Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə44/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   40   41   42   43   44   45   46   47   ...   151

Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

122



sərbəstliyə geniş meydan açmaq niyyətində olduğumuzu açıqlamışdı. 

 İqtisadi məsələlərə  həsr edilmiş London konfransında 20 ölkədən 

gəlmiş 200-dən çox nümayəndə iştirak edirdi. Konfransda Heydər Əliyevin 

çıxışı çox diqqətlə dinlənilmiş  və forum iştirakçılarının bir çoxunda 

Azərbaycan iqtisadiyyatına investisiya cəlb etməyə maraq oyatmışdı. Ulu 

öndər konfransda Azərbaycanın keçmiş sovet dövrü tarixinin xüsusiyyətləri 

və bazar iqtisadiyyatına keçid dövrünün problemlərindən söz salaraq dünya 

dövlətləri ilə qarşılıqlı-faydalı  əməkdaşlığın təminat mexanizminin yara-

dılması və iqtisadi maraqların uzlaşdırılması kimi prinsipial müddəalar irəli 

sürmüş, Avropanın qabaqcıl ölkələrinin təcrübəsindən səmərəli istifadə 

etmək məqsədini ifadə etmişdi. London konfransının  əsas nəticəsi bundan 

ibarət oldu ki, Azərbaycan xarici investisiyalar yatırılması üçün əlverişli 

imkanlar qazandı. Bu məqam konfransın sədri Corc Riçers, Böyük 

Britaniyanın dövlət katibi Yan Lanq, ABƏŞ-in prezidenti Terri Adamın 

çıxışlarında da ifadə olunmuşdu [81, 109; 54, 21-32; 59, 204 ]. 

Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin ilk 

dəfə olaraq 1995-ci il yanvarın 26-30-da Davosda (İsveçrə) keçirilən 

Ümumdünya iqtisadi Forumunda iştirak etməsinin Qərb dövlətləri ilə 

iqtisadi əlaqələrinin inkişaf etdirilməsində mühüm əhəmiyyəti oldu. 

Gömrük işinin  əsasını  təşkil edən gömrük siyasəti mürəkkəb və 

çoxfunksiyalı  fəaliyyət olmaqla dövlətin iqtisadi siyasətinin tərkib hissə-

lərindən biridir. Onun vasitəsilə davamlı iqtisadi inkişafı  təmin etmək və 

iqtisadi inkişafı stimullaşdırmaq mümkündür. Gömrük tənzimlənməsindən 

iqtisadi inkişafa təsir vasitəsi kimi istifadə edilməsi bir çox dünya ölkə-

lərinin təcrübəsində rast gəlinir. ABŞ, Böyük Britaniya, Yaponiya, 

Almaniya, Fransa və Çin kimi qabaqcıl dövlətlərin iqtisadi inkişaf təcrü-

bəsində çevik gömrük-tarif siyasəti geniş  tətbiq edilir. Düzdür, müxtəlif 

ölkələrdə iqtisadiyyatın gömrük tənzimlənməsinin miqyası  və metodları 

əsaslı surətdə fərqlənir. Bu, ölkənin tarixi ənənələri, milli təsərrüfatçılıq və 

həyat tərzi, geosiyasi vəziyyəti və s. faktorlarla əlaqədardır. 

Gömrük siyasətinin həyata keçirilməsində beynəlxalq müqavilələrdə 

nəzərdə tutulmuş müddəaların həyata keçirilməsi əsas istiqamətlərdən birini 

təşkil edir. 1973-cü il tarixli Gömrük proseduralarının sadələşdirilməsi və 

harmonikləşməsi haqqında Beynəlxalq Konvensiya (Kioto Konvensiyası) 

1974-cü ildə qüvvəyə minmişdir və özündə 70-dən artıq dövləti birləş-



Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

123



dirirdi. Azərbaycan Respublikasının 1997-ci il Gömrük Məcəlləsinin 2-ci 

maddəsi ilə gömrük siyasətinin dövlətin və xarici siyasətinin tərkib hissəsi 

kimi müəyyən edilməsi Azərbaycan Respublikasının gömrük qanun-

vericiliyinin beynəlxalq inteqrasiya istiqamətində qurulmasını göstərir. 

Azərbaycanın milli gömrük xidmətinin formalaşdığı bir vaxtda ÜTT-nin 

1999-cu il 26 may tarixli sessiyasında Kioto Konvensiyası yeni redaksiyada 

qəbul edildi. Konvensiya yeni redaksiyada aşağıdakı müddəalara əsaslanır; 

sadələşdirilmiş standart gömrük qayda və qanunlarının qəbul edilməsi; 

gömrük proseduralarında informasiya sistemləri və texnologiyalarından 

maksimum dərəcədə istifadə edilməsi; gömrük nəzarətinin metodlarının 

təkmilləşdirilməsi; elektron məlumat bazasından istifadə; gömrük orqan-

larının digər dövlət orqanları ilə  hərtərəfli  əməkdaşlı; xarici iqtisadi 

fəaliyyət iştirakçıları ilə tərəfdaş münasibətlərinin müəyyən olunması və s. 

İndiki halda gömrük orqanlarından  şikayət verilməsi qaydaları daha aydın 

və dəqiq ifadə olunur. 

