Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
66
tondan artıq yükə gömrük baxışı həyata keçirilmiş, 31 ölkə ilə ticarət-
iqtisadi əlaqələri yaradılmış, ticarət dövriyyəsinin həcmi 108,7 mln ABŞ
dolları olmuşdur [125, 2014, 25 may, №109 (6675)].
Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
67
II FƏSİL. AZƏRBAYCAN RESPUBLİKASINDA GÖMRÜK
İŞİNİN HÜQUQİ ƏSASLARININ YARADILMASI
2.1. Milli gömrük qanunvericiliyinin formalaşması
Gömrük işi sahəsində yaranan sosial-ictimai münasibətlər olduqca
mürəkkəb və çoxşaxəli xarakter daşıyır. Bu münasibətləri tənzimləyən
hüquqi normalar dövlətin siyasi və sosial inkişafının obyektiv təzahürünü
əks etdirir. Azərbaycan Respublikasının gömrük sisteminin hüquqi əsas-
larını Azərbaycan Respublikasının Konstitusiyası, Respublika Prezidentinin
Fərman və sərəncamları, Milli Məclisin qanunları, digər dövlətlərlə,
beynəlxalq təşkilatlarla bu sahədə bağlanan ikitərəfli və çoxtərəfli müqavilə
və sazişlər təşkil edir. Gömrük qanunvericiliyi gömrük işinin hüquqi,
iqtisadi və təşkilati əsaslarını müəyyən etməklə Azərbaycan dövlətinin
iqtisadi və milli təhlükəsizliyinin qorunmasına, gömrük işi sahəsində
şəxslərin hüquqlarının müdafiəsi və eləcə də onların öz vəzifələrinin yerinə
yetirməsinə yönəlmişdir. Gömrük qanunvericiliyinin yaradılması və təkmil-
ləşdirilməsi sahəsində tarixi ənənələrə malik olan ölkəmiz müstəqillik
dövründə bu sahədə böyük təcrübə toplamışdır. Müasir milli gömrük
sisteminin daha da inkişaf etdirilməsi ilk növbədə, gömrük siyasətinin
formalaşdırılmasının elmi və qanunvericilik əsaslarının işlənilib hazırlan-
masından, xarici iqtisadi fəaliyyətin tənzimetmə mexanizminin beynəlxalq
tələblərə uyğunlaşdırılmasından birbaşa asılıdır.
Məlumdur ki, hər bir dövlətin xarici ölkələrlə iqtisadi-ticarət əlaqələ-
rində hüquqi baza mühüm rol oynayır. Azərbaycan Respublikası Prezi-
dentinin “Azərbaycan Respublikasının ixracat potensialından səmərəli
istifadə edilməsi haqqında” 1992-ci il 13 avqust tarixli 136 nömrəli Fərmanı
keçmiş Xarici İqtisadi Əlaqələr Nazirliyinə bütün ixrac əməliyyatlarını
Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
68
tənzimləmək səlahiyyəti verirdi. Fərmanda Nazirlər Kabinetindən ixracı
məhdudiyyətlərə məruz qalan malların siyahısının hazırlanması tələb olu-
nurdu. Fərmanı tətbiq etmək üçün Nazirlər Kabineti “Strateji əhəmiyyətli
malların ixracının lisenziyalaşdırılması haqqında” 1992-ci il 2 sentyabr
tarixli 515 nömrəli Qərarı və “Azərbaycan Respublikasının ixracat poten-
sialından səmərəli istifadə edilməsi haqqında” 3 noyabr 1992-ci il tarixli
604 nömrəli Qərarı qəbul etdi. Qərar ixracı məhdudlaşdırılmış malların
siyahısını və ixrac əməliyyatlarının həyata keçirilməsi ilə bağlı ümumi
qaydaları müəyyən edirdi. Xarici İqtisadi Əlaqələr Nazirliyinə həmin
sənəddə sadalanan malların ixracı üçün lisenziya vermək səlahiyyəti veril-
mişdir. Qərar lisenziyaların verilməsi üçün yalnız ümumi qaydaları müəy-
yən etmişdi. Mühüm əhəmiyyət daşıyan strateji malların ixracı tender
əsasında həyata keçirilməli idi. Qərarda göstərilirdi ki, malların ixracından
əldə edilən valyuta vəsaitinin istehsalçı müəssisəyə çatan 30 faiz həcmində
ayırmaların və xarici ticarət təşkilatının komissiya rüsumu çıxıldıqdan sonra
gəlirin qalan hissəsi Respublika Valyuta Fonduna köçürülməlidir [9, 1995,
№22, maddə 352].
Azərbaycanda xarici ticarətin liberallaşdırılması 1992-ci ilin avqus-
tunda keçmiş SSRİ-yə daxil olmayan ölkələrdən idxal üzərində tariflərin
ləğv edilməsi ilə başlandı. Bu sahədə gömrük-tarif tənzimlənməsinin
qaydaya salınması üçün Azərbaycan Respublikası Prezidentinin “Azərbay-
can Respublikasından ixracı məhdudlaşdırılan strateji əhəmiyyətli malların
siyahısının təsdiq edilməsi haqqında” 1992-ci il 10 sentyabr tarixli 118
nömrəli Sərəncamı verildi [28, 1992, 11 sentyabr].
Lakin, o zaman idxalın həcminə tarif dərəcələri ilə yanaşı, digər
məsələlər də öz təsirini göstərirdi. İdxalın lisenziyalaşdırılmasının köhnə
sistemi mövcud idi. Xarici valyuta əldə etmək imkanı məhdud idi. Rublun
kütləvi surətdə nominal devalvasiyası onun real mübadilə məzənnəsinin
düşməsinə gətirib çıxarmışdı. Bu isə öz növbəsində idxal mallarının
bahalaşmasına səbəb olurdu. Lakin, bütün başlıca maneələr ölkəyə idxal
olunan malların axınını dayandıra bilmirdi. Buraya Azərbaycan sərhəd-
lərinin xeyli hissəsinin gömrük strukturları tərəfindən qoruna bilməməsi
hallarını da əlavə etsək, ölkədə daxili bazarın və bütövlükdə ölkədəki
iqtisadi situasiyanın tənzimlənməsi sahəsindəki vəziyyətin mürəkkəbliyi ilə
bağlı aydın təsəvvür yaranmış olar. Digər tərəfdən, qeyri-ərzaq malları ilə
Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
69
müqayisədə ərzaq mallarına xüsusi rejim tətbiq olunurdu və ölkədə ərzaq
təhlükəsizliyini təmin etmək məqsədilə onların idxalı hər cür gömrük
vergilərindən azad edilmişdi. Bunun nəticəsində ərzaq məhsullarının idxalı
durmadan artırdı.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyul
tarixli 401 saylı qərarı ilə “Azərbaycan Respublikası ərazisindən çıxarı-
larkən gömrük ixrac vergisinə cəlb olunan malların qruplar üzrə siyahısı və
gömrük ixrac vergilərinin dərəcələri” (1 nömrəli əlavə); “Müvəqqəti gömrük
ixrac vergisi haqqında Əsasnamə” (2 nömrəli əlavə); “Azərbaycan
Respublikası ərazisinə gətirilərkən gömrük ixrac vergisinə cəlb olunan
malların qruplar üzrə siyahısı və gömrük idxal vergisinin dərəcələri” (3
nömrəli əlavə); “Müvəqqəti gömrük ixrac vergisi haqqında Əsasnamə” (4
nömrəli əlavə); “Gömrük xidməti göstərilməsinə aid xərclərin tarifləri və
qaydası haqqında Təlimat” (5 nömrəli əlavə) təsdiq edilmişdi. “Müvəqqəti
ixrac vergisi haqqında Əsasnamə” “Ümumi müddəalar”, ”Gömrük ixrac
vergisi hesablanarkən gömrük yük bəyannaməsinin doldurulması qaydası”,
“Gömrük vergisinin ödənilməsi qaydası” və “Ödəyicilərin məsuliyyəti” adlı
4 bölmədən ibarət idi [38, 1993, №2].
1995-ci il 20 iyun tarixinə kimi qüvvədə olan 1991-ci il 26 mart tarixli
“Gömrük tarifi haqqında” keçmiş SSRİ Qanunu gömrük qiymətləndirilməsi
üçün əsas kimi idxal olunan malların hesab-fakturada göstərilən qiymətini
nəzərdə tuturdu. Demək olar ki, bu sövdələşmə qiyməti idi. Bununla belə,
bu qanunda ətraflı qiymətləndirmə üsulları göstərilməmişdi. “Gömrük tarifi
haqqında” 1995-ci il 20 iyun tarixli Qanunun IV fəsli də sövdələşmə
qiymətindən əsas qiymətləndirmə üsulu kimi istifadə edir. Bundan başqa, bu
qanun həmçinin sövdələşmə qiyməti təyin edilə bilinmədikdə, alternativ
üsulları da göstərir. Ümumilikdə bu alternativ üsullar 1994-cü il Tariflər və
Ticarət Haqqında Baş Sazişin VII Maddəsinin Tətbiqi Haqqında ÜTT
Sazişdə göstərilən üsullara bənzəsə də, onlar ÜTT tələblərinə tam şəkildə
uyğun deyildi. Azərbaycan ÜTT-yə üzv qəbul olunduğu təqdirdə,
qiymətləndirmə üsullarının ÜTT-nin tələbləri ilə tam uyğunlaşdırması üçün
qanunvericilikdə bəzi dəyişikliklər edilməsini tələb edir.
Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında xarici ticarətin
müvəqqəti qaydaları haqqında” 1994-cü il 15 fevral tarixli 62 nömrəli
qərarı Azərbaycan Respublikasında malların (iş və xidmətlərin) ixracı və
Dostları ilə paylaş: |