Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
27
- ixtisaslı mütəxəssislər və kadr hazırlığının zəif aparılması və s.
Həmin tarixi dönəmdə bir iqtisadi sistemdən digərinə ən az məsrəflə
transformasiyanı təmin edən iqtisadi inkişaf strategiyasının işlənilib
hazırlanması, idxal-ixrac əməliyyatlarına dövlət nəzarətinin gücləndirilməsi,
ölkənin iqtisadi maraqları və mənafelərini qorumağa qabil milli gömrük
nəzarəti xidmətinin formalaşdırılması, sərhədlərimizin iqtisadi təhlükəsiz-
liyinin təmin edilməsi taleyüklü vəzifələrdən idi. Bu cür taleyüklü strateji
konsepsiyanın hazırlanması və həyata keçirilməsinin məsuliyyət yükünü
yalnız hərtərəfli elmi biliklərə, geniş dünyagörüşünə, qətiyyət və cəsarətə
malik müdrik şəxsiyyət öz üzərinə götürə bilərdi. Azərbaycanın xarici iqti-
sadi siyasəti və ticarət fəaliyyətinin formalaşması, prioritet və vəzifələrinin
müəyyənləşdirilməsi ümummilli lider Heydər Əliyev adı ilə bağlıdır.
1.2. Gömrük quruculuğu sahəsində problemlərin aradan
qaldırılması
Sovetlər Birliyinin dağılması ilə bu ittifaq daxilindəki respublikalar, o
cümlədən Azərbaycan Respublikası öz milli iqtisadiyyatını müstəqil və milli
mənafelərinə uyğun inkişaf etdirmək fürsəti qazandı. Azərbaycan Respubli-
kasının Sovet İttifaqından iqtisadi ayrılması “Azərbaycan Respublikasının
iqtisadi müstəqilliyinin əsasları haqqında” 1991-ci il 25 may tarixli
Konstitusiya Qanununun (“İqtisadi Müstəqillik haqqında Qanun”) qəbul
olunması ilə baş vermişdir. “İqtisadi Müstəqillik haqqında Qanun”da,
Azərbaycan Respublikasının xarici iqtisadi siyasətinin müstəqilliyi, torpaq,
yerin təki, daxili və ərazi suları, qitə şelfi, bitkilər və heyvanlar aləmi və
hava hövzəsi üzərində Azərbaycan Respublikasının müstəsna mülkiyyəti,
xarici iqtisadi əlaqələrinin (dövlət, hüquqi və fiziki şəxslər), bank işinin və
pul tədavülünün bütün səviyyələrdə müstəqil surətdə təşkil etmək hüququ və
xüsusi mülkiyyət hüququ kimi əsas prinsiplər əks olunmuşdur.
Azərbaycan Respublikasının siyasi müstəqilliyi “Azərbaycan Respub-
likasının dövlət müstəqilliyi haqqında” 1991-ci il 18 oktyabr tarixli
Konstitusiya Aktı (“Müstəqillik haqqında Akt”) ilə rəsmiləşdirilmişdi.
Azərbaycan Respublikasının 1978-ci il Konstitusiyası Aktın 4-cü maddəsinə
əsasən müstəqillik haqqında müddəalara zidd gəlməyən hissələrində
qüvvədə qalırdı. Bundan başqa, bəzi Sovet qanunlarının Azərbaycan
Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
28
Respublikası ərazisində tətbiq edilməsi “Azərbaycan Respublikasının ərazi-
sində hüquqi qüvvəsini müvəqqəti olaraq saxlayan keçmiş SSRİ qanunları
və onların tətbiqi haqqında” 1992-ci il 28 oktyabr tarixli 359 nömrəli
Qanunla tənzimlənirdi. Bu qanunlar Azərbaycan qanunları ilə əvəz edilənə-
dək öz qüvvəsini müvəqqəti olaraq saxlayırdı.
Xarici ticarət əlaqələrinin dövlət inhisarında olduğu sovet dövründən
fərqli siyasətin yeridilməsi üçün idarəçiliyin bu sahəsinin hüquqi əsasları
yenidən işlənib hazırlanmalı idi. Nəzərə almaq lazımdır ki, müstəqilliyin ilk
illərində tənzimləyici təşkilat və qurumların xarici ticarətə ümumi müna-
sibəti hələ də Sovet ittifaqının xarici ticarətin total məhdudlaşdırılmasına
əsaslanırdı. Respublikanın qarşısında olduqca mürəkkəb bir vəzifə – namə-
lum iqtisadi struktura daxil olmaq vəzifəsini həll etmək dururdu. Yeni
şəraitdə ciddi çətinliklərlə qarşılaşan Azərbaycan bu sahələrin hər birində
müvafiq liberal rejimlər qurmalı, onların effektiv tətbiqi üçün lazımi
təşkilatları təsis etməli idi.
Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikası Ali Soveti Milli
Şurasının “Keçmiş SSRİ Gömrük Komitəsinin Azərbaycan Gömrük İdarə-
sinin Azərbaycan Respublikasının tabeliyinə keçirilməsi haqqında” 1992-ci
il 15 yanvar tarixli 60 saylı Qərarı əsasında təşkil olundu. Milli Şura
Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya
Aktını rəhbər tutaraq qərara aldı ki, “keçmiş SSRİ Gömrük Komitəsinin
Azərbaycan Gömrük İdarəsi Azərbaycan Respublikasının tabeliyinə keçi-
rilsin”. Qərarda Azərbaycan Respublikasının Prezidentinə tövsiyə edilirdi
ki, Azərbaycan Respublikasının Gömrük Komitəsinin yaradılması məsə-
ləsinə baxsın [9, 1992, 15 fevral, № 3(856), maddə 39].
Bu tövsiyəyə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin
“Azərbaycan Respublikası Gömrük Komitəsinin yaradılması haqqında”
1992-ci il 30 yanvar tarixli 561 nömrəli Fərmanı ilə Gömrük Komitəsi təsis
edildi. Azərbaycan Respublikası Gömrük İdarəsinin ixtiyarında olan əsas
fondlar və başqa əmlak yeni yaradılan quruma verildi. Fərmana əsasən
Gömrük Komitəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Preziden-
tinə tabe idi [9, 1992, 15 fevral, №3(856), maddə 72].
Gömrük Komitəsinin vəzifə və funksiyaları Azərbaycan Respublikası
Prezidentinin “Azərbaycan Respublikası Gömrük Komitəsinin təşkili və
fəaliyyəti məsələləri haqqında” 1992-ci il 18 aprel tarixli 688 nömrəli
Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
29
Fərmanı ilə təsdiq olunmuş Əsasnamədə sadalanmışdır. Əsasnaməyə uyğun
olaraq Dövlət Gömrük Komitəsinə mərkəzi gömrük orqanı statusu verildi.
Dövlət Gömrük Komitəsinin qarşısında Azərbaycan Respublikasının göm-
rük siyasətinin həyata keçirilməsi, Azərbaycan Respublikasının iqtisadi
mənafelərinin qorunması kimi vəzifələr dururdu.
Həmin dövrdən Bakı gömrükxanası Azərbaycan Respublikası Gömrük
Komitəsinin strukturuna daxil edildi. Komitənin 29 may 1992-ci il tarixli
əmri ilə Bakı Gömrük İdarəsi yaradıldı. 1992-ci il 2 iyul tarixli 95 saylı
əmrlə dəmiryol gömrük postu yaradıldı, idarənin tərkibinə iki yeni şöbə -
maliyyə-iqtisad şöbəsi və dəmiryolu gömrük postunda əl yüklərinə və
baqaja nəzarət şöbəsi təşkil edildi. 1994-cü ildə Bakı Gömrük İdarəsinin
tərkibi belə idi: 1) Rəhbərlik; 2) Gömrük postu; 3) Mühasibat uçotu və
nəzarəti şöbəsi; 4) Sərhəddən keçən şəxslərin əl yüklərinə və baqajlarına
gömrük nəzarəti şöbəsi; 5) Avtomatlaşdırılmış idarəetmə sistemləri (AİS),
gömrük məlumatlarının təhlili, nəzarətin texniki vasitələrindən istifadə, poçt
göndərişlərinə nəzarət şöbəsi; 6) Hava və dəniz nəqliyyatında gömrük
nəzarəti şöbəsi; 7) İdxal-ixrac, diplomatik, sərgi yüklərinə və avtomaşınlara
gömrük nəzarəti şöbəsi; 8) Qaçaqmalçılıqla mübarizə şöbəsi; 9) Gömrük
rüsum və yığımı tarifləri şöbəsi.
Bir qədər sonra, Azərbaycan Respublikası Nazirlər Kabinetinin
“Azərbaycan Respublikası Gömrük Komitəsinin məsələləri” haqqında 1992-
ci il 1 iyun tarixli 301 nömrəli qərarı verildi. Qərara olan əlavədə Gömrük
Komitəsinə tabe olan aşağıdakı təşkilatların siyahısı təsdiq edilirdi: Astara,
Bakı, Binə, Gəncə, Culfa, Sədərək, Xudafərin gömrükxanaları, elmi-
informasiya hesablama mərkəzi, Gömrükxana işçiləri hazırlayan və
ixtisasını artıran mərkəz, Mərkəzi Gömrük laboratoriyası və təsərrüfat
hesablı xarici iqtisadi “Azərterminalkompleks” birliyi. Gömrük gəlirlərinin,
daxil olan gömrük rüsumları və vergilərinin yığılması, uçotu və sistem-
ləşdirilməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə
edildi. Komitə gömrük gəlirindən dövlət büdcəsinə ayırma sistemini və
formasını Maliyyə Nazirliyi ilə razılaşdırmalı idi.
Gömrük xidmətinin qarşısında ölkənin perspektiv xarici iqtisadi və
gömrük siyasətinin işlənib hazırlanmasında fəal iştirak etmək, xarici iqtisadi
fəaliyyətə nəzarətin səmərəli təşkilinə nail olmaq kimi mühüm vəzifə qoyu-
lurdu. MDB üzvü ölkələri, İran və Türkiyə ilə sərhədlərdə yeni yaradılan
Dostları ilə paylaş: |