Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
138
Qanunun 6-cı fəslində tarif güzəştlərinin müəyyən edilməsi ilə bağlı müd-
dəalar əks olunmuşdur. Qanuna görə, əgər “gömrük güzəştləri” dedikdə,
gömrük qanunvericiliyi ilə müəyyən edilən qaydalara aid istənilən güzəşt
nəzərdə tutulurdu. “Tarif güzəştləri” dedikdə, gömrük tarifində müəyyən
edilən dərəcələrə uyğun gömrük rüsumlarının alınması ilə əlaqədar güzəştli
vergi tutulması nəzərdə tutulur. Tarif güzəştləri “Gömrük tarifi haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarı ilə verilir. Qanunun 34-cü mad-
dəsində gömrük sərhədi ərazisindən çıxarılan Azərbaycan Respublikası
valyutası və bu əraziyə gətirilən xarici valyutalar (numizmatika məqsədilə
istifadə olunanlardan başqa), qiymətli kağızların gömrük rüsumlarından
azad edilməsi göstərilir. Həmin Qanunun 35-ci maddəsində göstərilir ki,
Azərbaycan Respublikasının xarici dövlətlərlə ticarət siyasəti münasibətləri
həyata keçirilərkən aşağıdakı mallar üzrə gömrük rüsumlarından azadetmə,
gömrük rüsum dərəcələrinin aşağı salınması, yaxud idxal (ixrac) üçün
kvotalar qoyulması kimi güzəştlər verilə bilər:
– Azərbaycan Respublikası ilə gömrük ittifaqı və azad ticarət zonası
yaratmış və ya bu cür ittifaqın və ya zonanın yaradılmasına dair müqavilə
imzalamış dövlətlərə mənsub mallar;
– Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən beş ildə bir
dəfədən az olmamaq şərti ilə inkişaf etməkdə olan ölkələrə mənsub mallara
edilən güzəştlər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respubli-
kası ərazisində radiasiya təhlükəsizliyinə nəzarəti gücləndirmək tədbirləri
haqqında” 1997-ci il 11 iyul tarixli 76 nömrəli qərarı ölkə ərazisində radia-
siya təhlükəsizliyinə müntəzəm nəzarətin mövcud norma və qaydaların
tələblərinə uyğun təmin edilməsi və bu sahədə dövlət nəzarətinin güc-
ləndirilməsi məqsədi daşıyırdı. Həmin qərarda respublikaya gətirilən və
respublikadan çıxarılan, eyni zamanda respublika ərazisindən keçən tranzit
yüklərə daim radiasiya nəzarəti aparmaq məqsədilə bütün sərhəd keçid
məntəqələrində stasionar avtomatik radiasiya nəzarəti cihazlarının quraş-
dırılması gömrük orqanlarına tapşırıldı.
2002-ci ilin avqust ayında fəaliyyətə başlayan “Yeni sahil” gömrük
postuna gömrük rəsmiləşdirilməsinin aparılması və başa çatdırılması,
statistika və maliyyə işlərinin aparılması səlahiyyəti verildi. Bununla da
Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
139
Neft Konsorsiumuna idxal olunan böyük miqdarda malların vaxtında və
operativ surətdə gömrük rəsmiləşdirilməsi və onlar üzərində gömrük
nəzarətinin həyata keçirilməsinin səmərəli təşkilinə imkan yaratdı. Hasil və
emal edilən neft və neft məhsullarının, eləcə də enerji daşıyıcılarının
gömrük rəsmiləşdirilməsini asanlaşdırmaq, bu növ malların ixracına daha
əlverişli şərait yaratmaq məqsədilə DGK-nın daxili imkanları hesabına
enerji daşıyıcılarının gömrük rəsmiləşdirilməsi və gömrük nəzarətini həyata
keçirən “Enerji gömrükxanası” fəaliyyətə başladı.
Əslində, 1995-ci il sistemli iqtisadi islahatların həyat keçirilməsinin
başlanğıc ili hesab olunmalıdır. Çünki iqtisadiyyatın dövlət tərəfindən idarə
olunmasına ilk dəfə orta müddətli məqsədli proqramlar üzrə başlanıldı.
Heydər Əliyev bu missiyanı öz üzərinə götürərək ölkənin iqtisadi siyasət
strategiyasının başlıca konturlarını cızmışdı. Belə proqramlara “1995-1998-
ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”,
“Aqrar islahatlar Proqramı”, “Azərbaycan Respublikasında iqtisadi yüksə-
liş və struktur yenidənqurmanın orta müddətli Proqramı” və “1997-2000-ci
illərdə kiçik və orta sahibkarlığa dövlət köməyi Proqramı”nı aid etmək olar.
Ölkənin strateji məqsədi və taktiki vəzifələr baxımından cari, habelə orta-
müddətli inkişaf proqramları ilə yanaşı, uzunmüddətli sosial-iqtisadi inkişaf
perspektivlərini əhatə edən strategiya işlənib-hazırlandı. Bazar münasibətləri
iqtisadi sistemi şəraitində Azərbaycan Respublikasının uzunmüddətli inkişaf
perspektivlərini əks etdirəcək milli inkişaf strategiyasının işlənib hazır-
lanması zəruriliyini ümummilli lider Heydər Əliyev 2001-ci ildə ABŞ
Ticarət palatası İdarə Heyəti üzvləri ilə görüşündə söyləmişdi [6, 2001, 4
iyul].
Məhz onun nəhəng təşkilatçılıq fəaliyyəti nəticəsində Azərbaycanın
beynəlxalq iqtisadi münasibətlər sistemində iştirakı və özünəməxsus mövqe
qazanması üçün lazımi tədbirlər görüldü, ölkənin xarici aləm üçün maraqlar
dairəsi və iqtisadi əhəmiyyəti düzgün dəyərləndirildi. Beynəlxalq aləmin
Cənubi Qafqazda, xüsusilə Azərbaycanda və Xəzər regionunda, təmsil olu-
nan, üst-üstə düşən maraq dairələri müəyyənləşdirildi və təhlil edildi.
Respublika Prezidentinin təşəbbüsü və səyi ilə əsasən iqtisadi xarakter daşı-
yan, mühüm beynəlxalq müqavilə və sazişlər imzalandı. Dövlətin bu mürək-
kəb prosesləri, o cümlədən gömrük rüsumları, pul-kredit sistemi, optimal
vergi dərəcələri üzərində nəzarət funksiyalarını həyata keçirməsi mühüm
Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
140
əhəmiyyət daşıyırdı.
Xarici-iqtisadi fəaliyyətin dövlət tənzimlənməsi sahəsində bütün
ölkələrin fəaliyyəti praktik olaraq eynidir. Lakin onun miqyası, forma və
metodları bu sahədə hər bir dövlətin qarşıya qoyduğu məqsəd və vəzifə-
lərdən, onun müasir dünyadakı vəziyyətindən, həyata keçirdiyi daxili və
xarici siyasətindən asılı olaraq müxtəlifdir. Azərbaycan Respublikasının
gömrük siyasəti konkret olaraq əsasən iki iqtisadi məsələnin həllinə yönəl-
dilmişdi: 1) gömrük gəlirlərinin mümkün qədər artırılması və 2) ölkənin
müsbət xarici ticarət balansının formalaşması. Təbii ki, bazar münasibətləri
tarixində yüz illərlə təcrübəsi olan, xarici ticarəti tamamilə liberallaşan,
dünya siyasətində öz yeri olan ölkələrlə, bu yolu özünə inkişaf yolu seçmiş
və bazar iqtisadiyyatına keçid şəraitində gömrük tarif siyasətinin məqsədi və
vəzifələri tamamilə üst-üstə düşə bilməz. Bu siyasətin forma və metodları
eyni olsa da, təsir dairəsi və səmərəsi eyni deyildir.
Ölkəmiz ilk növbədə postsovet respublikaları ilə xarici iqtisadi
əlaqələrin bərabərhüquqlu əsaslar üzərində davam etməsində maraqlı idi.
Azərbaycan Respublikası ilə Belorus Respublikası arasında 1993-cü il
dekabrın 24-də Bakı şəhərində ticarət-iqtisadi əməkdaşlıq prinsipləri
haqqında Saziş imzalandı. Sazişdə tərəflər bərabərlik və qarşılıqlı faydalılıq
prinsipləri əsasında əməkdaşlığın genişləndirilməsi, ticarət-iqtisadi münasi-
bətlərin inkişaf etdirilməsi barədə razılığa gəlmişdilər. 1993-cü ilin deka-
brında Azərbaycanla Tacikistan, Qazaxıstan və Moldova respublikaları
arasında Aşqabadda, 1994-cü ilin martında Qırğızıstanla imzalanan ticarət-
iqtisadi əməkdaşlıq haqqında sazişlərdə tərəflər qarşılıqlı mal göndər-
mələrinin nomenklaturu və həcmlərinin razılaşdırılması barəsində razılığa
gəlmişdilər [56, 90-94].
Respublika Prezidentinin “Azərbaycan Respublikasında xarici ticarə-
tin səmərəliliyinin artırılması haqqında” 1994-cü il 10 yanvar tarixli və
“Azərbaycan Respublikasında xarici ticarətin sərbəstləşdirilməsi haqqında”
1994-cü il 5 aprel tarixli Fərmanları xarici ticarətin genişləndirilməsi
məqsədi daşıyırdı. Sonuncu sənədə görə, bütün hüquqi şəxslər tərəfindən
strateji məhsulların ixrac edilməsinə icazə verilir və bu məhsulların sərbəst
dönərli valyuta ilə minimum satış həcmləri müəyyən edilirdi. Respublika
büdcəsinə xarici valyutanın daxil olması üçün tədbirlər və normativlər təyin
edilməklə bərabər, bundan sonra məhsulun haqqı ödənilmədən onun satışına
Dostları ilə paylaş: |