Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
46
sərhədindən keçirilərkən müvafiq gömrük rejimlərindən səmərəli istifadəni
təmin edir;
– malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının
gömrük sərhədindən keçirilməsinə dair qaydaların işlənib hazırlanmasını
təşkil və onların icrasını təmin edir;
– malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin
həyata keçirilməsini təşkil edir, onun təkmilləşdirilməsi və sadələşdirilməsi
üçün tədbirlər görür;
– malların baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlarının
(şəhadətnamələrinin) yoxlanılmasını, sərhəddə həmin mallar üzərində bay-
tarlıq, fitosanitar, sanitariya nəzarətini həyata keçirir;
– ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi
qeydə alınan qonşu ölkələrdən Azərbaycan Respublikasının ərazisinə keçən
nəqliyyat vasitələrini baytarlıq qanunvericiliyində müəyyən edilmiş qaydada
və müddətdə məcburi dezinfeksiya edir;
– başqa ölkələrdən gətirilən heyvanların sağlamlığını müəyyən-
ləşdirmək üçün onların təcrid olunmuş halda saxlanılmasının təmin edilməsi
məqsədi ilə müvafiq ərazi dövlət baytarlıq müfəttişliyinə məlumat verir;
– müstəqil surətdə, yaxud zəruri olduqda digər hüquq-mühafizə
orqanları cəlb edilməklə gömrük nəzarəti zonası rejiminə riayət olunmasına
nəzarəti təmin edir, gömrüyün infrastruktur obyektlərinin mühafizə siste-
mini təşkil edir, Azərbaycan Respublikasının gömrük sərhədinin qorunması
məqsədi ilə digər tədbirlər də həyata keçirir;
– icrasına nəzarət Azərbaycan Respublikasının gömrük orqanlarına
həvalə olunmuş gömrük işi üzrə və digər qanunvericilik aktlarına əməl
olunmasını təmin edən tədbirlər sistemini hazırlayır və həyata keçirir;
– rezident və qeyri-rezidentlər tərəfindən milli və xarici valyutanın,
eləcə də digər valyuta sərvətlərinin müvafiq qanunvericiliyə uyğun olaraq
Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə, habelə
Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə nəzərdə tutulmuş digər
hallarda valyuta nəzarətini həyata keçirir;
– qaçaqmalçılığa və gömrük işi sahəsində digər cinayətlərə qarşı
mübarizə aparılmasını təşkil edir. Azərbaycan Respublikasının gömrük
orqanları tərəfindən bu cür cinayətlər üzrə qüvvədə olan qanunvericilik
aktlarına müvafiq olaraq təhqiqat ibtidai istintaq aparılmasını və əməliyyat-
Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
47
axtarış fəaliyyəti həyata keçirilməsini təmin edir;
– gömrük qaydalarının pozulmasına və Azərbaycan Respublikasının
gömrük orqanlarının nominal fəaliyyətinə qəsd edən inzibati xətalara qarşı
mübarizəni təşkil edir;
– narkotik vasitələrin və psixotrop maddələrin, silahların, Azərbaycan
xalqının və xarici ölkə xalqlarının bədii, tarixi və arxeoloji sərvətləri olan
əşyaların, intellektual mülkiyyət obyektlərinin, habelə digər malların
gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq məqsədi ilə
tədbirlər sistemi hazırlayır və həyata keçirir;
– Azərbaycan Respublikasının dəmir yolu vağzallarında, hava və
dəniz limanlarında beynəlxalq nəqliyyat vasitələrinin fəaliyyətinə qanunsuz
müdaxilənin qarşısının alınmasında və beynəlxalq terrorçuluqla mübarizədə
Azərbaycan Respublikası hüquq-mühafizə orqanlarına köməklik göstərir;
– Azərbaycan Respublikasının gömrük orqanlarının vəzifəli şəxsləri
tərəfindən qaçaqmalçılıq və gömrük işi sahəsində digər cinayətlər, gömrük
qaydalarının pozulması işləri və Azərbaycan Respublikasının gömrük
orqanlarının normal fəaliyyətinə qəsd edən inzibati xətalar haqqında işlər
üzrə icraat zamanı, habelə əməliyyat-axtarış tədbirləri həyata keçirilərkən
qanunçuluğa əməl olunmasına nəzarəti həyata keçirir;
– Azərbaycan Respublikasının xarici ticarətinin gömrük və xüsusi
gömrük statistikasının aparılmasını təşkil edir;
– müəyyən olunmuş qaydada gömrük statistikasına dair və digər
gömrük işinə aid məlumatları Azərbaycan Respublikasının Prezidentinə,
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və digər mərkəzi icra
hakimiyyəti orqanlarına (onların fəaliyyətinə dair məsələlər üzrə) təqdim
edir;
– öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet
saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən
edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləş-
dirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin edir;
– gömrük işi həyata keçirilərkən fiziki şəxslərin və təsərrüfat
subyektlərinin hüquq və mənafelərinin müdafiəsi üzrə tədbirlər görür;
– Azərbaycan Respublikası gömrük orqanlarının və onların vəzifəli
şəxslərinin qərarlarından (o cümlədən normativ aktlarından), hərəkət və
hərəkətsizliyindən şikayət etmə üzrə fiziki və hüquqi şəxslərin hüquqlarının
Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
48
reallaşdırılması üçün şərait yaradır;
– şikayətlərə və müraciətlərə vaxtında və tam baxılmasını təmin edir;
fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin pozulmasını
yaradan səbəblərin aradan qaldırılması üçün tədbirlər görür;
– öz səlahiyyətləri daxilində gömrük işi üzrə mühüm hüquqi aktların
nəşrini təmin edir;
– Azərbaycan Respublikasında gömrük işinin inkişafı və vəziyyətinə
dair məlumat-izahat işləri aparır, bu məqsədlə kütləvi informasiya vasitə-
lərindən və digər təbliğat vasitələrindən istifadə edir;
– konkret mallarla və ya təsərrüfat əməliyyatları ilə əlaqədar gömrük
işi haqqında qanunvericilik aktlarının tətbiqi məsələləri üzrə öz qərarlarının
qəbulu və fəaliyyət göstərməsini təmin edir;
– Azərbaycan Respublikasında gömrük işi haqqında qanunvericiliyin
tətbiqi təcrübəsini ümumiləşdirir və təhlil edir;
– gömrük işi məsələləri ilə məşğul olan beynəlxalq təşkilatların işində
iştirak edir; Azərbaycan Respublikasının gömrük işinə dair beynəlxalq
öhdəliklərinin yerinə yetirilməsini təmin edir;
– xarici dövlətlərin gömrük və digər səlahiyyətli orqanları ilə əmək-
daşlığı və qarşılıqlı fəaliyyəti həyata keçirir;
– gömrük işi sahəsində elmi-tədqiqat işlərinin aparılmasını təşkil edir;
– xarici dövlətlərin gömrük siyasətini və bu dövlətlərdə gömrük işinin
vəziyyətini öyrənir və təhlil edir;
– müvafiq sahədə kadr hazırlığını təmin edir, həmçinin mütəxəssis-
lərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görür;
– gömrük idarələri, gömrükxanalar, gömrük postları, gömrük laborato-
riyaları, elmi-tədqiqat və tədris müəssisələri, hesablama mərkəzləri yaradır
və ləğv edir;
– Azərbaycan Respublikası gömrük orqanlarının vahid avtomatlaşdı-
rılmış məlumat sisteminin yaradılmasını, fəaliyyət göstərməsini və təkmil-
ləşdirilməsini təmin edir;
– Azərbaycan Respublikasında gömrük işinin inkişafı üzrə həyata
keçirilən tədbirləri maliyyələşdirir;
– müəyyən olunmuş qaydada Azərbaycan Respublikası gömrük siste-
minin büdcədənkənar inkişaf Fondunu idarə edir və onun üzərində sərəncam
verir;
Dostları ilə paylaş: |