Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
130
məşğul olan iri istehsal müəssisə və birliklərin Azərbaycanın idxalında
(667657,2 min ABŞ dolları) payı 171064,6 min dollar (25,6 faiz) təşkil
etmişdi. İdxalın təşkilatlar üzrə strukturunda kiçik müəssisələr -67917,8 min
dollar (10,2 faiz), birgə müəssisələr - 63191,0 min dollar (9,5 faiz), şirkətlər
- 188365,0 min dollar (28,2 faiz), dövlət ticarət təşkilatları - 39213, 6 min
dollar (5.9 faiz), kommersiya təşkilatları - 6203,5 faiz (0,9 faiz),səhmdar
cəmiyyətlər - 2000, 6 min dollar (0,3 faiz), xarici iqtisadi əlaqələr üzrə
təşkilatlar - 35211, 6 min dollar (5,3 faiz), ayrı-ayrı cəmiyyətlər - 26124, 9
min dollar (3,9 faiz), holdinglər - 8546, 0 min dollar (1,3 faiz), nəqliyyat və
rabitə müəssisələri - 12138,9 min dollar (1,8 faiz), tikinti təşkilatları - 365,2
min dollar (0,05 faiz), şəxsi yardımçı təsərrüfatlar - 3153,3 min dollar (0,5
faiz) və digər təşkilatlar - 40819,1 min dollar (6,1 faiz) paya malik olmuşdu.
Həmin ildə Azərbaycanın ixracında (547360, 1 min dollar) əsas yeri
iri müəssisə və birliklər - 306895,2 min manat (56,1 faiz), dövlətin xarici
iqtisadi əlaqələri birbaşa həyata keçirən təşkilatlar - 106727,2 min dollar
(19,5 faiz) və birgə müəssisələr - 38730,6 min dollar (7,1 faiz) tuturdu.
Bütövlükdə, idxal-ixrac əməliyyatlarının 39,3 faizi iri istehsal müəssisələri
və birlikləri, 27,0 faizi kiçik müəssisələr, 6,6 faizi şirkət və assosiasiyalar,
3,6 faizi dövlətin ticarət və xarici iqtisadi əlaqələr təşkilatları tərəfindən
aparılmışdı [81, 220].
1995-ci ildən başlanmış iqtisadi islahatlar respublikanın xarici iqtisadi
əlaqələrinin genişlənməsinə əlverişli şərait yaratdı. Yeni qaydalar dövlət
orqanlarına, özəl şirkət, səhmdar cəmiyyət və birliklərə maneəsiz olaraq
xarici iqtisadi fəaliyyətlə məşğul olmaq imkanı verirdi. Xarici iqtisadi
fəaliyyətə aid bir sıra qanun və sənədlər qəbul edildi. Bu mühüm prosesin
hüquqi təminatı ölkəmizin xarici iqtisadi münasibətlərinin dərinləşməsinə
səbəb oldu. 1996-cı ilin göstəriciləri əvvəlki illərdən fərqlənirdi. Azərbay-
candan gömrük nəzarətindən keçməklə xaricə 736518, 1 min ABŞ dolları
məbləğində məhsul göndərilmiş, respublikaya isə 944526,7 min dollar
məbləğində mal idxal edilmişdi. Bu göstəricilər ixrac üzrə göstəricilərdən
240 mln. Dollar və ya 3,1 dəfə, idxal göstəriciləri üzrə 2,8 dəfə çox
olmuşdu. Həmin dövrdə idxal əməliyyatlarının 58,0 faizi və ya 387253
manatı, ixracın isə 48,5 faizi və ya 265478,6 manatı dönər valyuta ilə həyat
keçirilmişdi. İdxal və ixracda barter əməliyyatlarının payı 1994-cü ilə
nisbətən müvafiq olaraq 36,1 və 32,5 faiz azalmışdı. Bununla bərabər, xarici
Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
131
ticarət dövriyyəsində barter əməliyyatlarının həcmi yüksək olaraq qalırdı:
ölkəyə gətirilən malların 29,8 faizi, ixrac edilən malların isə 60,8 faizi barter
əməliyyatlarının payına düşürdü [137, 88].
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respub-
likasında ixrac və idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri
haqqında” 1995-ci il 24 aprel tarixli 90 saylı qərarı ilə
“Gömrük ixrac
rüsumu haqqında müvəqqəti Əsasnamə”, “Azərbaycan Respublikası ərazi-
sindən çıxarılarkən gömrük ixrac rüsumuna cəlb olunan malların qruplar
üzrə siyahısı və gömrük ixrac rüsumunun dərəcələri”, “Gömrük idxal
rüsumu haqqında müvəqqəti Əsasnamə”, “Azərbaycan Respublikası
ərazisinə gətirilərkən gömrük idxal rüsumuna cəlb olunan malların qruplar
üzrə siyahısı və gömrük idxal rüsumlarının dərəcələri”, “Gömrük xidmətləri
göstərilməsi üçün alınan ödənclər haqqında təlimat” və “Gömrük
xidmətlərinin göstərilməsi üçün alınan ödənclərin tarifi” adlı sənədlər
təsdiq edildi [12, 295-305; 15, 112-131].
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 11 iyul
tarixli “Azərbaycan Respublikası ərazisində radiasiya təhlükəsizliyinə
nəzarəti gücləndirmək tədbirləri haqqında” 76 nömrəli qərarı ölkə ərazi-
sində radiasiya təhlükəsizliyinə müntəzəm nəzarəti mövcud norma və
qaydaların tələblərinə uyğun təmin edilməsi və bu sahədə dövlət nəzarətinin
gücləndirilməsi məqsədi daşıyır. Respublika Nazirlər Kabinetinin “Azərbay-
can Respublikasında idxal-ixrac əməliyyatları üzrə gömrük rüsumlarının
dərəcələri haqqında” 1998-ci il 22 aprel tarixli 91 saylı qərarı ilə gömrük
rüsumları və yığımlarının dəyişdirilməsi həyata keçirildi, daha doğrusu,
ixrac olunan mallar onların növündən asılı olmayaraq ixrac rüsumundan
azad olundu. 1998-ci ildə gömrük vergi qanunvericiliyinə dair normativ
bazanın dəyişmədiyi, əksinə, gömrük vergi və rüsumlarından qanunve-
riciliklə azad olmaların xüsusi çəkisinin artdığı, vergitutma obyektlərinin
sayının azalmasına baxmayaraq, dövlət büdcəsinə 561,6 mlrd. manat göm-
rük rüsumları və vergiləri toplanıb köçürülmüşdü. Bu, 1997-ci ildəkindən
132,1 mlrd. manat və ya 30,8 faiz çox olmuşdu(müvafiq illərin qiymətləri
ilə) [106, 1998, 29 yanvar, №2] .
Qeyd olunduğu kimi, Gömrük tarifi bazar iqtisadiyyatı şəraitində
xarici iqtisadi fəaliyyətin tənzimlənməsinin əsas aləti olaraq iqtisadi-ticarət
əlaqələrinin tənzimlənməsində mühüm rol oynayır. Dünya təcrübəsi təsdiq