Son Rofat kitab 3 m pdf



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə82/151
tarix20.09.2018
ölçüsü6,91 Mb.
#69520
1   ...   78   79   80   81   82   83   84   85   ...   151

Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

231



çəkəcəkdir. Sərgidə nümayiş etdirilən 50-dən çox eksponat Azərbaycan 

Dövlət Gömrük Komitəsinin muzeylərindən gətirilmişdi. Eksponatların bir 

hissəsini Azərbaycan gömrüyü tərəfindən müsadirə edilmiş  əntiq və tarixi 

əşyalar təşkil edirdi. AŞPA-nın prezidenti Mövlud Çavuşoğlu sərginin 

Azərbaycanın müxtəlif mədəniyyətlərə malik olmasının göstəricisi 

olduğunu bildirmişdi:  “Bu sərgi Azərbaycanın tarixini, mədəniyyətini, 



mədəni müxtəlifliyini, Azərbaycanda yaşayan digər xalqların müxtəlifliyini 

göstərir. Azərbaycan xalqı ölkədə yaşayan bütün etnik xalqların 

mədəniyyətinə hörmətlə yanaşır. Bu ölkədə keçmişdən üç din olub: 

zərdüştlük, xristianlıq və islam. Burada mədəniyyətlərarası  və dinlərarası 

harmoniya daima mövcud olub. Bunlar, həmçinin Avropa Şurasının da 

dəyərləridir. Avropada müxtəlif dinlər və mədəniyyətlər var və bu dəyərlər 

bizi bir yerə  yığır. Uğur qazanmağımızın  əsas açarı müxtəliflikdə bir 

olmaqdır və biz də bunu bu sərgidə görə bilərik” [69, 2010, 26 iyun].  

2013-cü il fevralın 8-də DGK və Azərbaycanın Los-Ancelesdəki Baş 

Konsulluğunun birgə  təşkilatçılığı ilə Kaliforniya ştatının San-Dieqo 

şəhərində keçirilən “Azərbaycan San-Dieqo ilə görüşür” adlı  tədbirdə 

Azərbaycanın muğam-caz triosu və Amerikan caz kvartetinin konserti və 

“Azərbaycan gömrüyü mədəni irsin keşiyində” mövzusunda sərgiyə baxış 

keçirildi. 2013-cü il sentyabrın 24-də Bakı şəhərində 20 ölkənin nümayən-

dəsinin iştirakı ilə Beynəlxalq Gömrük Muzeyləri Assosiasiyasının 

(BGMA) 21-ci konfransında gömrük muzeylərinin fəaliyyəti müzakirə 

edildi və Azərbaycanda gömrük işinin inkişaf tarixindən geniş  məlumat 

verildi. Skopye şəhərində (Makedoniya) Azərbaycan və Makedoniya 

gömrük xidmətlərinin birgə təşkilatçılığı ilə həmin ilin noyabrında “Mədəni 

irsin qorunmasında gömrük təşkilatlarının rolu” mövzusunda keçirilən 

konfransa Avropa ölkələri və bir çox beynəlxalq təşkilatların təmsilçiləri 

qatıldı.  

Beləliklə, Azərbaycan dövlətinin gömrük xidməti milli təhlükəsiz-

liyin, ictimai asayişin, insanların mənəviyyatının, həyat və sağlamlığının, 

heyvanlar və bitkilər aləminin, ətraf mühitin və bəşər cəmiyyətinin yaratmış 

olduğu mədəni irsin mühafizəsi, o cümlədən bədii, tarixi və arxeoloji 

sərvətlərinin qorunması sahəsində  tədbirlərin həyata keçirilməsində 

əməkdaşlıq etdiyi ölkələrin müvafiq qurumları  və beynəlxalq təşkilatlarla 

birgə uğurla fəaliyyət göstərir. 




Gömrük işi Azərbaycan dövlətçiliyi tarixində: 

 

232



 

 

 

 

 

 

V FƏSİL.  MİLLİ GÖMRÜK SİSTEMİ YENİ İNKİŞAF 

 MƏRHƏLƏSİNDƏ 

 

 

5.1.   Gömrük işinin inkişafında beynəlxalq gömrük 

əməkdaşlığının rolu 

 

Beynəlxalq gömrük münasibətləri beynəlxalq iqtisadi münasibətlərin 



mühüm tərkib hissəsidir. Qədim dövrdə də, orta əsrlərdə, tarixin yeni və ən 

yeni dövrlərində isə bu münasibətlər daha əhəmiyyətli xarakter daşımışdır 

ki, bunlar da gömrük işi sahəsində geniş hüquqi-normativ bazanın yaran-

masına gətirib çıxarmışdır. Azərbaycanın müstəqillik  əldə etməsi onun bir 

çox ölkələrlə  və beynəlxalq təşkilatlarla bərabər hüquqi əməkdaşlığı üçün 

əlverişli  şərait yaratdı. Respublikamızın gömrük işi sahəsində beynəlxalq 

hüquqi  əməkdaşlığı  əsasən 4 istiqamət üzrə inkişaf etməkdədir: 1) beynəl-

xalq təşkilatlar, o cümlədən DGT ilə əməkdaşlıq; 2) MDB üzv dövlətlərinin 

gömrük təşkilatları ilə  əməkdaşlıq (Gömrük Rəhbərləri  Şurası); 3) İqtisadi 

Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq və 4) ikitərəfli münasibətlər 

əsasında ayrı-ayrı dövlətlərin gömrük orqanları ilə əməkdaşlıq.  

