Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
57
sərhədin bu sahəsindəki keçidin istifadəyə verilməsi ilə əlaqədar iki ölkə
arasındakı əlaqələri həyata keçirmək üçün Sədərək gömrükxanasının təşkil
olunması zərurəti yaranmışdır. Naxçıvan MR Ali Məclisi Rəyasət Heyətinin
31 yanvar 1992-ci il tarixli qərarında deyilirdi: “Naxçıvan Muxtar Respub-
likası ərazisində yerləşən gömrük idarələrinin bundan sonra Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin bilavasitə rəhbərliyi altında fəaliyyət
göstərmələri zəruri hesab edilsin. Xarici ölkələrlə iqtisadi və digər
əlaqələrin, gömrük xidmətinin, işinin həcminin artması ilə əlaqədar olaraq
Naxçıvan Muxtar Respublikasında Dövlət Gömrük Komitəsinin yaradılması
məqsədə müvafiq hesab edilsin”.
Naxçıvan MR Ali Sovetin sədri Heydər Əliyevin imzaladığı 1992-ci il
24 fevral tarixli 138-XII saylı qərarla Naxçıvan Muxtar Respublikası Dövlət
Gömrük Komitəsi yaradıldı. Komitənin nəzdində Sədərək gömrükxanasının
təşkili Muxtar Respublikanın xarici iqtisadi əlaqələrinin coğrafiyasını xeyli
genişləndirdi. Xalq tərəfindən “Ümid körpüsü” adlandırılan Sədərək körpü-
sünün tikintisinə başlanılması “bir millət, iki dövləti” birləşdirən qardaşlıq
tellərini daha da möhkəmləndirdi.
1992-ci ilin martın 24-də Naxçıvan MR Ali Məclisinin sədri Heydər
Əliyev və Türkiyə Respublikasının baş naziri Süleyman Dəmirəlin
imzaladıqları “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası ilə
Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq protokolu”na əsasən həmin ilin
mayın 28-də istifadəyə verilmiş Sədərək-Dilucu körpüsü ölkəmizin iqtisadi-
ticarət əlaqələrinin genişlənməsi istiqamətində yeni imkanlar açdı.
İmzalanmış protokola əsasən Muxtar Respublikaya iqtisadi-texniki və
maliyyə yardımı göstərməklə yanaşı, yeni istifadəyə verilmiş sərhəd keçid
məntəqəsində gömrük nəzarətinin normal həyata keçirilməsi üçün infras-
trukturun yaradılmasına da köməklik edildi. Muxtar Respublikanın Türkiyə
ilə iqtisadi əlaqələrinin inkişaf etdirilməsini Azərbaycan Respublikasının
xarici iqtisadi fəaliyyətinin mühüm tərkib hissəsi hesab edən ulu öndər
Heydər Əliyev – “... biz çalışmalıyıq ki, həm İran ilə, həm Türkiyə ilə, həm
də başqa ölkələrlə əlaqələrimizdə öz iqtisadiyyatımıza zərər verən addımlar
atmayaq” – deyərkən düşünülmüş gömrük siyasətinin əsaslarının
hazırlanmasının zəruriliyini göstərirdi [124, 1992, 26 sentyabr].
Sonralar, 1999-cu ildə, Azərbaycan Respublikasının Prezidenti kimi
Naxçıvana səfərində ümummilli lider Heydər Əliyev körpünün açılması
Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
58
zərurətini xatırlayaraq demişdi: “belə bir körpü tikmək bizim bir azərbay-
canlı kimi, şəxsən mənim on illərdə qəlbimdə qalan arzu idi... mən özümü
xoşbəxt hesab edirəm ki, gördüyüm bütün başqa işlərlə bərabər o ümid,
həsrət körpüsünün qısa müddətdə tikilməsinin, yaranmasının təşəbbüsçüsü
oldum. Biz dostumuz, Süleyman Dəmirəl və Türkiyə Hökumətinin himayəsi,
köməyi ilə bunu etdik. Naxçıvan Türkiyəyə açıldı” [6, 2004, 28 may].
Ulu öndər Naxçıvan MR Ali Məclisinə rəhbərlik etdiyi dövrdə
Naxçıvan MR parlamentində, onun daimi komissiyalarında gömrük işi və
xarici ticarət məsələlərinə aid qanun layihələrinin geniş müzakirəsi
keçirilmişdir. Bu qanun layihələrindən biri də 1992-ci il iyulun 5-də Nax-
çıvan MR Ali Məclisində müzakirə və qəbul edilən “Gömrük haqqında”
qanun olmuşdur [127, 2010, 27 fevral].
Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev 1992-ci ilin
avqustun 22-26 tarixlərində İranda rəsmi səfərində olarkən, qonşu ölkə ilə
müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlıq haqqında sənədlərə imza atmışdı.
Tərəflər arasında iqtisadi-ticarət və mədəni-siyasi əlaqələrin genişləndi-
rilməsi üzrə, o cümlədən ticarət əlaqələrinin liberallaşdırılması və gömrük
nəzarətinin sadələşdirilməsi, mal mübadiləsinin inkişafına mane olan
qadağaların aradan qaldırılması, hər iki tərəfin ticarət nümayəndəliklərinin
açılması, birgə müəssisələrin yaradılması və digər sahələrdə razılıq əldə
edilmişdi. Araz çayı üzərində İİR-in Qərbi Azərbaycan vilayətinin Poldəşt
məntəqəsini və Muxtar Respublikanın Şahtaxtı məntəqəsi ilə birləşdirəcək
körpünün istifadəyə verilməsi qərara alınmışdı [96, 654-655].
Şahtaxtı-Poldəşt körpüsünün tikilməsi ümummilli lider Heydər
Əliyevin ən böyük arzularından biri idi. Ulu öndər bu məsələni ilk dəfə
1992-ci ilin mayında Naxçıvana rəsmi səfərə gəlmiş İranın Qərbi
Azərbaycan vilayətinin nümayəndə heyəti qarşısında qaldırmış, 1992-ci ilin
avqustunda İrana etdiyi rəsmi səfəri zamanı imzalanan əməkdaşlıq proto-
koluna Şahtaxtı-Poldəşt müvəqqəti körpüsünün tikilməsi haqqında ayrıca
bənd daxil edildi. Həmin protokolun icrası qısa müddətdə həyata keçirildi və
1992-ci il dekabr ayının 3-də Şahtaxtı-Poldəşt müvəqqəti körpüsünün açılışı
oldu. Körpünün açılış mərasimində çıxış edən möhtərəm Heydər Əliyev
demişdi: “Bu keçid məntəqəsinin açılması İran-Azərbaycan əlaqələrinin
genişlənməsinə xidmət edir. Mən arzu edirəm ki, daimi körpünün tikintisi də
tezliklə başa çatdırılsın və beləliklə, bizim əlaqələrimiz daha da möhkəm-
Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
59
lənsin”.
Naxçıvan MR Nazirlər Kabineti 22 oktyabr 1993-cü il tarixdə Şahtaxtı
keçid məntəqəsində gömrük xidmətinin təşkil edilməsi haqqında 203 saylı
qərar qəbul etdi.
Muxtar Respublikanın iqtisadi-ticarət əlaqələri və gömrük işinin tə-
şəkkülünün ilkin mərhələsində Heydər Əliyevin prinsipial tələbləri bunlar
idi:
– Naxçıvanın sərbəst iqtisadi zona kimi fəaliyyət göstərməsi Muxtar
Respublikanın düşdüyü blokada vəziyyətini yüngülləşdirməlidir;
– xarici ticarətin sərbəstləşdirilməsi və gömrük nəzarətinin sadələş-
dirilməsinə yönəldilən təşkilati tədbirlərin həyata keçirilməsi ilə bərabər
idxal-ixrac nəzarətinin hüquqi-normativ qaydaları təkmilləşdirilməlidir;
– muxtar respublikada gömrük-buraxılış məntəqələrinin təşkili və
formalaşdırılması işinə icra orqanları tərəfindən son dərəcə ciddi yanaşılmalı
və səriştəli kadrlarla komplektləşdirilməlidir.
Naxçıvan MR Ali Məclisinin 16 sentyabr 1992-ci il tarixli sessiya-
sında “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin
Türkiyəyə səfərinin yekunları haqqında (10-14 avqust 1992-ci il)” iqtisadi
əlaqələrin əhatə dairəsinə daxil olan bu və ya digər məsələlərin həlli yolları
müzakirə edilmişdi [124, 1992, 26 sentyabr].
1992-ci ilin aprel-may aylarında ümummilli lider Heydər Əliyevin
birbaşa rəhbərliyi sayəsində İran və Türkiyə ilə bağlanmış protokolların
tələblərinə əsasən sərhədyanı ticarətin, müştərək bazarların yaradılması
təmin edildi. Naxçıvanın iqtisadi resurslarının talanmasının qarşısını almaq,
yerli istehsalı dəstəkləmək, sərhədboyu yaradılan gömrük orqanlarının işini
koordinasiya etmək və çevik idarəçilik institutu formalaşdırmaq bu dövlət
qurumunun yaradılmasını zəruri edən şərtlər idi. Bu məqsədlə çoxillik
təcrübəyə və ixtisaslı kadrlara malik olan Culfa gömrükxanasının
əməkdaşları yeni yaradılmış Sədərək gömrükxanasının təşkilinə cəlb edildi.
Bu tədbirlərin davamı olaraq, 1992-ci il oktyabr ayının 22-də Şahtaxtı
gömrük postu yaradıldı. İİR hökuməti ilə aparılan danışıqların nəticəsi
olaraq dekabr ayının 3-də Şahtaxtı-Poldəşt keçid məntəqəsi fəaliyyətə
başladı.
Türkiyənin Naxçıvanla yaxın bölgələrinə səfəri zamanı Ulu öndər
Heydər Əliyev sərhəd mühafizəsi və gömrük əməkdaşları ilə qısa müddətli
Dostları ilə paylaş: |