Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
63
keçid kompleksinin istifadəyə verilməsi Azərbaycan-İran əlaqələrinə layiqli
töhfə oldu. Culfa gömrükxanasının 24 saatlıq xidmət rejiminə keçməsi,
sadələşdirilmiş viza rejiminin tətbiq olunması, blokada vəziyyətində yaşa-
yan Naxçıvanı Azərbaycanın digər əraziləri ilə birləşdirən İran avtomobil
yolunda tranzit imkanlarının yaxşılaşdırılması ikitərəfli əlaqələrə möhkəm
zəmin yaratdı [47, 2013, 12 may].
Muxtar Respublikanın gömrük orqanları sosial-iqtisadi proqramlarının
yerinə yetirilməsində yaxından iştirak edir. “2008-2015-ci illərdə Azərbay-
can Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair
Dövlət Proqramı”, “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illər-
də sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “Naxçıvan Muxtar Respubli-
kasında Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı
(2007-2010-cu illər)”na uyğun olaraq infrastrukturun təkmilləşdirilməsi,
maddi-texniki bazanın gücləndirilməsi, malların keyfiyyətinin dəqiq müəy-
yən edilməsi üçün laboratoriya analizlərin keçirilməsi, investisiya qoyuluşu
və ixracın stimullaşdırılması istiqamətində işlər görüldü. Yerli istehsalın
inkişaf etdirilməsi məqsədilə xaricdən yerli istehsal mallarına adekvat
malların gətirilməsi tarif və qeyri-tarif tədbirləri ilə tənzimlənir. Sənaye və
kənd təsərrüfatı məhsullarının xaricdən gətirilən malların haqsız rəqa-
bətindən qorunması sahibkarlığın inkişafına şərait yaradıb. İnformasiya
mübadiləsinin sürətləndirilməsi məqsədilə Culfa, Sədərək və Naxçıvan hava
nəqliyyatında gömrük idarələri ilə Komitə arasında fiberoptik xətlə əlaqə
yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə
məlumat mübadiləsi də fiberoptik xətlə təmin olunmuşdur. Xarici iqtisadi
fəaliyyət iştirakçıları və gömrük orqanları arasında yaranan problemlərin
həlli istiqamətlərinin müəyyənləşdirilməsi, biznes subyektlərinin gömrük işi
sahəsində məlumatlılığının artırılması məqsədilə yaradılan “Məsləhət
şurası”nın hər il sahibkarlarla görüşləri təşkil olunur. Gömrük statistikasına
əsasən, təkcə 2009-cu il ərzində keçirilmiş reydlər nəticəsində 23435 manat
dəyərində istifadə müddəti bitmiş ərzaq və qeyri-ərzaq məhsulları satış
dövriyyəsindən çıxarılaraq kütləvi informasiya vasitələri nümayəndələrinin
iştirakı ilə yandırılaraq məhv edilib. Əlavə olaraq, 19544 manat dəyərində
müxtəlif adda ərzaq məhsulları satış dövriyyəsindən çıxarılaraq topdansatış
müəssisələrinə geri qaytarılmaq üçün gömrük nəzarəti altında Bakı şəhərinə
yola salınıb. 2009-cu ildə büdcəyə 3,3 milyon manata qarşı 4 milyon 738
Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
64
min manat vəsait köçürülüb [128, 2010, 9 fevral].
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan
Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstər-
məsinin təşkili haqqında” 2011-ci il 15 iyul tarixli Fərmanına əsasən,
muxtar respublikanın gömrük orqanlarında da elektron hökumətə keçid
istiqamətində məqsədyönlü tədbirlər görülmüş, komitənin yeni internet saytı
yaradılmışdır. Məqsəd gömrük idarəetmə mexanizmlərinin səmərəliliyinin
artırılmasına, qərarların qəbulu prosesində şəffaflığın təmin edilməsinə,
kargüzarlıq işinin və sənəd dövriyyəsinin elektron formada həyata
keçirilməsinə, elektron imzanın tətbiqinə nail olmaqdır. Muxtar respub-
likanın gömrük orqanlarında eyniləşdirmə nömrəsinin verilməsi, sərnişin
bəyannaməsinin tətbiqi, gömrük sərhəd-buraxılış məntəqələrindən keçirilə-
cək mallar və nəqliyyat vasitələrinin bəyan edilməsi, gömrük rəsmiləş-
dirməsinə başlamaq üçün müraciət və gömrük orqanlarında xidmət üçün
ərizə qəbulu elektron formada həyata keçirilir [110, 2012, 22 fevral].
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə
Naxçıvan Şəhər Gömrük İdarəsinin yeni inzibati binasının açılışı oldu.
Gömrük İdarəsinin yeni, üçmərtəbəli binası gömrük orqanlarının tanınma
nişanında əksini tapan açar formasında inşa olunmuşdur. Burada xidməti
otaqlar, server və tədris otaqları, arxiv vardır. Müşahidə otağında
quraşdırılan 22 nəzarət kamerası ilə eyni vaxtda müşahidə aparmaq olur.
Binadakı iclas, konfrans və akt zalları da müasir tələblər səviyyəsində
yaradılıb. Elektron lövhələr, proyektorlar və digər informasiya texnolo-
giyaları qurğuları ilə təchiz edilən zallarda müxtəlif beynəlxalq görüş,
seminar və tədbirlərin keçirilməsi üçün geniş imkanlar vardır. İnzibati
binada gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə, texniki nəzarət
vasitələri, həmçinin statistika və informasiya texnologiyaları bölmələri
yerləşir. Kompleksdə inzibati bina, yük xətti, rəsmiləşdirmə binaları və
gömrük laboratoriyası, kinoloji xidmət yaradılmışdır. Yük xəttində geniş
platforma və ümumi sahəsi 2097 kvadratmetr olan iki anbarda “Rapiskan”
tipli rentgen qurğuları quraşdırılmışdır. Yük xəttində xüsusi saxlanma şəraiti
tələb edən malların yerləşdirilməsi üçün hər birinin tutumu beş ton olan iki
soyuducu anbar, tərəzi, yarımstansiya və qazanxana quraşdırılmışdır.
Gömrükxanada yaradılan şərait idxal-ixrac prosedurunun sadələşdirilməsi
və ümumilikdə gömrük işinin keyfiyyətinin artırılmasında mühüm rol
Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
65
oynayır. Narkotik və partlayıcı maddələrin, həmçinin gizli saxlanc yerlərinin
aşkarlanması, metal və kimyəvi maddələrin tərkibini və radioaktiv sızıntıları
müəyyən edən qurğular, baxış alətləri və digər müasir avadanlıq gömrük
işini ən yüksək səviyyədə həyata keçirməyə imkan verir. Yeni inşa olunmuş
gömrük laboratoriyası da ən yüksək standartlara cavab verir. İkimərtəbəli
binada laborator analizlərin götürüləcəyi ayrıca bölmələr və xidməti otaqlar
inşa olunmuşdur. İkinci mərtəbədə laborator analizlərin aparılacağı
spektrometriya, atom absorbsiya, nümunə və mühitlərin hazırlanması, bak-
terioloji əkin, inkubasiya, mikroskopiya, avtoklavlama və yuma, xromato-
qrafiya, radioloji, fiziki-kimyəvi tədqiqat otaqları, mikrobioloji laboratoriya
fəaliyyət göstərir [8, 2012, 31 may].
Naxçıvan MR Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublika-
sının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və Komitənin
strukturunun təsdiq edilməsi barədə” 2012-ci il 5 iyul tarixli Fərmanı
verildi. “Əsasnamə”də Komitənin aşağıdakı fəaliyyət istiqamətləri müəyyən
edildi. Fərmanda göstərilirdi ki, Komitə: 1) gömrük işi sahəsində dövlət
siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini
təmin edir; 2) gömrük işini təşkil edir və onun inkişafını təmin edir; 3)
gömrük işi sahəsində normayaratma fəaliyyətini həyata keçirir; 4) hüquq-
mühafizə fəaliyyətini həyata keçirir; 5) Naxçıvan Muxtar Respublikasında
qabaqcıl gömrük tənzimlənməsi vasitələrinin tətbiqini təşkil edir.
Bu Fərmanla Naxçıvan MR DGK-nın strukturuna daxil idi: 1)
Komitənin aparatı; 2) ərazi gömrük idarələri, o cümlədən Naxçıvan Şəhər
Gömrük İdarəsi, Sədərək Gömrük İdarəsi, Culfa Gömrük İdarəsi, Şahtaxtı
Gömrük İdarəsi və 3) ixtisaslaşdırılmış gömrük idarələri, o cümlədən
Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsi; 4) digər qurumlar: Naxçıvan
Gömrük Ekspertizası İdarəsi, Gömrük Mühafizə Xidməti, “Nazçıvan-
terminalkompleks” Birliyi və Kinoloji Bölmə [114, 2012, 6 iyul, №125
(20530)].
Beləliklə, müstəqillik illərində qədim gömrük əlaqələrinə malik
Naxçıvan MR-də gömrük işi daha da inkişaf etdirilmiş, beynəlxalq
standartlara uyğun gömrük infrastrukturu qurulmuşdur. Muxtar Respublika
ərazisində fəaliyyətdə olan 3 gömrük-buraxılış məntəqəsi sutkanın 24 saatı
ərzində işləyir. Həm yük, həm də sərnişin keçidi ildən-ilə artmaqdadır. Belə
ki, təkcə 2013-cü ildə Muxtar Respublikanın gömrükxanalarında 50 min
Dostları ilə paylaş: |