Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
60
görüşündə (aprel, 1993-cü il) faydalı iqtisadi-ticarət əlaqələrinin tənzim-
lənməsi və iqtisadi təhlükəsizliyin qorunmasında onların üzərinə düşən
vəzifələri xatırlatmış və hər iki ölkə vətəndaşlarının sərhəddən rahat gediş-
gəlişinin təmin edilməsinin vacibliyini göstərmişdi. Belə bir tarixi şəraitdə
Naxçıvan MR-lə Türkiyənin yaxın bölgələri ilə əməkdaşlığı xeyli geniş-
ləndi. Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov 24 may 1999-cu
ildə Türkiyənin xarici işlər, gömrük və sərhəd xidməti, daxili işlər orqan-
larının bir qrup rəhbər işçiləri və iş adamlarının daxil olduğu nümayəndə
heyəti ilə görüşündə Sədərək-Dilucu gömrük keçidi məntəqələrinin əhəmiy-
yətini düzgün dəyərləndirməyə və səmərəli istifadə etməyə səsləmişdi.
Qəbul zamanı Muxtar Respublika ilə vahid enerji və kommunikasiya
əlaqələrinin möhkəmləndirilməsi, aqrar sektorda istehsal olunan məhsulların
Türkiyənin yaxın bölgələrinə ixracı və emal üçün şəraitin yaradılması, hər
iki tərəfdən gömrük rejiminin sadələşdirilməsi və iş rejiminin uzadılması,
Türkiyə tərəfində (Dilucu gömrük məntəqəsi) əməkdaşlarının sayının artırıl-
ması kimi məsələlər qaldırılmışdı [66, 1999, 1 iyun].
Qeyd edilməlidir ki, Azərbaycan və Türkiyə gömrük xidmətlərinin
əməkdaşlığı 9 sentyabr 1994-cü ildə Ankarada imzalanmış və Türkiyə
Cümhuriyyətinin 25 iyun 1996-cı il tarixli Qanunu ilə qüvvəyə minmiş
“Qarşılıqlı idari yardıma ilişkin Protokol”a əsasən həyata keçirilirdi.
Türkiyə Cümhuriyyəti Baş Bakanlığı Gömrük Müstəşarlığı üzrə gömrük
idarələrinin 8-ci qrupuna daxil olan Dilucu Gömrük müdirliyi ilə Sədərək
Gömrük İdarəsi arasında səmərəli əlaqələr yaradılmışdı. Bu əlaqələr xarici
ticarətin gömrük statistikasının metodologiyası və informasiyasının ötürül-
məsi üzrə qarşılıqlı fəaliyyət, sərhəddən keçirilən mədəni sərvətlərin
saxlanılması və qaytarılması məsələləri üzrə qarşılıqlı yardım, qaçaqmalçılıq
və gömrük qaydalarının pozulması, həmçinin silahların, döyüş sursatları və
partlayıcı maddələrin, narkotik vasitələr, psixotrop maddələr və prekur-
sorların qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlıq, gömrük
hüquq-pozmalarının qarşısının alınması üçün qarşılıqlı inzibati yardım və s.
məsələləri əhatə edir. Sədərək-Dilucu gömrük keçid məntəqələrinin xidmə-
tindən ildə 100 mindən çox adam istifadə edir. Hər il 18-20 min nəqliyyat
vasitəsi gömrük nəzarətindən keçirilir. Muxtar Respublikanın xarici iqtisadi
əlaqələrində Türkiyənin yaxın bölgələri mühüm yer tutur. Naxçıvanda
istehsal olunan şəkər çuğundur qonşu ölkənin şəkər fabriklərində emal edi-
Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
61
lərək hazır məhsul gömrük rüsumuna cəlb edilmədən Muxtar Respublikaya
gətirilirdi [98, 199-205].
Beləliklə, Naxçıvanda əsası Heydər Əliyev tərəfindən qoyulan yeni
dövlətçilik və idarəetmə modelinin ilk institutlarından biri - Muxtar
Respublika Dövlət Gömrük Komitəsi oldu. Ötən illər ərzində Muxtar
Respublikanın gömrük sistemi daha da təkmilləşdirildi. 1996-cı ildə
toplanılan gömrük vergi və rüsumları Naxçıvan MR dövlət büdcəsinin
mədaxil hissəsinin 27 faizini təşkil etdi. 1998-ci ildə xarici ticarət döv-
riyyəsi, idxal olunmuş elektrik enerjisi nəzərə alınmadan 9,3 mln. ABŞ
dollarına çatdı. 1997-ci illə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi
2,5 dəfə, o cümlədən ixrac 1,4 dəfə, idxal isə 3,6 dəfə artmışdı. 1998-ci ildə
6 milyard manat gömrük vergi və yığımları toplandı [115, 36].
2002-ci ildə Naxçıvan MR Dövlət Gömrük Komitəsi üçün yeni
inzibati bina tikildi. 2005-ci ilin aprelində tamamilə yenidən qurulan və
texniki vasitələrlə təchiz edilən Sədərək Gömrük İdarəsinin gömrük keçid
məntəqəsi istifadəyə verildi. Texniki imkanlarına görə MDB məkanında
analoqu olmayan bu keçid məntəqəsi gömrük nəzarətinin təkmilləşdirilməsi,
qaçaqmalçılığa qarşı mübarizənin gücləndirilməsinə əlverişli şərait yaratdı.
Muxtar Respublikanın gömrük idarələri üzrə dövlət büdcəsinə 2006-cı ildə
proqnozda nəzərdə tutulan 2,5 mln. manata qarşı 4,5 mln. manat gömrük
ödənişləri daxil edilmişdi. Naxçıvan MR Gömrük Komitəsinin strukturuna
daxil olan Culfa, Naxçıvan şəhər və Naxçıvan Beynəlxalq Hava Limanı
Gömrük idarələri ilə yanaşı Sədərək Gömrük idarəsində qaçaqmalçılıq və
hüquqpozma hallarına qarşı ciddi mübarizə aparılırdı. Təkcə bir il ərzində
174 hüquqpozma faktı aşkar edilərək, 4282 manat cərimə tətbiq edilmişdi.
İran və Türkiyədən Muxtar Respublikaya qaçaqmalçılıq yolu ilə 575,9 qr.
heroin, 48,5 qr. həşiş və 17,9 qr. tiryəkin gömrük sərhədindən keçirilməsinin
qarşısı alınmışdı [69, 2007, 30 yanvar].
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci
il yanvarın 24-də İrana rəsmi səfəri zamanı Şahtaxtı-Poldəşt körpüsünün ti-
kintisi barədə razılıq əldə olundu. Körpü 2007-ci ildə Azərbaycan
Respublikası Prezidenti və İİR Baş nazirinin iştirakı ilə istifadəyə verildi.
2007-ci ilin avqustunda Azərbaycan Respublikası Hökuməti ilə İİR
Hökuməti arasında “Şahtaxtı və Poldəşt sərhəd-keçid məntəqələrinə beynəl-
xalq statusun verilməsi haqqında Memorandum” imzalandı. Bütövlükdə 5,7
Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
62
hektar ərazini əhatə edən və tikintisinə 2008-ci ilin mart ayında başlanılan
Şahtaxtı sərhəd-keçid məntəqəsində inzibati bina, yük xətti və köməkçi
infrastrukturlardan ibarət mükəmməl bir kompleks yaradıldı. Müasir tələblər
səviyyəsində üç mərtəbədən ibarət inzibati bina inşa olundu. Binanın birinci
mərtəbəsində İrana və əks istiqamətdə hərəkət edən vətəndaşların keçidi
üçün iki hissədən ibarət giriş və çıxış zalları, xarici vətəndaşların birbaşa
sərhəddə viza ala bilməsi üçün müvafiq kompüter avadanlıqları ilə təchiz
olunan xüsusi otaq ayrılmışdır. Gömrük nəzarətinin gücləndirilməsi üçün
vizual müşahidəni təmin edən videokameralar quraşdırılmışdır. Vizual
müşahidə gömrük qaydalarının pozulması hallarına operativ müdaxiləni
təmin edir. Gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi məqsədilə
sərnişin avtomaşınlarının hərəkət yolu giriş və çıxış xətlərinə bölünmüş və
hər iki istiqamət üzrə baxış quyusu və çardaqla, otaqlar isə kompüter
avadanlığı və müasir tələblərə cavab verən texniki nəzarət vasitələri ilə
təchiz olunmuşdur [69, 2009, 24 oktyabr].
Gömrük statistikasına əsasən, 2006-cı ildə Naxçıvan MR-ın xarici
ticarət əməliyyatlarının 31,3 faizi Türkiyə, 30,5 faizi Finlandiya, 16,6 faizi
İran, 5,0 faizi Almaniya, 2,7 faizi Ukrayna, 2,4 faizi Rusiya, bütövlükdə 32
dövlətlə aparılmışdı. 2000-2006-cı illər ərzində Türkiyə ilə ticarət
dövriyyəsinin həcmi 7,6 milyon ABŞ dolları olmuşdu.
Təkcə 2006-cı ildə yük gömrük bəyannaməsi tərtib olunmadan
(rüsumsuz) ixrac istiqaməti üzrə Muxtar Respublika vətəndaşları tərəfindən
2040709,7 ABŞ dolları həcmində meyvə və tərəvəz məhsulları aparılmışdı.
Muxtar Respublikaya 2006-cı ildə idxal edilən 30,9 ton müxtəlif
məhsulların 13,5 min tonunu Türkiyədən gətirilən məhsullar təşkil etmişdi
[30, 558-559].Son illər Naxçıvan MR-də geniş vüsət alan abadlıq və
quruculuq işləri, gömrük sistemini də əhatə etmiş, gömrük orqanlarının
beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində işlər aparılır.
2007-ci ildə Culfa Gömrük İdarəsi üçün yeni sərhəd-keçid kompleksi
tikilib istifadəyə verildi. 2009-cu il oktyabrın 22-də Şahtaxtı Gömrük İdarəsi
üçün inşa olunmuş yeni sərhəd-keçid kompleksinin açılışı oldu.
Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İİR-in Qərbi Azərbaycan
ostandarlığı arasında imzalanmış protokollara uyğun olaraq qarşılıqlı
əməkdaşlıq müxtəlif sahələri əhatə edir. Araz çayı üzərində Şahtaxtı-Poldəşt
körpüsünün açılışından sonra burada ikinci mühüm obyektin - yeni sərhəd-
Dostları ilə paylaş: |