Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
116
iqtisadiyyatı, maliyyə-kredit vəziyyəti çox ağır haldadır və əgər ciddi
tədbirlər, konkret əməli iş görülməsə, ciddi addımlar atılmasa, iqtisadi-sosial
böhran dərinləşəcək və bizdən ötrü daha ağır problemlər yaradacaqdır. Buna
görə də, o təklif edirdi ki, Respublikanın maliyyə vəziyyətini, istehsal edilən
mallardan istifadə, eyni zamanda idxal-ixrac əməliyyatlarının səviyyəsi
məsələlərini aydınlaşdırmaq lazımdır: istehsal olunan bir sıra məhsullar
xaricə satılsa da, bu sahədə qarışıqlıq və qanun pozuntuları vardır, ixrac
olunan malların əvəzində lazımi mallar alınmır və ölkəmizin ehtiyacları
təmin olunmurdu; çətin vəziyyətdə olan iqtisadiyyatımızın buraxdığı
məhsulların dəyəri respublikaya qaytarılmırdı, bu borcların nə vaxt qayı-
dacağı, hansı məqsədlər üçün istifadə olunacağı bilinmirdi. Aydındır ki,
islahatların dərinləşməsi iqtisadiyyatın idarəetmə strukturunun köklü surətdə
dəyişməsini tələb edirdi. Ticarət Nazirliyi ilə Xarici İqtisadi Əlaqələr
Nazirliyinin bazasında yeni nazirlik yaradılması xarici iqtisadi-ticarət
əlaqələrinin dövlət tənzimlənməsi mərkəzləşdirilməsi, təsərrüfat fəaliyyəti
ilə məşğul olan dövlət şirkətlərinin dövlət tənzimlənməsi funksiyalarından
azad edilməsi məqsədini daşıyırdı.
Heydər Əliyev xarici ölkələrlə gömrük münasibətlərinin sağlam
hüquqi əsaslar üzərində qurulmasının iqtisadiyyatımız üçün böyük
əhəmiyyəti olduğunu vurğulayır, maliyyə əlaqələrinin banklar vasitəsilə
həyata keçirilməsini, barter əməliyyatlarının məhdudlaşdırılmasını, yalnız
konkret məqsədlər üçün aparılmasını məqsədəuyğun sayırdı. Heydər Əliyev
təkidlə qeyd edirdi ki, Azərbaycanın müstəqil gömrük siyasəti olmalıdır:
“Əgər Gömrük Komitəsi bacarırsa, gömrük siyasəti haqqında layihə
hazırlayıb qısa müddətdə təqdim etsin... Gömrük siyasəti iqtisadiyyatımızın
yüksəlməsini təmin edən əsas amillərdən biridir. Biz gərək bir tərəfdən
gömrük siyasətimizi tənzimləyək, digər tərəfdən elə edək ki, gömrük
qanunları günün tələblərinə uyğun olsun” [53, 262].
Müstəqil Azərbaycan dövlətinin xarici iqtisadi siyasətinin konseptual
əsasları, məqsədi, prinsipləri və xüsusiyyətləri Prezident Heydər Əliyevin
müxtəlif çıxış və nitqlərində də öz əksini tapmışdır. Onun irəli sürdüyü
xarici iqtisadi siyasətin strategiyasında xalqın mənafeyinə tabe edilmiş
iqtisadi siyasət yeridilməsi, ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə
inteqrasiyası üçün bütün xarici və daxili amillərdən faydalanmaqla sıx
əməkdaşlığın qurulması, tərəfdaş ölkələrlə iqtisadi maraqların uzlaşdırıl-
Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
117
ması, qarşılıqlı təminat mexanizmini yaradılması və qorunması ən vacib
prioritetlərdən idi. Milli gömrük siyasətinin Heydər Əliyev tərəfindən
müəyyən edilən ilkin prioritetləri bunlar idi:
– ixrac olunan mallara qoyulan vergilərə baxmaq lazımdır. Xaricdən
daxil olan malların ola bilər ki, bir qisminə mütləq müəyyən vergi qoyulsun,
bir qismi isə vergilərdən tamamilə azad olsun;
– ixraca gedən strateji məhsullar bir mərkəzdə toplanmalıdır. Strateji
malların ixracı məsələsi prezidentin səlahiyyətində olmalıdır. Strateji
məhsulların ayrı-ayrı təşkilatlar tərəfindən satılmasına son qoyulmalıdır;
– müəyyən olunmalıdır ki, bizim valyutamız nə qədər gələcək və nə
qədər gedəcək, hansı malı satıb nə qədər valyuta alınacaq, bu valyutadan
necə istifadə ediləcəkdir;
– bu məqsədlə Valyuta fondu yaradılmalıdır. Valyutadan istifadə
olunması, valyuta gətirən malların ixracı mərkəzləşdirilməli və bunların
hamısı ümumi iqtisadiyyatımızın inkişafına, ölkənin ağır vəziyyətdən
çıxmasına yönəldilməlidir;
– gömrük idarələrində qanun pozuntularının və gömrük
əməkdaşlarının öz vəzifələrindən sui-istifadənin qarşısı alınmalıdır;
– iş adamları üçün əlverişli şərait yaradılmalıdır. Biznesin sərbəstliyi
həm iqtisadiyyatın inkişafına, həm də xalqın bütün təbəqələrinin həyat
səviyyəsinin yüksəlməsinə kömək etməlidir [53, 257-265].
