Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə80/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   76   77   78   79   80   81   82   83   ...   151

Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

225



– hazırlanma texnikası; 

– materialı; 

– ölçüsü; 

– hazırlandığı tarix; 

– dəyəri; 

–  şəhadətnamə verilən mədəniyyət sərvətlərinin mühafizə  dərəcəsi 

(qabaqlayıcı, konservasiya, bərpa, xüsusi); 

– aparılması barədə rəy; 

– şəhadətnamə verilən mədəniyyət sərvətlərinin xüsusi rejimi (müvəq-

qəti, geri qaytarma müddəti, aparılma məqsədi (sərgi, prezentasiya, bərpa və 

s.); 

– şəhadətnamə verilən mədəniyyət sərvətlərinin şəkili; 



– mədəniyyət sərvətinə verilən  şəhadətnamənin istifadə müddəti [69, 

2009, 11 iyul]. 

Gömrük Komitəsi nəzdində gömrük muzeyləri fəaliyyət göstərir. 

Gömrük Tarixi Muzeyində ekspozisiyanın  əsas hissəsini gömrük əmək-

daşları  tərəfindən müsadirə edilmiş  mədəniyyət və tarixi incəsənət  əsərləri 

təşkil edir. 400-dən çox eksponata XIX-XX əsrlərə aid zərgərlik əşyaları və 

xalça kolleksiyası, qədim Roma və Bizans imperiyalarının, Səfəvilər 

dövlətinin sikkələri, XIX-XX əsrlərə aid Quran əlyazmaları, ikonalar, zərif 

üsulla hazırlanmış  əfqan və hind mənşəli xəncərlər və  qılınclar daxildir. 

1997-2008-ci illər  ərzində Xalçaçılıq Muzeyinə,  Şirvanşahlar Sarayına, 

Elmlər Akademiyasının  İnstitutlarına, Qafqaz Müsəlmanları Ruhani İdarə-

sinə, Respublika ərazisində  fəaliyyətdə olan Pravoslav və Katolik kilsə-

lərinə, yəhudi dini icmalarına XIX-XX əsrlərə aid 800-ə yaxın incəsənət 

əsərləri, elmi və dini ədəbiyyatlar, eksponatlar təqdim edilmişdi.  



“Narkomaniya və narkotik vasitələrin yayılmasına qarşı mübarizədə 

ümumdünya gömrük sisteminin rolu” mövzusuna həsr edilmiş plakatların 

sərgi-müsabiqəsi (Bakı, 2-3 fevral 2006-cı il) keçirildi. BMT-nin İsveçrə 

Konfederasiyasının Cenevrə şəhərində yerləşən Avropa qərargahında (8-23 

fevral 2008-ci il) Dövlət Gömrük Komitəsi və ölkəmizin  İsveçrə Konfe-

derasiyasındakı  səfirliyi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 

birgə  təşkil etdikləri  “Mədəni irsin keşiyində” mövzusunda sərginin  əsas 

məqsədi ermənilərin XIX əsrdə  İrandan Azərbaycana köçürülməsinə dair 

Rusiya arxivlərində saxlanılan gömrük sənədləri barədə dünya ictimaiy-




Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

226



yətinə məlumatların çatdırılması idi [113, 2009, 9 fevral].  

“Azərbaycan gömrüyü mədəni irsin keşiyində”,  “Azərbaycan göm-

rüyü tarixi təsviri sənətdə”, “Azərbaycan gömrüyü: tarixi ənənələr və 

müasirlik” adlı kitablar və  “Azərbaycan gömrüyü mədəni irsin keşiyində” 

sənədli filmlər toplusu 13-15 fevral 2008-ci ildə ölkəmizin Belçika Kral-

lığındakı səfirliyində təqdim olunmuşdur.  

DGK-nın Gömrük Tarixi Muzeyi filialının kolleksiyası xarici 

ölkələrdə keçirilən müxtəlif sərgilərdə  təqdim olunur. Muzey kolleksiyası 

əsasında formalaşan “Azərbaycan gömrüyünün tarixi təsviri sənətdə”, 

“Azərbaycan gömrüyü mədəni irsin keşiyində”, “Azərbaycan gömrüyü 

bəşəri dəyərlər prizmasından”, həmçinin “Narkotiklərə yox deyək!” adlı 

sərgilər Brüssel, Cenevrə, Vyana, Strasburq, Buenos-Ayres, Kazan və 

Yekaterinburq, Los-Anjeles və San-Dieqo şəhərlərində, Vatikan dövlətində, 

Makedoniyada nümayiş olunmuşdur. Gömrük Tarixi Muzeyi 2007-ci ilin 

iyun ayında Beynəlxalq Tarixi Muzeyi Assosiasiyasına (ICOM), 2008-ci 

ilin sentyabr ayında isə Beynəlxalq Gömrük Muzeyləri Assosiasiyasına 

(İACM) üzv seçilmişdir. Bundan əlavə, Naxçıvan MR Dövlət Gömrük 

Komitəsinin nəzdində bu regionda gömrük xidmətinin tarixini əks etdirən 

muzey yaradılmışdır. Muzeydə Naxçıvan gömrüyünün keçdiyi tarixi yolu 

əks etdirən eksponatlar, qaçaqmalçılıqla mübarizə  nəticəsində  əldə edilmiş 

milli tarixi-mədəniyyət nümunələri mühafizə edilir [69, 2009, 22 avqust].  

Ümumiyyətlə, 24 ölkə Beynəlxalq Gömrük Muzeyləri Assosiasi-

yasının üzvüdür. Assosiasiyanın rəsmi jurnalı olan “Xəbərlər Bülleteni”ni 

ildə bir dəfə Hamburqda nəşr olunur. Bülletenin 2008-ci il nömrəsində dərc 

olunan “Azərbaycan gömrüyü Avrasiyanın mədəniyyət müxtəlifliyinin 

astanasında” adlı məqalədə Muzey haqqında ətraflı məlumat verilir. 

BMT-nin Vyana bölməsində Cinayətkarlığın qarşısının alınması  və 

cinayət  ədliyyəsi Komissiyasının 2010-cu il mayın 17-dən 21-dək davam 

edən 19-cu sessiyası  çərçivəsində  “Azərbaycan gömrüyü mədəni irsin 

keşiyində” adlı  sərgi təşkil edilmişdi. Rotunda salonunda keçirilən sərgidə 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müsadirə etdiyi 

incəsənət  əsərləri,  əlyazmalar, qədim kitablar, numizmatika nümunələri, 

xalçalar və s. nümayiş etdirildi. Sərginin məqsədi Azərbaycanda gömrük 

sərhədindən qeyri-qanuni yollarla keçirilən zaman saxlanılmış tarixi-mədəni 

nümunələri nümayiş etdirmək və ölkəmizdə  mədəni irsin qorunması 




Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

227



sahəsində görülən işlər barədə  məlumat vermək idi. Azərbaycan gömrük 

orqanlarının tarixinə dair muzeyin incəsənət əsərlərindən ibarət eksponatları 

indiyədək Belçika, İsveçrə, Vatikan və Rusiya Federasiyasında nümayiş 

etdirilmişdir. Muzeydə nümayiş etdirilən eksponatlar təkcə Azərbaycanın 

deyil, eyni zamanda, dünya mədəniyyət irsinin xilas edilmiş nümunələridir 

[69, 2010, 22 may]. 

Azərbaycan gömrük orqanları  tərəfindən müsadirə edilən dini əşya-

ların aid olduğu təşkilatlara bağışlanması ölkədə milli-mənəvi və dini 

dəyərlərə hörmət və tolerantlığın bariz nümunəsi kimi bir ənənəyə 

çevrilmişdir. Qaçaqmalçılıq yolu ilə gömrük nəzarətindən kənar aparılma-

sına cəhd göstərilən əşyalar əsasən Tovuz və Xaçmaz gömrük idarələrində 

müsadirə olunmuşdu. 2007-ci il yanvarın 5-də Azərbaycan gömrük 

orqanları tərəfindən müsadirə edilən 16 ədəd ikona Bakıdakı Jan-Mironosets 

kilsəsinə  təqdim olundu. Ekspertlərin rəyinə görə, 2003-2006-cı illərdə 

ölkənin gömrük sərhədində müsadirə edilən ikonalar XVIII-XIX yüzilliklərə 

aid tarixi-mədəni nümunələr idi. Bakı  və  Xəzəryanı bölgənin yepiskopu 

Aleksandr bu tədbirin Milad bayramı ərəfəsində baş verməsini xüsusi qeyd 

etmişdi [67, 2007, №1 (34), 58-59]. 

 “Azərterminalkompleks” THXİB-yə təhvil verilən 51 adda və ümumi 

sayı 1923 ədəd olan dini kitablar 2010-cu il fevralın 4-də Qafqaz 

Müsəlmanları  İdarəsinə  təqdim olunmuşdu. Türk, fars və Azərbaycan 

dillərində olan bu kitablar əsasən XIX-XX yüzillikdə Türkiyə və İranda nəşr 

edilmişdir. Onların arasında Mədinə şəhərində ərəbcə nəşr edilmiş Qurani-

Kərimin qədim nüsxəsi də vardı. Dini Qurumlarla İş üzrə Dövlət 

Komitəsinin rəyinə  əsasən, sözügedən kitabların ölkə  ərazisində yayılması 

məqsədəuyğun sayılaraq Qafqaz Müsəlmanları  İdarəsinə bağışlanması 

qərara alınmışdı [69, 2010, 9 fevral]. 

2009-cu ilin aprel ayında Azərbaycan Respublikası Dövlət Gömrük 

Komitəsinin və Xarici İşlər Nazirliyinin birgə  təşkilatçılığı, eləcə  də 

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Vatikan dövlətində 



“Azərbaycan gömrüyü mədəni və dini irsin keşiyində” mövzusunda sərgi 

keçirildi. Tədbirdə respublikamızın nümayəndə heyəti - DGK sədri, gömrük 

xidməti general-leytenantı Aydın  Əliyev, Azərbaycan Milli Elmlər 

Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın 

müxbir üzvü, Milli Məclisin deputatı, professor Yaqub Mahmudov, 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə