Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
52
şöbə; Məxfi şöbə; Mühasibat və uçot şöbəsi; Gömrük Mühafizə Xidməti;
Növbətçi hissə.
3. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sisteminə
daxil olan gömrük orqanları və təşkilatları: Naxçıvan Muxtar Respub-
likasının Dövlət Gömrük Komitəsi; Bakı Baş Gömrük İdarəsi; Hava
Nəqliyyatında Baş Gömrük İdarəsi; Xəzər dənizində Azərbaycan Respub-
likasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsi; Enerji Gömrük
İdarəsi; Astara Gömrük İdarəsi; Balakən Gömrük İdarəsi; Biləsuvar
Gömrük İdarəsi; Şirvan Gömrük İdarəsi; Yevlax Gömrük İdarəsi; Gəncə
Gömrük İdarəsi; Sumqayıt Gömrük İdarəsi; Tovuz Gömrük İdarəsi; Xaçmaz
Gömrük İdarəsi; Xudafərin Gömrük İdarəsi; Aksiz Gömrük İdarəsi;
Avtonəqliyyat Gömrük İdarəsi; Mərkəzi Laboratoriya; “Azərterminal-
kompleks” Təsərrüfat Hesablı Xarici İqtisadi Birlik; Avtomobil təsərrüfatı;
Tədris mərkəzi; İdman-sağlamlıq mərkəzi.
4. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin siste-
minə daxil olan gömrük orqanları və təşkilatları: Naxçıvan şəhər Gömrük
İdarəsi; Sədərək Gömrük İdarəsi; Culfa Gömrük İdarəsi; Naxçıvan Hava
Nəqliyyatında Gömrük İdarəsi; Şahtaxtı Gömrük İdarəsi; “Naxçıvanter-
minalkompleks” Təsərrüfat Hesablı İqtisadi Birlik [24, 30 iyun 2001, №6,
maddə 408].
Prezidentin 2004-cü il 10 dekabr tarixli 540 nömrəli Sərəncamı ilə
kollegiyanın tərkibində dəyişiklik edilərək “Baş Maliyyə İdarəsinin rəisi”
sözləri “Maliyyə Tarif və valyuta Nəzarəti Baş İdarəsinin rəisi” sözləri ilə
əvəz edildi və “Kadrlar İdarəsinin rəisi” sözlərindən əvvəl “Statistika və
İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi” və “Hava Nəqliyyatında
Baş Gömrük İdarəsinin rəisi” sözləri əlavə edildi [24, 1995, № 9, maddə
187; 31 dekabr 2004, № 12, maddə 1028].
Ümummilli lider Heydər Əliyevin milli gömrük xidmətinin təşəkkülü
və formalaşmasındakı nəhəng fəaliyyəti haqqında Azərbaycan Respub-
likasının Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov
fikirlərini belə ifadə etmişdi: “1997-ci ilin yanvar ayının bu günlərini xatır-
layıram. Ulu öndərimiz Heydər Əliyev o zaman Dövlət Gömrük Komitəsinin
yaradılmasının beşinci il dönümü münasibəti ilə keçirilən tədbirdə proqram
xarakterli geniş nitqlə çıxış etmiş, gömrükçülər qarşısında böyük vəzifələr
qoymuşdu. Biz fəxr edirik ki, məhz bu gündən gömrük orqanlarında çalışan
Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
53
əməkdaşlar ulu öndərin tövsiyə və tapşırıqlarını əldə rəhbər tutaraq,
qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirirlər. Bunun nəticəsidir ki,
Azərbaycan gömrüyü dövlət büdcəsinə daxilolmaların ildən-ilə artıqlaması
ilə təmin olunmasını həyata keçirir, eləcə də qaçaqmalçılıqla mübarizə
sahəsində böyük işlər görür. Mən Dövlət Gömrük Komitəsinə 11 il ərzində
rəhbərlik etmişəm və buna görə də orda çalışan, demək olar ki, bütün
əməkdaşları tanıyır və onların fəaliyyətinə bələdəm. Onların böyük əksəriy-
yətinin qarşıya qoyulmuş vəzifələri bu gün də vicdanla yerinə yetirdikləri
barədə məlumatım var. Ötən illər ərzində Azərbaycanın gömrük orqanları
geniş beynəlxalq əməkdaşlığa qoşulmuş, çoxsaylı sazişlər imzalamış,
beynəlxalq təcrübəni mənimsəmişlər. Ulu öndərimiz Heydər Əliyev bizə
tövsiyə etmiş, göstəriş vermişdi ki, qabaqcıl ölkələrin təcrübəsinə yiyələnək,
bu təcrübəni Azərbaycanda da tətbiq edək. O demişdi ki, bunun səmərəsi
böyük olacaq və doğrudan da belə oldu. Bu gün Azərbaycan gömrüyü
ümumdünya gömrük ailəsində özünə layiqli bir yer tutmaqdadır. Azərbay-
can gömrüyünün bugünkü yüksək səviyyəsi, fəaliyyətindəki qayda-qanun,
şəffaflıq prinsipləri göz qarşısındadır. Bütün bu irəliləyişlər bizim gömrük
orqanlarında çalışan, artıq yüksək ixtisasa, böyük təcrübəyə malik
əməkdaşlar tərəfindən həyata keçirilmişdir. Heydər Əliyev Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri vəzifəsində işlədiyi vaxtda Naxçıvanda da
Dövlət Gömrük Komitəsi yaradılmışdı. Amma o zaman vəziyyət çox çətin
idi. Bir tərəfdən erməni ordusu Naxçıvanı mütəmadi atəşə tutur, digər
tərəfdən isə Azərbaycanın o zamankı rəhbərliyi muxtar respublikaya qarşı
qeyri-sağlam münasibət bəsləyirdi. Amma, həmin dövrdə Naxçıvan Dövlət
Gömrük Komitəsinin yaradılması, Culfa, Şahtaxtı, Sədərək gömrükxana-
larının fəaliyyətə başlaması Naxçıvan əhalisinin güzəranını yaxşılaşdırdı.
Bura həm ərzaq, həm də digər tələbat mallarının gətirilməsi təmin olundu.
Bu, Naxçıvanın yaşaması və bugünkü inkişaf yoluna gəlib çatmasında böyük
rol oynadı” [69, 2007, 30 yanvar, № 3].
2005-ci il mayın 13-də Azərbaycan Televiziyasının 1-ci Proqramının
sosial-iqtisadi məsələlərə həsr olunmuş “Dialoq” adlı canlı yayımında DGK
sədri, general-polkovnik K.Heydərov Ümummilli lider Heydər Əliyevin
səyi ilə ölkəmizdə yaradılan sağlam gömrük mühiti, sahibkarlığın inkişafına
əngəl törədə bilən maneələrin aradan qaldırılması haqqında ictimaiyyətə
ətraflı məlumat verdi [35, 2005, 15 may].