Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə45/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   41   42   43   44   45   46   47   48   ...   151

Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

125



iqtisadiyyatda dinamik meyllərin möhkəm təmələ  əsaslanmasına zəmin 

yaratdı. Prosesin davamlı olması üçün, habelə Respublikanın bir çox iqtisadi 

və sosial problemlərinin həlli dövlətin iqtisadi imkanlarının artırılmasına 

gətirib çıxaran səmərəli gömrük-tarif tənzimlənməsinin həyata keçirilməsini 

zəruri etdi. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respub-



likası  ərazisinə  gətirilən Müstəqil Dövlətlər Birliyi üzvü olan dövlətlərin 

hüdudlarından kənarda istifadə edilmiş  əlavə  dəyər vergisindən azad 

olunan malların siyahısı haqqında”  1995-ci il 6 aprel tarixli 86 saylı 

qərarının 4-cü bəndində əlavə dəyər vergisinin Dövlət Gömrük Komitəsinin 

orqanları tərəfindən tutulması və tam həcmdə dövlət büdcəsinə köçürülməsi 

göstərilirdi [13, 92-93]. 

Azərbaycan Respublikasının da 1996-cı il 8 oktyabr tarixli Qanunla 

qoşulduğu 1994-cü il 15 apreldə  qəbul edilmiş Azad Ticarət Zonasının 

yaradılması haqqında Sazişin 3-cü maddəsində razılığa gələn tərəflərin 

gömrük  ərazisində  nəzərdə tutulan malların idxalı  və ixracına ekvivalent 

olan gömrük rüsumları, vergilər və  yığımlar, həmçinin say məhdudiy-

yətlərinin tətbiq edilməməsi  şərtləri göstərilmişdir. Belə bir hüquqi əsas 

Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 16 aprel tarixli Sərəncamı 

ilə  təsdiq edilmiş  “Sərbəst ticarət haqqında” Azərbaycan Respublikası ilə 

Moldova Respublikası hökumətləri arasında 1995-ci il 26 may tarixli 

Sazişdə də əks olunmuşdur. 



“Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 34-

cü maddəsi ilə gömrük rüsumlarından azad edilən birinci növ mallar kimi 

yüklərin, baqajın və  sərnişinlərin beynəlxalq daşımalarını  həyata keçirən 

nəqliyyat vasitələri, habelə onların yol boyu, dayanacaqlararası  məntəqə-

lərdə normal istismarı üçün lazım olan və ya həmin nəqliyyat vasitələrinin 

qəzasının (sınmasının) nəticələrini aradan qaldırmaq məqsədilə xaricdən 

alınmış maddi-texniki təchizat və  tədarük malları, yanacaq, ərzaq və digər 

əmlak müəyyən edilir. “Gömrük proseduralarının sadələşdirilməsi və uzlaş-



dırılması haqqında” beynəlxalq Konvensiyada göstərilir ki, gömrük 

ərazisinə daxil olan gəmidə və ya təyyarədə daşınan ehtiyatlar, onların orada 

qalması şərtilə, idxal rüsum və vergilərindən azad olunur.  

Azərbaycan Respublikası və Rusiya Federasiyası hökumətləri arasında 

Hava əlaqəsi və hava nəqliyyatı sahəsində əməkdaşlıq haqqında” 1993-cü 



Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

126



il 22 noyabr tarixli Sazişin (1996-cı il 29 may tarixli Qanunla təsdiq 

edilmişdir) 15-ci maddəsinin 1-ci hissəsində deyilir ki, tərəflərdən birinin 

təyin edilmiş aviasiya müəssisəsinin müqavilə  xətlərində istismar etdiyi 

hava gəmiləri, habelə onların tabel əmlakı, yanacaq və sürtgü materialları 

ehtiyatı, gəmi ehtiyatları (o cümlədən,  ərzaq, içkilər və tütün məmulatı) 

tərəflərin  ərazisinə  gətirildikdə bütün gömrük rüsumlarından və başqa 

vergilərdən azad edilməlidir, bu şərtlə ki, həmin əmlak, material və ehtiyat-

lar geriyə qaytarılana qədər hava gəmisində qalsın. Bununla əlaqədar 

müddəalar Azərbaycan Respublikasının digər dövlətlərlə bağlanmış müqavi-

lələrdə  də  əks olunmuşdur. Məsələn, Azərbaycan Respublikası ilə  İİR 

hökumətləri arasında “Hava nəqliyyatı haqqında” 2002-ci il 20 may tarixli 

Sazişin (Saziş 2002-ci il 2 iyul tarixli Qanun ilə  təsdiq edilmişdir) 6-cı 

maddəsi və s. Qanunun 37-ci maddəsi ilə gömrük rüsumlarından azad edilən 

ikinci hal dənizdə balıq ovlayan Azərbaycan Respublikası  gəmiləri və 

Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən icarəyə 

(fraxt) götürülmüş  gəmilərin fəaliyyətini təmin etmək məqsədilə Azərbay-

can Respublikasının gömrük ərazisindən çıxarılan maddi-texniki təchizat və 

tədarük malları, yanacaq, ərzaq və başqa  əmlak, habelə  həmin gəmilərdə 

Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən vətəgəçilik məhsul-

larıdır. Qanunun 34-cü maddəsi ilə gömrük rüsumlarından azad edilən 

üçüncü hal rəsmi, yaxud şəxsi istifadə üçün xarici ölkələrin nümayəndələri 

tərəfindən və ya Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq 

müqavilələrə  və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq 

surətdə bu cür malları rüsumsuz gətirmək və rüsumsuz çıxarmaq hüququna 

malik fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazi-

sinə gətirilən və bu ərazidən çıxarılan mallardır. “Gömrük tarifi haqqında” 

Qanunun 34-cü maddəsində gömrük rüsumlarından azad edilən növbəti əsas 

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq gömrük 

sərhədi  ərazisindən çıxarılan Azərbaycan Respublikasının valyutası  və bu 

ərazidən gətirilən xarici valyutalar (numizmatika məqsədilə istifadə 

olunanlardan başqa), qiymətli kağızlardır [65, 24-25]. 

Gömrük ödənişlərinin alınmasında iş adamlarına şərait yaratmaq üçün 

bank zəmanətindən istifadə edilməsi, nağd pulla ödənişdən gömrük kartları 

ilə birbaşa bank hesabına ödəmə sisteminə keçirilməsi kimi beynəlxalq 

təcrübəyə üstünlük verildi. Bu məqsədlə. Birləşmiş Millətlər Təşkilatının 



Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

127



İnkişaf Proqram ilə birgə “ACTOK” sisteminə (gömrük rəsmiləşdirilməsi 

sistemi) keçilməsi istiqamətində hazırlıq işləri aparılırdı. Bu cür sistem iş 

adamları ilə gömrük əməkdaşları arasında birbaşa əlaqəni aradan qaldırmağa 

və broker xidmətinin müasir formalarını  tətbiq etməyə imkan verdi. İş 

adamlarına normal şərait yaratmaq və malların sərhəd-buraxılış  məntəqə-

lərindən buraxılışında vaxt itkisini aradan qaldırmaq üçün MDB məkanına 

daxil olan dövlətlərin  əksəriyyəti ilə gömrük təminatlarının (möhürlərin, 

ştampların, və s.) tanınması sahəsində əməkdaşlıq sazişləri imzalandı.  

 

3.2. Gömrük nəzarətinin iqtisadi göstəricilərinin artırılması 

 

Gömrük statistikasına əsasən, 1994-cü ilin birinci yarısının yekununa 



görə 54 dövlətlə, o cümlədən 31 dövlətlə ikitərəfli, 23 dövlətlə birtərəfli 

qaydada ticarət  əlaqələri qurulmuşdusa, ilin sonunda 58 dövlətlə ticarət 

əlaqələri aparılırdı, onlardan 48-i uzaq xarici dövlətlər, 10-u MDB üzv 

ölkələri olmuşdu. Ticarət əməliyyatları 39 dövlətlə ikitərəfli qaydada, 19-u 

ilə birtərəfli qaydada aparılırdı 1994-cü ildə Respublikanın xarici ticarət 

dövriyyəsi 1414680, 0 min ABŞ dolları, o cümlədən idxal 7777910,5 min, 

ixrac 636769,5 min ABŞ dolları, olmuşdu. MDB ölkələri ilə ümumi ticarət 

dövriyyəsi 759981, 6 min (ümumi balansın 53, 7 faizi), o cümlədən idxal 

485813, 7 min (ümumi idxal balansının 62, 5 faizi) , ixrac isə 274187, 9 min 

(ümumi ixrac balansının 43,1 faizi) ABŞ dolları  təşkil etmişdi. MDB 

ölkələri ilə ticarətin 33,8 faizi Rusiya, 28, 0 faizi Türkmənistan, 19 faizi 

Ukrayna, 9 faizi Qazaxıstanla aparılırdı [133, 1994, 5 avqust]. 

Azərbaycan Respublikası beynəlxalq birliyin tam üzvlüyünə  qəbul 

edildikdən sonra iqtisadi böhran və tənəzzüldən çıxış yolunu dünya ölkələri 

ilə, birinci növbədə Türkiyə, İran, Rusiya, Ukrayna, Gürcüstan və Moldova 

ilə sıx iqtisadi münasibətləri qurmaqda gördü. Azərbaycan Respublikasında 

gömrük işinin müasirləşdirilməsi üçün ilk növbədə, xarici iqtisadi fəaliy-

yətin tənzimetmə mexanizminin beynəlxalq tələblərə uyğunlaşdırılması, 

gömrük siyasətinin elmi və hüquqi əsaslarının işlənilib hazırlanması  tələb 

olunurdu. Qısa müddət  ərzində bazar iqtisadiyyatı sisteminə keçid prose-

sində hüquqi təminat bazasının yaradılması üçün qanunlar paketi qəbul 

edildi. Bu qanunların reallaşdırılması ölkəmizdə gömrük işinin inkişafına və 

xarici iqtisadi fəaliyyətin canlanmasına güclü təkan verdi [140, 9-13].  



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə