Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
15
İlham Əliyev iqtisadi inkişaf strategiyasının reallaşmasına yeni sosial-
siyasi və iqtisadi meyllər, fəaliyyət qaydaları, idarəçilik prinsipləri gətirdi.
Azərbaycan Respublikasının investisiya imkanlarının yuxarı olması onun
iqtisadi artımında əsas meyllərdən biri oldu. ÜDM-nin artım tempində
respublikamız təkcə MDB üzvü dövlətləri sırasında deyil, dünyada bu
göstərici üzrə liderlik etməyə başladı. İlham Əliyevin prezidentliyinin ilk
beş ilində ÜDM istehsalı 3,1 mlrd. manatdan 31,5 mlrd. manat səviyyəsinə
yüksəldi. Dövlət büdcəsinin gəlirləri 2002-ci ildəki 931,8 mln. Manatdan
2008-ci ildə 10,5 mlrd. manata çatdı, iqtisadiyyatın qeyri-dövlət bölməsi 65
faizdən 84 faizə, xarici ticarət dövriyyəsinin artımı 4,1 dəfə, ixrac isə 6,9
dəfə artmış, valyuta ehtiyatları 4-5 mln. ABŞ dollarından 14 mlrd. ABŞ
dollarına qədər yüksəldi. 2012-ci il müstəqillik illərində xarici sərmayə-
çilərin ölkəmizdə ən yüksək fəallığı ilə xarakterizə olundu. Ölkə iqtisadiy-
yatına yönəldilmiş xarici investisiyaların həcmi əvvəlki ilə nisbətən 18,9
faiz artaraq 10,3 mlrd. ABŞ dollarına çatdı. Ölkə iqtisadiyyatına birbaşa
investisiyaların həcmi 5,4 mlrd. dollar təşkil edərək 2011-ci illə müqayisədə
25,4 faiz artmış, onun 4,3 mlrd. dolları və ya 79,7 faizi iqtisadiyyatın neft-
qaz sektoruna yönəldildi. Bütövlükdə 2004-2012-ci illər ərzində Azərbaycan
iqtisadiyyatına 60,7 mlrd. dollar həcmində xarici sərmayə yönəldildi. Bu
gün Cənubi Qafqazın insan resurslarının təxminən 60 faizi, yanacaq-enerji
və maliyyə resurslarının 90 faizi, iqtisadi potensialının isə 75-80 faizi
Azərbaycanın payına düşür.
2013-cü il oktyabrın 31-də Bakıda keçirilən Üçüncü Beynəlxalq
Humanitar Forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
iqtisadiyyatın son 10 il ərzində 3,4 dəfə artdığını dünya rekordu kimi
qiymətləndirməklə yanaşı xüsusilə qeyd etmişdir ki, “... bu islahatların
aparılması bir çox hallarda insanların yaşayış səviyyəsinə mənfi təsir
göstərə bilərdi. Ancaq bizim siyasətimiz və ciddi sosial siyasət ona gətirib
çıxardı ki, sürətli iqtisadi inkişaf, eyni zamanda, insanların rifah halına
da müsbət təsir göstərmişdir” (“Azərbaycan” qəz ., 1 noyabr, 2013-cü il).
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı-Tbilisi-
Qars dəmiryolu layihəsinin müəllifi və reallaşmasının təşəbbüskarından
biridir. Avropa ölkələrini Asiya ölkələri ilə birləşdirən bu dəmir yolu xət-
tinin işə salınması qitələr arası yük və sərnişin daşımalarının artımına
mühüm təsiri olacaqdır. Bu nəqliyyat dəhlizinin reallaşması Pekindən
Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
16
Londona qədər iki qitə arasında əlaqə yaradacaq, onlarca dövlət bu tranzit
xətdən istifadə edəcəkdir. Ekspert hesablamalarına görə, 2030-cu ildə dəmir
yolu ilə bu istiqamətdə 3 milyon nəfər sərnişin, 30 milyon ton yükün
daşınacağı ehtimal edilir. 2014-cü ildə ölkə iqtisadiyyatına 27 milyard dollar
investisiya yönəldildi ki, bunun 11 milyardı məhz xarici sərmayə olmuşdur.
Bu gün Azərbaycanın nail olduğu iqtisadi müstəqillik, daim artmaqda olan
valyuta ehtiyatları, uğurla inkişaf edən xarici iqtisadi-ticarət əlaqələr sosial-
iqtisadi tərəqqini daha da sürətləndirir. İqtisadi təhlükəsizliyin qorunma-
sında müstəqil Azərbaycan Respublikasının gömrük xidmətinin rolu artır.
Bütün bunlar Azərbaycan Respublikasının gömrük siyasətinin davamlı
olaraq təkmilləşdirilməsi və gömrük işinin müasir tələblər səviyyəsində
qurulmasının mühüm əhəmiyyət daşıdığını bir daha təsdiq edir.
Bir sözlə, Azərbaycan Respublikasında davamlı iqtisadi inkişafının
həyata keçirilməsində mühüm yer tutan milli gömrük xidməti tarixi
hadisələrlə zəngin bir dövr yaşamışdır. Bu baxımdan, təqdim edilən mono-
qrafiyada gömrük tariximizin elmi cəhətdən araşdırılması Azərbaycan
təcrübəsinin gələcək nəsillərə doğru-düzgün çatdırılmasına xidmət edəcək-
dir. İnanırıq ki, “Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində (XX-XXI
əsrin başlanğıcı)” monoqrafiyası oxucular tərəfindən maraqla qarşılanacaq
və bu sahədəki “boşluğu” aradan qaldıracaq.
Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
17
I FƏSİL. AZƏRBAYCAN RESPUBLİKASINDA
MİLLİ GÖMRÜK İDARƏÇİLİYİNİN TƏŞKİLİ
1.1. Müstəqilliyin ilk illərində xarici iqtisadi-ticarət
əlaqələrində gerilik
İyirminci yüzilliyin 80-ci illərinin sonu 90-cı illərin əvvəlində bəşəriy-
yətin inkişafının obyektiv nəticəsi kimi sosializm sisteminin böhrana
uğraması, sovet imperiyasının dağılması yeni müstəqil dövlətlərin yaran-
masına səbəb oldu. Bu tarixi imkandan maksimum yararlanmaq üçün hər bir
dövlət siyasi müstəqilliyinin qarantı ola biləcək güclü iqtisadiyyat qurmalı
idi. Lakin müstəqilliyinin ilk dövrlərini daha ağır yaşayan ölkələr sırasında
Azərbaycan Respublikası da var idi. 1970-1980-ci illərdə iqtisadi inkişafın
sürətinə görə fərqlənən ölkə iqtisadiyyatı cəmi bir neçə il ərzində ağır
böhrana düçar oldu.
Dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının
qarşısında aşağıdakı vəzifələr dururdu:
– milli dövlətçilik prinsiplərini möhkəmləndirilməsi;
– demokratik, hüquqi və dünyəvi bir cəmiyyət yaradılması;
– ölkənin ərazi bütövlüyünü təmin edilməsi;
– suveren ölkənin həyati tələblərinə cavab verən zəruri-iqtisadi sosial
islahatlar, dəyişikliklər aparılması;
– uğurlu və tarazlı daxili-xarici siyasət xəttini düşünülmüş ardıcıl
mərhələlər həyata keçirmək;
– əhalinin həyat səviyyəsini tədricən yaxşılaşdırılması;
– beynəlxalq iqtisadi inteqrasiya və qloballaşma proseslərindən ölkə-
nin milli maraqlarına uyğun surətdə faydalanmaq.
Bu vəzifələr siyasi-ictimai, iqtisadi-sosial, mənəvi-əxlaqi sahələri