Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
41
dan indiyə qədər cürbəcür nadanların əlindədir. Gömrük Komitəsi onun
qarşısında qoyulmuş yüksək vəzifələri yerinə yetirmək əvəzinə, ayrı-ayrı
adamlar üçün qeyri-qanuni yolla pul əldə etmək mənbəyinə çevrilmişdir...
Ona görə də bu müzakirələrdən çıxarılan əsas nəticə budur ki, biz
Azərbaycanda gömrük orqanlarının işini kökündən dəyişdirməliyik, sağlam
əsaslar üzərində qurmalıyıq. Həqiqi gömrük orqanları qurulmalıdır. Bu,
bizim bugünkü dövrümüz və müstəqil Azərbaycanın gələcəyi üçün ən zəruri
vəzifələrindən biridir. Elə bir gömrük orqanı yaratmalıyıq ki, o, xarici
iqtisadi əlaqələrimizdə öz yerini tutuşun, iqtisadiyyatımızın inkişafına
xidmət etsin, xarici iqtisadi əlaqələrdə, bütün başqa əlaqələrdə müstəqil
Azərbaycanın nüfuzunu təmin etsin, bizə biabırçılıq, ləkə gətirməsin. Amma
hələ ki, iqtisadi zərər, oğurluq, rüşvətxorluq, korrupsiya bir tərəfdən, eyni
zamanda gömrük orqanlarının belə vəziyyətdə olması siyasi baxımdan
Azərbaycan Respublikasını ləkələyir. Xaricdən gəlmiş hər bir vətəndaş
gömrük orqanından narazı gedirsə, o hə də dövlətimizdən, xalqımızdan
narazı olur. Amma bu, təkcə gömrük orqanlarına aid deyildir... Hamı –
polis, prokurorluq orqanları, sərhədçilər, sərhəd məntəqələrində dayanan
digər adamlar da özləri üçün nəticə çıxarmalıdırlar...
Bu vəzifələrə nail olmaq üçün, şübhəsiz ki, Azərbaycan Respublika-
sının məqsədyönlü, çox dərin, ətraflı, məzmunlu, bu günümüz və gələcəyimiz
üçün yararlı gömrük siyasəti olmalıdır... Onu hazırlayıb təcili surətdə
həyata keçirmək lazımdır. Bu işi gecikdirmək olmaz... Gömrük siyasəti
haqında hansı sənədlərin və nə vaxt qəbul ediləcəyi barədə təkliflər qısa
müddətdə, on beş gün ərzində hazırlanıb təqdim olunmalıdır” [120, 1995,
11 yanvar].
1995-ci il yanvarın 10-da mətbuatda K.F.Heydərovun Dövlət Gömrük
Komitəsinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası
Prezidentinin Fərmanı dərc edildi. Həmin dövrdə milli gömrük xidmətinin
təşkilində yol verilmiş nöqsan və çatışmazlıqlar ölkənin iqtisadi təhlükə-
sizliyinə zərbə vurmaqla bərabər, gömrük daxilolmalarının hesabına dövlət
büdcəsinin gəlirlər hissəsinin artırılması vəzifəsinin öhdəsindən gəlmirdi.
Gömrük xidmətinin bütün sahələri kompleks problemlərin əhatəsində idi.
Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi mexanizmi yenicə formalaşırdı.
Xidmətin maddi-texniki bazası, kadr, elmi-texniki, hüquqi və informasiya
təminatı ölkə iqtisadiyyatının tələblərinə cavab vermirdi. Gömrük nəzarə-
Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
42
tinin yeni tələblərə uyğun təşkili bu işə peşəkarcasına daha həssas
yanaşılmasından asılı idi. Dəyişən iqtisadi şəraiti və milli maraqları nəzərə
almaqla Azərbaycan Respublikası DGK-nın yeni rəhbərliyindən düşünül-
müş və çevik qərarların qəbul edilməsini tələb edirdi.
Dövlət Gömrük Komitəsinin rəhbərliyində aparılan kadr dəyişikliyi
elə ilk günlərdən özünü müsbət mənada büruzə verməyə başladı. Belə ki, ilk
olaraq gömrük xidmətinə bilikli, bacarıqlı və ixtisaslı kadrlar qəbul edildi.
Gömrük sisteminin qurulması və kadr siyasətində cinayət xarakterli nöqsan-
lara yol vermiş və strateji əhəmiyyətli malların qaçaqmalçılıq yolu ilə
ölkədən çıxarılmasına şərait yaradan Gömrük Komitəsinin rəhbərliyini
tutduqları vəzifədən uzaqlaşdırmaqda başlıca məqsəd milli gömrük orqan-
larının sağlam əsaslar üzərində qurulması idi. Ümummilli liderin müdrik
tövsiyələri və tapşırıqları əsasında gömrük işinin yenidən qurulması və
dünya standartları səviyyəsinə çatdırılmasının vacibliyini dərk edən yeni
rəhbərlik tapşırılan işə son dərəcə məsuliyyətlə yanaşdı. Azərbaycanın milli
gömrük orqanlarının formalaşmasında DGK-nın yeni rəhbərliyi, uzun
müddət onun sədri vəzifəsində işləyən gömrük xidməti general-polkovniki
Kəmaləddin Heydərovun böyük əməyi və xidmətləri oldu. Heydər Əliyev
hələ 1997-ci ilin yanvarında keçirilən təntənəli yığıncaqda onun fəaliyyətinə
belə qiymət vermişdi: “Mən məmnunam ki, gömrük təşkilatının nüma-
yəndələri – Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərov və digər
şəxslər burada çıxış edərkən gömrük xidmətinin əhəmiyyəti və vəzifələri
haqqında doğru-düzgün anlayışları olduğunu nümayiş etdirdilər. Bu onu
göstərir ki, siz, Gömrük komitəsində çalışan Azərbaycan vətəndaşları öz
vəzifələrinizin nə qədər əhəmiyyətli, nə qədər məsuliyyətli olduğunu dərk
edirsiniz. Bu, eyni zamanda əsas verir ki, siz bu vəzifələri layiqincə yerinə
yetirə bilərsiniz” – sözləri böyük inam və etimad hissi ilə deyilsə də, eyni
zamanda ciddi məsuliyyətə səsləyirdi [57, 350].
Azərbaycan Respublikasının gömrük xidməti tərəfindən gömrük
siyasətinin fəal həyata keçirilməsi, xidmətin səmərəli fəaliyyətinin təmin
edilməsi üçün Respublika Prezidenti Heydər Əliyevin 1995-ci il 1 may
tarixli 170 nömrəli Sərəncamı ilə Komitənin kollegiyasının tərkibi təsdiq
edildi. Komitənin sədri, birinci müavini və müavinləri, Gömrük Nəzarətinin
Təşkili Baş İdarəsi, Gömrük Qaydalarının Pozulması və Qaçaqmalçılıqla
Mübarizə Baş İdarəsi, Baş Maliyyə-Tarif İdarəsi və Kadrlar İdarəsinin