Beynəlxalq münasibətlərin müstəqil subyekti kimi Azərbaycan 

dövlətinin qarşısında duran ən mühüm nəzəri və praktik həllini gözləyən 

məsələlərdən biridə gömrük işi sahəsində beynəlxalq əməkdaşlıq sahəsində 

irəliləyişə nail olmaq, bu əlaqələrin perspektiv inkişaf istiqamətlərinin 

müəyyənləşdirilməsi idi. Azərbaycan Respublikasında gömrük işinin tək-

milləşdirilməsi və xarici iqtisadi fəaliyyətin tənzimetmə mexanizminin 

beynəlxalq tələblərə uyğunlaşdırılmasını, ilk növbədə, gömrük siyasətinin 

elmi və qanunvericilik əsaslarının işlənilib hazırlanmasını  tələb edirdi. 

Müasir qloballaşma  şəraitində dövlətlərarası inteqrasiya proseslərinin güc-

lənməsi iqtisadi, ərzaq və enerji təhlükəsizliyi məsələlərini ön plana 



Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014) 

 

233



çəkməklə yanaşı dövlətin iqtisadi təhlükəsizliyinin və daxili bazarın 

qorunmasını əsas qarantlarından biri kimi gömrük nəzarəti sisteminin daha 

da təkmilləşdirilməsini tələb edir.  

Tədqiq edilən dövrdə ölkəmizin gömrük işi sahəsində ayrı-ayrı 

dövlətlərin gömrük orqanları ilə ikitərəfli və çoxtərəfli  əlaqələrin  əsası 

qoyuldu. Qabaqcıl ölkələrin gömrük işi sahəsində təcrübəsinin öyrənilməsi 

və  tətbiqi, beynəlxalq tələblərə uyğunlaşdırılan gömrük qanunvericiliyinin 

yaradılması sahəsində görülən işlər, gömrük-tarif siyasətinin müəyyən-

ləşdirilməsi, qaçaqmalçılığa qarşı mübarizənin gücləndirilməsi, gömrük 

infrastrukturunu möhkəmləndirilməsi tədbirləri bu əlaqələrin  əsas prinsip-

lərini təşkil edirdi. Gömrük işi sahəsində Azərbaycan Respublikasının 

bağladığı ikitərəfli sazişlər dövlətlərarası gömrük münasibətlərinin  əlaqə-

ləndirilməsində mühüm yer tutur və  aşağıdakı istiqamətləri  əhatə edir: 

gömrük işi sahəsində  əməkdaşlıq və qarşılıqlı yardım, xarici ticarətin 

gömrük statistikası sahəsində metodoloji və informasiya təminatı üzrə 

qarşılıqlı fəaliyyət, gömrük-tarif münasibətlərinin əlaqələndirilməsi, gömrük 

sənədlərinin və gömrük təminatlarının qarşılıqlı tanınması, sərhədlərdən 

qanunsuz keçirilən mədəni sərvətlərin saxlanılması və qaytarılması məsələ-

ləri üzrə  əməkdaşlıq və qarşılıqlı yardım, qaçaqmalçılıq və gömrük 

qaydalarının pozulması, həmçinin silahların, döyüş sursatlarının, partlayıcı 

maddələrin, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların 

qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində  əməkdaşlıq, gömrük qanun-

vericiliyinin düzgün tətbiq edilməsi və gömrük hüquqpozmalarının qarşı-

sının alınması, tətbiq edilməsi və onlara qarşı mübarizə aparılması üçün 

qarşılıqlı inzibati yardım və s. 

Azərbaycan Respublikası Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, 

Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı, Ümumdünya 

Ticarət Təşkilatı  və digər nüfuzlu beynəlxalq təşkilatlarla sıx  əlaqələr 

yaradıb, Avropa Birliyi, Qara Dəniz  İqtisadi  Əməkdaşlıq Təşkilatı, 

Xəzəryanı Dövlətlər Birliyi, Ümumqafqaz Evi, GUAM və s. kimi iqtisadi 

birliklərə daxil olmuşdur. 

Azərbaycan Respublikasının gömrük siyasətinin həyata keçirilmə-

sində beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş müddəaların həyata keçi-

rilməsi  əsas istiqamətlərdən birini təşkil edir. Gömrük proseduralarının 

sadələşdirilməsi və harmonizasiyası haqqında Beynəlxalq Konvensiya 



Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə