

Yol 

vergisi 

İxrac 

rüsumu

Cəmi 

2004 

76279,6 171330,8 11144,4 

228,6 

1228,9  453,9  260666,2 



2005 

100492,4 253820,2 19734,8 223,9  1375,8 

525,3 376172,4 

2006 

138559,1 351389,7 23383,1 236,4  1848,4 

542,8 515959,4 

2007 

159367,2 535056,1 72359,5 333,5  4319,8 

376,4 772012,5 

2008 

237477,3 775232,2 91148,3 324,3  5347,9 

843,7 

1110373,8 



2009 

205250,1 832490,8 67779,1 210,1  6746,0 

220,5 

1112696,8 



2010 

217699,0 810957,2 62885,0 349,3  9631,2 

205,8 

1101772,5 



Mənbə: AR DGK-nin cari arxivi, 1994-2011-ci illərə aid hesabatlar; 

//htpp:www. ustoms.gov.az. 

 

Statistik göstəricilərin təhlili göstərir ki, 1993-2012-ci illər üzrə 



gömrük tarif tənzimlənməsi sistemi vasitəsi ilə dövlət büdcəsinə toplanılan 

gömrük vergi və rüsumlarının da həcmi dinamik xətlə artdı, büdcə 

gəlirlərində gömrük ödənişlərinin xüsusi çəkisi ilbəil yüksəldi. Əgər 1994-

cü ildə dövlət büdcəsinə  cəmi 3479,8 min manat gömrük ödənişləri 

toplanmışdırsa, bu göstərici artaraq 1998-ci ildə 112330,6 min, 2000-ci ildə 

143921,3 min, 2003-cü ildə 212246,9 min, 2006-cı ildə 515 959,4 min, 

2008-ci ildə 1110 373,8 min, 2011-ci ildə 1141528,5 min olmuşdur. 2012-ci 

il “Dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən isə 

Dövlət Gömrük Komitəsi üçün 1 mlrd. 200 mln. manat illik büdcə proqnozu 

müəyyənləşdirilmişdi. Bu, 1994-cü illə müqayisədə 1196520,2 min manat 

çox idi. Nəticədə, 2012-ci il üzrə müəyyən edilmiş manat büdcə proqnozuna 

qarşı 1 mlrd. 208 mln. manat gömrük vergi və rüsumlarının toplanıb dövlət 

büdcəsinə köçürülməsi təmin edildi [3, 2012, 25 yanvar]. 

Dövlət Gömrük Komitəsi 2014-cü ildə  nəzərdə tutulan 1 milyard 

510,0 mln. manat illik büdcə proqnozuna qarşı 1 milyard 510,76 milyon 

manat gömrük vergi və rüsumunu toplayaraq proqnoza 100,05 faiz əməl 

edib. Eyni zamanda, 2015-ci və növbəti üç il üçün proqnozlaşdırılan dövlət 

büdcəsi gəlirlərinin layihəsinin hazırlanması  məqsədi ilə geniş iqtisadi 

təhlillər aparılıb və müvafiq təkliflər verilib. Nəticədə 2015-ci il üzrə 80 

milyon manat və ya 5,3 faiz artımla 1 milyard 590 milyon manat həcmində 

büdcə proqnozu müəyyən edilib [68, 2015, 31 yanvar].  



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə