Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə54/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   50   51   52   53   54   55   56   57   ...   151

Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

150



Kabinetinin qəbul etdiyi yeni hüquqi sənədlərin böyük əhəmiyyəti oldu. 

Azərbaycanda ixracat vergisinin tətbiq edilməsinə  “İxracat vergisi 



haqqında” 1995-ci il 28 mart tarixli 1002 nömrəli Qanunla təsdiq olunduq-

dan sonra 1995-1997-ci illərdə  həyat keçirilirdi. Qanuna əsasən, ixracat 

vergisinin obyektini Azərbaycan Respublikasının sərhədindən kənara 

sərbəst dönərli valyuta ilə satılan strateji məhsullar təşkil edirdi. Qanun 

1997-ci il 13 iyun tarixində qüvvədən düşüb. 

Respublika Nazirlər Kabinetinin 1996-cı il 26 iyun tarixli Sərəncamı 

ilə bir sıra idxal malları üçün minimum şərti qiymətlər müəyyən edildi. 

Xarici iqtisadi fəaliyyətlə  məşğul olan hüquqi şəxslər tərəfindən müqavilə 

qiymətlərinin düşünülmüş  şəkildə  aşağı salınması  aşkar edildiyi hallarda 

idxal olunan malların gömrük dəyəri gömrük orqanları tərəfindən müəyyən 

edilməli idi. Digər tərəfdən, Nazirlər Kabinetinin 1996-cı il 2 iyul tarixli 96 

saylı qərarı ölkə daxilində spirtli içkilər və tütün məmulatı istehsalçılarının 

mənafeyini qorumaq, habelə daxili bazarda yerli istehsal mallarının rəqabət 

qabiliyyətinin qaldırmaq, MDB hüdudları kənarından gətirilən mallara yeni 

aksiz dərəcələrinin tətbiqini nəzərdə tutmaqla dövlət büdcəsinin mədaxil 

hissəsinin artırılmasının ciddi ehtiyat mənbəyini yaratmaq, ayrı-ayrı hüquqi 

şəxslərin vergidən yayınma hallarını aradan qaldırmaq, vergi intizamının 

möhkəmləndirmək məqsədi güdürdü. Vergitutma obyektlərinin araşdırıl-

ması istiqamətində gömrük orqanlarının hazırladığı  təkliflər  əsasında 

rüsumsuz ticarət mağazaları  tərəfindən idxal olunan spirt və spirtli içkilər, 

pivə  və tütün məmulatı üzrə rüsum dərəcələri 3 faizdən 10 faizə, digər 

mallar üzrə isə 5 faizə çatdırıldı.  

Həmin qərar qəbul edilənə qədər, yəni 1996-cı ilin cəmi 6 ayı ərzində 

idxal olunan tütün məmulatının 90 faizi bu mağazalar tərəfindən gətiril-

mişdi. Halbuki, rüsumsuz mağazalar qanunda nəzərdə tutulmuş güzəştlərə 

əsasən təkcə tütün məmulatı  və spirtli içkilərin idxalına görə 46,2 milyard 

manat məbləğində gömrük vergi və rüsumları ödəməkdən azad edilmişdi. 

Xarici ticarətin liberallaşdırılması, idxal-ixrac əməliyyatlarına tam 

sərbəstlik verilməsi ilə ölkə iqtisadiyyatında müsbət dəyişikliklərin  əsası 

qoyuldu. Son illər  ərzində gömrük tarif tənzimlənməsində idxalın  əmtəə 

strukturunun səmərələşdirilməsi, ixracı stimullaşdırması, daxili istehsala 

şərait yaradılması istiqamətində görülən işlər ölkə iqtisadiyyatını xarici 

rəqabətin mənfi təsirlərindən qorunması üçün əlverişli şərait yaratdı. İxraca 



Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

151



gömrük vergi və rüsumlarının tətbiqi hələ 1997-ci ildə dayandırıldı, kənd 

təsərrüfatı istehsalını stimullaşdırmaq üçün idxal olunan toxum, yem, gübrə, 

ehtiyat hissələri, kənd təsərrüfatı maşın və mexanizmlərinə gömrük vergi və 

rüsumları tətbiq edilmədi. Bir sıra kənd təsərrüfatı məhsullarının idxalına isə 

mövsümü rüsumlar tətbiq edilirdi. Avropa Birliyi ilə Azərbaycan Respub-

likası arasında Tərəfdaşlıq və  Əməkdaşlıq Sazişinin imzalanması Avropa 

Birliyinə daxil olan ölkələrlə xarici iqtisadi-ticarət  əlaqələri xeyli 

genişləndirmişdi. Əvəzsiz maliyyə və texniki yardımlar, qrantlar, kreditlər, 

və borclar hesabına idxal olunan mallar, habelə investisiya təyinatlı mallar 

gömrük vergi və rüsumlarına cəlb olunmurdu. 1997-ci ildən Beynəlxalq 

Valyuta Fondunun tövsiyələri  əsasında 15 faizlik vahid idxal rüsum 

dərəcələrinin tətbiqinə başlanıldı  və qüvvədə olan vahid mal nomenk-

laturasının 97 mal qrupundan 69-na aid edildi. Qalan 28 mal qrupuna isə 5 

faizlik gömrük idxal rüsumu tətbiq edilirdi. 

2001-ci ildən etibarən, gömrük siyasətinin əsas istiqamətlərindən biri 

kimi tarif tənzimlənməsinin yeni sisteminin tətbiqinə başlanıldı. Dünya 

ölkələr ilə vasitəli vergilərin alınmasının “son təyinat” prinsipi tətbiq edildi. 