Bu sahədə digər mühüm beynəlxalq standart kimi Gömrük Əmək-

daşlığı  Şurasının (GƏŞ)qəbul etdiyi Yüklərin beynəlxalq tranziti haqqında 

Gömrük Konvensiyasını (1971-ci il) göstərmək olar. Bu Konvensiyaya 

gömrük orqanlarında yüklərin yoxlanılmasının sadələşdirilmiş proseduru 

üzrə  fəaliyyət göstərir. 1983-cü ildə Brüsseldə  “Malların təsvirinin və 



kodlaşdırılmasının harmonizasiya olunmuş sistemi” haqqında Beynəlxalq 

Konvensiya qəbul olundu və 1988-ci ilin yanvarın 1-dən qüvvəyə mindi. 

1990-cı ildə  İstanbulda imzalanmış  “Müvəqqəti idxal haqqında” Konven-

siya gömrük rejimlərinin sadələşdirilməsi və harmonizasiyasını, müvəqqəti 

idxal barədə qaydaların asanlaşdırılmasını, beynəlxalq ticarətə  və beynəl-

xalq mübadiləyə  səmərəli yardım göstərilməsini nəzərdə tuturdu. 1972-ci 

ildə  qəbul edilmiş  “Konteynerlərə aid Gömrük Konvensiyası”  aşağıdakı 

məsələləri  əhatə edir: müvəqqəti idxal şərtləri, müvəqqəti idxal proseduru, 

müvəqqəti ixrac proseduruna uyğun olaraq ixrac edilən konteynerlərdən 

istifadə olunma şərtləri və xüsusi hallar. “Sərhəddə yüklərə nəzarətin həyata 



keçirilməsi  şərtlərinin razılaşdırılması haqqında”  1984-cü il tarixli 

Beynəlxalq Konvensiyanın  əsas məqsədini beynəlxalq yük daşımalarının 

asanlaşdırılmasını  nəzərdə tutur. Avropa İttifaqı  çərçivəsində gömrük 

münasibətlərinin tənzimlənməsi 1992-ci ildə  qəbul olunmuş  və 1994-cü il 

yanvarın 1-də qüvvəyə minmiş Gömrük Məcəlləsi ilə  həyata keçirilir. Bu 



Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

124



Məcəllə həm Avropa İttifaqı səviyyəsində, həm də milli səviyyədə gömrük 

qaydalarını müəyyən edir. MDB çərçivəsində imzalanmış müqavilələr də 

gömrük münasibətlərinin əlaqələndirilməsində mühüm rol oynayır. 

Azərbaycan Respublikasının yeritdiyi gömrük siyasətinin  əsas prin-

sipləri gömrük qanunvericiliyində, o cümlədən Gömrük Tarifində  əks 

olunmuşdur. Azərbaycan Respublikasının 1995-ci il Gömrük Tarifinin əsas 

prinsipləri bunlar idi: 

– idxal və ixracın mal quruluşunun səmərələşdirilməsi; 

– Azərbaycan Respublikası  ərazisinə  gətirilən və ölkədən çıxarılan 

malların valyuta gəlirlərinin və  xərclərinin  əlverişli nisbətinin təmin edil-

məsi; 

– Azərbaycan Respublikasının gömrük ərazisinə  gətirilən və bu 



ərazidən çıxarılan valyuta sərvətlərinin üzərində  səmərəli nəzarətin həyata 

keçirilməsi; 

– Azərbaycan Respublikasında malların istehsal və istehlak struk-

turunda mütərəqqi dəyişikliklər üçün şəraitin yaradılması; 

– Azərbaycan Respublikasının iqtisadiyyatını xarici rəqabətin mənfi 

təsirindən qorunması; 

– Azərbaycan Respublikasının iqtisadiyyatının dünya iqtisadiyyatına 

səmərəli inteqrasiyasına şərait yaradılması. 

İqtisadiyyatın bazar münasibətlərinə transformasiya olunması ilə 

əlaqədar olaraq həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi dəyişikliklər 

və milli iqtisadiyyatın dirçəldilməsinin mühüm amili kimi gömrük-tarif 

mexanizmlərindən fəal istifadə olunması  nəticəsində gömrük vergi və 

rüsumlarının dinamikası artdı. Digər tərəfdən, milli iqtisadiyyatın gömrük-

tarif sistemi vasitəsilə dövlət tərəfindən dəstəklənməsi zəruriliyi də bunu 

şərtləndirən mühüm amillərdən biridir. 1996-cı ildən başlayaraq büdcə 

gəlirlərinin təqribən 15-22 faizinin gömrük vergi və rüsumları hesabına 

formalaşması gömrük sisteminin iqtisadiyyatın idarə edilməsində  əhəmiy-

yətli rol oynadığını təsdiq edir. 

 1995-2013-cü  illərdə Respublikanın sosial-iqtisadi həyatında baş 

verən  əhəmiyyətli dəyişikliklər, büdcə  gəlirlərinin artması, o cümlədən 

gömrük rüsum və  gəlirləri hesabına ölkənin maliyyə imkanları xeyli 

yaxşılaşdı. Bu da büdcə  xərclərində investisiya və sosial yönümlülüyünün 

və istehsal xarakterli proqramlara maliyyə  dəstəyinin gücləndirilməsinə, 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə