Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
135
Həmin qanunun 3-cü maddəsinə uyğun olaraq, idxal və ixrac gömrük
rüsumları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən,
Azərbaycan Respublikasının əlverişli ticarət rejimi tətbiq etdiyi ölkələrin
malları üçün idxal gömrük rüsumları dərəcələrinin son həddi isə Azərbaycan
Respublikasının Milli Məclisi tərəfindən müəyyən olunur. Qanunda
“əlverişli ticarət rejimi” anlayışı açıqlanmamışdır, lakin kontekstdən belə
nəticəyə gəlmək olur ki, bu ifadə ümumi gömrük rüsumlarla müqayisədə
daha aşağı gömrük rüsumlarını nəzərdə tutan sərbəst ticarət, gömrük ittifaqı
və buna oxşar rejimləri bildirir.
Azərbaycan Respublikası Nazirlər Kabineti 27 iyul 1998-ci ildə
“Azərbaycan Respublikasında müvəqqəti idxal (ixrac) edilən malların
gömrük rüsumları və vergilərin ödənilməsindən tamamilə və ya qismən azad
edilməsi Qaydaları haqqında” 160 saylı qərarı qəbul etdi. “Qaydalar”ın 2-ci
maddəsində müvəqqəti idxal (ixrac) edilən malların qanunvericiliklə
müəyyən edilmiş gömrük vergi və rüsumlarının ödənilməsindən tamamilə
azad edilməsi, 3-cü maddəsində isə müvəqqəti idxal (ixrac) olunan malların
qanunvericiliklə müəyyənləşdirilmiş gömrük vergi və rüsumlarının ödənil-
məsindən qismən azad edilməsi qaydaları müəyyən edildi [15, 1999, 29
yanvar].
Azərbaycan Respublikasının “Gömrük Tarifi haqqında” Qanunu
mövsümi və xüsusi növ rüsumları da nəzərdə tutur. Mövsümi rüsumlar
malların ixracını və idxalını operativ tənzimləmək üçün bəzi mallara tətbiq
oluna bilər. Onların qüvvədə olduğu müddət ildə altı aydan çox ola bilməz.
Xüsusi növ rüsumlara gəldikdə isə, onlar ölkənin iqtisadi mənafeyini
qorumaq üçün idxal edilən mallara müvəqqəti olaraq tətbiq oluna bilər.
Qanunvericilikdə üç növ xüsusi rüsum nəzərdə tutulub: xüsusi rüsumlar,
antidempinq rüsumları, kompensasiya rüsumları. Xüsusi rüsumlardan
müdafiə tədbiri kimi və ya cavab tədbiri kimi istifadə edilə bilər. Antidem-
pinq rüsumları idxal olunan malların qiyməti Azərbaycan Respublikasının
gömrük ərazisinə gətirildiyi andan ixrac olunduğu ölkədəki real dəyərindən
xeyli aşağı olduqda və belə bir idxal bu qəbildən olan malların yerli isteh-
salçılarına ziyan vurduqda və ya bu hal istisna edilmədikdə, Azərbaycan
Respublikasında onların istehsalının təşkilinə və ya genişləndirilməsinə
maneçilik törədildikdə tətbiq edilir. Kompensasiya rüsumları Azərbaycan
Respublikası gömrük ərazisinə gətirilən malların istehsalı və ya ixracı
Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
136
zamanı birbaşa və dolayı subsidiyalardan istifadə olunduqda və belə bir
idxal bu qəbildən olan malların yerli istehsalçılarına ziyan vurduqda və bu
hal istisna edilmədikdə, Azərbaycan Respublikasında bu malların isteh-
salının təşkilinə və genişləndirilməsinə maneçilik törədildikdə tətbiq edilir
[97, 2010, №3, s. 77-78].
1997-ci il iyulun 1-dən etibarən idxal-ixrac əməliyyatları üzrə gömrük
ödənişlərinin alınmasının təkmilləşdirilmiş yeni qaydasının tətbiq edilmə-
sinə başlanıldı. Yeni qərarda ixrac əməliyyatları üzrə gömrük tənzimlən-
məsində əlavə və dəyişikliklər nəzərdə tutulmamışdı. İdxal əməliyyatlarına
gəldikdə isə, bu sahədə qüvvədə olan əvvəlki qərardan fərqli olaraq bir sıra
dəyişikliklər edildi. Belə ki, respublikada torpaq islahatının sürətləndirilməsi
və əhalinin kənd təsərrüfatı ilə təminatının yaxşılaşdırılması üçün qərarın
3№-li əlavəsində respublikaya gətirilən kənd təsərrüfatı təyinatlı maşın,
mexanizm və avadanlıqlar onların mənşə ölkəsindən asılı olmayaraq
gömrük idxal rüsumuna cəlb olunmurdu. Qərarın 4№-li əlavəsində göstə-
rilən siyahıda qeyd olunan mal qrupları üzrə idxal olunan mallar (əsasən
respublika daxilində istehsalı inkişaf etdirmək məqsədi üçün idxal olunan
mallar) onların mənşə ölkəsindən asılı olmayaraq, gömrük dəyərinin 5 faizi
həcmində gömrük idxal rüsumuna cəlb olunurdu.
Qərarda “0” (sıfır) dərəcəsi ilə gömrük idxal rüsumuna cəlb olunan
malların mövqelərində də dəyişiklik edilmiş, bir sıra mühüm əhəmiyyət
kəsb edən hallar da bu siyahıya əlavə edilməklə müəssisələrin istehsalat
tələbatı üçün gətirilən xammal, material, köməkçi material, ehtiyat hissələri,
komplektləşdirici məlumatlar və avadanlıqlar həmin mövqelərdən çıxarılmış
və bir daha dəqiqləşdirilmişdi. Sıfır dərəcəsi ilə gömrük idxal rüsumuna cəlb
olunana mallar aşağıdakılar idi: kənd təsərrüfatı üçün gətirilən toxum,
gübrə, yem, damazlıq heyvanlar, dərman preparatları, baytarlıq təbabətində
tətbiq olunan dərman, bioloji preparatlar və baytarlıq ləvazimatı; qablaş-
dırılmış uşaq yeməkləri, şprislər, əczaçılıq məhsulları; Azərbaycan Respub-
likasında təmsil olunan diplomatik nümayəndəliklərin və onlara bərabər
tutulan təşkilatların yalnız rəsmi ifadəsi, habelə bu nümayəndəliklərin
diplomatik və inzibati texniki heyəti üzvlərinin, o cümlədən onlarla birgə
yaşayan ailə üzvlərinin yalnız şəxsi istifadəsi üçün nəzərdə tutulan mallar və
əmlak; Azərbaycan Respublikası ərazisində mövcud qaydada qeydiyyatdan
keçmiş humanitar təşkilatlar, həmçinin beynəlxalq humanitar yardım üzrə
Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
137
respublika komissiyasının razılığı ilə digər hüquqi və fiziki şəxslər tərəfin-
dən gətirilən, təmənnasız olaraq paylanması nəzərdə tutulmuş humanitar
yardım; beynəlxalq təşkilatların xətti ilə təmənnasız texniki yardım kimi
gətirilən mallar; əlilliyin profilaktikası və müalicəsi məqsədləri üçün istifadə
olunacaq (nəqliyyat vasitələri istisna olmaqla) müxtəlif texniki vasitələr və
onların istehsalı üçün xammal və komplektləşdirici məlumatlar; müsadirə
edilmə; sahibsizlik və həmçinin varislik hüququ əsasında dövlətin mülkiy-
yətinə keçirilməsi üçün gətirilən mallar; birgə müəssisənin nizamnamə
fonduna xarici investorun əmanəti kimi və ya tamamilə xarici investora
məxsus müəssisənin yaradılması üçün Azərbaycan Respublikası ərazisinə
gətirilən əmlak; respublika ərazisinə müvəqqəti olaraq gətirilmiş və gətiril-
mə şərtlərinə müəyyən olunmuş müddətdə dəyişiklik edilmədən gətirildiyi
ölkəyə aparılası mallar; tranzit mallar (gömrük orqanlarının nəzarəti
altında); rüsumsuz ticarət mağazaları üçün gətirilən mallar; xarici investisiya
qoyulmuş müəssisələrin əcnəbi işçiləri üçün yalnız öz ehtiyacları üçün
Azərbaycan Respublikası ərazisinə gətirdikləri əmlak; Maliyyə nazirliyi və
ya Milli Bankın təsdiqedici sənədi əsasında gətirilən qanuni tədiyyə
vasitələrindən olan valyuta, banknotlar (numizmatika məqsədi ilə istifadə
olunanlar istisna olmaqla), rəsmi dövlət sənədi blankları, vətəndaş pas-
portları, habelə qiymətli kağızlar; təkrar ixrac məqsədi ilə, həmçinin emal
edilməsi üçün müvəqqəti olaraq Azərbaycan ərazisinə gətirilən mallar;
dövlət büdcəsi hesabına idxal olunan mallar; Xəzər dənizi hövzəsində
Azərbaycan Respublikasının kvotası hesabına ovlanmış və respublika
ərazisinə gətirilən balıq və balıq məhsulları. Mütərəqqi hal kimi Azərbaycan
Respublikası hökumətinin xarici ölkələrlə azad ticarət haqqında sazişləri
olduğu təqdirdə ikitərəfli razılığa əsasən idxal olunan mallara da gömrük
idxal rüsumları tətbiq edilmir.
“Gömrük Tarifi haqqında” Qanuna uyğun olaraq, xüsusi növ
rüsumların tətbiqindən əvvəl on gün ərzində təhqiqat aparılır. Təhqiqat
zamanı çıxarılan qərarlar kəmiyyətcə müəyyən edilmiş məlumatlara
əsaslanmalıdır. Hər bir xüsusi hal üçün aparılan təhqiqatın nəticələrinə görə
rüsum dərəcələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən
müəyyən edilir və onların dərəcələri təhqiqatın müəyyən etdiyi qiymətlərin
dempinq azaldılmasının, subsidiyanın və aşkar edilmiş ziyanın məbləğinə
mütənasib olmalıdır. “Gömrük tarifi haqqında” 1995-ci il 20 iyun tarixli
Dostları ilə paylaş: |