Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
107
təhlükənin səviyyəsinin müəyyən edilməsi, müvafiq nəzarət formalarının
seçilməsi və gömrük sərhədindən yüklərin qısa müddət ərzində buraxıl-
masının təmin edilməsi müasir gömrük işinin təşkilinin əsas amillərini
formalaşdırır.
Mal dövriyyəsinin ildən ilə sürətlə artmasını nəzərə alaraq, gömrük
orqanları gömrük nəzarətini həyata keçirən zaman seçmə üsullardan istifadə
etməlidirlər və bu zaman elə nəzarət formaları seçilməlidir ki, onlar
Azərbaycan Respublikası gömrük qanunvericiliyinə riayət edilməsini təmin
etsin. DGT-nin 2005-ci ildə qəbul edilmiş standartlara uyğun olaraq əsas
avtomatlaşdırılmış sistemin yaradılmasına başlanıldı. Bu sistemə aşağı-
dakılar daxildir: 1) risklərin avtomatlaşdırılmış idarəetmə sistemi; 2) mal və
nəqliyyat vasitələrinin idarəetmə sistemi və onların monitorinqi; 3) gömrük
xidmətinin vahid avtomatlaşdırılmış informasiya sisteminin respublika
nəqliyyat şirkətlərinin, nazirliklərin və birliklərin informasiya şəbəkələri ilə
əlaqələndirilməsi; 4) mərkəzi informasiya idarəetmə sisteminin yaradılması;
5) məlumat bazalarının ehtiyat mərkəzinin yaradılması [50, 44].
Azərbaycan Respublikası ərazisində gömrük nəzarəti altında
yerləşdirilən malların gömrük qanunvericiliyinin tələblərinə əməl olunması
və gömrük daşıyıcıları tərəfindən daşınmasının həyata keçirilməsini təmin
etmək məqsədilə “Azərbaycan Respublikasında gömrük daşıyıcısı fəaliy-
yətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının təsis edilməsi
haqqında” müvafiq sənəd tətbiq olunur [20, 239].
BYD kitabçasının tətbiqi ilə beynəlxalq yük daşımaları haqqında
Gömrük Konvensiyası 1975-ci ildə Cenevrədə imzalanmış və 1999-cu il
fevralın 17-də qüvvəyə minmiş düzəlişlər edilmişdir. “BYD Kitabçası tətbiq
edilməklə beynəlxalq yük daşımaları haqqında” Azərbaycan Respublika-
sının Qanunu 1996-cı il mayın 31-də qüvvəyə minmişdir. Gömrük
ərazisindən BYD kitabçaları tətbiq olunmaqla daşınan yüklərin vaxtlı-
vaxtında, operativ qaydada təyinatı üzrə çatdırılmasını təmin etmək
məqsədilə müvafiq gömrük orqanlarına Azərbaycan Respublikasına məxsus
yol-nəqliyyat vasitələrinin beynəlxalq yük daşımalarına yararlı olmasına
dair şəhadətnamələri təsdiq etmək və BYD əməliyyatlarını rəsmiləşdirmək
səlahiyyətləri verilmişdir [24, 31 iyul, 1997-ci il, №1, maddə 15].
Bundan əlavə, “Nəqliyyat vasitələrinin (konterneylərin) gömrük
möhürləri və plombları ilə yük daşımalarına buraxılması qaydaları
Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
108
haqqında Təlimat”; “Gömrük möhürləri və plombları ilə yüklərin daşın-
masından ötrü nəqliyyat vasitələrinin (konteynerlərin) təchizat Qaydaları”;
“BYD kitabçası (BYD konvensiyası, 1975-ci il) tətbiq edilməklə yük
daşımaları barədə gömrük konvensiyasının tətbiqi qaydaları” və “Azərbay-
canda BYD kitabçası tətbiq etməklə daşıyıcıların beynəlxalq yük daşı-
malarına buraxılması qaydaları haqqında Əsasnamə” 1998-ci il 24 may
tarixli 24 nömrəli əmrlə tənzimlənir. Komitə sədrinin 2005-ci il 14 may
tarixli 45 nömrəli əmri ilə təsdiqlənmiş “BYD daşımalarında (BYD Konven-
siyası, 1975) yüklərə gömrük nəzarəti və BYD kitabçasının rəsmiləşdirilməsi
qaydaları” adlı sənədlə normalar daha da təkmilləşdirildi. “Yük gömrük
bəyannamələrinin doldurulması Qaydaları” (1998-ci il 17 iyun tarixli 27
nömrəli əmr), “Təkrar ixrac gömrük rejimi altında yerləşdirilmiş mallara
yük gömrük bəyannaməsinin doldurulması”, “Təkrar idxal rejimi altında
yerləşdirilmiş mallara yük gömrük bəyannaməsinin doldurulması” və
“Rüsumsuz ticarət mağazası gömrük rejimi altında yerləşdirilmiş mallara
yük gömrük bəyannaməsinin doldurulması Qaydalarının təsdiq edilməsi
barədə” (1999-cu il 2 iyun tarixli 37 nömrəli əmr), həmçinin “Mallar
tranzit gömrük rejimi altında yerləşdirilərkən yük-gömrük bəyannaməsinin
doldurulmasının müvəqqəti Qaydası”nın təsdiq edilməsi barədə (1999-cu il
15 avqust tarixli 46 nömrəli əmr)sənədlər qəbul edildi. Komitə sədrinin
2000-ci il 25 may tarixli 39 nömrəli əmri ilə “Yük gömrük bəyan-
namələrinin doldurulması Qaydaları”na dəyişiklik edildi.
“Azərbaycan Respublikası ərazisindən fiziki şəxslər tərəfindən
müşayiət olunan və olunmayan baqajların, əl yüklərinin, xarici valyutanın
və şəxsi nəqliyyat vasitələrinin tranzit gömrük rejimi altında keçirilməsi
Qaydaları” (1998-ci il 8 yanvar tarixli 14 nömrəli əmr), habelə fiziki şəxslər
tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan
malların (beynəlxalq poçt göndərişləri də daxil olmaqla) Azərbaycan
Respublikasının gömrük sərhədindən sadələşdirilmiş və güzəştli qaydada
keçirilməsinin ümumi prinsiplərinin müəyyən edilməsi məqsədilə “Fiziki
şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə
tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən
sadələşdirilmiş və güzəştli qaydada keçirilməsinə dair Təlimat”ı (1998-ci il
28 avqust tarixli 70 nömrəli əmr) təsdiq edildi.
2001-ci il DGK-nın zəruri normativ-hüquqi sənədlərinin işlənilib