Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
18
əhatə etsə də, lakin bütün cəmiyyətlərin, xüsusilə də planlı sosialist siste-
mindən bazar münasibətlərinə keçən ölkələrin tarixində son nəticə etibarilə
iqtisadi amillər, təsərrüfat həyatı ilə bağlı məsələlər həmişə ön sıraya çıxa-
raq şübhəsiz ümumi tarazlı inkişaf baxımından az əhəmiyyət kəsb etməyən
digər problemlərin həlli gedişinə öz təsirinə göstərmişdi.
Azərbaycan Respublikasının iqtisadi həyatında, istehsal, elm və
texnika, xarici ticarət və kooperasiya, tikinti, nəqliyyat, sığorta, kredit və
digər bank əməliyyatları sahəsində, həmçinin digər müxtəlif xidmətlərin
həyata keçirilməsi də daxil olmaqla, xarici iqtisadi əlaqələr mühüm yer
tutur. Azərbaycan Respublikası yaxın və uzaq xarici ölkələrlə beynəlxalq
əməkdaşlığın dərinləşməsinə özünün xarici siyasətinin əsas istiqamət-
lərindən biri və mühüm vəzifəsi kimi baxır. Respublikamız inkişaf etməkdə
olan digər ölkələr kimi, bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq milli
iqtisadiyyatın struktur cəhətdən təkmilləşdirilməsi ilə yanaşı, dünya
təsərrüfat əlaqələri sisteminə inteqrasiya məsələlərini həll etməyə məcbur
idi. Bütün bunlar isə ölkənin milli maraqlarına müvafiq olaraq daxili və
xarici siyasətinin elmi əsaslara malik strateji xəttinin hazırlanmasını, iqtisadi
inkişaf konsepsiyasının müəyyən edilməsini, ölkənin bütün potensialının
onların reallaşmasına yönəldilməsini tələb edirdi. Çünki dövlətin beynəlxalq
əmək bölgüsündə özünəməxsus yer tutmasının imkan və şərtlərini
müəyyənləşdirmək baxımından xarici ticarət əməliyyatlarının kompleks
şəkildə araşdırılması mühüm əhəmiyyət daşıyırdı.
Müstəqil ölkə kimi Azərbaycan xarici iqtisadi fəaliyyətə 1991-ci ildən
başladı. Bu dövrə qədər bütün iqtisadi siyasət mərkəzi Moskva hökuməti
tərəfindən həyata keçirilirdi. Buna görə də bütün sabiq müttəfiq respub-
likalarda, o cümlədən Azərbaycanda xarici iqtisadi fəaliyyətin uçotu və
statistikası aparılmırdı. Yalnız beş ildən bir Dövlət Statistika İdarəsi tərə-
findən sahələrarası balans hazırlanırdı ki, burada da Azərbaycandan çıxa-
rılan və gətirilən malların göstəriciləri verilirdi. Azərbaycan SSR-in sonuncu
sahələrarası balansı 1987-ci ildə hazırlanmışdı. Həmin ildən etibarən
Beynəlxalq Valyuta Fondu (BVF) nəşriyyatı tərəfindən hər il Azərbaycan
Respublikasının tədiyyə balansı dərc olunurdu. Nazirlər Kabinetinin
“Azərbaycan Respublikasının tədiyyə balansının hazırlanması haqqında”
1994-cü il 9 iyun 1994-cü il tarixli 225 nömrəli Qərarından sonra tədiyyə
balansını Dövlət Statistika Komitəsinin, Dövlət Gömrük Komitəsinin, bank
Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
19
statistikasının və digər nazirlik və təşkilatların məlumatlarına əsasən
Azərbaycan Respublikasının Milli Bankı işləyib hazırlayırdı [44, 1994, 10
iyun; 45, 319-320] .
1990-cı ildə keçmiş SSRİ-nin tərkibinə daxil olan müttəfiq respub-
likalarda istehsal edilən məhsulun 21 faizi mübadilə edilirdi. Bu göstərici
Rusiyada 18, Qazaxıstanda 39,9, Qırğızıstanda 50,2, Özbəkistanda 43,2,
Tacikistanda 41,8, Türkmənistanda 50,7, Azərbaycanda 52,1 faiz səviy-
yəsində idi. Müasir şəraitdə bazar iqtisadiyyatı və ticarət münasibətlərinin
liberallaşdırılması prizmasından yanaşdıqda aydın olur ki, sovet dövründə
respublikalar arasında süni surətdə yaradılmış əmək bölgüsü sxemi digər
göstəricilər baxımından da səmərəli olmamışdır [3,12].
Hesablamalara görə, 1991-ci ildə SSRİ-nin süqutundan sonra
postsovet məkanı ilə iqtisadi əlaqələrin tamamilə dayanması şəraitində
Rusiya istehsal səviyyəsinin 64,5, Azərbaycan - 31, Qazaxıstan - 28,1,
Ukrayna isə yalnız 14,8 faizini qoruyub saxlaya bilərdi. Bir sıra respublika-
larda, o cümlədən Moldova və Ermənistanda iqtisadiyyat tamamilə iflas
etmiş olardı [141, 14].
SSRİ dağıldıqdan sonra müstəqillik əldə edən respublikalar xarici
iqtisadi-ticarət fəaliyyətinin əsas istiqamətlərini, o cümlədən, gömrük,
maliyyə-valyuta siyasətini formalaşdırmağa başladı. Azərbaycan Respubli-
kasının beynəlxalq iqtisadi münasibətlər sistemində yeri və rolunun ümum-
milli mənafelərə uyğunlaşdırılması, ilk növbədə, milli dövlətçiliyin möh-
kəmləndirilməsi, siyasi və milli müstəqilliyi, ərazi bütövlüyü və dövlət
sərhədlərinin toxunulmazlığının təminatı kimi fundamental məsələlər həyata
keçirilməli idi. Təbii ki, bu zaman respublikamız dünya birliyinə daxil olan
ölkələrlə ikitərəfli iqtisadi əlaqələr qurmalı, tərəfdaş ölkələr və beynəlxalq
təşkilatlarla bərabərhüquqlu əsasda əməkdaşlıq etməli idi. 1992-ci ildə
Azərbaycan Respublikası da öz milli valyutasını (manat) dövriyyəyə burax-
dı. Milli Bank manatın Rusiya rubluna nisbətini və rəsmi “bazar” məzən-
nəsini, o cümlədən, müəssisələr üçün “kommersiya məzənnəsini” müəy-
yənləşdirdi. Xarici iqtisadi əlaqələrin genişlənməsi idxal olunan məhsulların
həcmini və çeşidini xeyli artırdı. Bu proses milli sənayenin inkişafına mənfi
təsirini göstərdi. Digər keçmiş sovet respublikaları kimi Azərbaycan da bu
problemlə üzləşdi. Azərbaycan Respublikasında dövlət quruculuğu prosesi
müstəqilliyin ilkin mərhələsində çox çətin və mürəkkəb bir yol keçdi.
Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
20
Respublikanın ictimai-siyasi həyatında hökm sürən hərc-mərclik, tez-tez baş
verən hakimiyyət dəyişiklikləri, iqtisadi tənəzzül və inflyasiya meylləri,
əhalinin həyat səviyyəsinin kəskin surətdə aşağı düşməsi Azərbaycanın
dövlət suverenliyini təhlükə altına alırdı. Yüksək hakimiyyət kreslolarında
əyləşənlərin ekstremist çağırışları, bir-birini inkar edən bəyanatları və
qərarları üzərində qurulan “dövlət siyasəti” müstəqilliyin ilk illərində
Azərbaycana nəinki heç nə vermədi, əksinə, onun beynəlxalq aləmdə nüfu-
zuna və maraqlarına ağır zərbələr vurdu. Azərbaycanın dövlət sərhədlərində
iqtisadi və gömrük hüquqpozmaları kütləvi xarakter almışdı, strateji mate-
riallar və istehsalat tullantıları qeyri-leqal yolla ölkədən daşınıb aparılırdı.
1991-1992-ci illərdə və 1993-cü ilin birinci yarısında Azərbaycan
hökumətinə rəhbərlik edənlərin obyektiv gerçəkliyi və dövlətçilik məna-
felərini əks etdirməyən, birtərəfli, qeyri-prinsipial və qeyri-ciddi daxili və
xarici siyasət xətti yürütməsi nəticəsində milli maraqlarımıza xidmət edə
bilən iqtisadi inkişaf strategiyası hazırlanmadı. Əksinə, iqtisadi geriləmə
daha da sürətləndi. 1992-ci ilin sonlarında milli valyuta – manat çox tezliklə
qiymətdən düşməyə başladı və 1995-ci ildə onun məzənnəsi Rusiya rubluna
nisbətən 9 dəfə, ABŞ dollarına nisbətən 245 dəfə aşağı düşmüşdü. Xarici
ticarət dövriyyəsinin həcmi 42 faiz azalmışdı [87, 1998, № 2, 67].
Dövlət idarəçiliyinin mühüm bir həlqəsini təşkil edən iqtisadi siyasət
ayrı-ayrı strukturlara başçılıq edən məsul vəzifə sahiblərinin korporativ
maraqlarına tabe edilmişdi. Hökumətdə və əlaqədar qurumlarda ölkənin
iqtisadi siyasət strategiyasının hazırlanmasına marağı və qabiliyyəti olan
rəhbər kadrlar və mütəxəssislər yox idi. Əksinə, hakimiyyətdə olan siyasi
qüvvələr tərəfindən qonşu dövlətlərə - Rusiyaya, İrana qarşı səsləndirilən
məsuliyyətsiz bəyanatlar müstəqil Azərbaycan dövlətinin ali məqsədləri,
vəzifələri, prinsipləri və onların reallaşma üsulları haqqında beynəlxalq
aləmdə yanlış təsəvvür, rəylər yaradır, respublikamızın sivil dünya dövlət-
lərindən təcrid olunmasına xidmət edirdi. Azərbaycanın dövlət müstəqil-
liyinin ilk mərhələsində ölkənin xarici iqtisadi siyasətinin elmi cəhətdən
əsaslandırılmaması da səhv qərarların qəbul edilməsinə səbəb oldu.
Bu “islahatlar” nəticəsində 1991-1993-cü illərdə orta illik geriləmə
sənayedə 20-24, kənd təsərrüfatında 15-20, tikintiyə kapital qoyuluşunda isə
40 faizə çatmışdı. Ümumi daxili məhsul (ÜDM) istehsalında orta illik
tənəzzül 22-24, büdcə kəsirinin ÜDM-yə nisbəti 12-13 faiz təşkil etmişdi.
Dostları ilə paylaş: |