Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
30
gömrük orqanları və mövcud olanları genişləndirməkdən ötrü əlavə olaraq
200 ştat vahidi nəzərdə tutulurdu. Gömrük rüsumları və vergiləri, habelə
başqa məcburi ödənişlərin yığılması və dövlət büdcəsinə keçirilməsi qaydası
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilməli idi.
Milli gömrük işinin təşkili ilə bağlı iqtisad və hüquq elmi sahəsində
araşdırmalar aparılmadığından zəruri tövsiyə və təkliflər hazırlanmırdı.
Xarici iqtisadi-ticarət əlaqələrinin düzgün əsaslar üzərində qurulması üçün
zəruri konsepsiya yox idi. Məhz buna görə də “Azərbaycan Respublikasında
əmtəə mübadiləsi (barter) sövdələşmələrini qaydaya salmaq tədbirləri
haqqında” Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 31 mart tarixli
626 nömrəli Fərmanı və ona aid Azərbaycan Respublikası Prezidentinin
1992-ci il 11 aprel tarixli 673 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnamə
az müddət sonra qüvvədən düşmüş hesab edildi.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında
gömrük nəzarətinin təmin edilməsi tədbirləri haqqında” 1992-ci il 4
sentyabr tarixli 167 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının göm-
rük sərhədi və gömrük ərazisi müəyyən edildi. Fərman ölkəmizin öz üzərinə
götürdüyü beynəlxalq öhdəliklərə riayət olunmasını təmin etmək və iqtisadi
mənafeyinin qorunmasını gücləndirmək məqsədi daşıyırdı. Gömrük Komi-
təsi 15 gün müddətində bütün gömrük sərhədi boyu gömrükxana və gömrük
məntəqələri təşkil etməli, 1992-ci ilin oktyabrın 1-dən başlayaraq, bütün
xarici dövlətlər, o cümlədən MDB-yə daxil olan dövlətlərə ixrac olunan
yüklərin gömrük yük bəyannaməsi ilə sənədləşdirilməsini təmin etməli idi.
Fərmanda, həmçinin bəyan edilirdi ki, gömrük nəzarəti Azərbaycan
Respublikasının gömrük sərhədindən yüklərin (mallar və digər əşyaların)
keçirilməsi yeni qanunlar qəbul edilənə qədər Azərbaycan Respublikasının
qüvvədə olan qanunvericiliyinə, keçmiş SSRİ-nin gömrük məsələlərinə dair
qanunvericiliyinin Azərbaycan Respublikasının qanunvericiliyinə zidd
olmayan müddəalarına uyğun olaraq həyata keçirilsin [9, 15 sentyabr 1992,
№ 17(870), maddə 750].
“Azərbaycan Respublikasının ərazisində hüquqi qüvvəsini müvəqqəti
olaraq saxlayan keçmiş SSRİ qanunları və onların tətbiqi haqqında” 1992-
ci 28 oktyabr il tarixli 359 nömrəli Qanunu əsasında Azərbaycan Respub-
likasında keçmiş SSRİ qanunvericiliyi, o cümlədən 1991-ci il 26 mart tarixli
SSRİ “Gömrük məcəlləsi” və SSRİ “Gömrük tarifi haqqında” Qanunun
Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014)
31
tətbiqi bir neçə il ərzində davam etdirildi. “Gömrük tarifi haqqında” 1995-
ci il 20 iyun tarixli 1064 nömrəli və “Azərbaycan Respublikası Gömrük
Məcəlləsinin təsdiq edilməsi haqqında” 1997-ci il 10 iyun tarixli 311-IQ
nömrəli Qanunların qəbul edilməsindən sonra keçmiş sovet gömrük
qanunlarının tətbiq edilməsi dayandırıldı [24, 1995, №22, maddə 352].
Lakin ölkənin gömrük xidmətinin 1991-1993-cü illərdə müstəqil idarə
edilən dövlət qurumu olmasına baxmayaraq, xidmətin funksiyaları faktiki
olaraq əvvəlki illərdə olduğu kimi saxlanılmış, idxal-ixrac əməliyyatlarının
qaydalarında heç bir dəyişiklik aparılmamışdı. Dövlətin iqtisadi-siyasəti
ayrı-ayrı strukturlara başçılıq edən vəzifə sahiblərinin korporativ maraq-
larına tabe edilmişdi. Sözsüz ki, bir-birini təkzib edən bəyanat və qərarlar
üzərində qurulan “dövlət siyasəti” Azərbaycanın beynəlxalq aləmdə nüfu-
zuna və maraqlarına ağır zərbələr vururdu. Hakimiyyətdə olan siyasi
qüvvələr tərəfindən qonşu dövlətlərə - Rusiyaya və İrana qarşı səsləndirilən
məsuliyyətsiz bəyanatlar müstəqil Azərbaycan dövlətinin ali məqsədləri,
vəzifələri, prinsipləri və onların reallaşma üsulları haqqında beynəlxalq
aləmdə yanlış təsəvvür yaradırdı. Bu “islahatlar” nəticəsində 1991-1993-cü
illərdə respublika sənayesində orta illik geriləmə 20-24, kənd təsərrüfatında
15-20, tikintiyə kapital qoyuluşunda isə 40 faizə çatmışdı. Mövcud ictimai-
siyasi və sosial-iqtisadi sabitsizliyin başlıca səbəblərindən biri də büdcə-
vergi, pul-kredit, qiymət-tarif siyasətinin uğursuzluğu idi [99, 132-133].
Akademik Ramiz Mehdiyev 2001-ci il may ayının 8-də “Azərbaycan
1993. Anarxiyadan sabitliyə” kitabının Gülüstan sarayında keçirilən təqdi-
mat mərasimində məhz bu şəraiti nəzərə alaraq demişdir: “Qeyd etmək
lazımdır ki, müstəqilliyin ilk iki ilində dövlət quruculuğu istiqamətində heç
bir əməli iş görülməmiş, əksinə, sovetlər dövründən miras qalmış hakimiyyət
strukturları və idarəçilik potensialı getdikcə zəifləmiş, maddi-mənəvi
sərvətlər dağıdılmışdır. Bunun səbəbi o dövrdə hakimiyyətdə olan qüvvə-
lərin həm milli-mənəvi, həm siyasi, həm də peşəkarlıq baxımından müstəqil
idarəçiliyə hazır olmaması idi” [102, 108].
Məlum olduğu kimi, keçmiş SSRİ dövründə digər müttəfiq respub-
likalar kimi Azərbaycanın da müstəqil gömrük xidməti olmamışdır. Bununla
yanaşı, ölkə ərazisində SSRİ-yə məxsus gömrük xidməti orqanları (Bakı,
Astara və Culfa gömrükxanaları) fəaliyyət göstərir, idxal-ixrac əməliy-
yatlarına nəzarət isə mərkəzi ittifaq orqanları tərəfindən həyata keçirilirdi.
Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində:
32
1992-ci ilin yanvar ayında yaradılan müstəqil gömrük xidməti orqanı bir
sıra subyektiv səbəblərə görə ümumdövlət əhəmiyyətli vəzifələrin həyata
keçirilməsi prosesindən kənarda qalmışdı. Qısa müddətdə DGK-nın sədri
vəzifəsinə təyin edilən bir neçə şəxs: Maqsud Məmmədov (Respublika
Prezidentinin 30 yanvar 1992-ci il, 562 saylı fərmanı ilə), Tofiq Kərimov
(Respublika Prezidentinin 4 iyun 1992-ci il, 825 saylı fərmanı ilə), İbrahim
Vəliyev (Respublika Prezidentinin 5 oktyabr 1992-ci il, 692 saylı fərmanı
ilə) və Tahir Əliyev (Respublika Prezidentinin 30 iyul 1993-cü il tarixli 693
saylı fərmanı ilə) onlara tapşırılan məsul vəzifənin öhdəsindən gələ bilmə-
dilər.
Azərbaycan Respublikası ikinci dəfə öz müstəqilliyini bərpa etdik-
dən sonra özünün sərbəst gömrük siyasətini yürütməyə başlasa da, bir sıra
çətinliklər mövcud idi. Birincisi, Azərbaycan Respublikasında ölkənin bütün
sərhədlərini əhatə edə bilən gömrük şəbəkəsi yox idi. İkincisi, milli gömrük
siyasəti və bu əsasda qanunvericilik bazası işlənilib hazırlanmamışdı.
Üçüncüsü, milli gömrük kadrları azlıq təşkil edirdi və bu kadrların
hazırlanması üçün baza, tədris işinin təşkili üçün dərsliklər və dərs vəsaitləri
yox idi. Elmi ədəbiyyatda mövzu ilə bağlı iqtisadi, hüquqi və tarixi səpkidə
araşdırmalar aparılmırdı.
Əslində, keçmiş SSRİ-dən xarici ölkələrlə iqtisadi əlaqələrin düzgün
əsaslar üzərində qurulmayan bir sistemi miras qalmışdı. Respublika on illər
ərzində ixrac potensialının Moskvadan milli maraqlarımıza tamamilə zidd
idarə edilməsindən ziyan çəkmişdi. 1992-ci ildən başlayaraq, Azərbaycan
müstəqil xarici iqtisadi-ticarət əlaqələrini əsasən iki istiqamətdə həyata
keçirirdi: xarici iqtisadi fəaliyyətin məzmun və forma etibarilə yeni siste-
minin yaradılması və keçmiş SSRİ-nin xarici iqtisadi əlaqələrində mənfi
tendensiyaların və əngəllərin aradan qaldırılması.
Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra, bir iqtisadi
sistemindən digərinə keçidin ən az məsrəflə transformasiyanı təmin edən
iqtisadi strategiyanın hazırlanması həyati zərurətə çevrildi. Bu cür taleyüklü
strateji xəttin hazırlanmasının məsuliyyət yükünü yalnız hərtərəfli elmi
biliklərə, geniş dünyagörüşünə, qətiyyət və cəsarətə malik müdrik şəxsiyyət
öz üzərinə götürə bilərdi. Ümummilli lider Heydər Əliyev bu tarixi
missiyanı öz üzərinə götürərək ölkənin iqtisadi inkişafını müəyyən edəcək
strategiyanın başlıca konturlarını, dünyanın sivil dövlətlərinin inkişaf
Dostları ilə paylaş: |