Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə48/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   44   45   46   47   48   49   50   51   ...   151

Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

132



edir ki, gömrük rüsum dərəcələri hazırlanıb tətbiq edilərkən güclü iqtisadi 

təhlil aparılmalı, iqtisadi sahələrin inkişaf səviyyəsi, daxili bazar qiymət-

lərinin hədləri,  əhalinin sosial vəziyyəti nəzərə alınmalı, dövlətin iqtisadi 

siyasətinin əsas prinsiplərinə əsaslanmalıdır. Respublikanın idxalçı ölkədən 

ixracatçı ölkəyə çevrilməsi baxımından gömrük-tarif sistemi mühüm rola 

malikdir. Müstəqillik illərində xarici iqtisadi fəaliyyətdə gömrük-tarif 

tənzimlənməsinin və gömrük orqanlarında maliyyə-vergi qanunvericiliyinə 

dair normativ-hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində xeyli işlər 

görüldü. Azərbaycan Respublikası DGK tərəfindən müxtəlif qaydalar hazır-

landı, qərar, qanun, saziş layihələri hazırlanaraq müvafiq dövlət təşkilat-

larına təqdim edildi. Dünya Bankının nümayəndələrinin iştirakı ilə müza-

kirələr aparıldı. Gömrük xidməti ödənişləri alınmasının mütərəqqi forması 

kimi Azərbaycan Beynəlxalq Bankının texniki dəstəyi ilə ödəniş kart-

larından istifadə edilməsinə başlanıldı.  

Azərbaycan Respublikasında aşağıdakı gömrük ödənişləri tətbiq 

olunurdu: əlavə dəyər vergisi; gömrük rüsumu; aksizlər; gömrük işini apa-

ran icra orqanı  tərəfindən lisenziyaların verilməsi və lisenziyaların fəaliy-

yətinin bərpa edilməsinə görə  yığımlar; gömrük rəsmiləşdirilməsi üzrə 

mütəxəssislərə ixtisas attestatlarının verilməsi və attestatların fəaliyyətinin 

bərpa edilməsinə görə  yığımlar; gömrük rəsmiləşdirilməsinə görə alınan 

vəsaitlər; malların saxlanmasına görə gömrük yığımları; məlumatlan-

dırmaya görə haqq; ilkin qərarın qəbuluna görə haqq; gömrük auksion-

larında iştiraka görə haqq və digər gömrük ödənişləri. Gömrük rüsumlarının 

ödənilməsi məcburi xarakter daşıyır və dövlətin məcburiyyəti ilə  təmin 

edilir.  

Elmi  ədəbiyyatda gömrük rüsumları müxtəlif cür təsnifləşdirilir: 

hesablanma qaydasına görə, alınma qaydasına görə, malın mənşə ölkəsinə 

görə, dərəcələrin növünə görə və s. Xarici iqtisadi əməliyyatların xarakteri 

və ya rüsumların ödənilmə obyektinə görə idxal, ixrac və tranzit rüsum 

növləri mövcuddur. Elmi ədəbiyyatın və gömrük statistikasının təhlili gös-

tərir ki, idxal və ixrac rüsumları bütün ölkələrdə olduğu kimi, Azərbaycan 

Respublikasında da gömrük rüsumlarının  əksər hissəsini təşkil etməklə 

yanaşı, daxili bazarın qorunması  və iqtisadiyyatda səmərəli struktur dəyi-

şiklikləri həyata keçirilməsini təmin edir. Tranzit rüsumlar fiskal məqsədlər 

üçün tətbiq edilir və gömrük işi təcrübəsində geniş tətbiq olunmur. Malların 



Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

133



mənşə ölkəsindən asılı olaraq gömrük rüsumları minimal, preferensial, 

maksimal gömrük rüsumları kimi qruplara ayrılır. Gömrük rüsum dərəcələri 

tiplərinə görə isə iki yerə bölünür: daimi rüsumlar və  dəyişkən rüsumlar. 

Gömrük rüsumundan daxilolmalar hər hansı dövlət orqanlarının maliyyə-

ləşdirilməsinə yönəldilmir. Azərbaycan Respublikasının 1997-ci və 2011-ci 

il Gömrük Məcəlləsinin tələbləri ilə gömrük daxilolmaları dövlət büdcəsinə 

köçürülür. Gömrük rüsumları  və  yığımları, gömrük rəsmiləşdirilməsi və 

gömrük nəzarəti proseduraları, tarif tənzimlənməsi ilə bağlı müxtəlif 

gömrük məhdudiyyətləri və s. tədbirlər gömrük siyasətinin reallaşdırılma-

sının əsas vasitələri hesab olunur. 

Gömrük tarifi qiymətlərə  təsir göstərmək vasitəsilə dövlət və özəl 

müəssisə  və  təşkilatların xarici iqtisadi fəaliyyətinə bilavasitə  təsir göstər-

məlidir. Bundan əlavə, gömrük tarifi xarici iqtisadi fəaliyyətin yeni forma-

larının inkişafına  şərait yaratmalı, daxili istehsalçılara məqsədli imtiyazlar 

vermək yolu ilə ölkədən mal ixracını stimullaşdırmalıdır. Səmərəli gömrük 

tarif sisteminin yaradılması, yerli malların xarici bazarlara çıxarılması 

məsələləri müzakirə olunarkən ölkənin ticarət siyasətində mövqeyinin 

möhkəmləndirilməsinə kömək etməlidir. Ölkənin gömrük sərhədindən 

keçirilən mallara elmi cəhətdən əsaslandırılmış gömrük rüsumların tətbiq ən 

aktual məsələlərdəndir. Gömrük rüsumlarının dərəcələrinin aşağıdakı prin-

siplər əsasında qurulması məqsədəuyğundur: 

– rüsumların həddi hər mal qrupu üzrə orta hesabla təyin edilir və 

tədricən hər mal qrupu üzrə ayrılıqda dəqiqləşdirilməsi; 

– idxalın rüsuma cəlb edilməsi malın emal səviyyəsinin artmasına 

görə  dəyişməli, xammala aşağı  hədd, hazır məhsula isə nisbətən yüksək 

rüsumların tətbiqi; 

– yüksək texnologiyalı mallara aşağı rüsumların tətbiqi; 

– rüsumların həddi təyin edilərkən daxili bazarın real vəziyyəti, uyğun 

malların istehsalının inkişaf perspektivlərinin nəzərə alınması; 

– rüsumlar təyin edilərkən ölkənin iqtisadi təhlükəsizliyi məsələləri 

nəzərə alınması.  

Azərbaycan Respublikasında gömrük rüsumuna cəlbetmənin səviyyəsi 

müxtəlif mal qrupları üzrə aşağıdakı kimi fərqləndirilir: 

– ölkədə istehsal olunmayan kütləvi istehlak malları rüsumsuz idxal 

olunur; 



Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

134



– əsas ərzaq növləri, ehtiyatı az olan sənaye xammalı və materialları, 

ölkədə istehsal olunmayan yüksək texnologiya avadanlıqları  və elmi 

nəzarət-ölçü cihazları idxal olunarkən aşağı rüsum dərəcələri tətbiq edilir; 

– filiz və minerallar, qara metallar, kimya məhsulları və başqa yarım-

fabrikatlar, telekommunikasiya malları, yüksək texnologiya istehsal vasitə-

lərinə idxal olunarkən yüksək olmayan rüsumlar tətbiq edilir; 

– nəqliyyat vasitələri, elektrotexnika malları, dəftərxana və ofis 

ləvazimatları, alətlər idxal edilərkən yüksək rüsumlar tətbiq edilir; 

– tikinti materialları, minik maşınları, kino-foto aparatları, balıq və 

digər dəniz məhsulları, sənaye məhsullarının  əksər hissəsi, elektrik məişət 

cihazları, bəzi  ərzaq növləri, musiqi alətlərinin idxalı zamanı daha yüksək 

rüsumlar tətbiq edilir; 

– bəzək  əşyaları, tütün məmulatı, spirtli içkilər, xəz məmulatı, 

xalçalar, parfümeriya və digər tələbat mallarının idxalında isə maksimum 

yüksək rüsumlar tətbiq edilir. 

Bundan  əlavə,  şəxsi istifadə üçün olan əşyalara, onların beynəlxalq 

poçt vasitəsilə göndərilməsi və fiziki şəxslər tərəfindən dövlət sərhədindən 

keçirilməsi və göndərilməsi normaları müəyyənləşdirilmişdir. Gömrük 

rüsum dərəcələri qanunda nəzərdə tutulan hallar istisna olmaqla gömrük 

sərhədindən mal keçirən bütün hüquqi və fiziki şəxslərə şamil edilir. 

Gömrük tarifi daxili bazarın dünya bazarı ilə qarşılıqlı  əlaqəsinin 

təmin olunmasında xarici ticarətin dövlət tənzimlənməsinin mühüm 

vasitəsidir. “Gömrük tarifi haqqında” Qanun 20 iyun 1995-ci ildə  qəbul 

edilmiş  və gömrük tarifinin yaradılması, tətbiqi qaydalarının müəyyən 

edilməsinə yönəldilmişdir. Gömrük tarifinin əsas məqsədləri bunlardır: 1) 

Azərbaycan Respublikası üzrə idxalın  əmtəə strukturunu səmərələşdirmək; 

2) Azərbaycan Respublikası  ərazisində malların gətirilməsi və  çıxarıl-

masının, valyuta gəlirlərinin və  xərclərinin  əlverişli nisbətini təmin etmək; 

3) valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük ərazisinə 

gətirilməsi və bu ərazidən çıxarılması üzərində  səmərəli nəzarət etmək; 4) 

Azərbaycan Respublikasının iqtisadiyyatını xarici rəqabətin mənfi təsirin-

dən qorumaq; 5) Azərbaycan Respublikasının iqtisadiyyatının dünya təsər-

rüfatı ilə səmərəli inteqrasiyasına şərait yaratmaq. Qanunun 4-cü maddəsinə 

görə gömrük rüsumlarının hesablanma qaydasına üç növ gömrük rüsumu 

nəzərdə tutulur: advalor, spesifik və kombinə edilmiş gömrük rüsumu. 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə