Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə35/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   31   32   33   34   35   36   37   38   ...   151

Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

100



DGK sədrinin 2009-cu il 30 yanvar tarixli 6 nömrəli  əmri ilə 

“Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsi 

Qaydaları”na  əlavələr və  dəyişikliklər edildi. Azərbaycan Respublikası 

Nazirlər Kabinetinin “Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas 



attestatının verilməsi, fəaliyyətinin dayandırılması və ləğv edilməsi Qayda-

ları”nın təsdiq edilməsi haqqında 2012-ci il 19 sentyabr tarixli 207 nömrəli 

Qərarına görə DGK-dan ixtisas attestatı almış mütəxəssislər gömrük brokeri 

adından gömrük rəsmiləşdirilməsi ilə  əlaqədar hərəkətləri yerinə yetirmək 

hüququna malik oldu. Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis kimi 

fəaliyyət göstərilməsi üçün şərtlər aşağıdakılardır: 1) gömrük rəsmiləş-

dirilməsi üzrə mütəxəssislər ali təhsilə malik olan Azərbaycan Respublika-

sının fiziki şəxsləri ola bilərlər; 2) gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis 

kimi fəaliyyət göstərilməsi üçün gömrük rəsmiləşdirilməsinə aid ixtisas 

attestatının alınması  məqsədi ilə Dövlət Gömrük Komitəsinə müraciət 

edilməlidir; 3) gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis kimi fəaliyyət 

göstərilməsi üçün şəxslər aşağıda qeyd edilən sahələr üzrə biliyə malik 

olmalıdırlar:  

– gömrük qanunvericiliyi və gömrük işi sahəsində - gömrük prosedu-

raları, mal və  nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük 

sərhədindən keçirilmə qaydaları  və  şərtləri, gömrük ödənişlərinin növləri, 

gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi qaydaları, gömrük məqsəd-

ləri üçün xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun malların 

təsnifatı və bəyan edilməsi, malların gömrük dəyərinin və mənşə ölkəsinin 

müəyyən edilməsi qaydaları, gömrük orqanları  tərəfindən gömrük və 

valyuta nəzarətinin həyata keçirilməsi qaydaları, gömrük statistikası, göm-

rük işi sahəsində qanunvericiliyin pozulmasına görə  məsuliyyət, gömrük 

xidmətinin təşkili, gömrük orqanlarının vəzifəli şəxslərinin statusu, hüququ 

və vəzifələri barədə;  

– xarici iqtisadi fəaliyyət və onun dövlət tənzimlənməsi sahəsində - 

xarici iqtisadi sövdələşmələrin bağlanılması  və icra edilməsi, qiymətlər, 

xarici ticarətdə  sığorta və  nəqliyyat  şərtləri, qadağa və  məhdudiyyətlər, o 

cümlədən lisenziyalaşdırma və sertifikatlaşdırma barədə;  

– iqtisadiyyat, vergi, maliyyə-kredit, ödəniş-hesab və valyuta münasi-

bətləri, bank işi barədə; 

– gömrük sahəsinə aid hissədə mülki hüquq, maliyyə hüququ, beynəl-




Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

101



xalq və dövlət hüququ və cinayət hüququ barədə;  

– Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş hüquqlar çərçivəsində 

mütəxəssisin fəaliyyəti üçün zəruri olan gömrük orqanlarının elektron 

məlumat sistemlərindən istifadə edilməsi barədə. 

Araşdırmalar göstərir ki, 2001-ci ildən Azərbaycan Respublikasının 

gömrük işi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi aşağıdakı istiqa-

mətlər üzrə davam etdirilir:  

– gömrük rəsmiləşdirməsi və proseduralarının sadələşdirilməsi;  

– xarici ticarət əməliyyatlarının gömrük rəsmiləşdirilməsi üçün məntə-

qələrin yaradılması; 

– ölkə iqtisadiyyatının təhlükəsizliyinə  zərər vuran cinayətlərin və 

hüquqpozmaların aşkar olunması və qarşısının alınması; 

– xarici ticarət əməliyyatları üzərində effektiv nəzarətin təşkili; 

– gömrük brokeri institutun inkişaf etdirilməsi, gömrük orqanları  və 

işgüzar dairələr arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi; 

– gömrük orqanı mütəxəssislərinin, əməkdaşlarının, xüsusən də göm-

rük sərhədindən keçirilən mallara tarif dərəcələri ilə  işləyən  əməkdaşların 

ixtisaslarının müntəzəm artırılması və s.  

Müstəqillik illəri ərzində Azərbaycan Respublikası bazar iqtisadiyyatı 

sisteminə keçid prosesində hüquqi təminat bazasının yaradılması üçün bir 

sıra qanunlar qəbul edildi. Bu qanunların reallaşdırılması ölkəmizdə gömrük 

işinin inkişafına və  xarici  iqtisadi  fəaliyyətin canlanmasına güclü təkan 

verdi. Bu sahədə bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən DTT, DGT və 

başqa təşkilatlarla sıx əməkdaşlıq edən Azərbaycan Respublikasının gömrük 

siyasətinin bu istiqamətdə qurulması olduqca əhəmiyyətlidir. Tranzit ölkə 

kimi Azərbaycan Respublikasının qonşu dövlətlərlə əməkdaşlıq sferalarının 

genişlənməsi xüsusi əhəmiyyət kəsb edir. 

 

2.2.  Gömrük işinin hüquqi-normativ sənədlərinin hazırlanmasında 

Dövlət Gömrük Komitəsinin rolu 

 

Gömrük siyasətinin həyata keçirilməsinin səmərəliliyi vacib məsələ 



olub gömrük siyasətini formalaşdıran hüquqi-normativ bazanın hazırlanması 

və dövlət hakimiyyəti orqanları  tərəfindən bu norma və qaydaların  əməl 

edilməsinə  nəzarətin həyata keçirilməsi səviyyəsi ilə müəyyən edilir. 



Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

102



Müstəqillik illərində xarici iqtisadi fəaliyyətdə gömrük-tarif tənzimlən-

məsinin və gömrük orqanlarında maliyyə-vergi qanunvericiliyinə dair 

normativ-hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində xeyli işlər 

görüldü. Azərbaycan Respublikasında gömrük sisteminin formalaşmasında 

və gömrük işində müvafiq normalarının tətbiqi ilə bağlı Komitə tərəfindən 

qəbul olunmuş normativ aktlar mühüm rol oynamışdır. Komitənin 

mütəxəssisləri tərəfindən 1995-ci ildən başlayaraq, xidməti işin hüquqi-

normativ bazasının təkmilləşdirilməsi məqsədilə 100-dən çox hüquqi sənəd, 

o cümlədən  əsasnamə, təlimat və qaydalar, beynəlxalq saziş layihələri 

işlənilib hazırlanmış  və  Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilmişdir. 

Azərbaycan Respublikası Nazirlər Kabineti və DGK-nin bu sahədə qarşılıqlı 

münasibətlərinin xronoloji çərçivəsi 1995-ci ildən başlamışdır. Bundan 

əlavə gömrük işinə aid qanun və  qərarlarının mexanizminə aid müxtəlif 

təkliflər hazırlanaraq müvafiq dövlət təşkilatlarına təqdim edilmiş, Dünya 

Bankının missiyası ilə səmərəli müzakirələr aparılmışdır. 

Azərbaycan Respublikası DGK-nın qanun yaradıcılıq fəaliyyətində bir 

neçə istiqamət üzrə hazırlanmış normativ-hüququ sənədlər yer almışdır. Bu 

sənədlərin əsas hissəsini xarici iqtisadi fəaliyyətin gömrük tənzimlənməsi ilə 

bağlı hüquqi-normativ sənədlər və qaydalar təşkil edir. Burada xarici iqtisa-

di fəaliyyətin tənzimlənməsinin tarif üsulları, vergi siyasətinin prinsipləri və 

növləri, gömrük rüsumlarının mahiyyəti, onların səviyyəsini müəyyən-

ləşdirmə mexanizmi mühüm yer tutur. Nəzərdən qaçırmaq olmaz ki, 

gömrük orqanlarının hüquqi normalarla bağlı fəaliyyəti həm də geniş sosial-

siyasi mahiyyət daşıyır.  



“Azərbaycan Respublikası  ərazisinə idxal olunan alkoqollu içkilərə, 

etil (yeyinti) spirtinə və tütün məmulatına aksiz markalarının tətbiq edilməsi 

qaydaları haqqında” 1997-ci il 27 mart tarixli 27 nömrəli  əmrlə  təsdiq 

edilmiş  Təlimat,  “Dövri gömrük bəyannaməsinin verilməsi, tətbiqi və 



sənədləşdirilməsi”nin 1997-ci il 22 dekabr tarixli 1095 nömrəli əmrlə təsdiq 

edilmiş Qaydaları, “Azərbaycan Respublikası ərazisinə idxal olunan aksizli 



mallara və aksiz tətbiq edilən minik avtomobillərinə aksiz vergisinin 

hesablanması  və ödənilməsi qaydaları haqqında” 1997-ci il 25 dekabr 

tarixli 1099 nömrəli  əmrlə  təsdiq edilmiş  Təlimat,  “Azərbaycan Respub-



likası  ərazisinə  gətirilən mallara əlavə  dəyər vergisinin tətbiq edilməsi 

qaydaları haqqında” 1997-ci il 25 dekabr tarixli 1101 nömrəli əmrlə təsdiq 


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə