Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
36
vurulmuşdu. 1994-cü ildə idxal-ixrac rüsumlarının həcmi 9,5 mlrd. manat,
gömrük ödənişləri cəmi 318 min ABŞ dolları təşkil etmişdi. Təəssüf ki,
müstəqilliyin ilk illərində gömrük orqanlarının fəaliyyəti belə qeyri-sağlam
əsaslar üzərində qurulmuşdu [6, 1995, 19 yanvar; 5, 176-192].
Kənd təsərrüfatı istehsalındakı tənəzzül və durğunluq halları səbə-
bindən daxili bazarda ərzaq mallarına kəskin olan tələbatı yaranmışdı. Bu
vəziyyət idxal edilən ərzaq məhsullarının miqdarının artmasına səbəb
olurdu. Yeyinti məhsullarının istehsal həcmində kəskin azalma baş verdi,
ölkəyə xaricdən keyfiyyətsiz ərzaq məhsullarının idxalı artdı. Bunu həmin
illərin gömrük sənədləri və hesabatlar da təsdiq edir. İnsan orqanizmində
müxtəlif fəsadlar yaradan keyfiyyətsiz ərzaq məhsullarının gətirilməsinin
qarşısının alınması, normal gömrük ekspertizasının aparılması üçün zəruri
texniki avadanlıq və cihazlar yox dərəcəsində idi.
Nazirlər Kabinetinin 1994-cü il 18 fevral tarixli 69 nömrəli qərarı ilə
“Gömrük Tarif Şurası”nın Əsasnaməsi təsdiq edildi. Sənədin 1-ci
maddəsində göstərilirdi: “Azərbaycan Dövlət Gömrük Komitəsi nəzdində
Gömrük tarif Şurası Azərbaycan Respublikasının mənafeyinə uyğun çevik
gömrük siyasətinin hazırlanması, gömrük tarifi məsələlərinin tənzimlən-
məsi, dünya bazar konyunkturasına və daxili iqtisadi vəziyyətə uyğun
gömrük rüsumlarının və digər göstəricilərin vaxtlı-vaxtında müəyyən
edilməsi və lazım olan hallarda onların dəyişdirilməsinə, habelə idxal və
ixrac siyasətində daxili bazarın mənafeyini qoruyan tədbirlərin işlənib
hazırlanması məqsədilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qərarı ilə yaradılır”. Şuranın qəbul etdiyi qərarların icrasını Gömrük
Komitəsi həyata keçirirdi. Gömrük tarif Şurasının əsas funksiyaları aşağı-
dakılar idi: 1) Azərbaycan Respublikasının mənafeyi baxımından gömrük
siyasətini işləyib hazırlamaq; 2) gömrük tariflərinin gömrük işinin beynəl-
xalq normalarına və prinsiplərinə uyğun müəyyən edilməsi barədə təkliflər
vermək; 3) idxal və ixrac siyasətində respublikanın daxili bazarının məna-
feyini qoruyan tədbirlər işləyib hazırlamaq; 4) gömrük rüsumlarının həcmini
müəyyən etmək, dəyişdirmək və ya ləğv etmək, gömrük imtiyazları və
güzəştləri tətbiq etmək, eləcə də, Azərbaycan Respublikası gömrük-tarif
nomenklaturunun dəyişdirilməsinə dair təkliflər hazırlayıb Nazirlər Kabine-
tinə təqdim etmək. Əsasnaməyə görə, Gömrük Tarif Şurasına gömrük
siyasətinə və tarif məsələlərinə aid qanun layihələrinin hazırlanmasında
Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
37
iştirak etmək, gömrük rüsumu tətbiq olunması haqqında məsələ qaldırmaq
səlahiyyəti verilirdi [12, 52-54 ].
Azərbaycan Gömrük Təşkilatının gücləndirilməsi gömrük xidmətində
struktur islahatlarının aparılması və kadr potensialının yeniləşdirilməsini
tələb edirdi. Ulu öndər Heydər Əliyevin gömrük işi ilə bağlı keçirilən 1995-
ci ilin yanvar müşavirəsindəki proqram xarakterli nitqində söylədiyi tövsiyə
və göstərişlər respublikada gömrük xidmətinin yenidən qurulması və
inkişafının əsas istiqamətlərini və prinsiplərini müəyyən etdi. Heydər Əliyev
həmin müşavirədəki yekun sözündə demişdi: “Ona görə də bu müzakirədən
çıxarılan əsas nəticə budur ki, biz Azərbaycanda gömrük orqanlarının işini
kökündən dəyişdirməliyik, sağlam əsaslar üzərində qurmalıyıq. Həqiqi
gömrük orqanları qurulmalıdır. Bu bizim bugünkü dövrümüz və müstəqil
Azərbaycanın gələcəyi üçün ən zəruri vəzifələrdən biridir. Elə bir gömrük
orqanı yaratmalıyıq ki, o, xarici iqtisadi əlaqələrimizdə öz yerini tutsun,
iqtisadiyyatımızın inkişafına xidmət etsin, xarici əlaqələrdə, bütün başqa
əlaqələrdə müstəqil Azərbaycanın nüfuzunu təmin etsin...” [120,1995, 11
yanvar, №7 (1024)].
Ulu öndərin qeyd etdiyi kimi, ilk dəfə idi ki, gömrük xidməti haqqında
belə geniş müzakirə aparılırdı [100, 164-181; 147, 164-165; 146, 42-46].
Müstəqillik dövründə Azərbaycan Respublikasının milli iqtisadiyyatın
inkişaf xüsusiyyətlərinin nəzərə alındığı və gömrük işi sahəsində bir-birini
tamamlayan əsas vəzifələr bunlar idi:
– gömrük sərhədinin tam qurulması və maddi-texniki təchizatı,
gömrük sərhədindən keçirilən yüklərin qeydiyyatının təkmilləşdirilməsi;
– gömrük qanunvericiliyi pozuntularının qarşısının alınması, başqa
hüquq-mühafizə orqanları ilə birlikdə qaçaqmalçılıq hallarının qarşısının
alınması və respublikanın gömrük ərazisi vasitəsilə onların qeyri-qanuni
keçirilməsinə yol verilməməsi;
– gömrük ödənişləri texnologiyasının təkmilləşməsi və onların büd-
cəyə daxil olmasına nəzarət, valyuta nəzarətinin gücləndirilməsi;
– gömrük sənədlərinin beynəlxalq tələblərə uyğunlaşdırılması, göm-
rük proseduralarının sadələşdirilməsi və rəsmiləşdirmə müddətinin qısal-
dılması, təhvil vermə üsulundan asılı olmayaraq bütün malların gömrük
rəsmiləşdirilməsinin təmin olunması, yüklər və yük göndərənlər haqqında
ilkin məlumatların əldə edilməsi;
Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
38
– gömrük nəzarətində müasir texnologiyaların tətbiqi;
– tarifdənkənar tənzimləmə tədbirlərinə nəzarət texnologiyasının tək-
milləşdirilməsi, tarif üsulları kompleksində effektivliyin təhlili üzrə təklif-
lərin hazırlanması;
– boru kəməri nəqliyyatı və elektrik enerjisi ötürücü xətləri ilə keçi-
rilən mallara gömrük nəzarətinin təşkili, əqli mülkiyyət obyektlərinin bir
yerdən başqa yerə keçməsinə nəzarətin təşkilati-hüquqi şərtlərinin yaradıl-
ması;
– məlumatların düzgünlüyünün və keyfiyyətinin artırılması üzrə işlə-
rin sistemləşdirilməsi və bu əsasda gömrük xidmətinin və onun struktur
bölmələrinin işinin təhlili və s.
Heydər Əliyev göstərirdi ki, xarici ölkələrlə mal mübadiləsindən alı-
nan vəsaitin miqdarı nə qədər artıq olarsa, bu, həm maliyyə vəziyyətimizə,
həm də ümumən iqtisadiyyatımıza kömək edər: “Ona görə də gömrük
bizdən ötrü böyük vasitədir” [120, 1995, 11 yanvar, № 7(1024)].
Heydər Əliyev bu strateji vəzifələri həyata keçirmək məqsədi ilə
gömrük strukturunun daha da inkişaf etdirilməsi, onun hüquqi və maddi-
texniki bazasının möhkəmləndirilməsi, fəaliyyət mexanizminin təkmil-
ləşdirilməsi haqqında bir sıra hüquqi sənədlər imzaladı. Təbii ki, keçmiş
SSRİ-nin gömrük qanunvericiliyi əsasında fəaliyyət göstərən, xidməti
strukturlarında dövlət mənafeyinin pozulması və korrupsiya hallarının kök
saldığı gömrük təşkilatının işində əsaslı dönüş yaradılması tələb olunurdu.
Məhz 1995-ci ildən başlayaraq gömrük orqanlarının fəaliyyətində əsaslı
dəyişikliklər baş verdi. Heydər Əliyevin gündəlik qayğısı ilə əhatə olunan
gömrük sistemi əslində yenidən quruldu. Hər yerdə möhkəm qayda-qanun,
ciddi nizam-intizam yaradılması, ədalətin bərqərar edilməsi istiqamətində
müsbət addımlar atıldı. Sənədlərin məzmunu və xronoloji çərçivəsi
Ümummilli liderin milli gömrük quruculuğu məsələlərinə hərtərəfli diqqət
və qayğı göstərdiyini sübut edir.
Heydər Əliyev respublikanın siyasi-iqtisadi həyatında mühüm rol
oynayan tədbirlərdəki çıxış və nitqlərində digər dövlət strukturları ilə yanaşı
ölkənin iqtisadi inkişafında gömrük orqanlarının xüsusi yeri olduğunu
dəfələrlə qeyd etmiş, ölkənin xarici iqtisadi əlaqələrinin möhkəmlənməsi və
idxal-ixrac əməliyyatlarının tənzimlənməsində gömrük xidmətinin üzərinə
düşən vəzifələrin həlli yollarını göstərmişdir. O, Azərbaycan gömrük orqan-
Dostları ilə paylaş: |