Ölkə daxilində istehsalçıların maraqlarını qorunması üçün vahidləşdirilmiş 

tarif sistemi beynəlxalq təcrübədə müdafiə olunan diferensiallaşdırılmış tarif 

sistemi ilə əvəz edildi. Xarici ticarətdə sağlam rəqabətə şərait yaratmaq üçün 

əlavə dəyər vergisinin dərəcəsi 20 faizdən 18 faizə qədər azaldıldı. 2003-cü 

ildən mal qruplarının bəzilərində (məsələn, gül, meyvə, qoz-fındıq və s. 

bitkilər) dəyişiklik edilərək 15 faizlik gömrük idxal rüsumlarına keçirildi. 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri 

K.F.Heydərovun 1999-cu il 2 aprel 22 nömrəli  əmri ilə  “Gömrük nəzarəti 

zonalarının yaradılması  və onların nişanlanması Qaydaları”  təsdiq edildi. 

Sənəd Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə  və digər qanun-

vericilik aktlarına uyğun olaraq işlənib hazırlanmış  və malların, nəqliyyat 

vasitələrinin, sərnişinlərin  əl yüklərinin və baqajın, eləcə  də müşayiət 

olunmayan baqajın, valyutanın, valyuta sərvətlərinin və beynəlxalq poçt 

göndərişlərinin gömrük rəsmiləşdirilməsi yerlərində gömrük nəzarəti zona-

larının yaradılması  və  fəaliyyət göstərməsi qaydalarını müəyyən edirdi. 

“Qaydalar”da göstərilirdi ki, belə gömrük nəzarəti zonaları  və onun 

hüdudları hər bir konkret hal üçün gömrük orqanının rəhbərinin və ya onu 

əvəz edən  şəxsin göstərişi  əsasında gömrük nəzarətini həyata keçirən 




Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

152



gömrük orqanının vəzifəli  şəxsi tərəfindən müəyyən edilir. Gömrük 

anbarlarının, müvəqqəti saxlanc anbarlarının, rüsumsuz ticarət mağaza-

larının ərazisi gömrük nəzarəti zonaları hesab edilir [77, 29]. 

Azərbaycan Respublikasının gömrük rüsumları cədvəli 12 aprel 2001-

ci ildən HS-1996 əsasında qurulub. Gömrük rüsumları cədvəlinin 22 dekabr 

2003-cü il dən Beynəlxalq Harmonik Sistemin yeni variantına (HS-2002) 

uyğunlaşdırılması məqsədilə on rəqəmli təsnifat sisteminə keçirilib. 2001-ci 

ilin aprel ayının 16-na qədər Azərbaycanda gömrük orqanlarının həyata 

keçirdiyi iqtisadi fəaliyyəti yalnız dövlət büdcəsi gəlirlərinin doldurulmasına 

xidmət edirdisə, yeni gömrük-tarif sistemi gömrük nəzarətinin tənzimləyici 

və qoruyucu funksiyalarını daha da genişləndirdi. 2001-ci ildə yeni tarif 

sisteminin qəbul edilməsi gömrük orqanlarının fəaliyyətində tamamilə yeni 

bir dövrün başlanğıcını qoydu. Bu da onunla əlaqədardır ki, artıq ölkədə 

qeyri-neft sektorunun ayrı-ayrı sahələrinin inkişafı baş verir və bu inkişafın 

normal həyata keçirilməsi üçün fiskal sektor real sektora öz köməkliyini 

göstərir. 

Obyektiv zərurətdən irəli gələrək bir sıra mallara spesifik rüsumlar 

tətbiq olunurdu. Lakin bu cür rüsumlar malın keyfiyyətini, real qiymətini 

nəzərə almağa imkan vermədiyindən spesifik rüsumların advalor rüsumlarla 

əvəzlənməsi prosesi, demək olar ki, başa çatdırıldı. Bu tədbirdən sonra 

gömrük idxal rüsumları üzrə orta tarif dərəcəsi 8,3 faizdən 5,7 faizə düşdü. 

Alkoqollu içkilərin, tütün məmulatlarının və neft məhsullarının Azərbaycan 

Respublikasından idxalına aksiz vergisi tətbiq edilir. Aksz vergisinin tətbiqi 

Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər normativ hüquqi 

aktlarla tənzimlənir. Aksiz vergisinin tətbiqi ilk dəfə olaraq istehlak 

mallarına aksiz vergisi tətbiq edən “Aksiz Vergisi haqqında” 1991-ci il 31 

dekabr tarixli Qanunla tətbiq edilmişdir. Lakin Azərbaycan Respublikasının 

“Azərbaycan Respublikasının Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə 

minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında”  2000-ci 

il 11 iyul tarixli 905-IQ nömrəli Qanunu ilə  ləğv edilmişdir. Azərbaycan 

Respublikası Nazirlər Kabinetinin “MDB ölkələrinin hüdudları kənarından 

respublikaya gətirilən minik avtomobillərinə aksiz vergisi tətbiq edilməsi 

haqqında” 1996-cı il 27 mart tarixli 35 nömrəli Qərarı MDB ölkələri istisna 

olmaqla digər ölkələrdən idxal edilən minik avtomobillərinin ümumi 

dəyərindən 15 faiz aksiz vergisi ödənilməsini tələb edirdi. Bu Qərar 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə