Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
92
və proseduralarının tətbiqi zamanı öncədən bəllilik, ardıcıllıq və açıqlıq;
maraqlı tərəflərə gömrük işi üzrə qanunlar, normativ hüquqi və inzibati
aktlar, gömrük qaydaları və proseduraları barədə bütün zəruri infor-
masiyanın verilməsi; riskin idarə olunması və audit metodları əsasında
nəzarət və informasiya texnologiyalarından maksimum praktik istifadə kimi
müasir iş metodlarının tətbiqi; digər milli orqanlarla, digər dövlətlərin
gömrük və ticarət birlikləri ilə bütün zəruri hallarda əməkdaşlıq; müvafiq
beynəlxalq standartların tətbiqi; maraqlı tərəflərin bu və ya digər işə inzibati
və məhkəmə qaydasında baxılması proseduraları ilə maneəsiz tanış olması
[24, 31 dekabr 2003-cü il, №12, II kitab, maddə 712].
2004-cü il mayın 14-də “Azərbaycan Respublikasının Gömrük Məcəl-
ləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respub-
likasının Qanunu qüvvəyə mindi [24, 30 iyun 2004-cü il, №6, maddə 400].
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursor-
larının paylanması haqqında” 2005-ci il 28 iyun tarixli Qanunu prekur-
sorların idxalı üçün xüsusi icazənin (lisenziya) alınmasını tələb edir.
Qanunda xüsusi icazənin verilməsi qaydaları müəyyən olunmur. Qanunda
nəzarət edilən məhsulların siyahısı müəyyən olunmur. Bu cür siyahı
“Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş, məhdud-
laşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin,
habelə Azərbaycan Respublikası ərazisində idxalına, ixracına, tranzit nəql
edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekur-
sorların siyahılarının təsdiq edilməsi haqqında” 2005-ci il 28 iyun tarixli
Qanunla müəyyən olunur. Prekursorların idxalı üçün qaydalar yuxarıda
göstərilən Prezidentin 782 nömrəli Fərmanında göstərilir. Lakin bu Fərman
yalnız prekursorların idxalı ilə bağlıdır.
Ölkəmizin müharibə şəraitində olması isə ərazimizə malların idxalı,
ixracı və tranziti zamanı həmin mallarla aparılan iqtisadi əməliyyatların
məqsədlərini dəqiqliklə yoxlamağa xüsusi imkan yaradır. Bu hüquqi rejimin
aktuallığını nəzərə alaraq Azərbaycan hökuməti “İxrac nəzarəti haqqında”
Qanunun qəbul edilməsi məqsədilə Milli Məclis qarşısında təşəbbüs irəli
sürdü. Azərbaycan Respublikasının Milli Məclisi 2004-cü il 26 oktyabr
tarixdə “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununu
qəbul etdi və 2004-cü il 29 dekabr tarixdə Qanunun qəbul edilməsi barədə
Azərbaycan Respublikasının Prezidenti Fərman imzaladı Bu qanun dövlət
Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
93
orqanları tərəfindən ixrac nəzarətinin həyata keçirilməsinin hüquqi əsas-
larını və ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliy-
yətin nəticələrinin) Azərbaycan Respublikasının gömrük sərhədlərinin
keçirilməsi qaydalarını müəyyən edir. İxrac nəzarəti ölkənin siyasi, hərbi və
iqtisadi maraqlarını təmin etməlidir.
Azərbaycan Respublikası Prezidentinin “İxrac Nəzarəti haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 29
dekabr tarixli 167 nömrəli Fərmanı ixrac nəzarətinə düşən mal və xidmət-
lərin siyahısının hazırlanmasını və xüsusi icazənin verilməsi qaydalarının
müəyyən etdirilməsini Nazirlər Kabinetinə tapşırdı. Bu Qanun həm hərbi,
həm də mülki məqsədlər üçün istifadə edilə bilən ikili təyinatlı mallar (işlər,
xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə ixrac nəzarətini həyata keçirmək
üçün əsasları müəyyən edir. Qanunun 1-ci maddəsinə əsasən, ixrac nəzarəti
– ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin
nəticələrinin) Azərbaycan Respublikası ərazisinə gətirilməsi, bu ərazidən
çıxarılması və tranzitinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş qaydalara uyğun həyata keçirilməsini təmin edən tədbirlər
kompleksi başa düşülür. İxrac nəzarəti əslində hüquqi rejim və nəzarət
mexanizmdir. Adına baxmayaraq, Qanun həmçinin həm sənəddə sadalanan
malların idxalına və tranzitinə də tətbiq olunur. Qanun bu cür malların
ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün müvafiq dövlət
orqanlarından xüsusi icazənin alınmasını tələb edir. Bu mallar kütləvi qırğın
silahları və onların çatdırılma (daşınma) vasitələri daxil olmaqla, hərbi
təyinatlı malları; kütləvi qırğın silahlarının, silahların, hərbi texnikanın və
sursatların yaradılmasında və hazırlanmasında istifadə oluna bilən ikili
təyinatlı malları (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələrini); partlayıcı və
radioaktiv maddələr, materiallar, radioaktiv mənbəli ionlaşdırıcı şüa mən-
bələri, qurğuları; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi, o
cümlədən son istifadəsinə və ya istifadəçisinə görə ixrac nəzarətinə düşən
digər malları (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələrini) əhatə edir. Bu
cür malların müvafiq HS nömrələri ilə dəqiq siyahısı və xüsusi icazənin
verilməsi qaydası Nazirlər Kabinetinin 15 dekabr 2005-ci il tarixli Qəra-
rında göstərilmişdir. Qanunun 13-cü maddəsində göstərilir ki, “Azərbaycan
Respublikası üzv olduğu ixrac nəzarəti sahəsində fəaliyyət göstərən beynəl-
xalq təşkilatların, həmçinin tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq