Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
54
Beləliklə, müstəqillik dövründə milli gömrük işinin inzibati-hüquqi
əsaslarının formalaşması və inkişafı tarixini dörd mərhələyə ayırmaq
mümkündür: birinci mərhələ - 1992-1994-cü illəri əhatə edir. Birinci
mərhələdə, məlum olduğu kimi milli gömrük orqanları yaradılsa da, öz
funksiyasını demək olar ki, həyata keçirmir, gömrük rüsum və vergilərinin
yığılması sahəsində mühüm dövlət tapşırıqları yerinə yetirilmirdi.
Milli gömrük xidmətinin təşəkkülünün 1995-2002-ci illəri əhatə edən
ikinci mərhələsində idarəçilik işi əsaslı surətdə yenidən quruldu, xidmətin
maddi-texniki və qanunvericilik bazası və kadr potensialının möhkəm-
ləndirilməsi, xarici ölkələrin gömrük xidməti orqanları və beynəlxalq
təşkilatlarla ikitərəfli əməkdaşlığın əsası qoyuldu. Müstəqillik dövrünün ilk
Gömrük Məcəlləsi və Gömrük Tarifi kimi mühüm hüququ sənədlər əsasında
qurulan gömrük fəaliyyəti bu mərhələnin əsas xüsusiyyəti idi.
Milli gömrük xidmətinin inkişafında 2003-2013-cü illəri əhatə edən
üçüncü mərhələnin əsas xüsusiyyəti gömrük tənzimlənməsinin daha da
təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi
oldu. Gömrük işi sahəsində bir sıra beynəlxalq proqramlar həyata keçirildi.
Hazırda Azərbaycan Respublikasının gömrük xidməti öz inkişafının
keyfiyyətcə yeni, dördüncü mərhələsinə daxil olmuşdur. Bu mərhələ
gömrük xidmətimizin beynəlxalq gömrük işi təcrübəsindən ən geniş surətdə
faydalanması, yeni Gömrük Məcəlləsinin (2011-ci il) qüvvəyə minməsi və
gömrük idarəçiliyində elektron vasitələrin tətbiq edilməsi ilə əlamətdardır.
1.3. Naxçıvan Muxtar Respublikasında gömrük işinin inkişafı
Ötən əsrin 90-cı illərinin əvvəllərində mənfur ermənilərin məkrli
siyasəti nəticəsində Naxçıvan Muxtar Respublikası nəqliyyat, iqtisadi, enerji
və informasiya blokadasına salınmışdı. Lakin bütün bu çətinliklər
Naxçıvana tarixin bu ağır sınağından çıxmaqda mane ola bilmədi. Naxçıvan
MR Ali Məclisinə rəhbərliyi xalqımızın ümummilli lideri Heydər Əliyev öz
üzərinə götürdü. Hələ 1990-cı ilin əvvəllərində Naxçıvan MSSR Ali Soveti
SSRİ-nin tərkibindən çıxdığını qərarla elan etdi. Noyabrın 17-də isə
Naxçıvan MSSR-in adından “sovet sosialist” sözləri çıxarıldı, Azərbaycan
Demokratik Respublikasının üçrəngli bayrağı rəsmi dövlət bayrağı kimi
qəbul edilmiş, eyni zamanda, Azərbaycan SSR Ali Sovetinə bununla bağlı
Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
55
təklif irəli sürüldü.
Naxçıvan MR-ın blokadasının nəticələrinin aradan qaldırılması, əhali-
nin elektrikə və digər enerji daşıyıcılarına olan tələbatını, ərzaq təhlükəsizli-
yini təmin etmək üçün ümummilli lider Heydər Əliyevin təşkilatçılığı ilə
tam və sabit şəkildə təmin etmək üçün zəruri tələblərin həyata keçirilməsinə
başlanıldı.
Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevin dövlətçilik fəaliy-
yətində gömrük quruculuğu məsələləri mühüm yer tutmuşdur. Heydər Əli-
yev İranla iqtisadi-ticarət əlaqələri yenicə yarandığı bir vaxtda milli gömrük
xidmətinin təşkili istiqamətində düşünülmüş addımlar ataraq Azərbaycan
dövlətçiliyinə sanballı töhfələr vermişdir. Keçmiş SSRİ və İran arasında im-
zalanan 1990-cı il 15 fevral tarixli Memoranduma əsasən, hər iki ölkə vətən-
daşlarının 1990-cı il sentyabrın 15-dən Culfa Gömrükxanasından İrana sa-
dələşdirilmiş vizasız keçidinin həyata keçirilməsi qərara alınmışdı. Sərhəd-
yanı xarici iqtisadi əlaqələrin bərpa edilməsi üçün cəhdlər edilirdi. Lakin bu
işlərin Muxtar Respublika ərazisində yerləşən SSRİ sərhəd qoşunlarının
nəzarətində olması vəziyyəti xeyli mürəkkəbləşdirmişdi. Yaranmış şərait
milli gömrük orqanlarının yaradılmasını zəruri edirdi [96, 616-617].
1991-ci il oktyabr ayının 29-da Heydər Əliyevin iştirakı ilə Naxçıvan
MR-lə Türkiyə arasında müvəqqəti körpünün açılması, noyabrın 11-də isə
Sədərək gömrükxanasının fəaliyyətə başlaması Naxçıvanın blokadasının
yarılmasına, xarici iqtisadi əlaqələrin genişlənməsinə əlverişli şərait yaratdı.
Qonşu dövlətlərlə sərhəddə sadələşdirilmiş keçidin təmin edilməsi,
sərhədyanı ticarətin təşkili blokada şəraitində yaşayan Muxtar Respublika
əhalisinin güzəranının yaxşılaşmasına müsbət təsiri oldu. 1991-ci ilin
aprelindən başlayaraq Babək rayonunun Nehrəm kəndi ərazisindən Araz
çayı üzərindən İİR ilə Azərbaycan Respublikası (Naxçıvan MR) arasında
fəaliyyət göstərən sadələşdirilmiş gömrük keçid postu bir müddət Muxtar
Respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsinə xidmət etdi. 1991-ci
ilin oktyabrında Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevin şəxsi
təşəbbüsü və cəsarəti sayəsində İİR ilə razılığa gəlinərək, onun ərazisindən
keçməklə Azərbaycan Respublikası ərazisi ilə əlaqə yaradıldı. 1992-ci il
fevralın 24-də Azərbaycanın digər regionları ilə, həmçinin qonşu ölkələrlə
birləşdirən nəqliyyat əlaqələrinin bərpasını təmin etmək üçün Naxçıvan MR
Dövlət Kommunikasiya Komitəsi və Dövlət Gömrük Komitəsi yaradıldı,
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi nümayəndəliyi
təsis edildi.
Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
56
Uzun illər gömrük təşkilatına rəhbərlik edən, Azərbaycan Respub-
likasının Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov
o illəri belə xatırlayır: “xüsusilə vurğulamaq istərdim ki, hələ Naxçıvanda
yaşayıb işləyərkən əbədi liderimiz Heydər Əliyev Muxtar Respublikanın ən
ağır günlərində müdrik siyasəti ilə Naxçıvanın, o cümlədən Azərbaycanın
siyasi mühitinə əhəmiyyətli təsir göstərən digər sahələrdə olduğu kimi, əsl
milli gömrüyün yaradılması sahəsində də düşünülmüş addım ataraq hələ o
vaxt Azərbaycan dövlətçiliyinə daha bir sanballı töhfə verdi” [75, 67].
İkitərəfli danışıqlar nəticəsində İİR ilə gömrük buraxılış və sərhədyanı
ticarət əlaqələrini normal hala salandan sonra Heydər Əliyev Türkiyə
Cümhuriyyətinin rəhbərləri ilə apardığı danışıqlar və imzalanan protokollar
nəticəsində Naxçıvanın ikinci həyat yolu açıldı. Naxçıvan MR Ali
Məclisinin sədri işlədiyi dövrdə Heydər Əliyevin təşəbbüsü ilə Araz çayı
üzərində Şahtaxtı-Poldəşt (Naxçıvan MR-lə İİR arasında) və Sədərək-
Dilucu (Naxçıvan MR-lə Türkiyə arasında) körpüləri salındı. Sədərək
gömrükxanasının rəsmi keçid qapısı fəaliyyətə başlaması Azərbaycan-
Türkiyə münasibətlərində yeni bir mərhələnin əsasını qoydu.
Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan
Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında iqtisadi-ticarət
əlaqələrinin yaranması və inkişaf etdirilməsində Heydər Əliyevin rolu
danılmazdır. Hələ 1992-ci ilin yanvarın 19-da Türkiyə Cümhuriyyətinin Baş
naziri Süleyman Dəmirəlin tapşırığı ilə Naxçıvana gələn qardaş ölkənin
nümayəndə heyəti ilə görüşündə Heydər Əliyev ağır blokada şəraitində
yaşayan Muxtar Respublikanın həyatı əhəmiyyət daşıyan iqtisadi ticarət və
enerji problemlərini, o cümlədən, Türkiyə ilə Naxçıvanın sərhəd xəttində
gömrük buraxılış məntəqəsinin yaradılması, gömrük xidmətinin təşkili
məsələlərini nəzərdən keçirmişdi.
1992-ci il yanvar ayının 31-də Naxçıvan MR Ali Məclisində yeni
yaradılmış Sədərək gömrükxanasının fəaliyyəti geniş müzakirə edildi.
Gömrükxananın işindəki nöqsanların aradan qaldırılması məqsədi ilə Ali
Məclisin Rəyasət Heyəti “Sədərək gömrükxanasının təşkilində və onun
kadrlarla komplektləşdirilməsi işində buraxılan ciddi nöqsanlar haqqında”
qərarı qəbul etdi. Qərarda qeyd olunurdu ki, Türkiyə Cümhuriyyəti və
Azərbaycan Respublikası arasında Naxçıvan Muxtar Respublikasının
Sədərək rayonu ərazisində Araz çayı üzərindəki körpünün tikintisi və
Dostları ilə paylaş: |