Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
128
Azərbaycan Respublikası Prezidentinin
“Xarici ölkələrlə məhsul
satışının təmin edilməsi sahəsində nəzarətin gücləndirilməsinə dair əlavə
tədbirlər haqqında” 1994-cü il 28 iyun tarixli 170 saylı Fərmanı bu sahədə
yaranmış mənfi halların qarşısını almaq və xarici ölkələrə məhsul satışının
səmərəsini artırmaq məqsədi daşıyırdı. Fərmana əsasən yaradılan Fövqəladə
komissiyanın vəzifəsi ixrac əməliyyatlarında vergi ödənilməsinə və digər
öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək idi [6, 1997, 29 iyun].
Nazirlər Kabineti “Azərbaycan Respublikasında xarici ticarətin təşkili
haqqında” 1994-cü il 2 iyun tarixli 222 nömrəli Qərarı qəbul etdi. Bu qərar
ixrac əməliyyatlarının aparılması üçün ümumi qaydaları müəyyən etdi.
Xarici İqtisadi Əlaqələr Nazirliyi ekspert rəyləri əsasında lisenziyaların
verilməsinə cavabdeh orqan adlandırıldı. Qərar müəyyən sənədlərin Xarici
İqtisadi Əlaqələr Nazirliyinə, həmçinin gömrük orqanlarına təqdim
olunmasını tələb edən ixrac mallarının siyahısını, 3 saylı Əlavədə sadalanan
spesifik malların ixracı üçün müvafiq nazirlik və komitələrin xüsusi
razılığını və 4 saylı Əlavədə sadalanan malların ixracı üçün Nazirlər
Kabinetinin icazəsini, 5 saylı Əlavədə sadalanan müxtəlif malların idxalı
üçün müvafiq dövlət orqanlarından razılıq alınmasını tələb edirdi.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublika-
sında Xarici Ticarətin sərbəstləşdirilməsi haqqında” 1995-ci il 15 noyabr
tarixli 247 nömrəli Qərarı ilə qeyd olunan sənəd ləğv edildi və “Azərbaycan
Respublikasında xarici ticarətin təşkili haqqında Əsasnamə” qəbul edildi
[38, 1996, №1, 1-13].
Azərbaycan Respublikasının Prezidenti 1996-cı il avqustun 6-da
“Azərbaycan Respublikasında xarici ticarətin tənzimlənməsi haqqında” 481
nömrəli Fərmanı qəbul etdi. Fərman 1 saylı əlavədə sadalanan malların
ixracı üçün müqavilələrin Xarici İqtisadi Əlaqələr Nazirliyində qeydiyyata
alınmasını tələb edirdi. Fərmanda müəyyən sənədlərin Xarici İqtisadi
Əlaqələr Nazirliyinə, həmçinin gömrük orqanlarına təqdim edilməsi tələb
olunurdu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan
Respublikası dövlət sərhədinin buraxılış-keçid məntəqələrində Sərhədyanı
bazarların yaradılması və fəaliyyəti Qaydaları haqqında” 1995-ci il 13
fevral tarixli 26 saylı qərarı oldu. Sərhədyanı bazarların yaradılmasında əsas
məqsəd Azərbaycanla qonşu dövlətlər arasında ticarət-iqtisadi əlaqələrin
mümkün qədər sadələşdirilməsi və bu əlaqələrin genişləndirilməsi idi. Bu
Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
129
işlərin həyata keçirilməsi Ticarət, İqtisadiyyat, Xarici iqtisadi əlaqələr
nazirlikləri, Dövlət Gömrük Komitəsi, Milli Təhlükəsizlik Nazirliyinin
Sərhəd Qoşunları İdarəsi və Naxçıvan MR Nazirlər Kabinetinə tapşırılırdı.
Qərarın 11-ci bəndində göstərilirdi ki, Sərhədyanı bazarların ərazisində
malların idxal və ixracından gömrük vergisi alınmır. lakin Nazirlər
Kabinetinin 1996-cı il 15 iyul tarixli 95 saylı qərarı ilə 11-ci bəndə
aşağıdakı abzas əlavə edildi: “Bazarın ərazisindən çıxarılan malla, mövcud
qanunvericiliyə və normativ aktlara uyğun olaraq gömrük rüsumlarına və
vergilərə cəlb edilsin” [13, 190; 14, 4-5].
Lakin MDB ölkələri ilə ticarətin həcminin aşağı düşməsi meyli davam
etməkdə idi. Bunun əsas səbəbi Şimali Qafqazda baş verən hadisələrlə
əlaqədar olaraq nəqliyyat əlaqələrinin qismən, bəzi hallarda isə tamamilə
kəsilməsi idi. Manatın kursunun sabitləşdirilməsi ilə bağlı hökumətin həyata
keçirdiyi tədbirlər idxal-ixrac əməliyyatlarına təsirsiz ötüşmürdü. 1995-ci
ilin nəticələrinə görə uzaq xarici dövlətlər və MDB üzv ölkələri ilə ticarət
dövriyyəsinin həcmi 1215017,3 min ABŞ dolları, o cümlədən idxal
667657,2 min dollar, ixrac isə 547360,1 min dollar təşkil etmişdi. Uzaq
xarici dövlətlərlə ticarət dövriyyəsinin həcmi 76907,5 min dollar olmuşdu
(ümumi ticarət dövriyyəsinin 63, 3 faizi), bunun 439317, 6 mini idxalın
(ümumi idxalın 65,8 faizi), 329757, 3 min dolları ixracın payına düşürdü (
ümumi ixracın 60, 2 faizi). 1995-ci ildə Azərbaycanın əsas ticarət tərəf-
daşları aşağıdakı dövlətlər olmuşdu: İran (20, 1 faiz), Rusiya (15, 4 faiz),
Türkiyə (13, 7 faiz), BƏR (5, 8 faiz), Ukrayna (5, 5 faiz), Türkmənistan (5,
3 faiz), Gürcüstan (5, 0 faiz), Böyük Britaniya (4, 8 faiz) və Almaniya (3, 9
faiz) [14, 192].
1995-ci ildə Azərbaycanın ixracı əsasən dizel yanacağından (33,5
faiz), pambıq mahlıcından (19, 3 faiz), maşın və elektrotexnika (7,1) faiz),
sürtük yağları (6,4 faiz), elektrik enerjisi (4,1 faiz), qara metal və metal
məmulatları (2,2 faiz), kondisionerlər (1,9 faiz) və neft avadanlığından (1, 5
faiz) ibarət olmuşdu. İdxalın strukturunda isə ərzaq və tütün məhsulları
(41,5 faiz), təbii qaz (6,9 faiz),maşın və elektrotexnika (12,4 faiz), elektrik
enerjisi (5,3 faiz), dərman və tibb vasitələri (4,0 faiz) əsas yer tuturdu.
Elektrik enerjisi ixracının artması, hər şeydən əvvəl, beynəlxalq müqavilə
əsasında İran və Türkiyədən Naxçıvan MR-ə ötürülən elektrik enerjisinin
əvəzinin ödənilməsi ilə bağlı idi. 1995-ci ildə xarici ticarət fəaliyyəti ilə