Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə31/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   27   28   29   30   31   32   33   34   ...   151

Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

89



təsnifat sisteminə keçirildi.  

Azərbaycanda gömrük orqanlarının həyata keçirdiyi iqtisadi fəaliyyət 

dövlət büdcəsi gəlirlərinin doldurulmasına xidmət edirdisə, 16 aprel 2001-ci 

ildən Azərbaycanın yeni gömrük-tarif sistemi qəbul edildi ki, bu tariflər də 

gömrük orqanları üçün fiskal funksiyaları deyil, eyni zamanda tənzimləyici 

və qoruyucu funksiyaları həyata keçirmək imkanını yaratdı. Beləliklə, 2001-

ci ildə, yeni tarif sisteminin qəbul edilməsi gömrük orqanlarının fəaliy-

yətində tamamilə yeni bir dövrün başlanğıcını qoydu. Bu onunla əlaqədardır 

ki, artıq ölkədə qeyri-neft sektorunun ayrı-ayrı sahələrinin inkişafı baş 

verirdi və bu inkişafın normal həyata keçirilməsi üçün fiskal sektor real 

sektora öz köməkliyini göstərməyə başladı. Gömrük siyasətinin  əsas 

istiqamətlərinə uyğun olaraq tarif tənzimlənməsinin diferensiallaşdırılmış 

sisteminə üstünlük verildi. Azərbaycanda tarif dərəcələrinin ən yüksək həddi 

15 faizdir ki, bu da MDB məkanında  ən optimal göstəricidir. Obyektiv 

zərurətdən bir sıra mallara spesifik rüsumlar tətbiq olunsa da, bu cür 

rüsumlar malın keyfiyyətini, real qiymətini nəzərə almağa imkan 

vermədiyindən spesifik rüsumların advalor rüsumlarla əvəzlənməsi prosesi 

başa çatdırıldı. Bu tədbirdən sonra gömrük idxal rüsumları üzrə orta tarif 

dərəcəsi 8,3 faizdən 5,7 faizə düşdü. 

Milli Məclisin  “Sərhədlərdə yüklərin nəzarətdən keçirilməsi  şərtlə-



rinin razılaşdırılması haqqında”  Beynəlxalq Konvensiyaya qoşulmaq 

barədə Qanun 2000-ci il martın 24-də qüvvəyə mindi. Beynəlxalq 

Konvensiyanın 1-ci maddəsində göstərilir ki, a) “gömrük” dedikdə, gömrük 

qanunvericiliyinin, idxal və ixrac rüsumlarının, vergilərinin həyata keçiril-

məsinin təmin olunması, həmçinin yükün digər idxal, tranzit və ixracına aid 

başqa qanun və qaydalara görə  məsuliyyət daşıyan dövlət xidməti nəzərdə 

tutulur; b) “gömrük nəzarəti” dedikdə, riayət olunmasına görə gömrüyün 

məsuliyyət daşıdığı, qanun və qaydaların yerinə yetirilməsini təmin etmək 

məqsədilə həyata keçirilən tədbirlər nəzərdə tutulur [24, 30 aprel 2002-ci il, 

№4, 2-ci kitab, maddə 252]. 

Milli Məclis 2001-ci il sentyabrın 28-də Moskva şəhərində 12 dövlət 

tərəfindən imzalanan “Tərkibində  əqli mülkiyyət obyektləri olan malların 



gömrük sərhədindən keçirilməsi üzərində gömrük nəzarəti Qaydaları haq-

qında Qərar”ı təsdiq etdi. Bu Qanun 2002-ci il aprelin 4-ü qüvvəyə mindi 

[24, 30 aprel 2002-ci il, №4, 1-ci kitab, maddə 162]. 




Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

90



Gömrük nəzarəti  əqli mülkiyyətin qorunmasında da əhəmiyyətli yer 

tutur.  Əqli mülkiyyət hüquqların pozulması ilə istehsal olunan malların 

ölkəyə  gətirilməsinin qarşısı  məhz gömrük xidməti tərəfindən alına bilər. 

Lakin Gömrük Məcəlləsi 1997-ci ildə  qəbul olunanda əqli mülkiyyətin 

qorunması haqqında müddəalar nəzərdə tutulmamışdı. Buna görə də 2004-

cü ildə Gömrük Məcəlləsinə əqli mülkiyyətin qorunması ilə bağlı dəyişiklik 

və  əlavələrin edilməsi zərurəti yarandı. Bundan başqa Gömrük Komitəsi 

tərəfindən  “Azərbaycan Respublikasının gömrük sərhədindən tərkibində 



əqli mülkiyyət obyektləri olan malların keçirilməsi zamanı gömrük 

nəzarətinin aparılması” 2005-ci il 3 avqust tarixli 74 nömrəli  əmrlə  tərki-

bində  əqli mülkiyyət obyektləri olan malların keçirilməsi zamanı gömrük 

baxışı aparılması haqqında xüsusi qaydalar qəbul olunmuşdur. Bütün bu 

dəyişikliklərin nəticəsində  tərkibində  əqli mülkiyyət obyektləri olan mal-

ların olması  əlamətləri aşkar olunarsa, belə malların buraxılışı gömrük 

orqanları tərəfindən dayandırıla bilər. Mədəniyyət sərvətləri xüsusi mədəni 

və tarixi əhəmiyyət kəsb etdikləri üçün onların gömrük sərhədindən keçi-

rilməsi üçün də xüsusi qaydalar mövcuddur. Bu sahədə gömrük nəzarəti 

Azərbaycan Respublikası DGK-nın 2003-cü il 12 dekabr tarixli 118 nömrəli 

əmrlə  təsdiqlənmiş  “Mühafizə siyahısına daxil edilmiş  mədəniyyət sərvət-



lərinin fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük 

sərhədindən keçirilməsi Qaydaları”  əsasında aparılır. Bu sahədə ümumi 

siyasət mədəniyyət sərvətlərinin ixracını  məhdudlaşdırılması istiqamətində 

aparılır. 

Azərbaycan Respublikası Prezidentinin “Bəzi fəaliyyət növlərinə 



xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqın-

da”  2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanına lisenziyalaş-

dırılmaya məruz qalan bütün fəaliyyət növlərinin siyahısı daxil edilir. Bu 

Fərmana əsasən etil (yeyinti) spirti, alkoqollu içkilər, tütün məmulatının və 

prekursorların idxalı üçün lisenziya almaq tələb olunur. Fərmanda lisenziya 

almaq üçün qaydalar müəyyən olunur və cavabdeh dövlət orqanları 

sadalanır. Qeyd olunmalıdır ki, tütün və tütün məmulatının idxalı  həmişə 

lisenziyalaşdırma tələblərinə meylli olmasına və ya məruz qalmasına 

baxmayaraq, tütün və tütün məmulatının idxalına xüsusi icazəni tələb edən 



“Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının 2001-ci 

il 8 iyun tarixli 138-IIQ nömrəli Qanunu qəbul edilmişdir. Azərbaycan 




Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

91



Respublikası Nazirlər Kabinetinin “Bəzi istehlak mallarının istehsalı  və 

dövriyyəsi ilə əlaqədar dövlət tənzimlənməsinin təkmilləşdirilməsi sahəsində 

əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 

30 avqust tarixli 289 nömrəli Fərmanının icrası barədə” 2005-ci il 21 

dekabr tarixli 235 nömrəli Qərarı alkoqollu içkilər, etil (yeyinti) spirti, tütün 

məmulatının idxalı üçün əlavə şərtləri müəyyən edir. 

“Gömrük hüquqpozmalarının qarşısının alınması, təhqiqatın aparıl-

ması  və hüquqpozmaların aradan qaldırılmasına dair qarşılıqlı inzibati 

yardım haqqında Beynəlxalq Konvensiya” (1977-ci il) gömrük sahəsində 

meydana çıxan pozuntuların qarşısının alınmasında dövlətlərin  əməkdaş-

lığına yönəldilib. Beynəlxalq Konvensiya və onun I-X Əlavələrinə qoşul-

maq barədə Azərbaycan Respublikasının Qanunu 3 aprel 2002-ci ildə 

qüvvəyə mindi. Beynəlxalq Konvensiyaya olan Əlavələrə aşağıdakılar daxil 

idi: “Öz təşəbbüsü ilə Gömrük İdarəsi tərəfindən yardım (əlavə I)”; “İdxal 

və ixrac rüsum və vergilərinin təyin edilməsində sorğu  əsasında yardım 

(əlavə II)”; “Sorğu əsasında nəzarət tədbirləri ilə bağlı yardım (əlavə III)”; 

“Sorğu  əsasında müşahidə ilə bağlı yardım (əlavə IV)”; “Sorğu  əsasında 

Razılığa gələn Tərəfin adından arayış  və bildirişlər (əlavə V)”; “Gömrük 

vəzifəli şəxslərinin xaricdəki məhkəmə və ya tribunalların qarşısında çıxışı 

(əlavə VI)”; “Razılığa gələn Tərəflərdən birinin gömrük vəzifəli  şəxslərin 

digər Razılığa gələn Tərəfin ərazisində iştirakı (əlavə VII)”; “Xaricdə apa-

rılan təhqiqatlarda iştirak (əlavə VIII)”; “Məlumatın toplanması (əlavə IX)”; 

“Narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığına qarşı 

aparılan fəaliyyətə yardım (əlavə X)” [24, 31 mart 2002-ci il, №5, maddə 

229]. 

2003-cü il dekabrın 26-da “Gömrük proseduralarının sadələşdirilməsi 



və uzlaşdırılması haqqında” Beynəlxalq Konvensiyanın dəyişdirilməsi 

haqqında Protokola və “Gömrük proseduralarının sadələşdirilməsi və uzlaş-

dırılması haqqında” Beynəlxalq Konvensiyaya (dəyişdirilmiş redaksiyada) 

qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi. 

Beynəlxalq Konvensiyanın Preambulasında göstərilirdi ki, beynəlxalq 

ticarət  şərtlərinin asanlaşdırılmasının gömrük nəzarəti qaydalarına xələl 

gətirməməsi üçün aşağıdakı prinsiplər gözlənilməlidir: gömrük qaydalarının 

və proseduralarının daim təkmilləşdirilməsinə  və effektivliyinin artırıl-

masına yönəldilmiş proqramların gerçəkləşdirilməsi; gömrük qaydalarının 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə