Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
21
Ölkədə ərzaq və sənaye malları qiymətlərinin orta illik artımı 14-18 dəfə
yüksəlmişdi. Bir sözlə, ölkədə yeridilən naşı büdcə-vergi, pul-kredit,
qiymət-tarif siyasəti iqtisadi cəhətdən qeyri-sabit vəziyyətin güclü amilinə
çevrilmişdi. Bütün bu amillər SSRİ dağıldıqdan sonra Azərbaycanın yeni,
bazar münasibətlərinə əsaslanan iqtisadi sistemə daxil olmasına və beynəl-
xalq iqtisadi inteqrasiyada fəal iştirak etməsinə əngəl törədirdi. İqtisadi
həyat və təsərrüfatçılıq sahəsində mövcud özbaşınalıq sosial-iqtisadi vəziy-
yətə mənfi təsir göstərməklə bərabər, xarici iqtisadi əlaqələrin düzgün
təşkilinə də mane olurdu.
Bir sıra obyektiv və subyektiv amillərin təsiri nəticəsində xarici
iqtisadi-ticarət əlaqələrində tarazlıq pozulmuşdu. Ölkənin zorla müharibəyə
cəlb edilməsi, hərbi-siyasi vəziyyətin mürəkkəbliyi, ənənəvi satış bazar-
larının itirilməsi, ölkələr arası bank əməliyyatlarının aparılmasında çətinlik-
lər xarici iqtisadi əlaqələrin zəifləməsinə gətirib çıxarmışdı. Birinci mərhə-
lədə, Azərbaycanın əvvəlki təsərrüfatçılıq sistemindəki keçmiş ittifaq
respublikaları ilə geniş əlaqələri qırıldı. Respublikanın xarici iqtisadi fəaliy-
yətində yaranan mənfi meylər konkret olaraq aşağıdakılar idi: 1) istehsalın
real səviyyəsinin aşağı düşməsi ilə xarici ticarət dövriyyəsinin zəifləməsi; 2)
respublikada istehsal olunan məhsulların reallaşdırıldığı ittifaq bazarının
itirilməsi və MDB ölkələri ilə ticarət dövriyyəsində ixracın üstünlük təşkil
etməsi; 3) yerli məhsulların dünya bazarında rəqabət qabiliyyətinin xeyli
aşağı olması və s.
Müstəqil Azərbaycan Respublikasında bazar münasibətləri sisteminə
keçidin ilk illərində keçmiş inzibati amirlik sisteminə xas olan məcburi
iqtisadi əlaqələrin pozulması, beynəlxalq hüquq normalarına zidd olan “mili
separatçılığı” qızışdıran maraqlı qüvvələrin köməyi ilə süni yaradılan
Qarabağ probleminin gündəmə gətirilməsi, siyasi-ictimai həyatdakı ziddiy-
yətli qarşıdurmalar, bəzi dövlətlərin Cənubi Qafqaz bölgəsində bir-biri ilə
uyuşmayan mürəkkəb xarakterli mənafeləri, müxtəlif ictimai hərəkat və
partiya təşkilatı liderlərinin obyektiv, yaxud subyektiv səbəblərlə bağlı yol
verdikləri səhvlər yeni cəmiyyət quruculuğu prosesini xeyli çətinləşdir-
mişdi.
Düzdür, 1992-1993-cü illərdə həm keçmiş ittifaq respublikaları, həm
də başqa xarici ölkələrlə iqtisadi əlaqələr inkişaf edirdi. Lakin bu əlaqələrdə
əvvəlki dövrün təsiri hiss olunurdu. Əslində ötən onilliklər ərzində
Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
22
yaradılmış sənaye potensialı iqtisadi əməkdaşlığın davam və inkişaf etdiril-
məsində baza rolunu oynaya bilərdi. Məsələn, 1992-ci ildə Azərbaycanla
keçmiş ittifaq respublikaları arasında ticarət dövriyyəsinin həcmi 187,2
mlrd. rubl təşkil etmişdi ki, bunun 60 faizindən çoxu ixracın payına düşür-
dü. Daxili bazar isə xarici təsirlərdən demək olar ki, mühafizə olunmurdu.
Məhz bu amillərin təsiri ilə uzaq xariclə ticarət əlaqələri üstünlük təşkil etsə
də respublikadan ixrac olunan məhsulların çeşidi çox məhdud idi. Azərbay-
can Respublikası xarici bazarda ucuz xammal ixracatçısı mövqeyində idi.
Bu dövrdə xarici ticarət əlaqələrini səciyyələndirən bir əlamət də barter
sövdələşmələrindən geniş istifadə olunması idi. Milli valyutanın dönərli
olmaması səbəbindən bəzi xarici iqtisadi fəaliyyət iştirakçıları dövlətin
iqtisadi maraqlarına ziyan vuran sövdələşmələrə gedirdi. İlk dəfə olaraq,
belə sövdələşmələr neft və pambığın xammalının satışı üzrə aparılmışdı.
İdxal olunan məhsullar içərisində əsas yeri ərzaq məhsulları və dərmanlar
tuturdu. İxracın əsasını isə neft məhsulları, pambıq, qara və əlvan metallar
və başqa strateji məhsullar təşkil edirdi. Həm də strateji əhəmiyyətli xammal
və məhsulların əvəzinə ərzaq məhsullarının alınması heç bir ölkənin
təcrübəsində məqbul sayılmırdı [52, 2003, №8, 11; 46, 2003, №3, 40-44].
İqtisadiyyatın transformasiyasının ilkin mərhələsində dünya bazarına
inteqrasiya meyllərinin güclənməsi və xarici iqtisadi fəaliyyətin liberal-
laşdırılması istənilən müəssisəyə dünya bazarına çıxış əldə etmək imkanı
versə də, minlərlə müəssisə, təşkilat, firma və şirkətlər bu işin normal
əsaslar üzərində təşkili, idarə edilməsi və iqtisadi təhlili sahəsində prob-
lemlərlə qarşılaşdı. Külli miqdarda yaradılmış kiçik müəssisələr və səhmdar
cəmiyyətlərinin fəaliyyəti dövlət tərəfindən tənzim olunmur və vergilərə
cəlb edilmirdi. Bəzi dövlət müəssisələri və kommersiya strukturları tərəfin-
dən strateji xammalların və maliyyə vəsaitinin respublikadan kənara aparıl-
ması hallarının çoxalması, xarici iqtisadi əlaqələrdən əldə edilən gəlirlərin
bir hissəsinin geri qaytarılmaması iqtisadiyyata dağıdıcı təsir göstərirdi.
Barter müqavilələri bağlanarkən daha çox şəxsi maraqlara üstünlük
verilir, respublikadan ixrac edilən sərvətlərin müqabilində bahalı minik
avtomobilləri, videotexnika və zinət əşyaları alınıb gətirilirdi. Xaricdən
gətirilən kütləvi istehlak malları, habelə humanitar yardımlar möhtəkirlərin
əlinə keçir və qat-qat baha qiymətə satılırdı. Böyük miqdarda əmtəə
kütləsinin bir qrup şəxslər tərəfindən respublikadan kənara daşınması nəticə-
Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
23
sində istehlak bazarı zəifləyir, digər tərəfdən isə dəyər məzmunu sıfıra
yaxınlaşmaqda olan sovet pulları respublikaya axırdı. Respublikamızın o
zaman vahid rubl məkanında olması, habelə MDB və digər qonşu ölkələrdə
qiymətlərin sərbəst buraxılması nəticəsində ölkənin özü üçün zəruri olan
məhsul və malların kənara axını təhlükəsi yaranmışdı. Gömrük işçilərinin
rüşvətxorluqla məşğul olması barədə çoxlu siqnallar alınırdı, demək olar ki,
sərhəd buraxılış məntəqələrində xarici ticarət iştirakçılarından rüşvət
alınmamış mal buraxılmırdı.
Ölkə daxilində xarici iqtisadi fəaliyyətin düşünülmüş konsepsiya və
idarəetmə mexanizmi yaradılmadan xarici ticarətin tələsik liberallaşdırılması
əlaqələrdə xaos yaratmış, xoşagəlməz meylləri gücləndirmişdi. Bunun
qarşısını almaq məqsədi ilə 1992-ci il ilin aprelində Nazirlər Kabineti
“Respublikanın daxili bazarının iqtisadi müdafiəsi haqqında” qərar qəbul
etdi. Həmin qərara əsasən yalnız neft və qaz kondensatının, təbii və sıxılmış
qazın, mühərrik və soba yanacağının, kerosin və benzinin, elektrik və istilik
enerjisinin, çörəyin, uşaq qidasının əsas növlərinin, tibbi və təyinatlı
məhsulların və dərman ləvazimatının, xidmətlərin əsas növlərinin qiymət və
tariflərinin tənzimlənməsi nəzərdə tutulurdu.
Dünya təsərrüfat sisteminin və iqtisadi inteqrasiya prosesinin üstün-
lüklərindən və imkanlarından istifadə etmək cəhdləri yox dərəcəsində idi.
Prezidentin səlahiyyətlərini icra edən İ.Qəmbərov tərəfindən imzalanan
“Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa və sabotaja qarşı
mübarizə tədbirləri haqqında” 1992-ci il 2 iyun tarixli fərman yalnız neqa-
tiv faktların sadalandığı arayış təsiri bağışlayırdı: bəzi dövlət müəssisələri və
kommersiya strukturları tərəfindən strateji xammalın və maliyyə vəsaitinin
nəzarətsiz olaraq respublikadan kənara aparılması hallarının çoxalması,
xarici iqtisadi əlaqələrdən əldə edilən gəlirin heç də tam geri qayıtmaması,
barter müqaviləsi zamanı ekvivalentliyə əməl edilməməsi, humanitar yardım
yolu ilə gətirilən malların möhtəkirlərə, kommersiya mağazalarına gedib
çıxması və qat-qat baha satılması və s. [9, 15 iyun 1992, № 11, maddə 420].
1993-cü ildə ixrac mallarının dəyərinin idxaldan üstün olması heç də
müsbət qiymətləndirilə bilməzdi. Milli ixrac tamamilə xammaldan, idxal isə
əsasən ərzaq mallarından ibarət idi. Valyuta tutumlu malların ixracı
sahəsində özbaşınalıq hökm sürürdü. Məsələn, Nazirlər Kabinetinin
“Azərbaycan Respublikasında gön-dəri xammalı ixracının vəziyyəti haqqın-
Dostları ilə paylaş: |