Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
49
– gömrük orqanlarının, gömrük laboratoriyalarının, tabeçiliyində olan
digər idarə, müəssisə və təşkilatların maddi-texniki və sosial bazasını inkişaf
etdirir;
– gömrük orqanlarının vəzifəli şəxslərinin, gömrük laboratoriya-
larının, həmçinin tabeliyindəki digər idarələrin, müəssisələrin, təşkilatların
işçilərinin dövlət və sosial müdafiəsini, fiziki hazırlığını təmin edir, onların
tibbi təminatını həyata keçirir;
– xidməti-tətbiqi idman növlərinin inkişafı proqramlarını, bədən
tərbiyəsi və idman tədbirlərinin təqvim planlarını, hərbi idman kompleksinin
normativlərini təsdiq edir [24, 2001, 19 iyun maddə 510; 2002, 27 may,
maddə 703; 2003, 23 oktyabr, maddə 962; 2003, 23 oktyabr, maddə 980;
2004, 10 dekabr, maddə 157].
Şimal sərhədlərimizdə gömrük nəzarətinin gücləndirilməsi qonşu
Rusiya Federasiyası ilə ticarət əlaqələrinin genişlənməsinə, nəqliyyat vasitə-
lərinin intensiv hərəkətinin bərpa olunmasına xidmət etməli idi. Azərbaycan
Hökumətinin “Rusiya Federativ Hökuməti tərəfindən Dağıstan Respublikası
ərazisində müəyyən məhdudiyyətlərin götürülməsi ilə əlaqədar Azərbaycan
Respublikası ilə Rusiya Federasiyası arasında nəqliyyat vasitələri hərə-
kətinin tədricən bərpa olunması haqqında” 1995-ci il 27 oktyabr tarixli 97
saylı qərarında nazirlik, baş idarə və xarici ticarət iştirakçısı olan şirkət və
müəssisələrdən tələb olunurdu ki, gömrük nəzarətinin tam şəkildə həyata
keçirilməsi üçün razılaşdırılmış cədvəl əsasında ixrac olunan yüklər
haqqında Azərbaycan Respublikası DGK-ya bir gün əvvəl müraciət
etsinlər”. Daxili İşlər Nazirliyi gömrük təminatı olan yüklərin nəqliyyat
vasitələri ilə ölkə ərazisindən maneəsiz hərəkətini, Rabitə nazirliyi və DGK
Azərbaycanla Rusiyanın sərhəd-keçid məntəqələrinin daimi telefon rabi-
təsini təmin etməli; Maliyyə Nazirliyi Azərbaycanın “Samur”, “Xanoba” və
“Yalama” gömrük məntəqələrinin infrastrukturunu gücləndirmək (iri həcmli
tərəzi, yükləmə-boşaltma mexanizmləri, əlavə köməkçi vaqonlar və digər
qurğular) üçün DGK-ya 2 mlrd. manat vəsait ayırmalı idi [13, 138-139].
1996-cı ildə DGK üzrə tikinti-quraşdırma və təmir işlərinə, həmçinin
yeni gömrükxana binalarının tikilib istifadəyə verilməsinə 2,1 mlrd. manat
vəsait xərcləndi. Bu vəsaitin 1,3 mlrd. manatı daxili imkanlar hesabına
həyata keçirildi. Gömrükxana və gömrük postlarının yeni avadanlıq və
materiallarla təchiz edilməsinə ayrılan vəsaitin həcmi 1,4 mlrd. manatdan
Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
50
çox idi. 1997-ci ildə gömrük nəzarətinin səmərəliliyini artırmaq, gömrük
buraxılış məntəqələrinin maddi-texniki bazasını möhkəmləndirmək üçün 7,8
mlrd. manatlıq avadanlıq və digər zəruri texniki vasitələr alınmış, təmir-
tikinti işlərinə 1,4 mlrd. manat xərclənməklə yeni postlar, buraxılış-keçid
məntəqələri yaradıldı. Bakı Baş Gömrük İdarəsi üzrə “Bərə” postunda
keçid-buraxılış məntəqəsi tikildi, Xaçmaz gömrükxanasının “Samur”,
Balakən gömrükxanasının “Muğanlı” postlarında əsaslı tikinti işləri görüldü.
1998-ci ildə təkcə əsaslı tikinti və abadlıq işlərinə 1 mlrd. 25 mln. manat
vəsait xərclənmişdi [69, 1998, 29 iyul, №27; 1999, 30 yanvar, № 4].
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) ünvanına daxil
olan malların gömrük rəsmiləşdirməsini sürətləndirmək üçün 1997-ci ildə
Bakı Baş Gömrük İdarəsinin nəzdində “Sahil” gömrük postu, 1998-ci ildə
Bakı Dəniz Limanının “Dübəndi” yük rayonuna daxil olan və çıxarılan neft
məhsullarını daşıyan gəmilərə gömrük nəzarətini həyata keçirmək üçün
“Dübəndi” gömrük postu, Azərbaycan Respublikasının gömrük sərhədindən
boru kəməri ilə keçirilən neft məhsullarının gömrük rəsmiləşdirməsini
sürətləndirmək məqsədilə Xaçmaz gömrükxanasının fəaliyyət zonasında
“Şirvanovka” gömrük postu yaradıldı. Bakı Beynəlxalq Yük limanına daxil
olan neft və neft məhsullarını daşıyan gəmilərə operativ gömrük nəzarəti
“Liman” gömrük postu vasitəsilə həyata keçirilməsinə başlanıldı.
1997-ci ildə Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsi tərkibində
struktur dəyişiklikləri baş verməklə Yol Vergiləri İdarəsi, Nəzarət-təftiş
şöbəsi yaradıldı. Aksiz bölməsinə şöbə statusu verildi. 1997-ci ildə gömrük
nəzarətinin səmərəliliyini artırmaq, gömrük buraxılış məntəqələrinin maddi-
texniki bazasını möhkəmləndirmək üçün 7,8 mlrd. manat dəyərində avadan-
lıq və digər zəruri texniki vasitələr alındı. Təmir-tikinti işlərinə 1,4 mlrd.
manat xərclənməklə yeni postlar və buraxılış-keçid məntəqələri yaradıldı.
Bakı Baş Gömrük İdarəsi üzrə “Bərə” postunda keçid-buraxılış məntəqəsi
tikildi. Xaçmaz gömrükxanasının “Samur”, Balakən gömrükxanasının
“Muğanlı” postlarında əsaslı tikinti işləri görüldü. 1998-ci ildə gömrük
müəssisələrinin əsaslı tikintisi və abadlıq işlərinə 1 mlrd. 25 mln. manat
vəsait xərcləndi [69, 1998, 29 iyul, №27; 1999, 30 yanvar, № 4].
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsinin strukturunun təsdiq edilməsi haqqında” 1998-
ci il 27 oktyabr tarixli 7 nömrəli Fərmanı ilə Dövlət Gömrük Komitəsinin
Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
51
strukturu və Əsasnaməsi təsdiq edildi. Həmin sənədin 2-ci bəndi ilə
Azərbaycan Respublikası Prezidentinin 18 aprel 1992-ci il tarixli 688
nömrəli sərəncamının 1 nömrəli əlavəsi qüvvədən düşmüş hesab edildi.
Əsasnamənin 1-ci bəndində göstərilirdi: “Azərbaycan respublikasının
Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasında gömrük işi sahə-
sində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır
[24, 31 oktyabr 1998, №10, maddə 615].
Qısa müddətdə gömrükxanaların sayı 14-ə çatdırıldı, Hava Nəqliy-
yatında Baş Gömrük İdarəsi təsis edildi. Nazirlər Kabinetinin müvafiq
qərarı ilə gömrük sisteminin inzibati strukturu dəyişdirildi və 7 regional
gömrükxana təsis edildi. Enerji Gömrükxanası və Xəzər dənizində Azərbay-
can Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi İdarəsi yaradıldı.
Dövlət Gömrük Komitəsinin strukturunda yaradılan “Xəzər dənizində
Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi İdarəsi”
Xəzər dənizinin Azərbaycana aid bölməsində ölkəmizin iqtisadi maraq-
larının qorunması işini öz üzərinə götürməklə, dəniz nəqliyyatı vasitələri ilə
respublikamızın gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan mallar,
o cümlədən Xəzərin təbii sərvətləri üzərində gömrük nəzarətini təmin edirdi.
Bununla əlaqədar Sərhəd qoşunları və Xəzər Dəniz Gəmiçiliyi ilə razılaş-
dırmaqla sahil boyu gömrük postları yaradıldı, su nəqliyyatı vasitələrinin
rəsmiləşdirilməsi ilə bağlı normativ sənədlər hazırlandı.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsinin strukturunun təsdiq edilməsi və Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsinin Əsasnaməsinə əlavələr edilməsi
haqqında” 2001-ci il 19 iyun tarixli 510 nömrəli Fərmanı ilə yenidən təşkil
olundu. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna
daxil idi:
1. Rəhbərlik: Sədr, sədrin birinci müavini və müavinlər.
2. Dövlət Gömrük Komitəsinin Aparatı: Katiblik; Gömrük Nəzarə-
tinin Təşkili Baş İdarəsi; Gömrük Sahəsində Hüquqpozmalara qarşı Müba-
rizə Baş İdarəsi; Maliyyə Tarif və Valyuta Nəzarəti Baş İdarəsi; Statistika
və İnformasiya Texnologiyaları Baş idarəsi; Audit və Risk Analizləri Baş
İdarəsi; Kadrlar İdarəsi; Daxili Təhlükəsizlik İdarəsi; İstintaq İdarəsi; Xarici
Əlaqələr İdarəsi; Tibbi Xidmət İdarəsi; Mətbuat Xidməti; İşlər İdarəsi;
Əsaslı Tikinti və Maddi-Texniki Təchizat İdarəsi; Hüquq şöbəsi; Analitik
Dostları ilə paylaş: |