Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
24
da” 1994-cü il 23 iyun tarixli 247 nömrəli Qərarında qeyd olunurdu ki, bu
növ xammalın ixracının qadağan olunmasına baxmayaraq, əvvəlki illərdə
ölkədən kənara aparılmasının qarşısı alınmamışdır. İxracı qadağan olunan-
dan sonra 1992-ci il və 1993-cü ilin yeddi ayı ərzində ölkədən kənara
358114,7 min ABŞ dolları dəyərində 346294 ədəd qoyun-quzu dərisi və
191,5 ton mal-qara gönü göndərilmişdi. Xarici İqtisadi Əlaqələr Nazirliyi bu
müddət ərzində gön-dəri xammalının ixracı üçün 42 təşkilata 68 ədəd
lisenziya vermişdi. Digər tərəfdən, gön-dəri xammalı təkrar ixrac kimi
göstərilərək, gömrük rəsmiləşdirilməsində ciddi nöqsanlara yol verilmişdi
[12, 293-294].
Uzaq xarici dövlətlərlə ticarətində İran başlıca yer tuturdu. Lakin digər
uzaq xarici dövlətlərlə ticarətdə ölkəmiz mənfi saldoya malik olmuşdur.
1992 və 1993-cü illərdə həmin dövlətlər qrupu üzrə idxal mallarının 26 faizi
Türkiyədən daxil olmuşdu. 1993-cü ildə xarici ticarət əməliyyatları əsasən
sərt mərkəzləşdirilmiş qaydada aparılsa da, “yumşalma” meylləri də hiss
edilməkdə idi. Məsələn, ixracın 60-70 faizini təşkil edən və yalnız tətbiq
edilən kvotalar əsasında ixrac edilən strateji malların siyahısına daxil edilən
mallar 36-dan 17-yə qədər azaldılmışdı. Bu siyahıya neft, neft kimyası
məhsulları, filiz, dəmir, əlvan metallar, alüminium, kağız, tikinti materialları
və s. mallar daxil edilmişdi. ixrac edilən mallardan əldə edilən valyuta
gəlirlərinin dövlət büdcəsinə köçürülməsini təmin etmək üçün 1993-cü ili
noyabrın 1-dən ixrac mallarının dəyərinin öncədən ödənilməsi və ya
akkreditasiya qaydası tətbiq edilsə də, 1994-cü ilin aprelindən bu qaydanın
tətbiqi dayandırıldı. 1991-1993-cü illərdə Azərbaycanın xarici ticarət əlaqə-
lərinin mövcud vəziyyətini aşağıdakı cədvəldən təhlil etmək mümkündür:
Cədvəl 1.
1991-1993-cü illərdə Azərbaycanın xarici ticarətinin mal qrupları
üzrə strukturu (mln. manatla)
İllər Postsovet
respublikalarına
Uzaq xarici
ölkələrə
Bütün
dövlətlərə
(cəmi)
I. İxrac
1991-ci il:
1146 50,7
1196,7
Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
25
- sənaye malları
1119 45,1
1164,1
- kənd təsərrüfatı malları 27
1,4 28,4
- kütləvi tələbat malları -
4,2 4,2
1992-ci il: 10217
754,1
10971,1
- sənaye malları
8040 711,3
8751,3
- kənd təsərrüfatı malları
1191 7,5
1198,5
- kütləvi tələbat malları
987 35,3
1022,3
1993-cü il: 34197
350,6
34547,6
- sənaye malları 26872
337,7
34547,6
- kənd təsərrüfatı malları
2976 4,4
27208,7
- kütləvi tələbat malları
4351 8,5
4358,5
II. İdxal
1991-ci il:
884 119,3
1003,3
- sənaye malları
875 54,2
929,2
- kənd təsərrüfatı malları 8
49,5 57,5
- kütləvi tələbat malları 1
15,6
16,6
1992-ci il: 8503
332,5
8835,5
- sənaye malları
7340 143,7
7483,7
- kənd təsərrüfatı
567 126,3
693,3
- kütləvi tələbat malları 595
62,5
657,5
1993-cü il: 28264
241,0
28505,0
- sənaye malları
22590 124,6
22714,6
- kənd təsərrüfatı malları 5032
78,5 5110,5
- kütləvi tələbat malları
641 38,0
679,0
III. Ümumi ticarət
dövriyyəsi
1991-ci il:
2030 170
2200
- sənaye malları
1994 99,3
2093,3
- kənd təsərrüfatı malları
35 50,9
85,9
- kütləvi tələbat malları
1 19,8
20,8
1992-ci il:
18720 1086,6
19806,6
- sənaye malları
15380 765
16145
- kənd təsərrüfatı malları
1758 131,8
1889,8
- kütləvi tələbat malları
1582 97,8
1679,8
Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
26
1993-cü il:
62461 591,7
63052,6
- sənaye malları
49462 462,3
49924,3
- kənd təsərrüfatı malları
8008 82,9
8090,9
- kütləvi tələbat malları
4992 46,5
5038
Cədvəldən göründüyü kimi, Azərbaycanın ümumi ticarət dövriyyəsi
1993-cü ildə 1992-ci ilə nisbətən 3,2 dəfə, 1991-ci ildə isə 28,7 dəfə
artmışdı. 1993-cü ildə keçmiş sovet respublikaları ilə ticarət əlaqələrinin
həcmi ümumi ticarət dövriyyəsinin 99 faizindən çox olması uzaq xarici
dövlətlərlə iqtisadi əlaqələrin hələ zəif olduğunu sübut edirdi.
1993-cü ildə Azərbaycan Respublikasının keçmiş SSRİ-yə daxil olan
respublikalarla ticarət əlaqələrində ixracın 50, idxalın 40 faizi Rusiya
Federasiyasının payına düşürdü. Qonşu respublika ilə ticarət dövriyyəsində
müsbət saldo 5, 2 mlrd. manat təşkil etmişdi. Türkmənistanla ticarət dövriy-
yəsinin artması əslində türkmən qazının dünya qiyməti ilə idxal edilməsi və
Azərbaycandan bu ölkəyə ixracın həmin nisbət əsasında ikitərəfli mübadilə
hesabına həyata keçirilməsi idi. Ukrayna ilə iqtisadi əlaqələr bu ölkədə
istehsalın azalması və hesablaşmada yaranan problemlərlə əlaqədar olaraq
kəskin surətdə azalmışdı. Düzdür, bir il ərzində Azərbaycandan Özbəkistana
685,7 mln. manat, Özbəkistandan Azərbaycana isə 738,5 mln. manat sənaye
məhsulları göndərilsə də, iki dövlət arasında 1993-cü il avqustun 17-də
Daşkənddə imzalanmış ticarət-iqtisadi əməkdaşlıq prinsipləri haqqında
Sazişin tələblərinə uyğun deyildi [27, 1-3].
Azərbaycanın xarici iqtisadi əlaqələrinə aşağıdakı amillər mənfi təsir
edirdi:
- qanunverici bazanın qeyri-sabitliyi;
- dövlət qurumlarında hökm sürən cinayətkarlıq və korrupsiya;
- yüksək gömrük rüsumları və gömrük nəzarəti orqanlarının infras-
trukturunun geriliyi;
- biznes üzrə tərəfdaşların etibarlı olmamasına görə ixrac üzrə maliyyə
vəsaitlərinin vaxtında ödənməməsi;
- dövlətin qeyri-qənaətbəxş və zəif sığorta təminatı;
- mal və xidmət bazarlarının inhisara alınması, xarici bazarlara aid
informasiyanın azlığı, milli valyutanın dəyərdən düşməsi.