Məlumdur ki, hər bir dövlətin xarici iqtisadi fəaliyyəti xarici ticarət,
elmi-texniki əməkdaşlıq, istehsal kooperasiyaları, xarici işçi qüvvəsinin və
kapitalın cəlb edilməsi, beynəlxalq təşkilatların və birliklərin işində iştirak
etməklə reallaşdırılır. Xarici iqtisadi fəaliyyətin intensivliyi, onun strukturu,
və coğrafi istiqaməti dövlətin tənzimləmə metodlarından, bu sahədə tətbiq
edilən hüquqi rejimlərdən əhəmiyyətli dərəcədə asılıdır. Bazar iqtisadiyyatı
şəraitində xarici iqtisadi fəaliyyətin dövlət tərəfindən tənzimlənməsindən
əsas məqsəd ölkənin iqtisadi suverenliyini qoruyub saxlamaqdan, iqtisadi
təhlükəsizliyini təmin etməkdən, milli iqtisadiyyatın inkişafını stimullaş-
dırmaqdan, ölkənin dünya iqtisadiyyatına səmərəli inteqrasiyasını təmin
etməkdən ibarətdir. Azərbaycan Respublikasında xarici iqtisadi əlaqələr
əsasən aşağıdakı vacib istiqamətlər üzrə həyata keçirilirdi: beynəlxalq ticarət
və xidmətlər üzrə; birgə müəssisələrin yaradılmasında; maliyyə, kredit və
investisiya qoyuluşunda; elmi-texniki əməkdaşlıq prosesində; nəqliyyat-
Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
118
kommunikasiya sahələrində; xüsusi iqtisadi zonaların yaradılmasında və s.
Ümummilli lider Heydər Əliyevin uzaqgörən məntiqi siyasətinin
nəticəsi kimi bu gün Azərbaycan Avrasiya məkanında mühüm strateji və
coğrafi-siyasi mövqeyə malik bir ölkə kimi qəbul olundu. Məhz həmin
vaxtdan ölkənin neft strategiyası reallaşmağa başladı. Xəzər dənizinin
Azərbaycanda sektorunda yataqların birgə işlənməsi və neft hasilatının pay
bölgüsü haqqında sazişlər imzalandıqdan sonra Nazirlər Kabinetinin Xəzər
dənizinin Azərbaycan sektorunda təsdiq olunmuş dəniz bloklarına daxil olan
xarici podratçı, subpodratçı və agentlərin vergilərə cəlb olunması haqında
qərarlarına uyğun olaraq müvafiq protokollar imzalandı. İdxal əməliyyat-
larının gömrük vergi və rüsumlarından azad olunması üçün DGK tərəfindən
onların hər birinə müvafiq sertifikatlar verildi. Həyata keçirilən düzgün
xarici iqtisadi siyasət nəticəsində idxal-ixrac əməliyyatlarının iştirakçıları
xeyli fəallaşdı və gömrük qeydiyyatından keçən yüklərin, o cümlədən
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) ünvanına daxil olan
malların həcmi xeyli artdı. Beləliklə, ixrac olunan neft və neft məhsullarının
gömrük qeydiyyatı ilə yanaşı, ABƏŞ-nn ünvanına daxil olan malların daha
çevik və sadələşdirilmiş qaydada rəsmiləşdirilməsini təmin etmək zərurəti
yarandı və bunun üçün müvafiq tədbirlər həyata keçirildi. “Əsrin
müqaviləsi” imzalandıqdan sonra beynəlxalq neft şirkətləri tərəfindən neft
ehtiyatlarının istismarı üçün gətirilən avadanlıqların gömrük rəsmiləş-
dirilməsinin həyata keçirilməsi məqsədilə yeni gömrük məntəqələrinin
açılması zərurəti yarandı. Beləliklə, Azərbaycan Respublikası gömrük
xidməti sisteminin keyfiyyətcə yüksəlişini nəzərdə tutan, mürəkkəb gömrük
infrastrukturunun yaradılmasına başlanıldı.
Azərbaycan dövlətinin işləyib hazırladığı və ardıcıl olaraq həyata
keçirdiyi gömrük siyasəti digər ölkələrlə iqtisadi münasibətləri tənzimləyən
əsas faktorlardan biridir. Dövlətlərarası ticarət əlaqələrinin genişlənməsi
məhz gömrük siyasətinin inkişafı ilə müşayiət olunur. Beləliklə, gömrük
siyasətinin əsas məzmunu gömrük işi və onun qanunlarında, inkişaf qanuna-
uyğunluqları və meyllərində, ticarət mübadiləsində iştirak edən insanların
münasibətlərində təzahür edir. Tarixi prosesdə gömrük siyasəti, onun
məqsədləri, istiqamətləri və vəzifələri formalaşır. Gömrük idxal-ixrac
mallarının tənzimlənməsi vəzifələrini həll edərək tarifin köməyi ilə milli
istehsalın rəqabətə davamlı olmasını təmin edir.
Dostları ilə paylaş: |