Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə26/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   22   23   24   25   26   27   28   29   ...   151

Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

76



haqqında təkliflər verildi. 

DGK-nın mütəxəssisləri Azərbaycan Respublikası Prezidentinin 20 

dekabr 1996-cı il tarixli 527 saylı  Fərmanının icrasının təmin edilməsi 

məqsədilə  “Azərbaycan Respublikası  ərazisində bütün növ etil (yeyinti) 



spirtinin istehsalı, saxlanması, alkoqollu içkilərin və tütün məmulatının 

istehsalı, idxalı üçün lisenziya verilməsi, onların pərakəndə satışı, idxal 

olunan və ölkədə istehsal edilən həmin məhsullara aksiz markaların tətbiq 

olunması qaydaları haqqında”  qərar layihəsinin hazırlanmasında iştirak 

etmiş, həmçinin Nazirlər Kabinetinin göstəriş  məktubuna müvafiq olaraq, 

Azərbaycan Respublikası  ərazisinə idxal olunan alkoqollu içkilərə, etil 

(yeyinti) spirtinə və tütün məmulatlarına aksiz markalarının tətbiq olunması 

Qaydaları  və  “Azərbaycan Respublikası  ərazisinə idxal olunmuş aksiz 

markaları ilə markalanmalı olan alkoqollu içkilər, etil (yeyinti) spirti və 

tütün məmulatlarının inventarizasiyasının aparılması qaydaları”  işlənib 

hazırlanmışdı. Respublika Prezidentinin 1996-cı il 20 dekabr tarixli 527 

saylı  Fərmanına müvafiq olaraq Baş Dövlət Vergi Müfəttişliyi ilə birlikdə 

“İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikası  Məcəlləsi”nə 

aksiz markası olmadan alkoqollu içkilərin, etil spirti və tütün məmulat-

larının idxalı  və satışına görə  məsuliyyəti nəzərdə tutan müvafiq əlavə  və 

dəyişikliklər edilməsi barədə təkliflər hazırlanıb təqdim edilmişdi. 

Azərbaycanda gömrük işinin formalaşmasında mühüm rol oynayan 

1997-ci il tarixli Gömrük Məcəlləsi aşağıdakı  məsələləri  əhatə edirdi: 

gömrük proseduraları, gömrük rəsmiləşdirilməsi, gömrük nəzarəti, gömrük 

rüsumları və yığımları, valyuta nəzarəti, gömrük rejimləri, gömrük güzəşt-

ləri, gömrük statistikası, gömrük işi sahəsində cinayətlər, gömrük orqan-

larının təhqiqat, istintaq və əməliyyat-axtarış fəaliyyəti, gömrük orqanlarının 

vəzifəli  şəxslərinin statusu, gömrük orqanlarının qərarlarına  şikayət etmək 

qaydası, mallar və nəqliyyat vasitələri üzərində sərəncam verilməsi və əldə 

edilən vəsaitlərdən istifadə edilməsi, məlumatlandırma və  məsləhət vermə. 

Halbuki 1991-ci ilin sovet Gömrük Məcəlləsi yalnız idxal, ixrac və tranzit 

gömrük rejimlərini nəzərdə tuturdu. Buna görə də gömrük rejimlərini tətbiq 

etmək məqsədilə DGK bir sıra qaydaları  qəbul etmişdi. Lakin Gömrük 

Məcəlləsində  nəzərdə tutulan bütün Gömrük rejimlərini dəqiqləşdirən 

qaydalar hazırlanmamışdı. Məsələn, Gömrük nəzarəti altında emal, sərbəst 

Gömrük zonası, sərbəst anbar və Gömrük ərazisindən kənarda emal 



Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

77



rejimlərini tətbiq edən qanunvericilik mövcud deyildi. Bütün bunları nəzərə 

alaraq beynəlxalq təşkilatlarla birgə Azərbaycan Respublikasının yeni 

Gömrük Məcəlləsinin qəbul olunması istiqamətində işlər aparılırdı.  

1991-ci il tarixli Gömrük Məcəlləsi ilə müqayisədə 1997-ci ilin 

Gömrük Məcəlləsi daha ətraflı  və bazar iqtisadiyyatına daha uyğunlaş-

dırılmış bir sənəd idi. Sovet gömrük qanunvericiliyində  əsasən gömrük işi 

sahəsində cinayətlər haqqında müddəalara böyük yer ayrılmışdı. Məsələn, 

1991-ci ilin sovet Gömrük Məcəlləsində bu mövzuya sənədin üçdə bir 

hissəsi həsr olunmuşdu. 1997-ci ilin Gömrük Məcəlləsindən isə bu müddəa-

lar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin və  İnzibati Xətalar 

Məcəlləsinin təsdiq edilməsindən sonra çıxarılmışdı. Milli Məclisin 1992-ci 

il 28 oktyabr tarixli Qərarı ilə qüvvədə olan Gömrük Məcəlləsində cəmi 3 

gömrük rejimi nəzərdə tutulduğu halda 1997-ci il Gömrük Məcəlləsinə 15 

gömrük rejimi daxil edilmişdi [93, 1997, 21 may, №8(34)]. 

Dünya təcrübəsi göstərir ki, xarici ticarətin daxili bazarla səmərəli 

əlaqəsinin təmin edilməsi, idxalın  əmtəə strukturunun yaxşılaşdırılması, 

malların istehsal və istehlak strukturunda mütərəqqi dəyişikliklər üçün şərait 

yaradılması gömrük tarifinin təkmilləşdirilməsini və düzgün tətbiqini tələb 

edir. Bu baxımdan Dövlət Gömrük Komitəsinin hüquqi fəaliyyətində 

mühüm məsələlərdən biri də idxal olunan malların gömrük dəyərini düzgün 

təyin edilməsi olmuşdur.  İdxalçılar arasında haqsız rəqabətin qarşısının 

alınması, vergitutma obyektini düzgün müəyyən etməklə vergi və rüsum-

ların həcminin tarif dərəcələrinin yüksəldilməsi hesabına deyil, beynəlxalq 

təcrübədə  qəbul olunmuş qaydalara əməl etməklə nail olmaqdan ibarətdir. 

Azərbaycanda bu proses iqtisadi islahatlar çərçivəsində  və  məntiqi 

ardıcıllıqla həyata keçirildi. Bu işlərdən  ən mühümü isə idxal olunan 

malların qiymətinə  nəzarət etməklə gömrük dəyərini düzgün müəyyən-

ləşdirilməsi idi. Milli iqtisadiyyatın dirçəldilməsinin mühüm amili kimi 

gömrük-tarif mexanizmlərindən fəal istifadə olunması  nəticəsində  həm 

gömrük vergi və rüsumlarının dinamikası artdı, həm də gömrük daxil-

olmalarının strukturunda əlverişli meyl formalaşdı.  

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 22 mart 

tarixli 24 saylı  qərarının 10-cu bəndinə müvafiq olaraq “Azərbaycan 

Respublikası ərazisinə idxal olunan alkoqollu içkilərə, etil (yeyinti) spirtinə 

və tütün məmulatına aksiz markalarının tətbiq edilməsi qaydaları” haqqında 



Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

78



təlimat işlənib hazırlanmış  və Maliyyə Nazirliyi ilə razılaşdırılaraq təsdiq 

edilmişdi. Qərarın icrasının təmin edilməsi məqsədilə bir sıra tədbirlər 

həyata keçirilmiş  və aksiz markalarının tətbiqi ilə  əlaqədar hazırlıq işləri 

görülmüş, çap edilmiş aksiz markalarının qəbulu və yerləşdirilməsi təmin 

edilmişdi. DGK sədrinin müvafiq əmr layihəsi, inventarizasiya aktları  və 

markaların alınmasına  ərizə formalarının nümunələri hazırlanaraq, marka-

ların tətbiqi ilə əlaqədar kütləvi-informasiya orqanları vasitəsilə məlumatlar 

verilirdi. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 21 iyul 

tarixli 81 saylı qərarına müvafiq olaraq “Azərbaycan Respublikası gömrük-



buraxılış məntəqələrindən keçirilən nəqliyyat vasitələrinin gömrük rəsmiləş-

dirilməsi haqqında Təlimat”a əlavə və dəyişikliklər edilməsi barədə təkliflər 

hazırlanmışdı. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 25 dekabr 

tarixli 140 nömrəli Qərarı ilə  “Azərbaycan Respublikasının gömrük 



sisteminin büdcədənkənar inkişaf fondu haqqında  əsasnamə  və fondun 

vəsaitinin xərclənməsi qaydaları” təsdiq edildi. 

Hesablamaya görə, 1994-1996-cı illər arasında idxal tariflərinin orta 

səviyyəsi 15 faizə  bərabər idi. Qeyd etmək lazımdır ki, 1997-ci ilə  qədər 

Azərbaycanın tarif sisteminin elmi-metodoloji cəhətdən zəif əsaslandırılırdı. 

Bu isə öz növbəsində xarici ticarətin səmərəli inkişafına mane olurdu. 1997-

ci il yanvarın 1-dən Azərbaycan 15 faizlik vahid gömrük dərəcəsi olan 

unifikasiya edilmiş tarif sisteminə keçdi, ixraca bütün vergilər ləğv olundu. 

Azərbaycan Respublikası Prezidentinin “Xarici ticarətin liberallaşdırılması 



haqqında” 1997-ci il iyul ayında verdiyi 609 saylı fərmanına əsasən, ixrac-

idxal  əməliyyatlarında qeyri-tarif məhdudiyyətlərinin hamısı  ləğv edildi. 

Beləliklə, 1996-1997-ci illərdə Azərbaycanın xarici ticarəti tamamilə 

liberallaşdırıldı. Bundan sonra ərzaq və qeyri-ərzaq malları idxalının yeni 

mərhələsi başlandı [24, 31 iyul 1999, №7, maddə 422; 138, 4].  

Azərbaycan Hökumətinin xarici ticarət  əməliyyatları zamanı tutulan 

gömrük rüsumlarının tənzimlənməsi məsələləri 1999-cu il 27 fevral 

tarixində  qəbul etdiyi “Nazirlər Kabinetinin 22 aprel 1998-ci il tarixli 



“İxrac-idxal əməliyyatları zamanı gömrük rüsumlarının dərəcələri haqqın-

da” qərarına dəyişikliklər və əlavələr” haqqında Qərarında öz əksinin tapdı.  

2001-ci ilin ortalarından xarici ticarət  əməliyyatlarının gömrük 




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə