44
saylarını yalandan şişirdərək imperatorun diqqətini çəkmək istə-
yir dilər. Xanlıqlar dövründə Şamaxı şəhəri Şirvan xanlığının mər-
kəzi kimi öz əhəmiyyətini saxlamaqda davam etmişdir. 1734-cü
ildə Nadir şah Əfşar tərəfindən ələ keçirilən Şamaxı büsbütün
dağıdılmış, şəhər yeni məkana köçürülmüşdür. 1747-ci ildə
Məhəmməd Səid xan köhnə Şamaxıda, 1748-ci ildə isə Hacı
Məhəmmədəli xan Yeni Şamaxıda (Ağsuda) xanlıq yaradır.
1768-ci ildən 1789-cu ilə kimi Quba xanı Fətəli xanın ha-
kimiyyəti altına keçən Şamaxı şəhərinə və ətraf ərazilərə Quba-
dan, Salyan və Dərbənddən min ailə köçürülür. 1789-cu ildə Fətəli
xanın ölümündən sonra daxili çəkişmələr başlanır. 1792-ci ildə
üçüncü Şamaxı xanı Mustafa xan taxta çıxaraq Şamaxını Quba
xanlığından ayırır. 1805-ci ilin sonlarında Şamaxı xanlı ğının daxili
müstəqilliyi saxlanılmaqla Rusiya imperiyasının tər kibinə qatılır.
1820-ci ildə çar Rusiyası Şamaxı xanlığını ta ma milə ləğv edir.
1846-cı ildən Şamaxı quberniya mərkəzinə çev rilir. Bir vaxtlar
Şamaxı haqqında atasına ünvanladığı sualların cavabını Həsən
illərlə aldığı təhsil və mütaliəsi nəticəsində indi, çoxundan yaxşı
bilirdi. Məktəbdə bu haqda keçilməsə də, Həsən hərbçi atasının
ev kitabxanasından, siniflərindəki rus yoldaş la rından çoxlu bilgilər
əldə etmişdi. Şamaxı hazırda onun düşün cə sində müqəddəs bir
məkan idi. Şamaxının yetişdirdiyi Əfzələddin Xaqani, İmadəddin
Nəsimi kimi dahilər Həsənin çox sevdiyi şairlər idi.
45
1858-1861-ci illər, Tiflis
Mehralı bəy bir gün sonra Zərdabdan Həsənlə birlikdə Tif-
lisə yola düşdü. Qəbul imtahanlarının gərgin əhval-ruhiyyəsi ya-
yın istisinə qarışaraq elə üzücü yorğunluq yaratmışdı ki, Həsənin
bənizi ağappaq ağarmışdı. Onun bu halı Mehralının ürəyinə qəri bə
və anlaşılmaz bir peşmanlıq hissi salmışdı.
“Mən nahaq ağlımı bu rusların ağlına verdim, Tiflis Şamaxı
deyil axı. Kim gəlib bu məsum uşağa baş çəkəcək? Gərək Fərəc
dayını tapam və möhkəm-möhkəm tapşıram. Hər şeydən arxayın
olmayınca qardaşımı tək buraxa bilmərəm”.
Yola çıxdıqlarının ikinci günü axşam fayton Tiflisə yetişdi.
Mehralı əlindəki ünvan yazılmış kağızı faytonçuya uzadaraq: “Bizi
bu ünvana aparın”, – dedi.
Fayton şəhərin küçələrilə irəlilədikcə çay daşlarının dö-
şən diyi yollar atın ayaq səslərindən elə bil ritm yaradırdı, bu səs
Mehralıda uşaqlıqda məcməyiyə çırtma vuraraq çıxardığı səsi,
çalıb-oynamaqlarını xatırlatdı. O vaxt Həsən hamıdan balaca
olduğu üçün onun oynamağı hamıda daha xoş ovqat yaradırdı.
Mehralı üzünü qardaşına tərəf çevirərək gülümsündü:
– Həsən, faytonun və atın ritmik səsi uşaq vaxtı məcməyi
çalıb oynamağımıza bənzəyirmi?
– Hə, elədir. İndicə mən də o illəri xatırlayırdım, – Həsən
cavab verdi.
Faytonçu alaqapının üstündə yazılan rəqəmi görüncə atın
yüyənini çəkdi:
– Sizin axtardığınız ünvan general Fərəc bəyin eviymiş,
qabaqcadan desəydiniz, bu evə gətirə bilərdim, – dedi.
Faytonçu ona ödənilən pulun məbləğindən qarşısındakı adam-
ların səxavətli olduqlarını yəqin etdiyindən onlara min nətdarlığını
bildirdi.
Tiflis Təhsil İdarəsinin müdiri Aleksandr Pavloviç Şama xıdan
qayıdan kimi Fərəc bəyə hər şeyi danışıb, ondan Həsənin təhsilinə
himayəçilik etməsinin razılığını almışdı.
46
Mehralı yavaşca alaqapının üstündəki halqanı aşağı-yuxarı
edərək qapını döydü. Çox keçmədi, yaşlı bir qadın qapıya çıxdı,
gürcücə onlardan kimi istədiklərini soruşdu:
– Biz Fərəc bəyin bacısı uşaqlarıyıq, Zərdabdan gəlmişik,
bura Fərəc bəyin evidir? – Həsən önə çıxaraq qardaşından öncə rus
dilində xanımdan soruşdu.
Qadın da rusca “bəli” deyərək onlara bir az gözləməyi tapşırdı.
Bir azdan geri qayıdaraq nəzakətlə:
– Buyurun içəri! – söylədi.
Mehralı bəy öndə, Həsənsə arxada həyətə girdilər. Həyət
yetərincə geniş idi. Həsən addımlaya-addımlaya fikirləşirdi
ki, yəqin, bu gürcü qadın dayımın həyat yoldaşıdır. Birdən onu
fikirlərindən Fərəc bəyin zəhmli, lakin xoş avazlı səsi ayırdı:
– Ay siz xoş gəlmisiniz, zərdablı qoçaqlar, mən sizi fik-
rimdə elə belə də canlandırmışdım. Sən Mehralısan, sən də baron
Aleksandr Pavloviçin təriflədiyi Həsən, eləmi?
Fərəc bəy elə istiqanlı danışırdı ki, bir anın içərisində Mehralı
ilə Həsənin ürəklərindəki bütün nigaranlıq yox olmuşdu.
Merhralı bəy faytondakı Zərdabdan gətirdikləri ərməğanları
içəri gətirmək üçün dayısından izin istədi. Dayısı onlardan hər hansı
hədiyyə gözləməsə də, Zərdabdan gələn “kənd payına” razılığını
məmnuniyyətlə bildirdi, gürcü xidmətçi xanımı içəri dəvət edərək
lazımi tapşırıqlarını verdi. Onun belə ərkyana hərəkətləri zərdablı
qonaqları bir qədər də ruhlandırdı.
– Oxumaq, elm sahibi olmaq biz müsəlmanların yeganə xilas
yoludur. Müsəlman demişkən, nənən mənə yenəmi “Urus Fərəc”
deyir?
– Dayı, nənəm bir il qabaq rəhmətə gedib. Amma hər zaman
sizdən danışanda gizli-gizli ağlayardı rəhmətlik.
Fərəc bəy eşitdiklərindən, bacısının dünyasını dəyişmə sin dən,
onun yasında iştirak edə bilməməsindən məyus oldu.
– Dünyanın, necə deyim, – qarşılığını Azərbaycanca ifadə
etməyə söz tapmayınca bir az duruxdu, yadına salaraq davam
etdi, – taleyin elə gözlənilməzlikləri var, sabah nə ilə rastlaşa-
cağımızı bilmirik. Bilirsiniz də, rəhmətlik nənəniz mənim ortancıl