Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə37/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   33   34   35   36   37   38   39   40   ...   151

Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

105



11 noyabr tarixli 66 nömrəli  əmr),  “Gömrük anbarı haqqında  Əsasnamə” 

(1998-ci il 11 noyabr tarixli 64 nömrəli  əmr) və  “Azərbaycan Respub-



likasında gömrük anbarlarının və müvəqqəti saxlanc anbarlarının təsis 

edilməsinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təsdiq edilməsi 

haqqında”, habelə  “Azərbaycan Respublikası gömrük orqanları  tərəfindən 

gömrük anbarlarının təsis olunması və bu cür anbarlardan istifadə edilməsi 

qaydaları” (2001-ci il 23 noyabr tarixli 105 nömrəli əmr) təsdiq edilib. 

Gömrük nəzarətinin təşkilinin bir çox məsələləri DGK sədrinin 

müvafiq əmrləri ilə təsdiqlənən əsasnamə, təlimat və qaydalarla tənzimlənir. 

Bunlara misal olaraq“Azərbaycan Respublikası  ərazisindən ixrac edilən 



malların müqabilində valyuta vəsaitlərinin ödənişinə  nəzarət barədə 

Təlimat”ı (1998-ci il 9 sentyabr tarixli 49 nömrəli  əmr),  “Malların məhv 

edilməsi gömrük rejimi haqqında” Əsasnaməni (1999-cu il 17 fevral tarixli 

14 nömrəli  əmr),  “Gömrük nəzarəti zonalarının yaradılması  və onların 



nişanlanması Qaydaları” (1999-cu il 2 aprel tarixli 22 nömrəli  əmr), 

“Azərbaycan Respublikası Xarici Ticarətinin Gömrük Statistikasının 

Metodologiyasının tətbiqi ilə  əlaqədar olaraq statistik dəyərin hesab-

lanmasına dair Təlimat” (1999-u il 16 aprel tarixli 25 nömrəli  əmr), 

“Malların gömrük nəzarəti altında Azərbaycan Respublikasının ərazisindən 

tranziti zamanı gömrük ödənişlərinin ödənilməsinin təmin edilməsi üzrə 

sığorta  şirkətlərinin gömrük orqanları  tərəfindən qəbulu Qaydaları” 

haqqında (1999-cu il 19 may tarixli 35 nömrəli  əmr),  “Azərbaycan 



Respublikasına müvəqqəti idxal edilən malların gömrük rüsumları  və 

vergilərin ödənilməsindən tamamilə və ya qismən azad edilməsinin bir sıra 

məsələləri ilə bağlı” (1999-cu il 30 iyul tarixli 14/001 nömrəli  əmr), 

“Gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımlarının alınması qaydaları 

barədə” (1999-cu il 10 dekabr tarixli 73 nömrəli  əmr),  “Gömrük Məcəl-

ləsində  nəzərdə tutulmuş rejimlərə uyğun olaraq ödənilməli olan gömrük 

ödənişləri məbləğinin gömrük orqanının depozitinə verilməsi ilə  təmin 

edilməsi və onların qaytarılması” qaydalarının təsdiq edilməsi haqqında 

(2000-ci il 21 fevral tarixli 18 nömrəli  əmr,  “Müvəqqəti idxal (ixrac) 



gömrük rejimi haqqında”  Əsasnamənin təsdiq edilməsi barədə (2000-ci il 

29 sentyabr tarixli 64 nömrəli  əmr),  “Gömrük  ərazisində malların emalı 



gömrük rejimi haqqında” Əsasnamə (2001-ci il 12 aprel tarixli 25 nömrəli 

əmr), “Azərbaycan Respublikasının gömrük ərazisinə bilavasitə təkrar ixrac 




Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

106



üçün gətirilmiş və bu ərazidən aparılan malların gömrük rəsmiləşdirilməsi 

Qaydaları”nda edilmiş dəyişikliklər barədə” (2002-ci il 6 noyabr tarixli 78 

nömrəli əmr), Azərbaycan Respublikasının Gömrük Sərhədindən Tərkibində 

İntellektual (Əqli mülkiyyət) Obyektləri Olan Malların keçirilməsi zamanı 

gömrük nəzarətinin aparılması Qaydaları” (2003-cü il 17 may tarixli 47 

nömrəli  əmr),  “Yoxlama tapşırığının və gömrük yoxlama aktlarının 

doldurulması, uçotu, qeydiyyatı  və saxlanılması qaydaları haqqında 

Təlimat” (2003-cü il 12 dekabr tarixli 117 nömrəli  əmr),  “Azərbaycan 

Respublikasının gömrük sərhədindən keçirilən beynəlxalq poçt göndəriş-

lərinə gömrük nəzarəti və onların gömrük rəsmiləşdirilməsi Qaydaları” 

(2004-cü il 15 aprel tarixli 28 nömrəli  əmr),  “Tranzit gömrük rejimi 



haqqında Qaydalar” (2004-cü il 12 may tarixli 38 nömrəli  əmr), 

“Azərbaycan respublikasının gömrük sərhədindən tərkibində əqli mülkiyyət 

obyektləri olan malların keçirilməsi zamanı gömrük nəzarətinin aparılması 

qaydaları” (2005-ci il 3 avqust tarixli 74 nömrəli  əmr),  “Azərbaycan 

respublikasının gömrük xidmətində risklərin avtomatlaşdırılmış idarəetmə 

sisteminin Konsepsiyası” (2005-ci il 22 noyabr tarixli 113 nömrəli  əmr), 

“Azərbaycan respublikasının gömrük sərhədindən keçirilən kökünün 

kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin (CİTES 

növləri) gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi qaydaları” (2007-ci il 

26 aprel tarixli 39 nömrəli əmr) qeyd edilməlidir.  

Gömrük orqanlarının vəzifəli  şəxsləri müvafiq qayda və  təlimatlara 

əsasən gömrük nəzarətini aşağıdakı formalarda həyata keçirirlər: 1) gömrük 

məqsədləri üçün lazım olan sənədlərin və  məlumatların yoxlanılması; 2) 

gömrük yoxlaması (malların və  nəqliyyat vasitələrinin yoxlanılması, 

gömrük nəzarətinin müstəsna forması kimi şəxsi yoxlama); 3) malların və 

nəqliyyat vasitələrinin uçotu; 4) fiziki və vəzifəli şəxslərin şifahi sorğusu; 5) 

uçot və hesabat sisteminin yoxlanılması; 6) müvəqqəti saxlanc anbarlarının, 

sərbəst gömrük zonalarının, rüsumsuz ticarət mağazalarının və gömrük 

nəzarətindən keçirilməli olan malların və nəqliyyat vasitələrinin ola biləcəyi 

digər yerlərin,  ərazi və binaların, həmçinin icrasına nəzarət Azərbaycan 

Respublikası gömrük orqanına həvalə edilmiş  fəaliyyətlərin həyata keçiril-

diyi digər yerlərə baxış keçirilməsi. Risklərin avtomatlaşdırılmış idarəetmə 

sisteminin Konsepsiyasında göstərilir ki, göndərilən mal və  nəqliyyat 

vasitələri barəsində  məlumatların  əvvəlcədən alınması, yaradıla biləcək 




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə