Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
73
Büdcə məsələləri üzrə Komissiyası tərəfindən yaradılmış işçi qrupu
Azərbaycan Respublikası Gömrük Məcəlləsinin layihəsini hazırlayıb rəy
üçün bütün əlaqədar nazirlik və idarələrə göndərdi. Məcəllənin layihəsi
DGK-nın bütün şöbələrində, Bakı Baş Gömrük İdarəsində və Sumqayıt
gömrükxanasında gömrük işi üzrə ən təcrübəli mütəxəssislər cəlb edilməklə
müzakirə edildi. Ümumiyyətlə layihənin hazırlanması prosesində 2500-dən
çox rəy və təkliflər daxil olmuşdu, onların bir qismi layihədə əksini
tapmışdı. Mütəxəssislərin rəyinə görə, Məcəllə layihəsinin ən böyük
üstünlüyü onun həmin dövrün beynəlxalq gömrük hüququnun tələblərinə
cavab verməsi idi. Layihənin hazırlanması prosesində Rusiya, Türkiyə,
Belorus, Qazaxıstan, Qırğız respublikaları və digər dövlətlərin gömrük
qanunvericiliyi təcrübəsi hərtərəfli öyrənilmişdi. Türkiyə Cümhuriyyətinin
zəngin təcrübəyə malik gömrük ekspertləri layihənin ilkin variantı ilə tanış
olmuş və müsbət dəyərləndirmişdilər [69, 1997, 21 may, №8(34)].
Gömrük nəzarətinin bir sıra mövcud norma və qaydaların Gömrük
Məcəlləsinə uyğunlaşdırılması üçün işlər aparılırdı. Respublika Nazirlər
Kabinetinin 1996-cı il 16 dekabr tarixli 172 nömrəli Qərarına əsasən 1997-
ci il yanvarın 1-dən etibarən ixrac olunan mallara onların nəticələrindən asılı
olaraq ixrac rüsumları ləğv olundu. Hökumətin bu qərarı emal müəssi-
sələrinin xarici bazara çıxışını xeyli asanlaşdırdı. Hökumətin digər bir qərarı
ilə idxal gömrük rüsumlarında da dəyişikliklər edildi. Malların növündən və
gömrük dəyərindən asılı olmayaraq 15 faiz dərəcə ilə idxal gömrük rüsu-
muna cəlb olunmasına başlanıldı. Belə bir qaydanın tətbiqi gömrük idxal
rüsumlarının yığılması işini təkmilləşdirdi. Bununla bərabər, mövcud
qanunvericilik gömrük rüsumlarından azadolmaların xüsusi çəkisinin xeyli
azalmasına səbəb oldu. Belə ki, 1998-ci ilin hesabatına görə respublikaya
idxal olunan malların 44,4 faizini və ya 548,2 milyon ABŞ dollarını
hökumətin müvafiq qərarı ilə “0” (sıfır) dərəcəsi ilə rüsuma cəlb olunan
mallar; 10 faizə qədərini və ya 123,4 milyon ABŞ dollarını vergilərdən azad
olunan mallar (investisiya, beynəlxalq kredit, humanitar yardım və s.) təşkil
etmişdi. Bütövlükdə respublikaya idxal olunan malların 54 faizindən çoxu
qanunvericiliyə uyğun olaraq gömrük rüsumundan azad edilmişdi. Ümumi
idxalın 21,7 faizi və ya 268 milyon ABŞ dolları dəyərində müxtəlif mallar 5
faiz dərəcəsi üzrə, idxalın 23,7 faizi, yaxud 292 milyon ABŞ dolları
dəyərində isə gömrük dəyərinin 15 faizi həcmində rüsuma cəlb olunmuşdu.
Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
74
Əlavə dəyər vergisi üzrə “0” (sıfır) dərəcəsi tətbiq edilmiş idxal isə ümumi
idxalın 318,5 milyon ABŞ dollarını və ya 25,8 faizini; vergitutma obyekti
hesab olunmayan MDB ölkələrində idxal isə ümumi idxalın 397,4 milyon
ABŞ dollarını və ya 32,2 faizini; təyinatı üzrə azad olmalar isə ümumi
idxalın 130,8 milyon ABŞ dollarını və ya 10,6 faizini təşkil etmişdi. ƏDV
üzrə vergitutma obyektinə daxil olmayan idxalın həcmi 829,6 milyon ABŞ
dolları və ya ümumi idxalın 67,2 faizinə bərabər idi. Hesablamalara görə,
göstərilən il üzrə ümumi idxalın yalnız 32,8 faizi və ya 405 milyon ABŞ
dolları əlavə dəyər vergisinin vergitutma obyekti olmuşdu.
1997-ci il ərzində DGK-nın müvafiq qurumları tərəfindən normativ
sənədlərin hazırlanması və mövcud sənədlərin Gömrük Məcəlləsinə,
“Gömrük tarifi haqqında” Azərbaycan Respublikası qanununa uyğunlaş-
dırılması sahəsində işlər sistemli xarakter aldı. Belə ki, “Azərbaycan
Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında
Əsasnamə və fondun vəsaitinin xərclənməsi qaydaları”; “Azərbaycan Res-
publikasının görük ərazisinə gətirilən və bu ərazidən çıxarılan malların
gömrük qiymətləndirilməsi sisteminin tətbiqi qaydaları”; “Müvəqqəti idxal
(ixrac) edilən malların gömrük rüsumları və vergiləri ödənilməsindən
tamamilə və ya qismən azad edilməsi qaydaları”; “Azərbaycan Respublikası
Gömrük Məcəlləsi ilə müəyyən olunmuş qaydada gömrük fəaliyyətinin növ-
ləri üzrə lisenziyalarının verilməsinə görə alınan yığım dərəcələri haqqında
Əsasnamə”nin layihələri hazırlandı [5, 170; 24, 30 aprel 1998-ci il №4].
DGK-nın mütəxəssisləri tərəfindən “Azərbaycan Respublikası gömrük
orqanları tərəfindən girovdan istifadə edilməsi haqqında Əsasnamə”nin
layihəsi; “Gömrük mədaxil ordeninin doldurulması və onun tətbiqi ilə
gömrük tədiyyələrinin ödənilməsi qaydaları haqqında Təlimat”; “Azərbay-
can Respublikası ərazisindən gətirilən mallara əlavə dəyər vergisinin tətbiq
edilməsi qaydaları haqqında Təlimat”; “Azərbaycan Respublikasının
ərazisinə gətirilən malların gömrük dəyərinin bəyan edilməsinin qayda və
şərtləri haqqında Əsasnamə”; “Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsində bankların və digər kredit təşkilatların reyestrə salınma
haqqında müraciətlərinə baxılması qaydaları”; “Artıq ödənilmiş və ya
alınmış gömrük ödənişlərinin qaytarılması qaydaları”; Azərbaycan Respub-
likası ərazisinə idxal olunmuş mallara və minik avtomobillərinə aksiz
vergisinin hesablanması və ödənilməsi qaydaları haqqında Təlimat”
Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
75
hazırlanaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiy-
yatından keçirildi. Azərbaycan Respublikası Nazirlər Kabineti 1998-ci il 12
yanvar tarixli 7 saylı Qərarı ilə idxal və ixrac olunan malların gömrük
dəyərinin müəyyən edilməsində qayda yaratmaq məqsədilə DGK-nın
təklifinə əsasən “Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və
bu ərazidən çıxarılan malların gömrük qiymətləndirilməsi sisteminin tətbiqi
Qaydaları”nı təsdiq etdi. DGK isə öz növbəsində “Azərbaycan Respub-
likasının ərazisinə gətirilən malların gömrük dəyərinin bəyan edilməsinin
qayda və şərtləri haqqında” Əsasnamə hazırlayaraq Gömrük Məcəlləsinin
tələblərinə uyğun qaydada Ədliyyə Nazirliyində qeydiyyatdan keçirdi. Tarif
tənzimləmə tədbirlərinin davamı kimi, 1996-cı ilin iyunun 1-dən aksiz
vergilərinin tətbiqinə başlanıldı, daha sonra aksiz mallarının idxalının
lisenziyalaşdırılmasına başlanıldı [69, 1998, 29 iyul, №27 (79)]
Respublika Nazirlər Kabinetinin “Xarici ticarət fəaliyyətinin dövlət
tənzimlənməsi haqqında” qanun layihəsinə rəy və təkliflər, Nazirlər Kabine-
tinin 1995-ci 24 aprel tarixli 90 nömrəli və 1995-ci il 6 aprel tarixli 76
nömrəli qərarları arasında mövcud olan uyğunsuzluğu aradan qaldırmaq
üçün alınan ödənclər haqqında” və “Dövlət Gömrük Komitəsi tərəfindən
gömrük orqanlarının maliyyə-təsərrüfat fəaliyyətinin təftişinin həyata
keçirilməsi qaydaları haqqında” təlimatlar hazırlandı və Maliyyə Nazirliyi
ilə razılaşdırmaqla Komitənin rəhbərliyi tərəfindən müvafiq əmrlə təsdiq
edildi [24, 1997, 30 sentyabr, №3, maddə 216].
“Yoxlama və metroloji attestasiya məqsədi ilə daşınan normativ
sənədlərin, etalonların, ölçmə vasitələrinin və standart nümunələrin gömrük
rüsumlarından, vergilərdən və xüsusi icazələr verilməsindən azad edilməsi
haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının
1996-cı il 8 oktyabr tarixli Qanunu ilə 1995-ci il fevralın 10-da Almatı şəhə-
rində imzalanmış Saziş təsdiq edildi.
“Azərbaycan Respublikasının gömrük-buraxılış məntəqələrindən fiziki
şəxslər tərəfindən istehsalat və ya kommersiya fəaliyyəti üçün nəzərdə
tutulmayan malların keçirilməsinin qaydaları haqqında” Nazirlər Kabine-
tinin 1995-ci il 19 avqust tarixli 184 nömrəli qərarının yeni layihəsi
hazırlandı və Nazirlər Kabinetinin “MDB hüdudları kənarında respublikaya
gətirilən minik avtomobillərinə aksiz vergisi tətbiq edilməsi haqqında”
1996-cı il 27 mart tarixli 35 nömrəli Qərarına dəyişikliklər edilməsi