Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə34/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   30   31   32   33   34   35   36   37   ...   151

Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

97



1997-ci il “Gömrük Məcəlləsi” gömrük işi sahəsində qanunlar sistemini 

özündə  əks etdirməklə idxal və ixrac siyasətinin kompleks qanunverici 

bazasını təşkil edirdi. “Gömrük Məcəlləsi” Respublikanın iqtisadi təhlükə-

sizliyi və maraqlarının qorunmasını, ölkə iqtisadiyyatının dünya iqtisadi 

inteqrasiya sistemində rolunun artmasını  təmin edən hüquqi, iqtisadi və 

təşkilati münasibətləri tənzimləmək baxımından işlənib hazırlanmış qanun-

vericilik sistemidir. Burada gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi 

məsələlərinə müəyyən yer ayrılmış və Azərbaycan Respublikasının gömrük 

strukturu təsbit edilmişdir. Layihədə bir sıra aktual məsələlər: minimum 

informasiyaya  əsaslanan gömrük rəsmiləşdirilməsi, avtomatlaşdırılmış 

sistemlərə keçidin hüquqi əsasları  və kağız  əsaslı proseslərdən asılılığın 

aradan qaldırılması, risklərin idarə edilməsi sisteminin əhatə dairəsinin 

genişlənməsi, gömrük təmsilçiliyi statusunun güclənməsi, ticarət  əməliy-

yatlarının təhlükəsizliyinin artırılmasına xidmət edən səlahiyyətli iqtisadi 

operator institutunun hüquqi əsasları, elektron vəsait köçürmələri, bank 

əməliyyatlarına keçid və elektron sənədlərdən geniş istifadə  və s. nəzərə 

alınmışdı [24, 31 dekabr 1997-ci il, №6, maddə 447]. 

Yeni  “Gömrük Məcəlləsi” iki hissədən - ümumi və xüsusi hissədən, 

21 bölmə, 58 fəsil və 334 maddədən ibarətdir. Məcəllənin Ümumi hissə-

sində  işlədilən  əsas anlayışların tərifi, gömrük orqanlarının fəaliyyəti, 

vəzifələri, hüquqları, gömrük orqanlarının sistemi, gömrük orqanlarının 

hüquq-mühafizə fəaliyyəti, gömrük orqanlarının vəzifəli şəxslərinin hüquqi 

statusu, dövlət və sosial müdafiəsi, gömrük orqanlarının vəzifəli şəxslərinin 

səlahiyyətləri, məsuliyyəti, gömrük orqanlarının qərarları  və onlardan 

şikayətetmə, gömrük işində informasiya sistemləri və informasiya texno-

logiyaları, gömrük orqanları ilə  şəxslər arasında münasibətlər və digər 

ümumi xarakterli məsələlər; xüsusi hissədə isə gömrük nəzarəti və rəsmiləş-

dirilməsi, malların gömrük ərazisinə  gətirilməsi və aparılması, malların 

bəyan edilməsi, gömrük proseduraları, gömrük tarifi, malların gömrük 

dəyəri və mənşə ölkəsi, gömrük ödənişləri, gömrük borcu, gömrük eksper-

tizası, gömrük statusu, gömrük bəyannamələrinə aid qaydalar, xüsusi 

gömrük proseduraları, risklərin təhlili, qiymətləndirilməsi və idarə olun-

ması, gömrük orqanları  tərəfindən valyuta və ixrac nəzarətinin həyata 

keçirilməsi, tərkibində  əqli mülkiyyət obyektləri olan mallar üzərində 

gömrük nəzarəti, fiziki şəxslər tərəfindən gömrük sərhədindən mal və 



Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

98



nəqliyyat vasitələrinin keçirilməsi, xarici şəxslərin ayrı-ayrı kateqoriyaları 

üçün gömrük güzəştləri, beynəlxalq poçt göndərişləri gömrük statistikası, 

gömrük ekspertizası, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası ilə bağlı 

