Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə28/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   24   25   26   27   28   29   30   31   ...   151

Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

82



təsdiq edilmiş  “Azərbaycan Respublikasının gömrük ərazisinə  gətirilən və 

bu ərazidən çıxarılan malların gömrük qiymətləndirilməsi sisteminin tətbiqi 

Qaydaları”na  əlavələr və  dəyişikliklər edilməsi haqqında” 2003-cü il 17 

dekabr tarixli 159 nömrəli Qərarla dəyişikliklər edildi. Bu sənədin qəbul 

edilməsi malların gömrük qiymətləndirilməsi üzrə gömrük orqanları ara-

sında operativ qarşılıqlı  əlaqənin və  zəruri koordinasiyanın təşkil edil-

məsinə, eləcə  də gömrük orqanlarına metodiki köməklik göstərilməsi və 

qiymət intizamının daha da gücləndirilməsi üçün qiymət-məlumat bazasının 

yaradılmasına, hər bir əmtəə kodu üzrə  məlumat bazası  rəsmiləşdirilən 

mallar üzrə gömrük dəyərinin təyin edilməsinə imkan verdi. 

Gömrük işində idxal edilən malın mənşə ölkəsinin müəyyən edilməsi 

ticarət siyasətinin tətbiqi nöqteyi-nəzərindən mühüm bir məsələdir. 

Məsələn, hər hansı bir ölkə ilə  sərbəst ticarət sazişi olduqda, bu sazişdən 

irəli gələn güzəştlər mənşəyi yalnız saziş iştirakçısı olan ölkədə olan mallara 

tətbiq olunmalıdır. Qloballaşan dünyada isə bir malın istehsalında bir neçə 

ölkələrin istehsalçıları  iştirak edə bilərlər, buna görə bu malın mənşə 

ölkəsinin müəyyən edilməsi üçün beynəlxalq səviyyədə  qəbul olunan 

qaydaların işlənib hazırlanması istiqamətində ekspertlərin böyük səylərinə 

baxmayaraq, yekun rəyə  gəlmək mümkün olmayıb. Hazırda ÜTT üzvləri 

üçün qaydaların  əsasları Uruqvay Raundu Sazişləri çərçivəsində razılaş-

dırılmışdır.  Əvvəllər Azərbaycan Respublikasında  “Gömrük tarifi haq-

qında” keçmiş SSRİ-nin 1991-ci il 26 may tarixli Qanununda göstərilən 

malın mənşə ölkəsi qaydaları  tətbiq olunurdu. Bu qanunun 16-cı maddəsi 

emal və  təkrar emal olunan mallar daxil olmaqla, malın mənşə ölkəsini 

müəyyən etmək üçün başlıca qaydaları müəyyən edirdi. Malın mənşə ölkəsi 

1995-ci il 20 iyun tarixli “Gömrük tarifi haqqında” Qanunun 5-ci fəsli və 

Nazirlər Kabinetinin 2000-ci il 2 noyabr tarixli 202 nömrəli Qərarı ilə 

təsdiqlənmiş  “Malın mənşə ölkəsinin təyin edilməsi Qaydası” ilə  tənzim-

lənir. Bu qaydalar “Sərbəst ticarət haqqında” Azərbaycan Respublikası ilə 

bir sıra ölkələr arasında imzalanmış, sazişlərin qüvvəyə minməsi ilə 

əlaqədar “Gömrük Tarifi haqqında” Qanunun və Müstəqil Dövlətlər Birliyi 

hökumətləri Başçıları  Şurasının 1993-cü il 24 sentyabr və 1996-cı il 18 

oktyabr tarixli qərarları ilə təsdiq edilmiş “Malın mənşə ölkəsinin müəyyən 



edilməsi Qaydası”nın müddəalarına uyğun olaraq hazırlanmışdır. “Qayda-

lar” MDB üzvü ölkələri arasında 1994-cü il aprelin 15-də Moskva şəhərində 




Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

83



imzalanmış  “Sərbəst ticarət zonasının yaradılması haqqında” Sazişə 

uyğunlaşdırılıb. MDB üzvü ölkələri sərbəst ticarət rejimindən istisnalar 

barədə razılığa gələ bilmədiklərinə görə, MDB çərçivəsində  sərbəst ticarət 

zonası qüvvəyə minməmişdir.  Əsas səbəb Rusiyanın bu Sazişi ratifikasiya 

etməməsi və digər köməkçi sazişlərin bütün MDB ölkələri tərəfindən 

imzalanmaması idi. Buna baxmayaraq, MDB ölkələri arasında sərbəst 

ticarət haqqında bir sıra ikitərəfli sazişlər imzalanıb və MDB çərçivəsində 

qəbul olunmuş  “Malın mənşə ölkəsinin müəyyən edilməsi Qaydaları” 

onlara tətbiq edilir. 2000-ci il noyabrın 30-dan MDB-nin “Malın mənşə 

ölkəsinin müəyyən edilməsi Qaydaları”  yeni qaydalarla əvəzlənmişdir. 

Digər ölkələrlə münasibətdə isə yuxarıda göstərilən 2000-ci il 2 noyabr 

tarixli Qərar tətbiq edilir. Fikrimizcə, bu sahədə malın mənşə ölkəsinin 

müəyyən edilməsi Qaydaları haqqında ÜTT Sazişinin tələblərini yerinə 

yetirmək və beynəlxalq harmonizasiyaya nail olmaq məqsədilə bəzi dəyişik-

liklər edilə bilər. Malların mənşə ölkəsi barədə ilkin qiymətləndirilməsi, 

inzibati qərarların yenidən baxılması  və malın mənşə ölkəsinin təyin 

edilməsi zamanı təqdim edilən məlumatın məxfiliyi kimi məsələlərə xüsusi 

diqqət yetirilməlidir. 

Azərbaycan Respublikasına idxal olunan mallardan gömrük rüsumları 

və vergilərdən başqa gömrük rəsmiləşdirilməsi yığımları da alınır. Bu 

yığımların məbləği idxal rüsumlarını tənzimləyən sənədlərdə paralel olaraq 

müəyyən edilir. Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac-

idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləş-

dirilməsinə görə alınan yığımların miqdarı haqqında” 2001-ci il 12 aprel 

tarixli 80 nömrəli Qərarına  əsasən gömrük rəsmiləşdirilməsinə görə alınan 

yığımların məbləği malın gömrük dəyərinin 0,15 faiz təşkil edir. Gömrük 

orqanlarının iş vaxtından kənar vaxtda və müəyyən edilmiş yerdən kənarda 

rəsmiləşdirilməsinə görə gömrük yığımları ikiqat miqdarda alınır. 

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə xarici neft 

şirkətləri arasında hasilatın pay bölgüsü haqqında sazişlərə əsasən Azərbay-

can Respublikasının payına düşən neft məhsullarının neft kəməri vasitəsi ilə 

ixracı, habelə dövlət zəmanətli kreditlər hesabına alınmış uçuş aparatlarının, 

eləcə də pasport və şəxsiyyət vəsiqələri blanklarının idxalı üzrə hər bir yük 

gömrük bəyannaməsi üçün malın dəyərindən asılı olmayaraq 275 ABŞ 

dolları miqdarında yığımları alınırdı. Azərbaycan Respublikasının gömrük 




Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

84



sərhədindən qrant haqqında müqaviləyə  əsasən qrant kimi alınan maddi 

yardım, humanitar və texniki yardım məqsədi ilə, habelə Azərbaycan 

Respublikası  ərazisində yerləşən diplomatik nümayəndəliklərin rəsmi və 

onların heyət üzvlərinin  şəxsi istifadəsi üçün keçirilən mallar və  nəqliyyat 

vasitələri, elektrik enerjisinin qarşılıqlı ötürülməsində gömrük rəsmiləşdiril-

məsinə görə gömrük yığımları tutulmurdu. Gömrük Yük Bəyannaməsinin 

hər bir əlavə vərəqi üçün sövdələşmə xarakterindən asılı olmayaraq 5 ABŞ 

dolları  məbləğində ödənc alınırdı. Azərbaycan Respublikasının gömrük 

sərhədindən tranzit gömrük rejimi altında keçirilən malların gömrük 

rəsmiləşdirilməsinə 30 ABŞ dolları, hər  əlavə Tranzit Yük Bəyannamələri 

üçün 10 ABŞ dolları miqdarında gömrük yığımları alınırdı. Fiziki şəxslər 

tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə  gətirilən (o 

cümlədən müvəqqəti gətirilən) nəqliyyat vasitələrinin qeydə alınması üçün 

vəsiqə verilməsinə görə yük və minik avtomobilləri, mikroavtobus və 

avtobuslar üçün 20 ABŞ dolları, digər nəqliyyat vasitələri üçün 15 ABŞ 

dolları alınırdı. Bütün gömrük yığımları Azərbaycan Respublikasının Milli 

Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla ödənilir. 

Azərbaycan Respublikasında ixrac mallarından tutulan vergi 1995-

1997-ci illərdə tətbiq olunur. İxrac vergisi “İxracat vergisi haqqında” 1995-

ci il 28 mart tarixli 1002 nömrəli Qanunla tənzimlənir. Bu qanuna uyğun 

olaraq ixracat vergisinin obyektini Azərbaycan Respublikasının hüdud-

larından kənara sərbəst dönərli valyuta ilə satılan strateji məhsullar təşkil 

edir. Strateji  məhsulların siyahısı üçün Prezidentin “Azərbaycan Respub-

likasından ixracı məhdudlaşdırılan strateji əhəmiyyətli malların siyahısının 

təsdiqi haqqında” 1992-ci il 10 sentyabr tarixli 118 nömrəli Sərəncamı və 

Nazirlər Kabinetinin “Strateji  əhəmiyyətli malların ixracının lisenziyalaş-



dırılması haqqında” 1992-ci il 22 sentyabr tarixli 515 nömrəli Qərarı ilə 

tənzimlənirdi. Hər iki sənəd “İxracat vergisi haqqında Azərbaycan Respub-



likası Qanununun qüvvədən düşməsi barədə” 1997-ci il 13 iyun tarixli 332-

IQD nömrəli Qanunla ləğv edilib. 

Azərbaycan Respublikası və Rusiya Federasiyası hökumətləri arasında 

“Hava əlaqəsi və hava nəqliyyatı” sahəsində əməkdaşlıq haqqında 1993-cü 

il 22 noyabr tarixli Sazişin (Saziş 29 may 1996-cı il tarixli Qanun ilə təsdiq 

edilmişdir) 15-ci maddəsinin 1-ci hissəsində deyilir ki, tərəflərdən birinin 

təyin edilmiş aviasiya müəssisəsinin müqavilə  xətlərində istismar etdiyi 




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə