Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
70
idxalın kvotalaşdırılması və lisenziyalaşdırmasının müvəqqəti qaydaları
daxil edirdi. Qərar ixracına Xarici İqtisadi Əlaqələr Nazirliyindən lisenziya
alınmasını tələb edən malların siyahısını daxil edirdi. 2 və 4 saylı Əlavə-
lərdə sadalanan spesifik malların ixracı müvafiq nazirliklərinin rəylərini və
Nazirlər Kabinetinin icazəsini tələb edirdi. Qərar yalnız lisenziyaların
alınması üçün ümumi qaydaları müəyyən edirdi.
Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac və idxal
əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 1994-cü il 27
iyun tarixli qərarı gömrük mexanizmi vasitəsilə ixrac və idxal əməliy-
yatlarının tənzimlənməsini təmin etməli idi. Bu qərarla 1994-cü il iyulun 1-
dən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təqdim etdiyi və
əlaqədar təşkilatlarla razılaşdırılmış “Azərbaycan Respublikası ərazisindən
çıxarılarkən gömrük ixrac rüsumuna cəlb olunan malların qruplar üzrə
siyahısı və gömrük ixrac rüsumlarının dərəcələri”, “Gömrük ixrac rüsumu
haqqında müvəqqəti Əsasnamə”, “Azərbaycan Respublikası ərazisinə
gətirilərkən gömrük idxal rüsumuna cəlb olunan malların qruplar üzrə
siyahısı və gömrük idxal rüsumlarının dərəcələri”, “Gömrük xidmətləri üçün
alınan xərclərin tarifləri” və “Gömrük xidmətləri göstərilməsi qaydaları”
etibarən tətbiqi rəsmiləşdirildi. Azərbaycan Respublikası ilə ticarətdə
qarşılıqlı şərait rejimində olan ölkələrin siyahısına 55 ölkə daxil edilmişdi.
Lakin Xarici İşlər və Xarici İqtisadi Əlaqələr Nazirliyinin 1994-cü il
dekabrın 31-dək siyahıda göstərilən ölkələrə birtərəfli qaydada əlverişli
şərait rejimi tətbiq etməsi barədə məlumat yoxdur.
Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul edilmiş
Konstitusiyası (Əsas Qanunu) qanun yaradıcılığı işində, o cümlədən xarici
iqtisadi əlaqələrin hüquqi tənzimlənməsi və gömrük xidmətinin hüquqi
təminatı istiqamətində qanunların hazırlanması və qüvvəyə minməsi üçün
sistem yaradıcı xarakter daşıyır. Əsas Qanunun tələbləri əsasında forma-
laşan gömrük hüququ gömrük xidmətinin başlıca funksiyası olan xarici
iqtisadi əlaqələrin tənzimlənməsinin təməl daşını və onların reallaşmasını
həyata keçirir. “Gömrük tarifi haqqında” Qanunda gömrük tarifinin mühüm
məqsədləri qeyd edilir. Gömrük tarifinin funksiyaları bunlardır: 1) iqtisadi
tənzimləmə funksiyası – Azərbaycan Respublikası üzrə idxalın əmtəə struk-
turunu səmərələşdirir; Azərbaycan Respublikası ərazisində malların gətiril-
məsi və çıxarılmasının, valyuta gəlirlərinin və xərclərinin əlverişli nisbətinin
Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
71
təmin edir; Azərbaycan Respublikasında malların istehsal və istehlak
strukturunda mütərəqqi dəyişikliklər üçün şərait yaradır; 2) valyuta nəzarəti
funksiyası – valyuta sərvətlərinin Azərbaycan Respublikası gömrük
ərazisinə gətirilməsi və bu ərazidən çıxarılması üzərində nəzarət etməyə
şərait yaradır; 3) fiskal funksiya – Azərbaycan Respublikası gömrük
sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin
Əmtəə Nomenklaturasına uyğun olaraq gömrük rüsum dərəcələrini sistem-
ləşdirir; 4) proteksionist funksiya – iqtisadiyyatı xarici rəqabətin mənfi
təsirindən qoruyur; 5) inteqrasiya funksiyası – iqtisadiyyatın dünya
təsərrüfatı ilə səmərəli inteqrasiyana şərait yaradır.
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 1995, 1997,
1999 və 2001-ci illərdə “Gömrük tarifi haqqında” Azərbaycan Respubli-
kasının Qanunu, Gömrük Məcəlləsi, gömrük orqanlarının bayrağı və tanın-
ma nişanlarının təsdiqi haqqında qanunlar və digər qanunvericilik aktları
qəbul edilmiş və həmin qanunvericilik aktları Azərbaycan Respublikasında
gömrük sisteminin formalaşmasında, gömrük işinin və tarif siyasətinin
həyata keçirilməsində mühüm rol oynamışdır. 1995-ci il iyunun 20-də qəbul
edilmiş “Gömrük tarifi haqqında” Qanun gömrük siyasətinin tənzimlənməsi
istiqamətində əsas normativ-hüquqi sənədlərdən biri oldu. Həmin Qanunun
4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında gömrük rüsumlarının 3
növü müəyyən edilmişdi: advalor (malların gömrük dəyərinə görə hesab-
lanan), spesifik (mal vahidinə görə müəyyən olunmuş dəyərlərə hesablanan)
və kombinə edilmiş (hər iki növü birləşdirməklə hesablanan) rüsumlar.
Respublikanın gömrük xidməti orqanları Gömrük Məcəlləsi və
“Gömrük tarifi haqqında” Qanunla müəyyən edilmiş funksiyalarının ardıcıl
həyat keçirilməsi bu təşkilatın hökumətin iqtisadi siyasətinin həyata
keçirilməsində rolu və yerini daha da möhkəmləndirdi. Gömrük-tarif
mexanizminin təkmilləşdirilməsi və onun çevik iqtisadi mexanizmə çevril-
məsi dövlət büdcəsi gəlirlərinin yaradılmasında gömrük rüsum və
vergilərinin xüsusi çəkisini artırdı: 1995-ci ildəki 5,2 faizdən 1998-ci ildə
23,4 faizə çatdırdı və bu səviyyə sabit saxlanıldı [77, 12].
Gömrük tariflərinin müxtəlif əsaslar üzrə təsnifatının əhəmiyyəti
bundadır ki, hər bir istiqamətdə gömrük rüsumlarının tətbiqinə daha real
yanaşma mümkün olur. Məsələn, ixrac və ya idxal mallarını tənzim etdiyinə
görə ixrac və idxal tarifləri, tariflərin inkişaf üsulundan asılı olaraq sadə və
Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
72
mürəkkəb tariflər və s. fərqləndirilir. Hüquqi təbiətinə görə gömrük tarifləri
avtonom, konvension (müqavilə) və avtonom-konvension tariflər kimi
təsnifləşdirilə bilər. Tədqiqatçı V.Əliyev düzgün olaraq gömrük tarifinin 4
mühüm elementdə birləşdiyini qeyd edir: 1) gömrük rüsumları, onların
dərəcələri və növləri; 2) malların qruplaşdırması sistemi; 3) malın gömrük
dəyəri və onun müəyyən edilmə metodları; 4) tarif güzəştləri, preferensiya
və üstünlükləri [65, 12-14].
1996-cı ilə qədər gömrük orqanlarının bu sahədə səlahiyyəti heç bir
hüquqi-normativ sənədlə təsbit edilmədiyindən idxal olunan malların
“invoys” qiymətlərinə nəzarət mexanizmini qurmaq və gömrük dəyərini
düzgün müəyyən etmək mümkün deyildi. Nəticədə mühüm növ məhsullar
dünya bazarında heç bir qiymətə uyğun gəlməyən, əksər hallarda düşü-
nülmüş şəkildə azaldılan müqavilə qiymətləri ilə idxal edilmiş, lakin
istehlakçılara onsuz da baha qiymətə satılırdı. Respublika Nazirlər Kabineti
tərəfindən Dövlət Gömrük Komitəsinin əlaqədar dövlət strukturlarına
müraciəti və əməli təklifləri nəzərə alınaraq bu cür halların qarşısını almaq
məqsədilə bir sıra tədbirlər görüldü.
Azərbaycan Hökuməti 1996-cı il 26 sentyabr tarixli 88/S saylı
sərəncamla Azərbaycan Respublikasının “Gömrük tarifi haqqında” Qanunu
tətbiq edilənə qədər gömrük orqanları tərəfindən idxal olunan malların
minimum şərti qiymətlərini müəyyən etdi. Respublika Prezidentinin 1996-cı
il 6 avqust tarixli 481 saylı Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan
Respublikasında xarici ticarətin tənzimlənməsi qaydaları”nın 8-ci bəndinə
müvafiq olaraq keçmiş Xarici İqtisadi Əlaqələr Nazirliyi tərəfindən əvvəlcə
1996-cı il 11 oktyabr tarixli 39 saylı, sonra isə 1997-ci il 10 yanvar tarixli 1
saylı əmrlərlə daxili bazarda mühüm əhəmiyyət kəsb edən malların siyahısı
və idxal qiymətlərinin hədlərinə yenidən baxıldı. Lakin “qiymət hədlərinin”
tətbiqi kimi bu cür inzibatçılıq metodu dünya gömrük təcrübəsinə, gömrük
tarif tənzimləməsinin prinsiplərinə, ümumiyyətlə, bazar münasibətlərinə
uyğun gəlmirdi. Bu isə özlüyündə bir çox əlavə problemlər, o cümlədən tarif
dərəcələrinin yüksəldilməsi zərurətini yaratdı [78, 16-17].
Gömrük işi sahəsində ən mühüm hüquqi sənəd hesab edilən Gömrük
Məcəlləsinin işlənilib hazırlanması Azərbaycan Respublikasının qanunverici
orqanı olan Milli Məclisin yığıncaqlarında və müvafiq komissiyalarında
geniş müzakirə obyekti oldu. 1996-cı ilin sentyabr ayında Milli Məclisin
Dostları ilə paylaş: |