və digər məsələlər öz əksini tapmışdır. Məcəllədə beynəlxalq təcrübəyə 

uyğun olaraq gömrük təmsilçiliyi, səlahiyyətli iqtisadi operator, gömrük 

orqanlarının malların təsnifatı, mənşə ölkəsi və qiymətləndirmə metodo-

logiyası ilə bağlı  məcburi qərarları, məlumat mübadiləsi, məlumatların 

mühafizəsi, gömrük orqanlarının elektron məlumat sistemi, malların gömrük 

ərazisinə gətirilməsi və bu ərazidən aparılması və bununla bağlı qısa idxal 

və ixrac bəyannaməsinin, gömrük bəyannaməsinin və digər sadələşdirilmiş 

bəyannamələrin tərtib olunması, yoxlanılması, bəyannaməyə düzəlişlər 

edilməsi və onun ləğv edilməsi, gömrük statusu, gömrük proseduraları, o 

cümlədən, xüsusi gömrük proseduraları, malların yenidən yüklənməsi və 

kabotaj daşınması, yardım yükləri, gömrük orqanları  tərəfindən təsdiq 

edilən malların təhlükəsiz ixrac sxemi, gömrük tarifi və malların tarif 

təsnifatı, malların preferensial və qeyri-preferensial mənşəyi, malların idxalı 

və ixracı üzrə gömrük borcu və borcun ləğv edilməsi qaydaları, gömrük 

borcu və təminatlar, mallara gömrük təminatının vurulması, gömrük qiymət-

ləndirilməsi, beynəlxalq poçt göndərişləri, boru kəməri nəqliyyatı  və elek-

trikötürücü xətlər vasitəsi ilə malların gömrük sərhədindən keçirilməsinin 

xüsusiyyətləri, risklərin təhlili, idarə edilməsi və qiymətləndirilməsi, 

gömrük auditi, gömrük orqanları tərəfindən həyata keçirilən ixrac nəzarəti, 

gömrük işində informasiya sistemləri və informasiya texnologiyaları, 

gömrük proseduralarının elektron modeli, mallar və  nəqliyyat vasitələri 

barədə  məlumatların qabaqcadan elektron formada gömrük orqanlarına 

təqdim edilməsi, şəxslərin və nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil 

olması  və bu ərazidən yola salınması, gömrük orqanları  tərəfindən “bir 

pəncərə” prinsipinin həyata keçirilməsi ilə bağlı  və digər yeni normalar 

nəzərdə tutulmuşdur. Bir sıra mövcud gömrük normaları (gömrük brokeri, 

gömrük ödənişləri və onların qaytarılması, gömrük sərhədindən keçirilən 

malların nəzarətli göndərişi, ilkin qərarlar, mal və  nəqliyyat vasitələrinin 

gömrük sərhədindən keçirilməsi, gömrük rejimləri, gömrük rəsmiləşdiril-

məsi, gömrük nəzarəti, gömrük orqanlarının təhqiqat, istintaq və əməliyyat-

axtarış fəaliyyəti, Azərbaycan Respublikası gömrük orqanlarının qərarların-

dan, hərəkət və  hərəkətsizliyindən  şikayət vermə, gömrük orqanlarının 



Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

99



beynəlxalq  əməkdaşlığı  və s. normalar) isə beynəlxalq təcrübədə  qəbul 

edilmiş normalara, standartlara, eləcə  də mövcud qanunvericiliyə uyğun-

laşdırılmışdır. 

Yeni “Gömrük Məcəlləsi” gömrük sisteminin maddi-texniki bazasının 

daha da möhkəmləndirilməsinə, gömrük infrastrukturunun modernləşdiril-

məsinə, dövlət büdcəsi gəlirlərinin artmasına, idxal-ixrac əməliyyatlarında 

müasir tarif və qeyri-tarif tənzimlənməsi tədbirlərinin daha geniş  tətbiq 

olunmasına, Azərbaycan Respublikasının ÜTT-yə üzv olma prosesinin 

sürətlənməsinə, gömrük sistemində avtomatlaşdırılmış idarəetmənin və 

informasiya texnologiyalarının tam tətbiq edilməsinə, gömrük nəzarətinin 

həyata keçirilməsinin səmərəliliyinin artırılmasına, gömrük tarif siyasətinin 

təkmilləşdirilməsinə və inkişaf etdirilməsinə, ölkənin iqtisadi, milli təhlükə-

sizliyinin möhkəmləndirilməsində  və sosial-iqtisadi inkişafında gömrük 

sisteminin rolunun artırılmasına, gömrük işi sahəsində hüquqpozmalara 

qarşı mübarizənin gücləndirilməsinə, gömrük tənzimlənmə vasitələrinin 

beynəlxalq miqyasda qəbul edilən tənzimlənmə vasitələrinə uyğunlaş-

masına, ticarət-iqtisadi münasibətlərdə idxal və ixrac əməliyyatlarının 

rəsmiləşdirilməsinin sadələşdirilməsinə əlverişli şərait yaradır. 

Hüquqi və fiziki şəxslər tərəfindən təqdim edilən xarici ticarət 

haqqında məlumatlar yalnız gömrük məqsədləri, o cümlədən XTGS-nin 

formalaşdırılması üçün istifadə olunur. Malların idxalı  və ixracı haqqında 

məlumatlar xarici iqtisadi fəaliyyət iştirakçısı ilə bağlı olduqda kommersiya 

sirri sayılır.  

“Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikası Qanu-

nunun tətbiq edilməsi barədə”  Azərbaycan Respublikası Prezidentinin 

2009-cu il 3 iyun tarixli 101 nömrəli Fərmanının 1.7-ci bəndinin icrasını 

təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin “Xüsusi iqtisadi zonanın 

sərhədlərində gömrük nəzarətinin, gömrük məntəqələrinin fəaliyyətinin, 

malların gömrük rəsmiləşdirilməsinin, nəqliyyat vasitələrinin və fiziki 

şəxslərin sərhəddən buraxılma rejiminin sadələşdirilmiş Qaydaları”nın 

təsdiq edilməsi haqqında” 2009-cu il 25 dekabr tarixli 199 nömrəli Qərarı 

xüsusi iqtisadi zonalarda gömrük rəsmiləşdirilməsi və gömrük nəzarətinin, 

gömrük məntəqələrinin fəaliyyətinin, nəqliyyat vasitələrinin və fiziki şəxs-

lərin xüsusi iqtisadi zonaların sərhədindən buraxılma prosedurunun sadə-

ləşdirilmiş qaydalarını müəyyən edir. 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə