Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
109
hazırlanmasında daha “məhsuldar” oldu.
“Gömrük tarifi haqqında” və
“Azərbaycan Respublikasının İnzibati və Cinayət Məcəllələrinə əlavə və
dəyişikliklər edilməsi haqqında” Qanun layihələri, həmçinin DGK-nın yeni
Əsasnaməsinin, gömrük orqanlarının bayrağı və tanınma nişanı, vəzifəli
şəxslərin Etik Davranış Kodeksinin, xüsusi geyim formasının və fərqlənmə
nişanlarının təsviri hazırlandı. Ümumilikdə Gömrük Məcəlləsinin tələblə-
rindən irəli gələn 50-dən artıq normativ-hüquqi sənədlərin çox hissəsi 2001-
ci ilin sonunadək layihə şəklində idi. Fiziki şəxslər tərəfindən Azərbaycan
Respublikası ərazisindən aparılması və Azərbaycan Respublikası ərazisinə
gətirilməsi qadağan olunmuş mallar istisna olmaqla, Azərbaycan Respub-
likasının gömrük sərhədindən keçirilən istehsalat və ya kommersiya
fəaliyyəti üçün nəzərdə tutulmayan malların bəyan edilməsinin sadələş-
dirilməsi məqsədilə “Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının
gömrük sərhədindən keçirilən malların bəyan edilməsi Qaydaları” (2001-ci
il 20 aprel tarixli 14 və 31 nömrəli əmrlər); “Azərbaycan Respublikasının
beynəlxalq uçuşlar üçün açıq olan hava limanlarında gömrük nəzarətinin
həyata keçirilməsi Qaydaları”(2001-ci il 23 may tarixli 43 nömrəli əmr),
“Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə
gətirilmiş avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi barədə
Göstəriş” (2002-ci il 2 aprel tarixli 14/006 nömrəli əmr) və
“Fiziki şəxslər
tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən
istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların
ikikanallı buraxılış sistemindən istifadəsi zamanı (”Yaşıl kanal” və “Qır-
mızı kanal”) bəyan edilmənin sadələşdirilmiş Qaydaları” (2002-ci il 22
aprel tarixli 35 nömrəli əmr), “Fiziki şəxslər tərəfindən istehsal və kom-
mersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan
Respublikasının gömrük sərhədindən sadələşdirilmiş və güzəştli şərtlərlə
keçirilməsinə dair Təlimata” əlavələr və dəyişikliklər edilməsi barədə”
2002-ci il 8 iyul tarixli 50 nömrəli və 2003-cü il 24 mart tarixli 31 və 34
nömrəli, 2004-cü il 4 avqust tarixli 75 nömrəli əmrlərlə nizamlanır. Komitə
sədrinin 2002-ci il 24 sentyabr tarixli 59 nömrəli əmri ilə tarixli “Fiziki
şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən
keçirilən ov silahları və onların sursatlarının gömrük rəsmiləşdirilməsi
Qaydaları”, 2003-cü il 12 dekabr tarixli 118 nömrəli əmrlə
“Mühafizə
siyahısına daxil edilmiş mədəniyyət sərvətlərinin fiziki şəxslər tərəfindən
Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
110
Azərbaycan respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları” və
2006-cı il 10 iyul tarixli 086 nömrəli əmrlə “Fiziki şəxslər tərəfindən
Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən xidməti və mülki
silahların, onların döyüş sursatlarının gömrük rəsmiləşdirilməsi və gömrük
nəzarəti qaydaları” qüvvəyə minmişdir. Nəqliyyat vasitələrinə gömrük
nəzarətinin təşkilinin nizamlanması üzrə mühüm sənədlər qəbul edildi. Bu
tənzimləyici sənədlərdən “Xarici dövlətlərin avtonəqliyyat vasitələrinin
Azərbaycan Respublikası ərazisinə daxil olması və bu ərazidən sərnişin və
yük daşınması üçün istifadə edilməsinə görə yol vergilərinin hesablanıb
tutulması haqqında Təlimat”ı (2001-ci il 5 yanvar tarixli 001 nömrəli əmr),
“Malların və nəqliyyat vasitələrinin və onlara aid sənədlərin gömrük
müşayiəti haqqında” Əsasnamə (2001-ci il 29 noyabr tarixli 108 nömrəli
əmr), “Ticarət gəmiçiliyində istifadə olunan gəmilər, digər üzən nəqliyyat
vasitələri və həmin nəqliyyat vasitələri ilə daşınan mallar üzərində gömrük
nəzarəti və gömrük rəsmiləşdirilməsi Qaydaları” (2002-ci il 18
iyun tarixli
44 nömrəli əmr), “Azərbaycan Respublikasının gömrük sərhədindən
keçirilən mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi və onlar
üzərində gömrük nəzarətinin həyata keçirilməsinin nümunəvi Qaydaları”
(2002-ci il 6 sentyabr tarixli 62 nömrəli əmri), “Dövlətlərarası sərnişin
daşımalarını həyata keçirən qatarların vaqon restoranlarında aparılan və
gətirilən malların gömrük rəsmiləşdirilməsi” (2002-ci il 15 noyabr tarixli 80
nömrəli), “Mallara və nəqliyyat vasitələrinə gömrük nəzarəti zamanı
gömrük yoxlamasının keçirilməsi Qaydaları” (2003-cü il 12 dekabr tarixli
111 nömrəli, “Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən
nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi qaydaları” (2004-cü il 3
sentyabr tarixli 82 nömrəli), “Azərbaycan Respublikasının gömrük sərhə-
dindən keçirilən yüklü gömrük nəzarəti məqsədi ilə nəqliyyat vasitələrinin
yoxlama tərəzilərində çəkilməsi Qaydaları” (2005-ci il 27 iyul tarixli 70
nömrəli) və “Diplomatik poçtun və konsul valisinin, həmçinin xarici
şəxslərin ayrı-ayrı kateqoriyaları tərəfindən Azərbaycan Respublikasının
gömrük sərhədindən güzəştli qaydada keçirilən mal və nəqliyyat vasitə-
lərinin gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti qaydaları”nı göstər-
mək olar. Beynəlxalq uçuşları həyata keçirən hava gəmilərinin istismarına
normal şərait yaradılması, hava gəmilərinin istismarı üçün zəruri olan
yanacaq-sürtgü materiallarının gömrük rəsmiləşdirilməsinin təmin olunması