Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə29/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   25   26   27   28   29   30   31   32   ...   151

Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

85



hava gəmiləri, habelə onların tabel əmlakı, yanacaq və sürtgü materialları 

ehtiyatı, gəmi ehtiyatları (o cümlədən,  ərzaq, içkilər və tütün məmulatı) 

tərəflərin  ərazisindən gətirildikdə bütün gömrük rüsumlarından və başqa 

vergilərdən azad edilir, bu şərtlə ki, həmin əmlak, materiallar və ehtiyatlar 

geriyə qaytarılana qədər bu hava gəmisində qalsın. Bununla əlaqədar müd-

dəalar Azərbaycan Respublikasının digər dövlətlərlə imzaladığı müqavi-

lələrdə  də  əks olunmuşdur. Məsələn, Azərbaycan Respublikası ilə  İİR 

hökumətləri arasında Hava nəqliyyatı haqqında 2002-ci il 20 may tarixli 

Sazişin (Saziş 2002-ci il 2 iyul tarixli Qanun ilə  təsdiq edilmişdir) 6-cı 

maddəsi və s. Qanunun 37-ci maddəsi ilə gömrük rüsumlarından azad 

edildiyi ikinci hal dənizdə balıq ovlayan Azərbaycan Respublikası gəmiləri 

və Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən icarəyə 

(fraxta) götürülmüş  gəmilərin fəaliyyətini təmin etmək məqsədilə 

Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan maddi-texniki 

təchizat və  tədarük malları, yanacaq, ərzaq və başqa  əmlak, habelə  həmin 

gəmilərdə Azərbaycan Respublikasının gömrük ərazisinə  gətirilən vətəgə-

çilik məhsullarıdır. Qanunun 34-cü maddəsi ilə gömrük rüsumlarından azad 

edilən üçüncü hal rəsmi və ya şəxsi istifadə üçün xarici ölkələrin 

nümayəndələri tərəfindən, yaxud Azərbaycan Respublikasının qanunveri-

ciliyinə müvafiq surətdə bu cür malları rüsumsuz gətirmək və rüsumsuz 

çıxarmaq hüququna malik fiziki şəxslər tərəfindən Azərbaycan Respubli-

kasının gömrük ərazisinə  gətirilən və bu ərazidən çıxarılan mallardır. 



“Gömrük tarifi haqqında” Qanunun 34-cü maddəsinə görə gömrük sərhədi 

ərazisindən çıxarılan Azərbaycan Respublikasının valyutası və bu ərazidən 

gətirilən xarici valyutalar (numizmatika məqsədilə istifadə olunanlardan 

başqa) və qiymətli kağızlar gömrük rüsumundan azad edilir [65, 24-25]. 



“Gömrük proseduralarının sadələşdirilməsi və uzlaşdırılması haqqın-

da” Beynəlxalq Konvensiyada göstərilirdi ki, gömrük ərazisinə daxil olan 

gəmidə  və ya təyyarədə daşınan ehtiyatlar, onların orada qalması  şərti ilə, 

idxal rüsum və vergilərindən azad olunur. Beynəlxalq səviyyədə malların 

vahid təsnifatının olması xarici ticarət qarşısında maneələrin aradan 

qaldırılması üçün olduqca vacib bir məsələdir. Gömrük rüsumları  cədvə-

lində malların təsnifatı bir neçə inkişaf mərhələsindən keçmişdir. Bunu 

nəzərə alaraq, Dünya Gömrük Təşkilatı  çərçivəsində bu istiqamətdə 

müvafiq işlər görülmüş, 14 iyun 1983-cü il tarixdə Malların təsviri və 




Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

86



kodlaşdırılması üzrə harmonikləşdirilmiş sistem haqqında beynəlxalq Kon-

vensiya (HS Konvensiyası) qəbul olunmuşdur. Azərbaycan Respublikasının 

gömrük rüsumları  cədvəlləri mütəmadi dəyişikliklərə  məruz qalır. HS 

Konvensiyasının 3-cü maddəsinə uyğun olaraq, razılaşan tərəflər öz idxal və 

ixrac ticarətinə aid statistik məlumatları Harmonikləşdirilmiş Sistemin altı 

rəqəmli koduna, yaxud bu cür məlumatların dərc edilməsinin kommersiya 

sirri və ya dövlət təhlükəsizliyi mənafeyi kimi müstəsna səbəblərə görə 

qadağan edilmədiyi təqdirdə, həmin tərəfin təşəbbüsü ilə bundan da geniş 

təfərrüatlı  təsnifata uyğun olaraq dərc edir. Keçmiş SSRİ HS Konvensi-

yasının iştirakçısı idi və 1990-cı ildə doqquz rəqəmli xarici iqtisadi fəaliy-

yətinin əmtəə nomenklaturasını (XİN ƏN) qəbul etmişdi. Bu nomenklatura 

HS təsnifatı  əsasında hazırlanmışdı. Müstəqillik illərində Azərbaycan bu 

nomenklaturadan istifadə etməyə davam edir. 

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac və idxal 



əməliyyatları üzrə gömrük vergiləri tariflərinin dərəcələri haqqında” 1993-

cü il 21 iyul tarixli 401 nömrəli; “Azərbaycan Respublikasının ixrac və idxal 



əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 1994-cü il 27 

iyun tarixli 252 nömrəli;  “Azərbaycan Respublikasında ixrac və idxal 



əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 1995-ci il 24 

aprel tarixli 90 nömrəli;  “Azərbaycan Respublikasında ixrac-idxal əməliy-



yatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 1997-ci il 16 iyun 

tarixli 62 nömrəli;  “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları 



üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə 

alınan yığımlarının miqdarı haqqında” 2001-ci il 12 aprel tarixli 80 nömrəli 

və  “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük 



rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların 

miqdarı haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 

12 aprel tarixli 80 nömrəli qərarına dəyişiklik edilməsi barədə” 2003-cü il 

22 dekabr tarixli 161 nömrəli qərarları xarici iqtisadi fəaliyyətin gömrük 

tənzimlənməsini hüquqi cəhətdən əsaslandırır. 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 



xarici ticarətin tənzimlənməsi haqqında” 1996-cı ildə 6 avqust 481 nömrəli 

Fərmanına 1 saylı  Əlavədə sadalanan malların ixracı üçün müqavilələrin 

Xarici İqtisadi Əlaqələr Nazirliyində qeydiyyata alınması, həmçinin gömrük 

orqanlarına təqdim edilməsi tələb olunurdu. Fərmana 2 saylı  Əlavədə 




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə