Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
43
rəisləri, həmçinin Naxçıvan MR Gömrük Komitəsinin sədri və Bakı Baş
Gömrük İdarəsinin rəisi kollegiyanın tərkibinə daxil edildi [9, 1995, №7,
maddə 187].
1995-2005-ci illər ərzində K.F.Heydərovun rəhbərliyi və ciddi nəza-
rəti altında gömrük işini tənzimləyən hüquqi-normativ sənədlər hazırlandı,
xidmətin maddi-texniki resursları və informasiya təminatı gücləndirildi,
xidmətinin iqtisadi göstəriciləri və dövlət büdcəsinin formalaşmasında rolu
xeyli artırıldı. Gömrük işinin təşkili, gömrük hüququ və ekspertizası
haqqında milli dərsliklər və tədris-metodiki vəsaitlər hazırlandı. Azərbaycan
gömrük xidmətinin beynəlxalq təşkilatlarla əlaqəsinin möhkəmləndirilməsi
və təcrübə mübadiləsi aparılması sahəsində səylər geniş xarakter aldı.
Ulu öndər Heydər Əliyev iqtisadi məsələlərə dair müşavirə və
yığıncaqlardakı çıxışlarında gömrük orqanlarının 1995-1996-cı illərdəki
fəaliyyətini yüksək qiymətləndirməklə yanaşı, buraxılan qüsur və çatış-
mazlıqları da göstərir, xüsusən qaçaqmalçılıq hallarına qarşı mübarizəni
gücləndirməyə, vergi və rüsumlardan yayınma hallarının qarşısını qətiyyətlə
almağa, gömrük işinin təşkilində şəffaflığı təmin etməyə, gömrük xidməti
mədəniyyətini yüksəltməyə çağırırdı. O, gömrük proseduralarının sadələş-
dirilməsini, idxal-ixrac əməliyyatları üzrə dövlət büdcəsinə cəlb olunan
gömrük vergi və rüsumlarının artırılması üçün mövcud ehtiyat mənbələ-
rindən daha səmərəli və dolğun şəkildə istifadə etməyin zəruri olduğunu
tövsiyə edirdi. Bu tövsiyə və tapşırıqlar gömrük xidməti əməkdaşlarını
dövlətin qanunlarına riayət etməyə, mənəvi saflığa, peşəsinə sadiq olmağa
və peşə hazırlıqlarını daim artırmağa səsləyir, bu kimi prinsiplərin gömrük
xidmətinin hər bir özəyində bərqərar olmasını gömrük orqanı rəhbərlərindən
tələb edirdi. Böyük Britaniyanın nüfuzlu “Deyli Nyus” qəzeti 1997-ci il
sentyabr nömrələrinin birində Azərbaycan Respublikasında müasir gömrük
sisteminin qurulmasında qazanılan müsbət təcrübə haqqında geniş material
vermişdi [43, 1997, 24 sentyabr].
Heydər Əliyevin dövlət idarəçiliyi nəzəriyyəsi və praktikası əsasında
məktəbin yaranmasını qeyd edən akademik Ramiz Mehdiyev yazır: “Hansı
vəzifədə işləməsindən asılı olmayaraq, onun iş təcrübəsi, təşəbbüsləri bu
məktəbin dərslərini səylə öyrənən çoxlu ardıclıların, şagirdlərin yetişməsinə
səbəb olur. İstənilən sahə mütəxəssisləri ilə Heydər Əliyevin görüşləri, onun
çıxışları, dediyi fikirlər geniş əks-səda doğurur, yeni ideyaların və
Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
44
layihələrin yaranmasına təkan verir” [103, 570].
Heydər Əliyev gömrük sisteminin yenidən təşkili və təkmilləş-
dirilməsi üçün dünyanın qabaqcıl ölkələrinin gömrük təşkilatları ilə sıx
əməkdaşlıq şəraitində işləməyi nəzərdə tuturdu. O, Azərbaycan dövlət-
çiliyinin möhkəmləndirilməsi vəzifələrini yerinə yetirilməsində, Respub-
likamızın beynəlxalq aləmdə demokratik, hüquqi dövlət və yüksək mənəvi
dəyərlərə malik bir ölkə kimi tanımasında gömrük xidmətini ön cərgədə
görmək istədiyini bildirirdi. Prezidentin sərəncamına əsasən, 1997-ci ildən
etibarən hər il yanvarın 30-nun gömrükçülərin peşə bayramı günü kimi qeyd
edilməsi Heydər Əliyevin bu orqanın fəaliyyətini çox yüksək qiymətlən-
dirdiyini sübut edir.
Maddi-texniki resursların artırılması istiqamətində əsaslı işlər görüldü.
Gömrük xidmətinin avadanlıq və texniki vasitələrinin dəyəri 1993-cü ildəki
3,5 mln. manatdan 1999-cu ildə 35,3 mlrd. manata çatdırılmışdı. Bir sıra
gömrük postları və gömrük-keçid məntəqələri təmir edilmiş və ya yenidən
qurulmuşdu. Bakı Baş Gömrük İdarəsində “Qaradağ”, “Bərə” və “Güzdək”,
Sumqayıt gömrükxanasında “H.Z.Tağıyev”, Tovuz gömrükxanasının
“Poylu”, Balakən gömrükxanasının “Muğanlı” gömrük postlarının inzibati
binaları tikildi. Bütün gömrükxanaların ərazilərində, o cümlədən Xaçmaz
gömrükxanasının “Samur” postunda, “Xanoba” keçid məntəqəsində, Tovuz
gömrükxanasının “Sınıq körpü” keçid məntəqəsində təmir və abadlıq-
quruculuq işləri aparıldı.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsinin strukturunun və Əsasnaməsinin təsdiq edilməsi
haqqında” 1998-ci il 27 oktyabr tarixli Fərmanı ilə Azərbaycan Respub-
likası Dövlət Gömrük Komitəsinin yeni Əsasnaməsi və təşkilati strukturu
təsdiq edildi. Gömrük Komitəsi yeni Əsasnamənin 1-ci bəndinə əsasən
mərkəzi icra orqanına çevrildi, yəni onun statusu nazirlik statusuna bərabər
oldu. Bundan əlavə, yeni Əsasnamədə Gömrük Komitəsinin vəzifə, hüquq
və funksiyalarını daha aydın və əhatəli şəkildə təsvir edilirdi. Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsinin əsas funksiyaları aşağıdakılar idi:
– Azərbaycan Respublikasında gömrük işini təşkil etmək və onu
təkmilləşdirmək;
– Azərbaycan Respublikasının gömrük siyasətini həyata keçirmək;
– öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının iqtisadi
Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
45
mənafeyini və təhlükəsizliyini qorumaq;
– öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının gömrük
ərazisinin vahidliyini təmin etmək;
– Azərbaycan Respublikasında qabaqcıl gömrük tənzimlənməsi
vasitələrinin tətbiqini təşkil etmək;
– icrasına nəzarət gömrük orqanlarına həvalə olunmuş gömrük işinə
dair və digər qanunvericiliyinə əməl olunmasını təmin etmək.
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ona həvalə
edilmiş funksiyalara əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
– Azərbaycan Respublikasının gömrük siyasətinin həyata keçirilməsi
üçün hüquqi, iqtisadi, təşkilati mexanizmlər hazırlayır və onların həyata
keçirilməsini təmin edir;
– Azərbaycan Respublikasında gömrük işinin inkişafı proqramını
hazırlayır və həyata keçirir;
– gömrük nəzarətinin həyata keçirilməsini və təkmilləşdirilməsini
təşkil edir, bu cür nəzarətin səmərəliliyinə zərər vurmadan onun sadələş-
dirilməsi və təkmilləşdirilməsi üçün tədbirlər görür;
– Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar
barəsində, qiymətlərin tənzimlənməsi və digər qeyri-tarif tədbirləri də daxil
olmaqla, iqtisadi proqramların işlənib hazırlanmasında iştirak edir və öz
səlahiyyətləri daxilində onların həyata keçirilməsini təşkil edir;
– Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mal-
lardan vergilərin, gömrük rüsumlarının, aksizlərin, habelə digər gömrük
ödənişlərinin alınmasını, beynəlxalq avtomobil daşımalarını yerinə yetirən
xarici ölkələrin nəqliyyat vasitələrinə sərhəddə “icazə” blanklarının veril-
məsinə görə dövlət rüsumunun tutulmasını təşkil edir;
– malların gömrük dəyərinin düzgün müəyyən olunması üzərində
nəzarət sistemini təşkil edir;
– gömrük rüsumlarının, müvafiq dövlət rüsumlarının, vergilərin
vaxtında və tam həcmdə dövlət büdcəsinə köçürülməsini təmin edir;
– Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş
hallarda lisenziya və ya ixtisas attestatları verir, onları ləğv edir, yaxud geri
alır, reyestrinin aparılmasını təmin edir;
– mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük
Dostları ilə paylaş: |